Qaydaları 1 Azərbaycan Respublikasi Təhsil Nazirliyi


“ İstehsal sahələri və istehsal meydançaları ilə bağlı təhlükəsizlik tələblərini sadalayır”



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə18/45
tarix21.05.2022
ölçüsü4,91 Mb.
#87642
növüQaydalar
1   ...   14   15   16   17   18   19   20   21   ...   45
is-saraitinda-amak-tahlukasizlik-va-saglamliq-qaydalari

“ İstehsal sahələri və istehsal meydançaları ilə bağlı təhlükəsizlik tələblərini sadalayır” 

Əmək şəraiti zərərli olan istehsalatlarda işləyən işçilərə verilən xüsusi geyimlər 
hansılardır? 

Eşitmə və nəfəs orqanlarının mühafizə vasitələrinə nə daxildir? 

İş yerlərində əməyin mühafizə qaydaları və normalarının attestasiyası kimlər tərəfindən 
keçirilir? 
 


25 
 
Təlim nəticəsi 2: Alətlərlə işləyərkən aqreqatları sınaq edərkən əmək təhlükəsizliyi və iş zamanı 
yarana biləcək yanğın təhlükəsizliyi tədbirlərini bilir və tətbiq etməyi bacarır
2.1.1. Elektriklə işləyən alətlərdən istifadə zamanı əməl ediləcək təhlükəsizlik tədbirlərini 
sadalayır 

Elektrik avadanlıqları və alətləri ilə işləyən zaman təhlükəsizlik tələbləri 
Alətin uzun müddət istismara yararlığını təmin etmək üçün onu təmiz və 
səliqəli saxlamaq, həmçinin də iş yerinin səliqə-səhmanına fikir vermək lazımdır. İş 
yerinizə lazımsız şeyləri yığmayın, bu iş prosesində zədələnmələrə gətirib çıxara 
bilər. 
Alətlə işə başlamazdan əvvəl onun ətraf mühitin temperaturuna çatmasını gözləmək, aləti 
əlinizdə bərk tutmaq, elektrik alətini elektrik şəbəkəsinə, onu söndürülmüş vəziyyətdə yoxladıqdan 
sonra qoşmaq lazımdır. Divarlarda və tavanda işləyərkən elektrik kabelləri keçən yerlərdə ehtiyatlı olun. 
Alətin metal hissələrinə toxunmayın. Elektrik cərəyanı vurmasının qarşısını almaq üçün alətin yalnız 
izolyasiya olunmuş hissəsindən tutun. Burğu aləti ilə işləyərkən burğulama əməliyyatından sonra 
burğuya əl ilə toxunmayın. Onlar qaynar olduğu üçün əlinizi yandıra bilər. Əgər alətdən istifadə 
etmirsinizsə, onu quru yerdə saxlayın. 
Şəkil 2.1 Elektriklə işləyərkən diqqətli olun 
Şəkil 2.2 İş yerində alkoqol və narkotika qəbul etmək 
olmaz
Əyninizə ölçüsü böyük və ya sallanan geyim geyməyin, çünki avadanlığın fırlanan hissəsinə ilişə 
bilər. İş prosesində yalnız xüsusi geyimdən istifadə edin. Aləti rozetkadan çıxararkən və daşıyarkən alətin 
şunurundan dartmayın. Alətin şunurunu isti və yağlı yerlərdən aralı tutun, alətin təsadüfi işə 
salınmasının qarşısını alın. Aləti bir yerdən başqa yerə apararkən barmağınızı alətin işəsalma açarının 
üzərinə qoymayın. Aləti işə salmamışdan əvvəl onun sönülü vəziyyətdə olduğuna əmin olun. Onun 
taxma başlıqlarının itiliyinə fikir verin və təmiz saxlayın. Elektrik ötürücülüyü olan alətlərlə nəm və 
rütubətli otaqlarda işləməyin. Alətlərin yağlanması və hissələrinin dəyişdirilməsi zamanı təlimatlara 
riayət etmək və şunuruna daim nəzarət etmək lazımdır. Əgər zədələnmişdirsə, onda texniki xidmət 
müəssisəsinə müraciət edilməli və həmin alətin dəstəyini təmiz və quru saxlanmalı, yağ və s. ləkələri 


26 
təmizlənməlidir. Elektriklə işləyən alətlər 16 yaşı tamam olmayan yeniyetmələrə və iş təcrübəsi olmayan 
şəxslərə etibar edilməməlidir. 

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə