Qaydaları 1 Azərbaycan Respublikasi Təhsil Nazirliyi


“İstehsalatda zədələnmə səbəblərinin qarşısını almaq üçün müəyyən tədbirlər görür”



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə29/45
tarix21.05.2022
ölçüsü4,91 Mb.
#87642
növüQaydalar
1   ...   25   26   27   28   29   30   31   32   ...   45
is-saraitinda-amak-tahlukasizlik-va-saglamliq-qaydalari

“İstehsalatda zədələnmə səbəblərinin qarşısını almaq üçün müəyyən tədbirlər görür” 

İstehsalatda baş verən bədbəxt hadisələrin qarşısını almaq üçün hansı tədbirlər 
görülməlidir? 

Zərərli və təhlükəli istehsalat amillərindən mübarizə tədbirlərini sadalayın. 

Elektrik cərəyanından hansı üsullarla müdafiə olunmalıdır? 

Kimyəvi maddələrlə işləyən işçilərin mühafizəsi haqqında nə edə bilərsiniz? 

Psixofizioloji amillərdən hansı üsulla müdafiə olunmaq lazımdır? 

İstehsalatda olan zərərli amilləri ölçən cihazlar hansılardır? 
3.4.1. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin 
itirilməsi hallarında icbari sığorta olunanlar və onların iqtisadi fəaliyyət növləri üzrə kateqoriya 
və risk qruplarını seçir 

İstehsalatda bədbəxt hadisələrin araşdırılması və zərərçəkmiş 
şəxslərə dəyən zərərin ödənilməsi 
Bədbəxt hadisə dedikdə, gözlənilmədən xarici təsirlərdən adamın zədə alması 
və onun sağlamlığının qeyri-normal hala keçməsi başa düşülür. 
Müəssisədə bədbəxt hadisələr baş vermə şəraitinə, xüsusiyyətinə və 
vəziyyətinə görə 3 qrupa bölünür: 
1. İstehsalatla əlaqədar olmayan bədbəxt hadisələr. 
2. İstehsalatla əlaqədar bədbəxt hadisələr. 
3. Məişətlə əlaqədar hadisələr. 
Şəkil 3.21 Nişanlar 


49 
İstehsalatla əlaqədar olmayan hadisələr - işçinin müəssisənin maşınından, materialından, 
nəqliyyat vasitələrindən, işçi yerlərindən və s. şəxsi məqsəd üçün istifadə edərkən baş verən bədbəxt 
hadisələrdir.
İstehsalatla əlaqədar bədbəxt hadisələr - işçilərin hər hansı istehsalat tapşırığını yerinə 
yetirdikdə, müəssisənin daxili intizam qaydasına zidd olmayan müəssisədə yanğın söndürməsində 
kömək göstərdikdə baş vermiş bədbəxt hadisələr, habelə istehsalat tapşırıqlarını yerinə yetirərkən baş 
vermiş zəhərlənmələr, gün vurma, donma, suda boğulma və s. hallarda olan hadisələr hesab edilir.
Məişətlə əlaqədar hadisələr - evdə, ailədə, istirahət günlərində, məzuniyyətdə olduqda və şəxsi 
maşınla işə gedib gəldikdə, yolda və s. baş verən hadisələr hesab edilir. 
Müəssisələrdə yalnız istehsalatla əlaqədar bədbəxt hadisələrdə işçilərə güzəştlər verilir və dəyən 
zərərlər ödənilir. İstehsalat müəssisələri qalan hər iki qrup (istehsalatla əlaqədar olmayan və məişətlə 
əlaqədar hadisələr) hadisələri təhqiq edib səbəblərini müəyyənləşdirir və bunları aradan qaldırmaq üçün 
tədbirlər görür. 
Şəkil 3.22 Müəssisədə bədbəxt hadisə 
İşverən müəssisələrin və təşkilatların işçilərini qanunvericilikdə müəyyənləşdirilmiş qaydada və 
şərtlərlə mütləq sosial sığorta etməlidir. 
Yüksək təhlükə şəraitində işləyən və işverən tərəfindən istehsalatda bədbəxt hadisələrdən 
mütləq şəxsi sığorta edilməli olan işçilərin kateqoriyası, sığorta haqqının məbləğləri, müəssisənin
təşkilatın müdiriyyəti ilə həmkarlar ittifaqı arasındakı kollektiv müqavilədə və ya sazişdə müəyyən edilir. 
Şəkil 3.23 Bədbəxt hadisə


50 
Şəkil 3.24 Bədbəxt hadisə
Müəssisələr və təşkilatlar səhiyyə orqanlarının müəyyənləşdirdiyi qaydaya uyğun olaraq bir sıra 
peşələrdə və istehsalatlarda çalışan işçilərin əmək müqaviləsi bağlanarkən ilkin tibbi müayinədən və 
müqavilənin qüvvədə olduğu dövrdə vaxtaşırı tibbi müayinələrdən pulsuz keçməsini təşkil etməlidir. 
İşçilər müayinələrdən keçməkdən boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə 
əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə, müdiriyyətin ixtiyarı var ki, 
həmin işçiləri qüvvədə olan qanunvericiliyə müvafiq surətdə intizam məsuliyyətinə cəlb etsin və ya işə 
buraxmasın. 
İşçinin vaxtaşırı tibbi müayinələrdən keçdiyi dövrdə iş yeri (vəzifəsi) və orta əmək haqqı 
saxlanılır. 
Müəssisənin və təşkilatın müdiriyyəti istehsalatda sağlam və təhlükəsiz əmək şəraitini təmin 
etmək üçün səmərəli tədbirlər görmədikdə, kollektiv müqavilələri, əmək şəraitini və əməyin 
mühafizəsinin yaxşılaşdırılmasına dair planları və digər tədbirləri yerinə yetirmədikdə Azərbaycan 
Respublikasının hökuməti əmək şəraitinin ekspertizası rəyinə və ya həmkarlar ittifaqı orqanlarının 
təqdimatına əsasən, işçilərin sosial sığortası üçün bu müəssisələrin və təşkilatların ayırmalarının yüksək 
tariflərini müəyyən edir. 
Həyat üçün yüksək təhlükə mənbəyi olan işlərdə çalışan işçilər istehsalatda bədbəxt 
hadisələrdən və peşə xəstəliklərindən işəgötürən tərəfindən mütləq icbari şəxsi sığorta edilməlidirlər.
Şəxsi sığorta edilməli olan işçilərin siyahısı, sığorta haqqının məbləği kollektiv müqavilələrdə, 
əmək müqavilələrində sığorta təşkilatları ilə bağlanmış müqavilələr əsasında müəyyən edilir. 
İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsiri (tam və ya qismən) 
olan müəssisə və təşkilat qanunla müəyyən edilmiş qaydada işçiyə xəsarət və ya sağlamlığın başqa 
şəkildə korlanması nəticəsində dəymiş zərərin əvəzini, habelə müalicə-sağlamlaşdırma müəssisələrində 
müalicəsinin tam dəyərini və sosial sığorta orqanlarına ona pensiya və digər müavinətlər verilməsi ilə 
əlaqədar xərclərin əvəzini tamamilə ödəyir.
İstahsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sağlamlığının korlanması ilə 
əlaqədar əmək qabiliyyətini itirmiş işçilərə qanunla müəyyən edilmiş qaydada zərərin ödənilməsindən 
əlavə, təqsirkar müəssisənin və təşkilatın hesabına, peşəkar əmək qabiliyyətinin itirilmiş hər faizinə görə 
bir aylıq orta əmək haqqı hesabı ilə, lakin zərərçəkənin orta illik qazancından az olmamaqla birdəfəlik 
müavinət ödənilir. 
İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində işçi öldükdə təqsirkar müəssisə və 
təşkilat qanunvericilikdə müəyyən edilmiş qaydada və miqdarda maddi zərərin əvəzini buna hüququ 
olan şəxslərə ödəyir, habelə mərhumun orta illik qazancının ölüm anındakı yaşından 60 yaşınadək qalan 
tam illərin sayına vurulmuş miqdarda, lakin azı on orta illik qazancı məbləğində birdəfəlik müavinət 
ödəyir. 
Əmək qabiliyyətini itirmiş işçilərə və ölən işçilərin ailələrinə birdəfəlik müavinətləri yerli sosial 
təminat orqanları ödəyir, sonra isə ödənilmiş vəsaiti istehsalatda baş vermiş bədbəxt hadisədə və ya 


51 
peşə xəstəliyində təqsiri olan müəssisələrdən və təşkilatlardan tuturlar. 


Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə