Qaydaları 1 Azərbaycan Respublikasi Təhsil Nazirliyi


Riskin qiymətləndirilməsi, dəyərləndirilməsi və görüləcək tədbirlər



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə30/45
tarix21.05.2022
ölçüsü4,91 Mb.
#87642
növüQaydalar
1   ...   26   27   28   29   30   31   32   33   ...   45
is-saraitinda-amak-tahlukasizlik-va-saglamliq-qaydalari

Riskin qiymətləndirilməsi, dəyərləndirilməsi və görüləcək tədbirlər 
Elmi-texniki tərəqqi dövrü olan müasir zamanda 
mütərəqqi texnika və texnologiyaların tətbiqi ilə əlaqədar 
olaraq yeni peşə risklərinin meydana gəlməsi bu risklərin 
idarə olunması zərurətini yaradır. İstehsalat riski əmək 
şəraitinə təsir edən hallar sırasında təhlükəli işlərin 
görülməsində əsas amillərdən biridir və işçilərin əmək 
şəraitinin pisləşməsinə səbəb olan fiziki amildir. Zərər 
mənbəyi olan hər bir şey təhlükədir.
Riskin dərəcəsi artdıqca təhlükə daha tez yarana 
bilir. O da bədbəxt hadisəyə və ya zədələnməyə, məhsul 
itkisinə, avadanlığın zədələnməsinə səbəb ola bilir. Bütün bu 
halların 
olmaması 
üçün 
işəgötürənlər 
riskləri 
qiymətləndirməli, işçilərinin sağlamlıq və təhlükəsizliyini 
təmin etmək üçün praktik tədbirlər görməli, qəzalar 
haqqında qeydləri saxlamalı, işçiləri məlumatlandırmalı, onların fikrini öyrənməli, təlimatlandırmanı 
təmin etməli və podratçılarla əməkdaşlıq edərək tədbirləri koordinasiya etməlidir.
Şəkil 3.26 Tibbi yardımın köməyi 
İşçilərin sağlamlıq və təhlükəsizliyini təmin etmək üçün işəgötürən risklərin qiymətləndirilməsini 
həyata keçirməli və sahədəki bütün işçilərin qorunduğundan əmin olmaq üçün sahədə olan digər 
podratçılarla əməkdaşlıq etməlidir. Risklərin qiymətləndirilməsi uyğun təlim və təcrübəyə sahib olan 
şəxs tərəfindən həyata keçirilməlidir. Risklərin qiymətləndirilməsinin mürəkkəbliyi sahənin ölçüsü və 
növündən asılıdır. Risklərin qiymətləndirilməsini həyata keçirmək üçün bir neçə model mövcuddur. 
Risklərin idarə edilməsi risklərin baş verməsinin, miqyasının və təhlükəsinin qarşısının alınması, 
gözlənilən nəticələri azaltmaq və ya idarə etmək üçün yarana biləcək bütün risklərin qiymətləndirilməsi 
cəhdlərindən (ekspertlər, qərar qəbul edənlər, işəgötürənlər və işçilər kimi müxtəlif hədəf qruplarının 
qarşılaşdığı kimi) ibarətdir. Psixofizioloji və fiziki təhlükələrin qiymətləndirilməsi üçün bir sıra alətlər 
vardır və bu alətlərin hamısında problemlərin həll edilməsi yolları vardır. Bunlar təcrübəçilərə sağlamlıq 
və təhlükəsizlik problemlərinin səbəblərini müəyyən etmək imkanı təklif edir. Bundan əlavə onlar 
Şəkil 3.25 Risk dərəcəsi 


52 
təcrübi həll və müdaxilə yollarını hazırlayır, onun icra edilməsi və qiymətləndirilməsinə rəhbərlik edir. 
Hər bir təhlükə üçün riski dəyərləndirmək, zədələrin baş vermə ehtimalını və onun nə qədər 
ciddi olmasını hesablamaq deməkdir. Kimsə yaralanarsa:

təhlükə tam olaraq aradan qaldırıla bilərmi?

riskə nəzarət edilə bilərmi?

bütün işçi qüvvəsini mühafizə etmək üçün qoruyucu tədbirlər görülə bilərmi? 

İşçiləri kollektiv qoruyucu vasitələrlə uyğun formada nəzarət edilə bilməyən risklərdən 
qorumaq üçün fərdi mühafizə vasitələrinə ehtiyac varmı?
Mövcud olan ehtiyat tədbirlərinin uyğunluğunu (məs. iş yerinin dizaynı, nəqliyyat yolları, işarələr 
və s.) və iş yerində təhlükəsizlik və sağlamlıqla bağlı hansı əlavə tədbirlərin görülə biləcəyinin 
mümkünlüyünü nəzərdən keçirmək risklərin dəyərləndirilməsinə zəmin yaradar.
Şəkil 3.27 Risk və iş 
Risk qiymətləndirməsini bitirdikdən sonra üstünlük dərəcələrinə görə profilaktik tədbirlər 
siyahısı hazırlamaq, sonra da işçilər və onların nümayəndələrini prosesə cəlb edərək tədbir görmək 
lazımdır. Fəaliyyət profilaktik tədbirlərdən ibarət olmalıdır (ilk növbədə, baş verən xəsarəti və ya xəstəliyi 
dayandırmaq), amma hər hansı davamlı xəsarətin ciddiliyini azaltmaq üçün görülən tədbirlər də 
nəzərdən keçirilməlidir. 
Profilaktik tədbirlərin bir hissəsi kimi bütün işçilərin uyğun məlumat və təlim almasını təmin 
etmək vacibdir. Müəyyən edilmiş təhlükələr və risklər, eləcə də ən çox riskə məruz qalan qruplar və 
əziyyət çəkdikləri xəsarət növləri, iş yerində təhlükəsizlik və sağlamlıqla bağlı tədbirlər barədə dolğun 
məlumat verilməli və xüsusi təhlükələrin və risklərin, həmçinin onların təsirinin qarşısını almaq üçün 
tədbirlər görülməlidir. Profilaktik tədbirləri nəzərdən keçirərkən aşağıdakılara baxmaq lazımdır:

iş yeri;

iş avadanlığı (məs. nəqliyyat vasitəsi);

işçi;

iş rəhbəri; 
Görülmüş işi təhlil etmək və iş yerində olan nəqliyyat vasitələrinin olmasından irəli gələn 
təhlükələri müəyyən etmək (məs. nəqliyyat vasitəsinin geri hərəkəti, yükvurma və yükboşaltma 
əməliyyatları) vacibdir. Təsadüfən zərər verə biləcək bir təhlükə olduğunu unutmamaq lazımdır, risk 
təhlükənin təsiri nəticəsində yaranan zədələnmənin mümkünlüyüdür. 
Nəqliyyat qəzalarına səbəb ola biləcək amillərdən bəziləri bunlardır: 

ağır hava şəraitinə məruz qalma

kələ-kötür yollar; 

vaxt azlığı; 

müxtəlif podratçıların işçilərinin sahədə olması 
İşçilərlə və onların nümayəndələri ilə danışıqlar aparmaq, onları riskin qiymətləndirilməsi 
prosesinə cəlb etmək və riski azaltmaq üçün görülən işlər haqqında bilgiləndirmək işçilərdə özünə inam 
hissini artırar. Problemi həll etmək üçün digər yanaşma, aidiyyəti olan hər kəslə son anda aradan 
qaldırılmış və ya kiçik qəzalara səbəb olmuş amilləri araşdırmaq və müzakirə etməkdir. Bu tədbirlər iş 
prosedurlarında, iş mühitində və hətta gələcək risklərin qarşısını almaq üçün işçinin rəftarında nələrin 


53 
yaxşılaşdırıla bilməsi ilə bağlı fikirlərə gətirib çıxara bilər. Risklərin qiymətləndirilməsi müvafiq təlim və 
təcrübə sahibi olan şəxs tərəfindən həyata keçirilməlidir. Fiziki və psixofizioloji amillərə dair cihaz və 
alətlər vardır ki, onlardan istifadə etməklə problemin həlli yollarını müəyyən etmək olar. İşçilərlə və 
onların nümayəndələri ilə danışaraq, onları riskin qiymətləndirilməsi prosesinə cəlb etmək və riski 
azaltmaq üçün nə edilməli olduğunu işçilərə izah etmək lazımdır.
Şəkil 3.28 Neft sahəsində risklə üzləşən mütəxəssislər 
 
 
3.4.2. Tələbələr üçün fəaliyyətlər 

Müəssisədə bədbəxt hadisələr baş vermə şəraitinə, xüsusiyyətinə və vəziyyətinə görə 
neçə qrupa bölünür?-sualı ətrafında debat təşkil edin və təhlil aparın. 

İstehsalatla əlaqədar olmayan hadisələr haqqında müzakirə təşkil edin. 

Yüksək təhlükə şəraitində işləyən və istehsalatda bədbəxt hadisələrdən zərərçəkən 
işçilərin icbari sığorta olunması haqqında esse yazın. 

Əmək qabiliyyətini itirmiş işçilərə müavinətlərin ödənilməsi haqqında suallarınızı evdə 
valideynlərinizdən soruşun və əldə etdiyiniz nəticəni sinifdə müzakirə edin. 

Risklərin qiymətləndirilməsi və riskin azaldılması haqqında debat təşkil edin. 
3.4.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə