54
Təlim nəticəsi 4: Əmək gigiyenası haqqında bilir
4.1.1. Əmək gigiyenası haqda ümumi bilgiləri və inkişafının əsas mərhələlərini izah edir
Əmək gigiyenası haqqında ümumi məlumat
Gigiyena - insan orqanizminə xarici
mühit amillərinin təsirini, həmçinin
sağlamlığın necə saxlanılması və yaxşılaşdırılmasını öyrənən elmdir.
Gigiyenanın əsas məsələsi şəraitin yaradılması ilə tədbirlərin
hazırlanmasıdır:
- işin və istirahətin düzgün təşkili;
-
xəstəliklərin qarşısının alınması;
-
qidalanmanın düzgün təşkili;
-
insan orqanizminə ətraf mühitin kimyəvi, fiziki və bioloji amillərin təsirinin qarşısının
alınması və neytrallaşdırılması.
Gigiyena elmi bir neçə bölmədən ibarətdir:
-
qidalanma gigiyenası;
-
uşaq və yeniyetmələrin gigiyenası;
-
əməyin gigiyenası;
-
kommunal təsərrüfatın gigiyenası.
Şəkil 4.1 Şəxsi gigiyena
Əməyin gigiyenası - gigiyena elminin bu sahəsi istehsal sferasının
və əmək prosesi şəraitinin
insan orqanizminə təsirini öyrənir və işçilərin sağlamlığının saxlanılmasına, onların əmək qabiliyyətinin
artırılmasına və əmək məhsuldarlığına yönəldilir. əmək prosesinin yanlış təşkili zamanı bütün bu amillər
əmək qabiliyyətinə mənfi təsir göstərir və peşə xəstəliklərinin yaranmasına səbəb ola bilər.
Əmək şəraitinin yaxşılaşmasına bu şəkildə nail olmaq olar:
- elektrik qızdırıcılı modul avadanlığın yeni növünü tətbiq etmək;
- istehsal otaqlarının sorucu-buraxıcı ventilyasiya ilə təchiz edilməsi;
- soyuducu aparatları və ventilyasiyanı səssiz mühərriklə təchiz etmək;
- sexdaxili nəqliyyatın təkəri üçün rezin təkərlər istifadə etmək;
- yelçəkən yox, havanın istiliyini saxlayan pərdələr quraşdırmaq;
- işçiləri lazım olan sayda sanitar geyim və xüsusi ayaqqabı ilə təmin etmək.
55
Şəkil 4.2 İş yerində sanitar gigiyena qaydalarına riayət
İş yerində sanitar gigiyena qaydalarına əməl etmək,
istər müştərinin, istərsə də özümüzün
sağlamlığımız üçün əsas şərtdir. İş yeri işıqlı, geniş və havası təmiz olmalıdır.
Əmək gigiyenasının əsas məqsədi zəhmətkeşlərin sağlamlığının təmin olunmasına və onlar üçün
ən əlverişli əmək şəraiti yaradılmasına yönəldilmiş sanitariya-gigiyena və müalicə-profilaktika
tədbirlərini hazırlamaqdan ibarətdir.
Əməyin gigiyenası əməyin təşkilini, istirahəti onun forma və üsullarını,
əmək fəaliyyəti
prosesində orqanizmin
vəziyyətini, işçinin hərəkətlərinin xarakterini və xüsusiyyətini, iş vaxtı insan
bədəninin vəziyyətini, əmək alətləri və vasitələrinin, işlədilən xammalın, prosesin texnologiyasının,
istehsalat mühitinin fiziki, kimyəvi və bioloji amillərinin, əmək proseslərinin
və mühitin müxtəlif
şəraitinin işçiyə fizioloji təsirini öyrənir.
İstehsalat sanitariyası işçilərə zərərli
istehsalat amillərinin təsirinin qarşısını alan
təşkilatı, gigiyenik və sanitariya-texniki tədbirlər
sistemidir.
İstehsalat
sanitariyası
aşağıdakı
məsələləri həll edir:
1. İstehsalat mühitinin müxtəlif amillərinin
optimal nisbətlərinin təyin edilməsi.
2. Hər bir zərərli istehsalat amili üçün buraxıla
bilən normaların
təyin edilməsi, onların
qanuniləşdirilməsi və düzgün tətbiqinə
müntəzəm nəzarət olunması.
3. Həm işçinin özü, həm də ətrafdakılar üçün işin
təhlükəsiz aparılmasının təmin edilməsi.
4. Elm və texnikanın müasir nailiyyətləri əsasında
əməyin sağlamlaşdırılması
üçün konkret
tədbirlərin tərtib edilməsi.
5. İşləyənləri istehsalatın əlverişsiz amillərindən qorumaq üçün texniki vasitələrin tətbiqi və onların
təsirini azaltmaq üçün təşkilati-profilaktik tədbirlərin görülməsi.
6. Əmək şəraitinin sağlamlaşdırılması üçün planlaşdırılan və görülən tədbirlərin səmərəliliyinin təyini
üsullarının işlənib hazırlanması.
Şəkil 4.3 Bərbər salonunda təmizlik işləri
56
4.1.2. Tələbələr üçün fəaliyyətlər
Gigiyena haqqında esse yazın.
Valideynlərinizdən əməyin gigiyenası haqqında müsahibə götürün və təhlil aparın.
İş yerlərində sanitar-gigiyena qaydalarına əməl edilməsinin vacibliyi haqqında
müzakirə təşkil edin.
4.1.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
Dostları ilə paylaş: