Qaydaları 1 Azərbaycan Respublikasi Təhsil Nazirliyi


“Nərdivanların, meydançaların və pilləkənlərin tətbiqi zamanı təhlükəsizlik tələblərini



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə23/45
tarix21.05.2022
ölçüsü4,91 Mb.
#87642
növüQaydalar
1   ...   19   20   21   22   23   24   25   26   ...   45
is-saraitinda-amak-tahlukasizlik-va-saglamliq-qaydalari

“Nərdivanların, meydançaların və pilləkənlərin tətbiqi zamanı təhlükəsizlik tələblərini 
əlaqələndirir” 

Daşınan nərdivanın uzunluğu nə qədər olmalıdır? 

Yeni gələn işçilərə təhlükəsiz iş metodları kimlər tərəfindən öyrədilməlidir? 

Söykəmə və ya asma nərdivanlardan istifadə olunarkən hansı hallara yol verilmir? 

Nərdivanlar hansı şəraitdə saxlanılmalıdır? 

Nərdivanlar və taxtabəndləri işçi daşıdığı zaman hansı qaydalara əməl etməlidir? 

Söykəmə və asma nərdivanların sürüşmə və aşma təhlükəsinin qarşısını almaq üçün nə 
etmək lazımdır? 


37 
Təlim nəticəsi 3: İstehsalat zədələnmələrinin növlərini, yaranma səbəblərini bilir və müvafiq 
tədbirlər görməyi bacarır 
3.1.1. İstehsalat zədələnmələrinin növlərini və səbəblərini izah edir 

İstehsalat travmatizmi və əsas səbəbləri
Müəssisənin təsərrüfat sahələrinin xüsusiyyətlərindən, zərərli və təhlükəli 
amillərindən asılı olaraq işçilərdə yaranan müxtəlif növ travmalar üç növə 
bölünür: istehsalat travması, peşə xəstəliyi və peşə zəhərlənməsi.
İstehsalat travması. Qəfil xarici təsir nəticəsində insan orqanizmində 
toxumaların ani olaraq zədələnməsi və ya üzvlərin öz fizioloji funksiyasını 
dəyişməsi travma adlanır. Travmalar, adətən təhlükəli amillərin insana qısa müddətli təsiri nəticəsində 
baş verir. “Travma” – yunan sözü olub, zədələnmə, xəsarət alma, əzilmə, qırılma və s. mənasında işlədilir. 
İstehsalatda əmək təhlükəsizliyi qaydalarının pozulması nəticəsində mexaniki zədələnmədən, elektrik 
cərəyanının təsirindən, kimyəvi zəhərlənmədən radioaktiv şüalanmadan, qeyri-normal əmək 
şəraitindən alınmış zədə istehsalat zədəsi və bədbəxt hadisə adlanır.
Şəkil 3.1 İş yerində travma 

Peşə xəstələnmələri. Əmək prosesində əmələ gələn zərərli istehsalat amillərinin işçinin 
orqanizminə uzun müddət təsiri onun sağlamlığının pozulmasına səbəb olur. Bununla müəyyən iş üçün 
səciyyəvi olan zərərli istehsalat amillərinin təsiri nəticəsində inkişaf edən xəstəlik – peşə xəstəliyi yaranır.


Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə