Qaydaları 1 Azərbaycan Respublikasi Təhsil Nazirliyi



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə27/45
tarix21.05.2022
ölçüsü4,91 Mb.
#87642
növüQaydalar
1   ...   23   24   25   26   27   28   29   30   ...   45
is-saraitinda-amak-tahlukasizlik-va-saglamliq-qaydalari

Psixofizioloji amillər
Bu qrupa aid olan zərərli istehsalat amilləri fiziki və əsəbi yüklənmədən ibarət olmaqla insan 
orqanizminə mənfi təsir göstərir. Fiziki yüklənmə statik, dinamik və hipodinamik halda özünü göstərir. 
İnsanın əsəbi yüklənməsinə isə zehni əmək gərginliyini, əməyin monotonluğunu, həddindən artıq 
işləməni və s. göstərmək olar. İstehsalat şəraitində təsiredici kimi kompleks zərərli və təhlükəli istehsalat 
amilləri də mövcuddur. 
Şəkil 3.8 FHN tərəfindən müəssisələrdə təlimlər 
Bunların çoxu işləyənlərin peşəsinin xüsusiyyəti ilə əlaqədardır. İstehsalat proseslərində yaranan 
zərərli amillər peşə zərərlərı, peşə xəstəlikləri, yaxud peşə zəhərlənmələri yaradır. İstehsalat şəraitində 
növbə ərzində yaranan peşə zəhərlənməsi əmələ gəlirsə bu kəskin zəhərlənmə sayılır. İşçinin bədbəxt 
hadisəyə məruz qalması, ali əsəb sisteminin yuxarı şöbələrinin hərəkətverici mərkəzləri arasında 
rabitənin pozulması ilə baş verir. Belə pozuntular nəticəsində insan onun hissiyyat orqanları tərəfindən 
qəbul edilən təsirlərə lazımi tezlik və dəqiqliklə reaksiya verə bilmir, başqa sözlə əksər bədbəxt 
hadisələrin baş verməsində funksional pozuntular əsas rol oynayır.
Şəkil 3.9 FHN təlimlərində 


43 
Hər hansı hərəkəti yerinə yetirən əzələlər beyinin müxtəlif hərəkətverici mərkəzlərindən idarə 
olunur. Bir çox adamlarda bu mərkəzlərin fəaliyyəti kifayət qədər uyğunlaşdırılmamış gedir, nəticədə 
mürəkkəb kombinə edilmiş hərəkətlərdən ibarət olan əməliyyatları yerinə yetirərkən işçidə bəzi 
uyğunsuzluqlar müşahidə olunur, vaxtaşırı işçi özünü itirir, bəzi hərəkətləri arada buraxır. Belə hallarda 
hərəkətin uyğunsuzluğu diqqətdə olan qüsurlarla düz gəlir. 
Uzlaşdırılmamış (koordinasiya) hərəkətlərə yol verən işçilərin bədbəxt hadisələrin ehtimalı olan 
işlərdə işləməsi məqsədəuyğun deyildir, müəyyən hallarda həmin işçiləri başqa işə keçirirlər. 
Yüngülxasiyyət, öz hərəkətinə laqeyd, hadisələrə üzdən mühakimə yürüdən, yaddaşı zəif olan işçilər işdə 
səhvlərə yol verirlər. Elə insan var ki, öz işinə maraqlı deyil, öz işindən ləzzət almır, müxtəlif hərəkət və 
işlərin qəbuluna psixoloji cəhətdən qabiliyyətli deyil. Onun özünü aparması göstərir ki, o, işə inamsızdır, 
diqqətliliyi müəyyən məsafədəndir. 
Təhlükəsizlik nöqteyi-nəzərincə insan öz marağına və qabiliyyətinə uyğun iş seçməlidir. Digər tərəfdən 
kollektivdə yaradıcı iş əhval ruhiyyəsi olmalıdır ki, digərinin fəaliyyətinə mənfi təsir göstərməsin. 
Təcrübəsizlik - iş yerində işçinin bütün hərəkətlərinə təsir edir, işin tempinə, ritminə və 
intensivliyinə mane olur. Təcrübəsiz işçi işdə müəyyən dayanmalar və maneələr çıxdıqda tez qərar çıxara 
bilmir, tez yorulur, işin təhlükəliliyini artırır və hər dəqiqə təhlükə yarana bilir. Elmi əsaslarla ixtisasın 
artırılması əmək məhsuldarlığını eyni zamanda işin təhlükəsizliyi etimadını da artırır. 
Şəkil 3.10 Qəza
Ehtiyatsızlıq - adi bir səhv bədbəxt hadisə ilə nəticələnir. Bunun qarşısını almaq üçün ixtisaslı 
baxım və düşüncəli intizam yaradılmalıdır. 
Yorğunluq - orqanizmdə müxtəlif qüsurlardan baş verir, bədəndə patoloji dəyişikliklərdən 
yaranır. Yorğunluqdan qaçmaq üçün istirahət etmək, müalicəyə getmək və yaxud başqa işə keçmək olar. 
İş zamanı yorğunluq təkcə zəif adamlarda olmur, belə hallar normal insanlarda da baş verir. Bu 
yorğunluq mürəkkəb fizioloji proseslərdə baş verir.
Psixoloji yorğunluq - mərkəzi sinir sisteminin yüklənməsindən yaranır. 
Şəkil 3.11 Yorğunluq 
Şəkil 3.12 Psixoloji yorğunluq 


44 
3.2.2. Tələbələr üçün fəaliyyətlər 

İstehsalat zərərçəkmələri və peşə xəstəliklərinin əsas səbəbi nədir?- bu sual ətrafında 
müzakirə təşkil edin.

Peşə xəstəliyinin psixofizioloji səbəbini təsnif edin. 

İş zamanı bioloji maddələrin təsirindən orqanizmdə yaranan peşə xəstəlikləri haqqında 
esse yazın.

Bioloji maddələrin risk qrupları haqqında müzakirə aparın. 

Təcrübəsizlikdən yaranan təhlükəni rollu oyunlardan istifadə edərək göstərin. 

“Yorğunluq və ehtiyatsızlıqdan əmələ gələn bədbəxt hadisələr” haqqında debat təşkil 
edin.
3.2.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə