Qaydaları 1 Azərbaycan Respublikasi Təhsil Nazirliyi



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə24/45
tarix21.05.2022
ölçüsü4,91 Mb.
#87642
növüQaydalar
1   ...   20   21   22   23   24   25   26   27   ...   45
is-saraitinda-amak-tahlukasizlik-va-saglamliq-qaydalari

Peşə zəhərlənməsi. Peşə xəstəliyinin xüsusi halıdır. Peşə zəhərlənmələri şiddətli və 
xronik formada ola bilər. İstehsalat prosesində zəhərli preparatlardan ayrılan hissəciklərin insan 
orqanizminə təsiri nəticəsində zəhərlənmə baş verir.


38 
Şəkil 3.2 Zəhərlənən şəxsə kömək 
Xroniki peşə zəhərlənməsi istehsalın zərərli amillərinin uzunmüddətli fiziki təsiri nəticəsidir. Belə 
ki, çirkli havanın (istehsal və texniki toz tərkibli havanın) uzunmüddətli udulması ciyərlərin və nəfəs 
yollarının xroniki xəstəliklərinə gətirib çıxardır. 
İşlərin icra edilməsi vaxtı bədənin monoton məcburi vəziyyəti 
xroniki xəstəliyə bel-oma radikulitinə gətirib çıxarır. Laklarla, qatranla 
iş zamanı sanitar-gigiyenik normalara məhəl qoymamaq dərinin xroniki 
xəstəliyi olan ekzemaya gətirib çıxara bilər. Vibrasiyanın orqanizmə 
soyutma ilə birlikdə uzunmüddətli və ümumi təsiri vibroxəstəliyə 
gətirib çıxarır. Səs tellərinin gərginliyi boğaz xəstəliyi olan xroniki 
laringitə gətirib çıxara bilər. 
Təhlükə və zərərin dərəcəsi müxtəlif cihazların - səsölçən, 
tozölçən, qazoanalizatorlar vasitəsi ilə ölçülür. Zərərin son dərəcə 
mümkün səviyyələri standartlarda qeyd edilmişdir. Bədbəxt 
hadisələrin texniki səbəbləri təchizatın, alətlərin nasazlığı, işçilərin
yerin qeyri-kafi saxlanılması, nəqliyyat vasitələrinin bütün növlərinin 
istismar qaydalarının pozulmasıdır.
İş sahəsində əksər fəaliyyətlərdə, işlərdə çalışacaq işçilər üçün 
lazım olan minimum qoruyucu avadanlıqlar istifadə edilməlidir: 
- qoruyucu papaq (dəmir papaqlardan istifadəyə icazə verilmir) 
- təhlükəsizlik eynəkləri (üst tərəfdən dəyə biləcək təsirlərdən qorunmaq üçün yan tərəfdən heç 
bir qoruyucu olmayan) 
- təhlükəsizlik üçün iş çəkmələri 
- əlin zədələnməsinə səbəb ola biləcək materiallarla iş zamanı (belə ki taxta qırıqları isti boru və 
s.) əli qorumaq üçün iş alətləri (müxtəlif tipli)  
Şəkil 3.4 İş zamanı bədbəxt hadisə 
Şəkil 3.3 İstehsalatda zədə


39 
Bədbəxt hadisələrin sanitar-gigiyenik səbəbləri - gigiyenanın pozulması və sanitar normaları və 
qaydalarının pozulması və havanın yüksək rütubətliyi, intensiv səs, həddindən artıq qaz və toz olmasının 
nəticəsidir. 
Müdiriyyət işçiləri onların yerinə yetirdikləri işin xarakterinə uyğun və mövcud normalara 
müvafiq xüsusi geyimlərlə və xüsusi ayaqqabılarla, eləcə də fərdi mühafizə vasitələri ilə (reseptor 
qoruyucu eynəklər dialektik qoruyucu vasitələr təhlükəsizlik kəməri və s.) təmin etməlidir. Əməyin 
mühafizəsi normalarına görə nəzərdə tutulmuş xüsusi geyimləri və qoruyucu ləvazimatları olmayan 
işçilər işə buraxılmamalıdır. İşə ilk dəfə başlayan işçilərə usta fərdi mühafizə vasitələrindən və qoruyucu 
ləvazimatlardan düzgün istifadə qaydalarını öyrətməlidir. 
3.1.2. Tələbələr üçün fəaliyyətlər 

İstehsalatda əmək təhlükəsizliyi qaydalarının pozulması haqqında diskussiya təşkil edin. 

Aşağıdakı üsuldan istifadə edərək (sxem 3.1.) peşə xəstəliklərinin növlərini qeyd edin 
Sxem 3.1 

İstehsalat travmalarının yaranma səbəblərini araşdırın və təhlil edin. 

Peşə zəhərlənməsi haqqında təqdimat hazırlayın. 

Xroniki peşə zəhərlənməsi nədir və nə zaman baş verir?-sualını dəyirmi masa ətrafında
müzakirə edin. 
3.1.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə