Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə31/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   27   28   29   30   31   32   33   34   ...   75

V Fəsil. Uşaq təlimi 
 
 
81 
sələn,  doğuşdan  sonra  ilk  ildə  bütün  uşaqlar  yüksək  və  ani  səslərə  qarşı 
həssasdırlar. Bununla birlikdə valideynlərdən ayrılmaq, tanış olmayan yer 
və  insanlar,  yüksək  yerlər,  ani  yerdəyişmələr  və  heyvanlar  da  uşaqlarda 
qorxu  yaradır.  İki  –  dörd  yaş  arasında  itirmə  və  ayrılma  qorxusu  nəzərə 
çarpır.  Bu  yaşlarda  tək  qalma,  qaranlıq,  ilan,  it  kimi  heyvanlar  qorxuya 
səbəb olur. Bu yaş qrupunda körpəlikdən və yetkinlikdən daha çox qorxu 
yaşandığı görünür. Bunun səbəbi isə əvvəlcədən başa düşmədiyi hadisə və 
əşyaların  artıq  təhlükəli  olduğunu  bilməsidir.  Bununla  belə,  bu  halların 
“fərdi hədə” yaratmadığını belə başa düşə bilmirlər. Dörd yaşından məktəb 
çağına qədər eyni səbəbə bağlı  qorxu oyadan əşyaların sayında, çeşidində 
və  dərəcəsində  də  əhəmiyyətli  dəyişmələr  olur.  Qaranlıqdan,  tək  qalmaq‐
dan, xəyalında yaratdığı varlıqlardan və onları qaçırda biləcək insanlardan 
qorxmağa  başlayırlar.  Məktəbəqədərki  dövrdən  sonra  uşaqlarda  qorxu 
hisslərinin  azalması  müşahidə  olunmağa  başlayır.  Bunun  səbəbi  uşağın 
məktəbə başlaması ilə artıq xəyal və gerçəkləri bir‐birindən ayıra bilməsi və 
xəyal nəticəsində qorxduğu şeyləri artıq dərk etməsidir.
56
 
Qorxu  hallarının  ən  çox
 
yayılmış  növlərindən  biri  fobiyadır.  Fobiya 
daima insanı müşayiət edən əsassız qorxu hissidir ki, bu da insanın normal 
həyat fəaliyyətinə mane olur. Fobiyanın aşağıdakı növləri var: 
1.  Sudan  (akvafobiya);  2.  Yüksəklikdən  (akrofobiya);  3.  Tək  qalmaq‐
dan  (autofobiya);  4.  Qaranlıqdan  (niktofobiya);  5.  Qandan  (gemofobiya);   
6. Heyvanlardan (zoofobiya) qorxma halları daha çox müşahidə olunur.
57
 
Məsələn,  bəzi  uşaqları  hamamda  çimizdirərkən  onlar  sudan  qorxub 
çığırır, əsəbi hallara düşürlər. Valideyn isə buna fikir vermək istəmir, uşa‐
ğın üstünə qışqırır, onu tez çimizdirib çıxarmaq istəyir. Bu zaman valideyn 
bilməlidir  ki,  uşağın  üstünə  qışqırmaq  əvəzinə,  onu  suya  alışdırmalıdır 
(müxtəlif  oyuncaqları  vannaya  atıb  onun  fikrini  yayındırmalı,  əzizləmə‐
lidir).  Əgər  valideyn  uşağın  qışqırmağına  fikir  vermirsə,  bu  hal  növbəti 
dəfə daha da kəskinləşəcək.  
Başqa  bir  misal.  Çox  vaxt  uşaqlar  evdə  olan  pişiyi  gördükdə  qorxub 
valideynlərinin  üstünə  qaçırlar.  Hadisəni  görən  valideyn  bunun  mahiyyə‐
tinə varmır. Növbəti dəfə uşaq pişiyi görəndə çığırmağa başlayır. Valideyn 
uşağı pişiyə alışdırıb, onda pişiyə qarşı sevgi hissi oyatmalıdır.  
Qorxu  zamanı  hər  hansı  bir  gerçək  olan  və  ya  təsəvvür  edilən  hadisə 
həyəcandan əmələ gəlir.  
                                                 
56
  Gül Şendil “Çocuk Ergen Anne ve Baba” (səh. 95‐96) 
57
  Virginia Quinn “ Прикладная психология” (səh. 318) 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
82 
 
Həyəcan  konkret  hadisələrlə  bağlı  olmayan  təhlükəli  bir  şeyin  gözlənil‐
məsi ilə mövcud, diffuziya xarakteri daşıyan mənfi emosional hisskeçirmə 
prosesidir. Həyəcan çox xoşagəlməz hissdir. İnsan heç nədən izaholunmaz, 
dəhşətli  bir  həyəcan  hissi  keçirir.  Uşaqlarda  isə  bu  hiss  daha  tez‐tez  baş 
verir. Bu hal onlarda narahatlıq, əsəbilik, gərginlik yaradır. 
Hadisə.  
İki  yaşlı  Orxan  beş  yaşlı  bacısı  Aliyə  ilə  evdə,  böyük  otaqda  oynayırdılar. 
Valideynləri evdə idi. Televizor işləyirdi. Aliyə qəfildən qardaşına “Orxan, qaç, 
gəldi”,  –  deyərək  atası  olan  otağa  qaçdı.  Orxan  kimin,  nəyin  gəldiyini  dərk 
etmədən  vahimə  içərisində  bacısının  ardınca  qaçaraq  və  böyük  bir  təhlükənin 
yarandığını  təsəvvür  edərək  oynadıqları  otağa  baxmağa  başladı.  Atası  həmin 
anda  hadisəyə  münasibətini  bildirərək  qızını  tənbeh  edir.  Təkidlə  oğluna: 
“Oğlum, burada heç nə yoxdur. Bacın səni aldadır. Qorxma” deyərək oğlunun 
əlindən tutub, içəri otağa aparır və ona” görürsən, burada da heç nə yoxdur” – 
deyib otağın hər küncünü göstərir.  
Hadisədən 7 il keçdiyinə və Orxanla müntəzəm olaraq izahat işləri apa‐
rılmasına baxmayaraq, o hələ də otaqda tək qala bilmir. Başqa sözlə, Orxan 
həmin hadisəni hələ də unutmamışdır. Bəzən Orxan uşaqlarla evdə qaçdı‐
tutdu oynayarkən və yaxud da ona lazım olan hər hansı əşyanı götürərkən 
otağa tək daxil olur. Lakin əksər hallarda o, hadisəni unutmadığı üçün tək 


V Fəsil. Uşaq təlimi 
 
 
83 
heç bir otaqda qala bilmir. Bəzən də qorxduğu otağa daxil olur, hadisə ya‐
dına  düşən  kimi,  nə  məqsədlə  gəldiyini  unudaraq  geriyə  qaçır.  Əlbəttə, 
belə  bir  hadisə  ailədə  həmişə  narahatlıq  yaradır.  Hadisə  baş  verən  vaxt 
Orxan  destruktiv  stress  vəziyyətini  keçirmiş,  onun  psixikasında  anormal 
bir hadisə yaranmışdır. Həmin anda uşağın sifət cizgiləri avazımış, gözləri 
bərəlmiş halda olmuşdur. Valideynlərlə apardığımız sorğudan məlum olur 
ki,  hadisə  uşağın  yadına  düşdükdə  o,  valideynlərinə  tərəf  qaçır,  onun 
üzündə yenə də o vaxtkı qorxu ifadəsi yaranır.  
Bu tipli hadisələrdə qorxu səbəbinin çoxdan aradan götürülməsinə bax‐
mayaraq, çox vaxt ağır və qorxunc hadisələrdən sonra uşaqda şiddətli (va‐
himəli) həyəcan qala bilir.  
Apardığımız  müşahidələrə  görə,  yüksək  həyəcan  keçirən  uşaqlarda 
fizioloji  baxımdan  tərləmə,  titrəmə,  təngnəfəslik  və  ürək  döyüntüsünün 
artması, yüksək emosionallıq əlamətləri olur.  
Kiçikyaşlı  uşaqların  belə  formalarda  qorxudulması  yolverilməzdir  və 
yuxarıda göstərilənlər pis nəticə verə bilər. Ümumiyyətlə, uşaqların lüzum‐
suz qorxudulması onlarda kəkələmə, hətta dilin tutulması, sifət sinir telləri‐
nin iflici, ağır hallarda isə kiçik yaşlı uşaqlarda eklomasiya (qıcolma, ürək‐
getmə),  yeniyetmələrdə  epilepsiya  yarada  bilər.  Göstərilən  mənfi  hallar 
yaranarsa,  onların  aradan  qaldırılması  üçün  valideyn:  a)  uşağın  ətrafinda 
sağlam mühit yaratmalı; b) uşağı təxirə salmadan mütəxəssisə – psixotera‐
pevt,  nevropatoloq,  psixoloq  və  ya  təcrübəli  loqoped‐defektoloqa  göstər‐
məlidir.  
Vahimə  yaratmaq  kimin  üçünsə  müvəqqəti  əyləncədirsə,  vahimələnən 
uşaq  üçün  isə  onun  yaddaşında,  psixikasında  dərin  iz  buraxan,  mənfi 
nəticələr  verən  psixoloji  hadisədir.  Vahimə  və  həyəcan  uşaq  psixikasında 
gərginlik,  affekt  vəziyyəti  yaradır.  Nəticədə  tez  yorulub,  öz  funksiyasını 
bərpa edə bilməyən və bu gərginlikdən fasiləsiz qıcıqlanan beyin qabığı və 
qabıqaltı  törəmələrdə  ektopik  ocaqlar  əmələ  gətirir.  Bu  hal  gələcəkdə  də 
hər hansı bir şiddətli impuls ocağı oyadaraq uşaqda qorxu hissini yarada‐
caqdır.  
İndi isə iki – üç yaşlı uşaqların iradəsinə və mənəviyyatına kobud təsir 
edən bir neçə neqativ hadisələrlə sizi tanış edək.  
Hadisə:  2‐3  yaşında  olan  Fuada  nənəsi,  sözünə  baxmadıqda  deyərdi:  ”Bax,   
ayı gəlib səni aparar, ha!” 
Nəticə:   2‐3  yaşında  olan  Fuada  nənənin  dediyi  “ayı  səni  aparar”  sözləri 
uşaqda qorxulu təhlükənin təməlini qoyur.  


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə