Qaydaları 1 Azərbaycan Respublikasi Təhsil Nazirliyi



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə19/45
tarix21.05.2022
ölçüsü4,91 Mb.
#87642
növüQaydalar
1   ...   15   16   17   18   19   20   21   22   ...   45
is-saraitinda-amak-tahlukasizlik-va-saglamliq-qaydalari

 
DİQQƏT!
İş saatlarında alkoqol və narkotik maddələrin qəbulu qəti qadağandır. Yorğun halda 
və xəstə vəziyyətdə işləməyiniz məsləhət deyil.
Elektrik qurğularının istismarı zamanı təqdim olunan təhlükəsizlik qaydaları mülkiyyətin hüquq 
və təşkilat formalarından asılı olmayan elektrik qurğularının xidmətilə məşğul olan, orada operativ 
açılmaları aparan, inşaat, quraşdırma, sazlama və təmir işlərini, sınaq və ölçmələri təşkil edən və yerinə 
yetirən işçilərini əhatə edir. 
İşçinin travma alması həm təhlükə mənbəyi ilə təmasda, həm də hər hansı bir məsafədə 
mümkündür. 
Təhlükəli zona - bu insan sağlamlığı və ya həyatı üçün təhlükəli olan istehsalat amilinin daim və 
ya vaxtaşırı yarandığı sahədir. Bu elektrik cərəyan vurma təhlükəsi, emal edilən detalların sıxaclarının 
uçan və ya çıxan hissəciklər travma alma imkanı ilə əlaqədar ola bilər. 
Təhlükəli zona, qaldırıcı nəqliyyat maşınlarıyla yerdəyişmə edilən yüklərin yaxınlığında fırlanan, 
hərəkət edən elementlər ətrafında yarana bilər.
Təhlükə hərəkət edən və ya fırlanan detallarda çıxıntılı hissələri olduğu zaman artır. Maşınlar 
bir-birinə qarşı fırlanma halında təhlükəli zonaya sorulma təhlükəsini yaradır. Avadanlığın hərəkət edən 
və fırlanan hissələri, əgər onlar təhlükə mənbəyidirsə, onlar mühafizə edilməlidir. 
Təhlükəsizlik üzrə əlavə tələblər verilən işləri (xüsusi işlər) icra etmək ixtiyarı olan işçilərin 
vəsiqələrinə də bu barədə qeydlər edilməlidir. 
Belə işlər aşağıdakılardır: 
- yüksəkdə görülən işlər; 
- cərəyan daşıyan hissələrdə gərginlik altında aparılan işlər;
-izolyatorların silinməsi, yuyulması və dəyişdirilməsi, məftillərin təmiri, ölçü ştanqı ilə izolyator və 
birləşdirici sıxaclara nəzarətin edilməsi. 
- trosların yağlanması; 
- təzyiq altında işləyən qablara xidmət etmək;
- yüksəldilmiş gərginliklə avadanlığın sınanması (meqaommetrlə aparılan işlərdən başqa). 
Yerli şəraitdən asılı olaraq müəssisə rəhbərliyinin sərəncamı ilə xüsusi işlər siyahısına əlavələr 
edilə bilər. Bu işlərə yaşı 18-dən az olan şəxsləri buraxmaq qadağandır. 
Bu qaydaları pozan işçilər qüvvədə olan qanunlara əsasən məsuliyyət (intizam, inzibati və 
cinayət məsuliyyəti) daşıyırlar. Belə işçilərin elektrik təhlükəsizliyi qrupu müəssisə rəhbərliyi tərəfindən 
azaldıla bilər. Hər bir işçi bu qaydaların tələblərinin pozulmasının qarşısını ala bilmədiyi halda dərhal 
mövcud olan təhlükə barəsində öz rəhbərliyinə məlumat verməlidir. 
Şəkil 2.3 Elektrikın geyimi 
Şəkil 2.4 Elektrik cihazlarla 
işləyərkən diqqətli olun 


27 
2.1.2. Tələbələr üçün fəaliyyətlər 

Sinfi 2 qrupa bölün. Hər iki qrupa iri ağ kağızda “Elektrik alətlərinin istismarı zamanı 
təhlükəsizlik qaydaları haqqında bildiklərinizi qeyd edin”, digər qrupa isə “Alətin uzun 
müddət istismara yararlığının təmin edilməsi haqqında” tapşırıqlar verilir. Verilmiş 20 
dəqiqə ərzində qruplar tədqiqat aparmalı, verilmiş tapşırıqları yerinə yetirməlidirlər. 
Vaxt bitdikdən sonra hər iki qrup tərəfindən seçilmiş liderlər öz təqdimatların nümayiş 
etdirərək, müzakirələr təşkil etməlidirlər. 

Maşın və mexanizmlərin təhlükəsizliyini müzakirə və təhlil edin. 

İşçi və işə götürənin səciyyəvi xüsusiyyətlərini rollu oyunlarla nümayiş etdirin. 
2.1.3. Qiymətləndirmə 
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə