V Fəsil. Uşaq təlimi
87
Qıcıqların növündən və səviyyəsindən asılı olaraq iki cür stres növünü
qeyd etmək olar: destruktiv və konstruktiv stres. Bunların hər ikisinin fizio‐
loji mexanizmi eyni, nəticələri isə müxtəlifdir.
Destruktiv stres dağıdıcılıq xarakteri daşıyır. Yəni insanın əhvalı dəyi‐
şir, özünə nəzarət itir, onun özünü şüurlu şəkildə ələ alma qabiliyyəti zəif‐
ləyir.
Konstruktiv stresdə isə orqanizm özünü səfərbər edir, yeni enerji mən‐
bəyi taparaq “xilas” olur, insan özünü tez ələ ala bilir.
Reaksiya, məzmununa görə, affektiv və koqnitiv davranış hissləri kimi
bölüşdürülür.
Koqnitiv reaksiyalar şəxsin şübhəli olduğu faktların araşdırılmasına
səbəb və səbəbkarı axtarmaqla hadisələrin gedişini qurmağa proqnoz ver‐
məyə yönəldilib.
Koqnitiv reaksiyalar astenik xarakterli intellektual şəxslərdə üstünlük
təşkil edir.
Affektiv reaksiyalar emosional surətdə hadisəni keçirtmə vəziyyətidir.
Ümidsizlik, qorxu, qəzəb, nifrət bu reaksiyalara aiddir.
Davranışlı reaksiya isə fiziki mübarizə və imtina ilə xarakterizə olunur.
Bir şəxsin davranışı stres səciyyəsi daşıyan yerdə qüvvətli sinir sisteminə
malik olan digər şəxsdə heç bir gərginlik əlaməti müşahidə edilmir. Stres
şəraitində davranışın pozulmasının qarşısını alan ən mühüm amil məsuliy‐
yət hissidir.
Faktlara müraciət edək:
Otuz yaşlı qadın ağır isteriyadan əziyyət çəkir. Belə ki, güclü stress za‐
manı nitqində qırıqlıq, rabitəsiz hərəkətlər, hətta kəkələmə hiss olunur.
Artıq ani həyəcandan və konfliktdən onda qıcolma, ürəkbulanma, qusma,
qarın nahiyəsində ağrılar başlayır. Bu isə onu tez‐tez həkimə müraciət et‐
məyə məcbur edir. Həmin qadınla söhbətdən məlum olur ki, körpəlikdə
evin ən sevimli övladı olub, əgər istəyi yerinə yetirilmirdisə, yerə yıxılıb
ayaqlarını döşəməyə vurar və ağlayarmış. Nənə, baba, valideynlər isə ona
həmin an istədiyini verərmişlər.
Təklikdə və ailəsində mahnı oxuyan, şer deyən 10 yaşlı oğlan (hətta
skripkada çala bilir) məktəbdə, dostları, qohum‐qardaş yanında özünü
itirir, tez‐tez səhvlərə yol verir. Məlum olur ki, o, uşaqlıqda valideynləri tə‐
rəfindən daim “Adam arasına çıxa bilmirsən! Utancaqsan, qız kimisən. Heç
belə də oğlan uşağı olar? Bir də səhv etsən, gör sənə nə edəcəyəm!” kimi
danlaqlara məruz qalmışdır. Halbuki, valideynlər bilməli idilər ki, bu söz‐
Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri
88
lərlə uşağı güclü stress vəziyyətinə salırlar. Bu zaman isə orqanizmdə mad‐
dələr mübadiləsi pozulur, uşağın rəngi avazıyır, əlləri titrəyir, ürək döyün‐
tüsü artır. Bu hal daim davam etdiyi müddətdə uşağın hərəkətlərində ni‐
zamsızlıq, nitqində kəkələmə halları müşahidə olunur.
Belə misalları çox göstərmək olar. Ona görə də istər nənə, baba, istərsə
də ata, ana, ya da uşağa tərbiyə verən digər şəxslər bilməlidirlər ki, hər bir
uşaq çiçəklər kimi rəngarəng və təkrarolunmazdır. Əgər onlara vaxtlı‐vax‐
tında qulluq olunmasa, əlbəttə ki, solar, öz təravətini itirərlər. Körpələr bi‐
zim gələcəyimizdir. Onların gələcəkdə yaxşı və ya pis olmaları isə bizim
özümüzdən asılıdır.
59
5.5. Uşaqlar da stresŠ düşŠ bilirlŠr
Azyaşlı uşaqlar da stresə düşə bi‐
lirlər. Uşağın depressiyaya düşmə
səbəbləri hansılardır?
Adətən, azyaşlı uşaqları olan va‐
lideynlər bir çoxları kimi uşaqların
ətrafda baş verən hadisələrlə bağlı
ciddi əsəb gərginlikləri yaşaya, stres‐
də ola biləcəklərini düşünmürlər. Bir
çoxlarının beynində uşaqlarla bağlı
belə bir fikir var: “ Hələ nə yaşı var
ki, depressiyaya düşsün”, “Hələ o
yaşda deyil ki, fikir çəksin”. Ancaq
aparılan araşdırmalar bu düşüncə tər‐
zinin tamamilə səhv olduğunu gös‐
tərir. Uşaqlar da depressiyaya düşə bilirlər. Artıq formalaşmış və həyatda
qarşımıza çıxan çətinliklərlə az‐çox mübarizə etməyi bacaran yetkinlərdən
fərqli olaraq, azyaşlı uşaqlar ətrafda baş verən hadisələrdən daha çox təsir‐
lənir. Bu da formalaşmaqda olan uşağın psixoloji inkişafına mənfi təsir gös‐
tərib, onun həyat haqqında düşüncələrində ciddi problemlər ortaya çıxara
bilər. Bu səbəbdən gələcəyimiz (bir çox ata‐analar üçün, hətta həyatın tək
mənası, Allahın onlara verdiyi ən böyük xoşbəxtlik) olan uşaqları depres‐
siyadan, stresdən qorumaq üçün əlimizdən gələni etməli, bunun üçün uşaq‐
lara qarşı diqqətli olmalı, əgər bir narahatlığın olduğu hiss olunarsa, vaxt
itirmədən bununla maraqlanmalı və uşağı stresə salan səbəbləri aradan
qaldırmağa çalışmalıyıq.
59
A.İbrahimov, H.Xəlilov “Sağlam övlad, düzgün tərbiyə, təmiz nitq” (səh. 21‐27)
V Fəsil. Uşaq təlimi
89
Azyaşlı uşaqların stresə düşməsinin bir çox səbəbi ola bilər. Məktəbdə,
bağçada, həyətdə, ailə içində baş verən xoşagəlməz hadisələr (valideynlə‐
rin ayrılması, bacı və ya qardaşın dünyaya gəlməsi) və ya uşağınızın özü ilə
əlaqədar olan problemlər (məsələn, hər hansı bir fiziki çatışmazlıq və ya
aclıq, həddindən artıq yorğunluq kimi fiziki problemlər) onun depressiya‐
ya düşməsinə səbəb ola bilər. Aparılan araşdırmalar nəticəsində stres ya‐
radan səbəblərin az yaşlı uşaqlar üzərində yetkin insanlara nisbətən daha
böyük təsirə malik olduğu ortaya çıxır. Qısamüddətli stres, adətən elə də
böyük problemlər yaratmadığı halda, uzunmüddətli stresin uşaqlara, onla‐
rın düşüncələrinə, psixologiyasına, formalaşmaqda olan xarakterinə böyük
ziyan vurduğu və sonralar daha pis nəticələrə yol açdığı sübut olunmuş‐
dur. Bu səbəbdən uşağınızın yaşadığı stresi daha da ağırlaşdıran səbəbləri
ortadan qaldırmalı və ona stresdən qurtulması üçün kömək etməlisiniz. Bu
məsələlərdə kifayət qədər diqqətli olmamaq, övladınıza laqeyd olmaq,
bütün bunlara ciddi yanaşmamaq, qeyd etdiyimiz kimi uşağınız (həmçinin
də özünüz) ilə əlaqədar çox pis nəticələrə səbəb ola bilər. Düşdüyü depres‐
siyaya görə, ciddi psixoloji zərbə almış uşağın sonralar öz həyatını qurma‐
sında, cəmiyyətdə müəyyən mövqe əldə etməsində, istər ailə qurmaq,
istərsə də dostları ilə münasibətlərdə böyük çətinliklər ilə üzləşdiyi, hətta
uşaq vaxtı lazımi psixoloji dəstəyin, valideyn qayğısının olmaması sonralar
sərbəst həyata atıldığı zaman üzləşdiyi daha böyük problemlər, çətinliklər
qarşısında aciz qaldığı və bu səbəbdən daha böyük ruhi iztirablara düçar
olduğu müşahidə edilir. Bunun qarşısını ala bilmək üçün valideynlər öz
uşaqlarına qarşı daha diqqətli olmalı, bunu ortadan qaldırmağın yollarını
bilməli, bununla əlaqədar maariflənməlidirlər. İstər gənc, istərsə də yaşlı
ata və anaların əksəriyyəti bu haqda kifayət qədər məlumata sahib deyildir.
Stresdə olan uşaqların davranışlarında, adi, gündəlik baş verən hadisələrə
verdikləri reaksiyalarda dəyişmələr baş verir. Bu əlamətlərə nə qədər çox
diqqət etsəniz, stresin uşağınıza olan mənfi təsirinin qarşısını o qədər tez ala
bilərsiniz. Uşağınızın stresdə olmasını göstərən bəzi əlamətlər bunlardır:
Yuxusu ilə bağlı dəyişiklik varsa, yəni gec yuxuya gedirsə, yerinə uzan‐
dıqdan sonra uzun müddət yata bilmirsə və ya yuxudan oyanarkən çətinlik
çəkirsə, deməli, uşağınız stresdədir. Bəzi valideynlər uşaqlarının həddin‐
dən artıq yuxulamasını əsəblərinin sakit olması ilə əlaqələndirirlər. Ancaq
əksinə, həddindən artıq yuxulama da stresin əlamətidir.
Yemək vərdişlərində olan dəyişiklik məsələn, iştahasızlıq, vaxtında ye‐
mək istəməmək uşağınızın stresdə olduğunu göstərir. Tualetə tez‐tez və ya
gec‐gec getməsi kimi tualet vərdişlərində olan dəyişikliklər də stresin əla‐
mətidir.
Dostları ilə paylaş: |