Qaydaları 1 Azərbaycan Respublikasi Təhsil Nazirliyi



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə26/45
tarix21.05.2022
ölçüsü4,91 Mb.
#87642
növüQaydalar
1   ...   22   23   24   25   26   27   28   29   ...   45
is-saraitinda-amak-tahlukasizlik-va-saglamliq-qaydalari

Bioloji zərərli amillər 
Sağlam və təhlükəsiz əmək şəraitinə təsir edən zərərli amillərdən biri də bioloji amillərdir. Zərərli 
bioloji istehsalat amilləri müxtəlif istehsalat sahələrində çox geniş yayılmışdır. İşçilərin iş zamanı bioloji 
maddələrin təsirindən yarana bilən peşə xəstəliklərindən qorunması vacibdir. Buna baxmayaraq bir çox 
müəssisələrin işçiləri peşə xəstəliklərinin yaranma səbəbləri haqqında demək olar ki, az məlumatlıdırlar. 
İnsanların böyük əksəriyyəti təsəvvür edə bilmirlər ki, mövcud istehsalat və yaxud digər xəstəliklər zərərli 
bioloji amillərin təsiri nəticəsində əmələ gəlmiş peşə xəstəlikləridir və həmçinin çox yayılmış, arzu 
olunmaz bir amildir. Başqa zərərli amillər kimi bioloji amillər də insan orqanizmində təkcə peşə 
xəstəliklərinin yaranmasına səbəb olmur, o həm də orqanizmin müqavimətini azaldır. Orqanizmdə 
immunitetin zəifləməsi insanlarda xəstələnməni artırır, nəticədə peşə xəstəliyi yaranır. 
İnfeksiya riskinin səviyyəsindən asılı olaraq bioloji maddələr dörd risk qrupuna bölünmüşdür: 
1-ci qrup-insan xəstəliklərinə səbəb olması ehtimalı olmayan bioloji maddələr; 
2-ci qrup-insan xəstəliklərinə səbəb ola bilən və işçilər üçün təhlükəli ola bilən bioloji maddələr. 
Böyük kütləyə yayılması ehtimal edilmir, adətən səmərəli profilaktika və müalicə vasitələri vardır; 
Şəkil 3.7 Zəhərli maddələrlə işləyərkən geyim formaları 
3-cü qrup-ciddi insan xəstəliklərinə səbəb ola bilən və işçilər üçün xüsusi təhlükə yaradan bioloji 
maddələr. Böyük kütlə arasında yayıla bilər, lakin burada xüsusi səmərəli profilaktika və müalicə 
vasitələri vardır; 
4-cü qrup-ciddi insan xəstəliklərinə səbəb olan və işçilər üçün ciddi təhlükə yaradan bioloji 
maddələr. Böyük kütlə arasında geniş yayılma riski yüksəkdir, adətən səmərəli profilaktika və müalicə 
vasitələri yoxdur. 


42 
Bu təsnifatlar iş yerində xüsusi mühafizə tədbirləri ilə əlaqələndirilmişdir. İnsanlar iş zamanı 
aşağıdakılarla təmasda olduqda bioloji maddələrin təsirinə məruz qala bilər: 

torpaq, bitki kimi (saman, küləş, pambıq və s.) təbii və ya orqanik materiallar

heyvan mənşəli maddələr (buynuz, sümük, yun, və s.); 

qida; orqanik toz (məsələn, un, kağız tozu, heyvan kəpəyi); 

tullantı, çirkli sular

qan və başqa bədən mayeləri


Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə