Qaydaları 1 Azərbaycan Respublikasi Təhsil Nazirliyi


Əməyin mühafizəsi standartları



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə12/45
tarix21.05.2022
ölçüsü4,91 Mb.
#87642
növüQaydalar
1   ...   8   9   10   11   12   13   14   15   ...   45
is-saraitinda-amak-tahlukasizlik-va-saglamliq-qaydalari

Əməyin mühafizəsi standartları 
Bu gün bizim ölkədə hər bir insanın iş əldə etməsinə haqqı var. Bu hüququ Azərbaycan 
Respublikası Hakimiyyəti təmin edir. Buna əsasən işə götürənlərin funksiyaları dövlət və özəl 
müəssisələrinin rəhbərlərinə həvalə edilmişdir. Bununla belə “Dövlət əməyin şəraitin yaxşılaşmasının və 
qorunmasının qayğısına qalır” konstitusiyaya əsasən əməyin qorunması məsələləri ümumdövlət 
əhəmiyyətinə malikdir, müəssisənin tipindən asılı deyil. Fəhlə və qulluqçulаrа оnlаrın təhsilindən, 
iхtisаsındаn, pеşə və vəzifə üzrə iş stаjındаn аsılı оlmаyаrаq giriş təlimаtındаn bаşqа, iş yеrində də ilkin 
təlimаt kеçirilməlidir.
Əməyin mühafizəsinin hansı sualları öyrəndiyi ilə tanış olmaq üçün, kimin və nəyin əməyinin 
təhlükəsizliyinə təsir göstərdiyinə nəzər salaq. Bura işə götürəni, işçini, işçi kollektivində psixoloji 
atmosferi, istehsal mühiti, əmək predmetləri və əşyalarını (texniki və s.), o cümlədən bina və tikililəri 
(passiv elementləri) daxil etmək olar.
Burаdа məqsəd hər bir işçini təhlükəsiz iş üsullаrının əsаs qаydаlаrı ilə tаnış еtmək, işlərin 
təhlükəsiz yеrinə yеtirilməsi üçün işçilərin biliklərini аrtırmаq, təzələmək və möhkəmləndirməkdir.
Hər bir vətəndaş bilməlidir ki, işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz 
əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsi və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin 
yerinə yetirilməməsi qanun pozuntusudur və cərimələnir. 
Əməyin mühafizəsi üzrə işəgotürən tərəfindən: 

əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl 
edilməlidir;

binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin təhlükəsizliyinə riayət 
edilməlidir; 

bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin 
qüvvədə olan normativlərə uyğunlaşdırılmalıdır; 
Şəkil 1.13 ƏM normalarıyla tanış ol 


14 

işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidməti təşkil edilməlidir;
əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi – profilaktiki yeməklər, 
süd və ona bərabər tutulan digər məhsulların verilməsi təmin edilməlidir; 

normal əmək və istirahət rejiminə riayət edilməlidir;  

işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, 
xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri verilməlidir; 

işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin
təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsi və əməyin mühafizəsinin təbliğ 
edilməsi təmin edilməlidir;

kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil edilməli və onlarda nəzərdə 
tutulmuş öhdəlikləri yerinə yetirilməlidir; 

Əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması 
üçün görülən tədbirlərin nəticələri haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə statistik 
hesabatlar verilməlidir. 
 
 
 
Şəkil 1.14 Kompüter arxasında oturma normaları 
Əgər istehsalatda ətraf mühit təhlükəsizlik normalarına cavab vermirsə və işçilərin sağlamlığına 
zərərli təsir göstərirsə, belə mühit zərərli mühit sayılır. Zərərli istehsalat təsirlərə qeyri-kafi meteoroloji 
şərait, xoşagəlməyən işıqlanma, radioaktiv şüalanmasının və elektromaqnit sahələrinin mövcudluğu, 
istehsalatda olan toz, zərərli buxarlar, qazlar, səs, vibrasiyalar və nəhayət bədəndə yaranan ümumi fiziki 
gərginlik (məsələn, əzələlərin artıq yüklənməsi, əsəblərin həddən artıq gərilməsi və s.) aiddir. 


15 
 
Şəkil 1.15 İşləyərkən qaydaları yaddan çıxarma 
1.2.2. Tələbələr üçün fəaliyyətlər

Əməyin mühafizəsinin əsas məqsədlərini araşdırıb müzakirələr aparın.

İş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi barədə 
təqdimat hazırlayın. 

Valideynlərinizdən “müəssisədə əməyin normalaşdırılmasını təmin edən amillər” 
haqqında müsahibə götürün və sinifdə müzakirə edin.

“Əmək mühafizəsinin metodiki əsası” adlı mövzuda esse yazın.
1.2.3. Qiymətləndirmə 
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə