Qaydaları 1 Azərbaycan Respublikasi Təhsil Nazirliyi


“Elektriklə işləyən alətlərdən istifadə zamanı əməl ediləcək təhlükəsizlik tədbirlərini



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə20/45
tarix21.05.2022
ölçüsü4,91 Mb.
#87642
növüQaydalar
1   ...   16   17   18   19   20   21   22   23   ...   45
is-saraitinda-amak-tahlukasizlik-va-saglamliq-qaydalari

“Elektriklə işləyən alətlərdən istifadə zamanı əməl ediləcək təhlükəsizlik tədbirlərini 
sadalayır” 

Aləti bir yerdən başqa yerə aparanda haradan tutmaq lazımdır?

Elektrik aləti necə izolyasiya olunur? 

Elektrik cihazlarını hansı hallarda cərəyana qoşmaq olar? 
a) Motor işlək vəziyyətdə olanda 
b) Motor sönmüş vəziyyətdə olanda 

Aləti bir yerdən başqa yerə aparanda haradan tutmaq lazımdır?
a) Dəstəyindən 
b) Ayağından 
c) Şunurundan 
d) İşlək detallarından 
 
2.2.1. Elektrik maşınları quraşdırılmış otaqlarda ilkin mühafizə vasitələri – yanğın söndürən və 
quru qum olan yeşikdən istifadə qaydalarını təsvir edir
 

Yanğın təhlükəsizliyi sisteminə dair tələblər 
Yanğın - yanma ilə yanaşı müəyyən zaman və məkan hüdudunda inkişaf edən 
kütlə və istilik mübadiləsi təzahürlərini özündə əks etdirən mürəkkəb fiziki - 
kimyəvi prosesdir. Bu təzahürlər qarşılıqlı əlaqədədir və yanğın parametrləri, 
yəni yanıb qurtarma sürəti, hərarəti və s. ilə xarakterizə olunur. 
Yanğın təhlükəsizliyində iki əsas faktor önəmlidir: 
1. Yanğının baş verməsinin qarşısının alınması – hər bir müəssisədə öncülük məhz bu faktor 
verilməlidir və fəaliyyətlər elə qurulmalı, yerinə yetirilməlidir ki, yanğın baş verməsin. Bunun üçün 
tezalışan maddə və materiallar xüsusi ayrılmış yerlərdə saxlanılmalıdır, alışma mənbələri nəzarətdə 
olmalı, alışma mənbələrinin yaranma səbəblərini aradan qaldırmaq üçün texniki xidmət işləri vaxtında 
və düzgün aparılmalıdır, iş ərazisində təmizlik, səliqə-sahman qaydasında olmalıdır, bütün şəxsi heyət 
yanğın təhlükəsizliyinə dair təlimatlandırılmalıdır və s. 
2. Yanğınla mübarizə - bu, baş verən yanğından sonra atılan müvafiq addımları özündə cəmləyir. 
Təbii ki, hər hansı müəssisə rəhbəri istəməz ki, onun iş yerində yanğın olsun. Lakin, hər hansı səbəbdən 
yanğın baş verdikdə belə, vaxtında elə addımlar atılmalıdır ki, yanğını nəzarətdə saxlamaq və onu aradan 
qaldırmaq mümkün olsun.
Misal üçün: İş ərazisində yanğın su və lazımi yerlərdə köpük sisteminin quraşdırılması, yanğın 
köşkləri, onun üzərindəki lazımi avadanlıqlar, yanğınsöndürmə balonları, quru qum olan yeşiklər, yanğın 
adyalları, otaqlarda müxtəlif təyinatlı detektorlar, yanğın həyəcan siqnal sistemi və s. təmin edilməlidir. 
İşçi heyətinin təlimləndirilməsi bu faktorda əsas məsələlərdəndir. 


28 
Otaq, bina və tikililər normalara uyğun olaraq, ilkin yanğınsöndürmə vasitələri ilə təmin 
edilməlidirlər. 
Yanğın baş verdikdə onu birinci görən şəxs təcili olaraq 101 və ya 112 nömrəli telefonlara zəng 
vurub yanğından mühafizə hissəsinə xəbər verməli, telefonla danışan şəxs yanğın yerinin düzgün 
ünvanını söyləməlidir. 
Yanğın baş verən zaman dərhal insanların köçürülməsini həyata keçirmək, sonra isə mövcud 
olan vəsaitlərlə (odsöndürən, qum, su və s.) yanğını söndürməyə 
başlamaq lazımdır. Döşəməyə və ya torpaq üzərinə az miqdarda 
dağılmış yanan mayeni söndürmək üçün ən sadə və asan vasitə 
qumdur. Qum istini udaraq yanan maddəni bir qədər soyudur və 
bununla birlikdə yanma üçün lazım olan oksigenin ora keçə 
bilməsini çətinləşdirir. Yadda saxlamaq lazımdır ki, yanğın 
zamanı quru qumdan istifadə edilməlidir. Belə olmasa o 
yumurlanacaq və bununla da onun odsöndürmə qabiliyyəti 
itəcəkdir. 
Köpük yaradan kimyəvi tərkibli yanğın söndürücülərin 
tərkibində olan kimyəvi maddələr hava ilə təmasa girdikdə 
karbonat anhidridi əmələ gəlir ki, o da yanan maddənin üzərini 
pərdə kimi örtür. Bundan başqa köpüyün maye hissəsi buxarlanır 
və istiliyi udaraq yanacağı soyudur. Onlardan maşınların və 
texnikanın olduğu yerdə istifadə etmək olmaz. 
Toz şəkilli maddələr olan yanğın söndürücülərin 
tərkibində natrium bikarbonat var. O, havada olan oksigenin 
yanan maddəyə çatmasına mane olur. İstənilən halda istifadə 
edilə bilər. Amma yadda saxlamaq lazımdır ki, yerə səpilmiş 
tozları səliqəli təmizləmək lazımdır. Bu tip yanğın söndürücülər 
həm effektivliyinə, həm də qiymətinə görə sərfəlidir, maşında 
rahat gəzdirilir. Amma nəzərə almaq lazımdır ki, bu cür yanğın söndürücülərdən qapalı yerlərdə istifadə 
etdikdə tənəffüs orqanlarına zərər vurmaq olar. 
Şəkil 2.6 Elektrik avadanlıqlarından istifadə zamanı diqqətli olun 
Şəkil 2.5 Yanğın siqnalizasiya sistemi


29 
2.2.2. Tələbələr üçün fəaliyyətlər 

Evdə valideynlərinizdən onların iş yerlərində yanğın təhlükəsizliyi üçün olan 
yanğınsöndürmə vasitələrindən istifadə qaydaları haqqında müsahibə götürün və təhlil 
edin. 

Yanğın təhlükəsizliyinin əsas faktorları haqqında müzakirələr aparın. 

İstehsalatda yanğın baş verən zaman nə etmək lazımdır? - bu mövzu ətrafında debat 
təşkil edin. 
2.2.3. Qiymətləndirmə 
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə