Ali İXTİsas təHSİLİNİN



Yüklə 128,62 Kb.
tarix01.02.2018
ölçüsü128,62 Kb.


ALİ İXTİSAS TƏHSİLİNİN




D Ö V L Ə T S T A N D A R T I




Bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan
M İ N İ M U M D Ö V L Ə T T Ə L Ə B L Ə R İ

İstiqamətin şifri və adı: «HS-150000 – İNCƏSƏNƏT»

İxtisasın şifri və adı: «HS151800—Muzey işi və abidələrin mühafizəsi»

Bakı – 2006
I. HS 150000 İncəsənət istiqaməti üzrə HS 151800 «Muzey işi və abidələrin mühafizəsi» ixtisasının ümumi xarakteristikası.

1.1. HS 151800 «Muzey işi və abidələrin mühafizəsi» ixtisası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 1997-ci il tarixli, 04 saylı qərarı ilə təsdiq edilmişdir.

1.2. Əyani formada təhsil proqramının mənimsənilməsinin normativ müddəti 4.0 ildir.

Bakalavriat ali təhsilin birinci pilləsidir.

Məzuna verilən akademik dərəcə: «Mədəniyyət baklavrı», ixtisas dərəcəsi: «Muzeyşünas».


    1. Mədəniyyət bakalavrı:

-Fundamental və peşə hazırlığına uyğun olaraq ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə, eləcə də istiqamət üzrə (ixtisas) magistraturada təhsil almağa hazır olmalıdır.

1.4. Bakalavrın peşə fəaliyyətinin əsas sahələri:

- Mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun olan istənilən sahələri, təşkilatlar, idarələr, müəssisələr, muzeylər, abidələrin mühafizəsi üzrə müfəttiş qrupları, arxeologiya institutu, elmi tədqiqat arxeologiya laboatoriyaları, diyarşünaslıq mərkəzləri, tarixi abidələrin idarələri, bələdçi qrupları və s.

-Mövcud qaydalara riayət olunmaqla müxtəlif dövlət və qeyri-dövlət təhsil müəssisələri ( ali məktəbdə elmi, elmi-pedaqoci fəaliyyət sahələri istisna olunmaqla), orta ixtisas peşə təhsili müəssisələri, diyarşünaslıq mərkəzləri, ixtisasartırma kursları.


II. HS 150000 İncəsənt istiqamətinin HS 151800 «Muzey işi və abidələrin mühafizəsi» ixtisası üzrə bakalavr pilləsini başa vurmuş məzunun hazırlıq və bilik səviyyəsinə qoyulan tələblər:

    1. Bilik səviyyəsinə olan ümumi tələblər:

- humanitar sahələrin əsas təlimlərindən xəbərdar olmalı, sosial əhəmiyyətli problemlərin elmi təşkilini apara bilmək qabiliyyəti olmalı, bu elmləri peş əvə sosial fəaliyyyətinə tətbiq etməyi bacarmalıdır;

- sosial əhəmiyyətli məsələlərin təhlilini apara bilməklə bu elmlərin metodlarını bilməlidir;

- insanın insanla, cəmiyyətlə, ətraf mühitlə münasibətini təhlil etməyi bacarmalıdır;

- Azərbaycan Respublikasının Dövlət dili olan Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti olmalı və yazı vərdişlərini düzgün tərtib etməyi bacarmalıdır;

- Xarici dildə ünsiyyətdə olmağı və danışmağı bacarmalıdır;

- öz əməyini elmi əsaslar üzərində təşkil etməyi, peşə fəaliyyət dairəsinə aid olan məlumatların toplanması, emalı və saxanmasında kompüter metodlarından istifadə etməyi bacarmalıdır;

- əldə etdiyi təcrübi nəticələri qiymətləndirmək qabiliyyətinə malik olmalıdır;

- kollektivdə işləmək bacarığına, qoyulan tələbləri yerinə yetirmək və problemləri vaxtında həll etmək qabiliyyətinə malik olmalıdır;

- öz ixtisasının mahiyyətini, cəmiyyətdə sosial əhəmiyyətini və konkret fəaliyyət sahəsinə aid elmlərin əsas problemlərini dərk etməli, onun tətbiq sahələrini bilməlidir;

- sağlam həyat tərzinin elmi əsaslarını anlamalı, fiziki mükəmməliyin vərdiş və bacarıqlarına malik olmalıdır;

- Azərbaycan Respublikasının Konstitusiyasını və Hüququn əsaslarını, iqtisadiyyatın əsaslarını bilməlidir.
2.2. Fənlər üzrə bilik və bacarıqlara olan tələblər:

2.2.1. Humanitar fənlər üzrə:

Bakalavr:

- humanitar və təfəkkür mədəniyyətinə malik olmalı, onun ümümi fəaliyyət qanunlarını bilməli, fikirlərin şifahi və yazılı şəkildə məntiqi arqumentini formalaşdırmağı bacarmalıdır;

- mədəniyyətin forma və tipləri haqqında məlumatı olmalı, dünyada əsas mədəni-tarixi mərkəzlər olmuş regionları tanımalı, onların inkişafı və funksional qanunauyğunluqlarını bilməli, Azərbaycan mədəniyyətini və onun dünya mədəniyyəti və sivilizasiyasında tutduğu yeri qiymətləndirməyi bacarmalıdır;

- Azərbaycan tarixi fənnini akademik səviyyədə öyrənməli, Azərbaycan xalqının keçdiyi tarixi yol və gerçəkliklər haqqında fektoloci və nəzəri biliklərə yiyələnməli, obyektiv fikir söyləmək, diskussiya aparmaq vərdişi və bacarığı olmalıdır.

- Azərbaycan xalqının müstəqillik uğrunda müharibəsi, tarixi şəxsiyyətlərin bu müharibədə rolu, azərbaycan tarixinin dövrləri, onun mənbələri, Azərbaycan tarixinin öyrənilməsinin metod və metodologiyası haqqında biliklərə yiyələnməlidir;

- Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili sərbəst danışılmalı, özünün fəaliyyətində peşəkar leksikadan istifadə etməyi bacarmalıdır.



  • xarici dillərin birində danışığın və yazının məzmununu başa düşməli, peşə səviyyəsinin artırılmasında mühüm əhəmiyyət kəsb edən və xarici dillərdə olan ədəbiyyat və mənbələrdən sərbəst istifadə etməyi bacarmalıdır;

  • sosial mühit və vərəsəlik münasibətlərini bilməli, sosial təcrübələrin toplanması, saxlanılması və ötürülməsi haqqında təsəvvürlərə malik olmalı, milli və mədəni-tarixi amillərin təhsil və tərbiyədə rolu və əhəmiyyətini dərk etməlidir;

  • seçdiyi sosial-iqtisadi fənləri dərindən mənimsəməlidir.

2.2.2. İstiqamətin və ya ixtisasın ümumpeşə hazırlığı fənləri üzrə:



Bakalavr:

-estetikanın predmetini və kateqoriyalarını, incəsənətin növlərini, Azərbaycanda estetik fikir haqqında elmləri bilməlidir;

- İnformatika haqqında əməliyyat sistemlərini Windovs, tətbiqi və ofis proqramlarını, kompüter şəbəkələrini bilməlidir;

- İncəsənət tarixini, xarici ölkə ədəbiyyatını, qərb və rus ədəbiyyatı haqqında məlumata malik olmalıdır;

- aldığı ixtisas üzrə ümumi nəzəri təlimlərə yiyələnməlidir;

- mədəniyyət tarixi və nəzəriyyəsi, maddi-mənəvi mədəniyyət, Azərbaycan mədəniyyətinin inkişaf problemlərini bilməlidir;

- muzey işi, tarixi nəzəriyyəsi, təşkili və idarə olunması haqqında XVIII-XIX əsr Rusiyada muzey işi, Azərbaycanda muzeyin yaranmasını bilməlidir;

- diyarşünaslıq haqqında elmi, muzey avadanlığı və muzey işinin texniki vəsaiti haqqında, pervoxəritələr və vidoyazıların təşkilini bilməlidir;

- elmi tədqiqat işinin təşkilini, muzey ekspozisiyası, mədəni kütləvi tədbirlərin metodikasını, muzey fondlarının yaranmasını bilməlidir;

- muzeydən kənar tarix və mədəniyyət abidlərinin mühafizəsi və istismarını, xalq yaradıcılığı haqqında elmləri bilməlidir.



      1. İxtisas fənləri üzrə:

Bakalavr:

- peşə hazırlığı ilə yanaşı dar ixtisaslaşma üzrə nəzəri və təcrübi biliklərə malik olmalıdır;

- muzey ekspozisiyası və onun əsas anlayışlarını, eksponat anlayışı, ekspozisiya ansamblının qurulma prinsiplərini bilməlidir.

- muzeydənkənar abidələrin növünü, təsnifatını, daşınar və daşınmaz abidələrin katoqoriyalarını, abidələrin köhnəlməsini bilməlidir;

- Azərbaycanda muzeydənkənar abidələrin tarixi və onların mühafizəsinin qorunması haqqında tədbirləri bilməlidir.

2.2.4. Xüsusi fənlər üzrə.

Bakalavr:



  • sağlamlığın qorunmasında və möhkəmləndirilməsində, sağlam həyat tərzinin formalaşmasında, mənəvi və iradi keyfiyyətlərin tərbiyə olunmasında fiziki hazırlığın rolunu, vətənin müdafiəsində, fiziki imkanların əməyə və işə düzgün münasibətin tərbiyə edilməsində idman və bədən tərbiyəsi amillərinin mahiyyətini dərk etməli;

  • sülh və müharibə dövründə yaranan fövqəladə halların növlərini, mülkü müdafiə orqanının təşkilini, onun əsas qüvvələrini və vəzifələrini, kütləvi qırğın silahlarından fərdi və kollektiv mühafizə tədbirlərini bilməli, xilasetmə və digər təxirəsalınmaz işlərin görülməsini, insanların və avadanlıqların radioaktiv və kimyəvi çirklənməsinin zərərsizləşdirilməsini bacarmalıdır.


III. HS 151800 «Muzey işi və abidələrinin mühafizəsi» ixtisası üzrə bakalavr hazırlığını təmin edən baza təhsil proqramının strukturu.

Fənn bölümü və fənlərin indeksi

Fənnin adı

Auditoriya saatların miqdarı

3265

HF-B00

HUMANİTAR VƏ SOSİAL FƏNLƏR

450

HF-B01

Tarix

105

HF-B02

Xarici dil

165

HF-B03

Azərbaycan dili (təlim rus dilində olanlar üçün)*

90

HF-B04

Seçmə fənlər**

90

İÜHF-B00

İSTİQAMƏTİN ÜMUMPEŞƏ HAZIRLIĞI FƏNNİ

2140

İÜHF-B01

Estetika

60

İÜHF-B02

İnformatika

60

İÜHF-B03

İncəsnət tarixi

90

İÜHF-B04

Xarici ölkələr ədəbiyyatı

135

İÜHF-B05

Azərbaycan ədəbiyyatı

75

İÜHF-B06

Mədəniyyət tarixi və nəzəriyyəsi

160

İÜHF-B07

Muzey işi tarixi, nəzəriyyəsi təşkili və idarə olunması

190

İÜHF-B08

Diyarşünaslıq

105

İÜHF-B09

Muzey avadanlığı və muzey işinin texniki vəsaiti

45

İÜHF-B10

Elmi tədqiqat işinin təşkili və metodikası

75

İÜHF-B11

Muzey ekspozisiyası

230

İÜHF-B12

Elmi maarif və mədəni kütləvi işin təşkili metodikası

130

İÜHF-B13

Muzeydənkənar tarix və mədəniyyət abidələrinin mühafizəsi və istismarı

130

İÜHF-B14

Muzey fondları və fond işi

195

İÜHF-B15

Xalq yaradıcılığı

70

İÜHF-B16

Kitabşünaslıq və biblioqrafiyanın əsasları

90

İÜHF-B16

Seçmə fənlər

300

İF-B00

İXTİSAS FƏNLƏRİ

510

İF-B01

Seçmə fənlər

90

XF-B00

XÜSUSİ FƏNLƏR

165

XF-B01

Mülki müdafiə***

45

XF-B02

Bədən tərbiyəsi

120

İstiqamət (ixtisas) üzrə ali təhsil proqramı aşağıdakı proqramlara uyğun tərtib edilmişdir.

Bakalavr təhsil proqramını mənimsəmək

üçün ayrılan ümumi həftələr 198

Nəzəri təlim üçün arılan həftələr 115

praktikalar üçün ayrılan həftələr 8-18****

İmtahan sessiyası üçün ayrılan hftələr 32

Tətillər üçün ayrılan həftələr 36

Buraxılış işinin hazırlanması üçün 5

Dövlət yekun attestasiyası üçün

ayrılan həftələr 2

Qeyd:

________________________________________________________________________

*Ali məktəblərin təklifləri əsasında azərbaycan bölmələrində təhsil alanlar öz arzuları ilə həmin saat həcmində ikinci xarici dil və ya Azərbaycan dili fənlərini seçə bilərlər.

** I bölmə üzrə seçmə fənlərə ali məktəb tərəfindən Fəlsəfə, Politologiya, Sosiologiya, İqtisadiyyat, Mədəniyyətşünaslıq, Azərbaycan Respublikasının Konstitusiyası və Hüququn əsasları və s. humanitar, sosial-iqtisadi fənlər daxil oluna bilər.

Bütün bölmələrdə seçmə fənlər bir neçə blokdan (ən azı 2 blok) ibarət ola bilər. Ali məktəb tərəfindən hər bir blok, seçmə fənlər üçün nəzərədə tutulmuş saat həcmini aşmamaq şərti ilə tədris yükü müəyyənləşdirilir. Tələbə həmin blokların hər birindən yalnız bir fənn seçmək hüququna malikdir və onun seçdiyi bu fənn həmin bloka ayrılan saat həcmində tədris olunmalıdır. Məsələn fərz edək ki, ali məktəb tərəfindən humanitar bölümə daxil olan seçmə fənlər (cəmi 90 s) üzrə 2 blok müəyyənləşdirilmişdir. Birinci bloka Seçmə fənlərdən Fəlməfə», «İqtisadiyyat», «Politologiya», ikinci bloka «Mədəniyyətşünaslıq», «Azərbaycan Respublikasının Konstitusiyası», «Hüququn əsasları», «Sosiologiya» fənləri daxil edilmişdir. I bloka daxil olan fənlərin tədrisinə 60 saat, II bloka daxil olan fənlərin tədrisinə 30 saat müəyyənləşdirilmişdir. Əgər tələbə I blokdan «Fəlsəfəni», II blokdan isə «»Sosiologiyanı seçibsə onda ona həmin fənlərə müvafiq olaraq 60 və 30 saat həcmində tədris olunmalıdır.

*** «Tibbi biliklərin əsasları» fənni üçün ayrılmış 150saat ümumpeşə hazırlığı fənlərinə verilə bilər.

***** Təcrübənin müddəti 8 həftədən çox olduqda onun təşkili nəzəri təlim üçün ayrılan həftələrin hesabına keçririlə bilər.
IV. «HS150000-İncəsnət» istiqamətində «HS151800-Muzey işi və abidələrin mühafizəsi» ixtisası üzrə ali baza təhsil proqramına daxil olunmuş fənlərin qısa məzmunu.


Fənn bölümü və fənlərin indeksi

Fənn bölümünün adı və onların qısa məzmunu

Auditoriya saat.miqdarı

3265

HF-B00

HUMANİTAR FƏNLƏR

450

HF-B01

Azərbaycan tarixi

Azərbaycan tarixinin predmeti, məzmunu, məqsəd və vəzifələr, dövrləşmə və inkişaf mərhələləri.

Azərbaycana aid ilk tarixi məlumatlar və biliklər. Şifahi xalq yaradıcılığı, dini rəvayətlər. Yazının meydana çıxması. Şumer, akkad, assur, urartu mixi yazıları. Azərbaycanın (Manna, Atropatena, Albaniya) antik dövrünün tədqiqində yunan və latın, alban, erməni, gürcü və suriya mənbələri. Arxeoloci materiallar, yazılı mənbələr. Azərbaycanın III-Y əsrlərinə dair mənbələr.

İlk orta əsrlərdə Alban feodal dövlətinin yaranması, ərazisi, inzibati dövlət quruluşu, ordusu. Feodal münasibətlərinin yaranması və xüsusiyyətləri, Roma, Sasani və Bizansla münasibətlər. Dağlıq Qarabağda xristianlığın yayılması. Albaniyada siyasi müstəqilliyin bərpası. Cavanşirin Albaniyanın müstəqilliyi uğrunda Sasani, ərəb, Bizans və Xəzərlərə qarşı mübarizəsi. Ərəblər tərəfindən Albaniyanın müstəqilliyinə son qoyulması.

İlk orta əsrlərdə Albaniyanın təsərrüfat həyatı-əkinçilik, maldarlıq sənətkarlıq, ticarət və ticarət əlaqələri, şəhərlər, ölkənin sosial həyatı, yazının meydana gəlməsi. Mədəniyyət.

Xürrəmilik. Babək hərəkatı, IX-XII əsrlərdə Azərbaycanın feodal dövlətləri. Məzyədilər, Sacilər, Rəvvadilər, Salarilər, Şəddadilər, Şirvanşahlar, Atabəylər, intibah dövrü mədəniyyəti. Azərbaycanda monqol ağalığı. Hülakilər, (Elxanilər) dövləti. Çobanilər, Cəlairlər. XY əsr feodal dövlətləri. Azərbaycan Səfəvilər dövləti. Səfəvi-Osmanlı münasibətləri. Azərbaycan xanlıqları. XYIII əsrdə Azərbaycanın sosial-iqtisadi və siyasi vəziyyəti. Mədəniyyət. Azərbaycanın Rusiya və İran arasında bölünməsi. Cənubi Azərbaycan XIX-XX əsrlərdə. Mədəniyyət. Kapitalist münasibətlə-rinin inkişafı, milli burcuaziyanın yaranması.

Azərbaycan tarixinin elmə çevrilməsi. XIX əsrin əvvəllərindən 1920-ci ilə qədərki dövr. A.A.Bakıxanovun “Gülüstani İrəm” əsəri ilə elmi tarixşünaslığın əsasının qoyulması. Milli salnaməçilik. Maarifçi tarixşünaslıq. XX əsrin əvvəllərində tarixşünaslıqda feodal-zadəgan, inqilabi-demokratik, milli cərəyanlar, Onların nümayəndələri. Azərbaycan xalqının milli mənafeyinin ön plana çəkilməsi. Müstəmləkəçilik zülmünə qarşı mübarizəyə diqqət. Azərbaycanda sənayeləşmə və kollektivləşmə. XIX-XX əsrlər tarixinin öyrənilməsində rus Qafqazşünaslarının yeri.

Azərbaycan Xalq Cümhuriyyəti. Daxili və xarici siyasət. Bu dövrdə yazılan əsərlərin əsas qayəsi, Azərbaycanın dünyaya tanıdılması. Milli tarixin inkişafına diqqət.

Sovet hakimiyyəti illərində Azərbaycan tarix elmində vahid konsepsiya və metodologiya. İnqilabi hərəkat tarixi və sinfi mübarizənin öyrənilməsinə meylin artması. XX əsrin 20-30-cu illərində Azərbaycanın tarixinin tədqiqi. 30-cu illərdə tarixçi kadrların repressiyası. İkinci dünya müharibəsi dövründə (1941-1945) hərbi vətənpərvərlik mövzusu. Müharibədən sonra Azərbaycan tarixinə aid tədqiqatlar. Üç cildlik Azərbaycan tarixinin meydana çıxması (üç cilddə). XX əsrin 70-80-ci illərində Azərbaycanın sosial-iqtisadi həyatı. Mədəniyyət. Sovet dövrü tarixi.

Müstəqil Azərbaycan Respublikasının tarixinin öyrənilməsi. Qarşıda duran əsas vəzifələr: Sovet dövründəki səhvlərin aradan qaldırılması. Azərbaycan tarixinin obyektiv tədqiqi. Milli ideologiyanın formalaşması. Azərbaycançılıq qayəsi. Müstəqillik illərində nailiyyətlər. Ümummilli lider H.Əliyevin irsinin öyrənilməsinin ön plana çəkilməsi.



105

HSF-B02

Xarici dil

Səslərin artikulyasiyası, intonasiyası, öyrənilən dilin neytral nitq forması, professional kommunikasiya sahəsində düzgün tələffüz qaydaları; transkripsiyanın oxusu.

2000 leksik işarə həcmində ümumi və terminoloci minimum.

Leksikadan müxtəlif sahələrdə istifadə etmə (məişət, terminoloci, ümumi-elmi, rəsmi və s.) anlayışı.

Frazeoloci birləşmələr, sərbəst söz və söz birləşmələri haqqında anlayış.

Düzəltmə və mürəkkəb söz birləşmələri haqqında anlayış.

Qrammatik vərdişlər, ümumi xarakterli mənası dəyişilmədən işlənən yazılı və şifahi nitq, xarakterik və professional nitq anlayışı, professional nitqdə yaranan əsas xüsusiyyətlər.

Məişət və ədəbi dil, rəsmi-işgüzar dil, elmi-bədii dilin xüsusiyyətləri haqqında anlayış.

Dilini öyrəndiyi ölkənin mədəniyyəti, ənənələri, nitq mədəniyyəti haqqında anlayış.

Danışıq. Rəsmi və qeyri-rəsmi situasiyalarda monoloci və dioloci nitqdə qrammatik və leksik ifadələrin kommunikasiya məqsədilə işlənməsi. (Şifahi məlumatlar, mühazirələr)

Audiolaşma. Adi və professional kommunikasiya zamanı dialoci və monoloci nitqin anlaşılması.

Qiraət. Mətnlərin növləri: sadə praqmatik mətnlər, dar və geniş profelli ixtisas mətnləri.Yazı. İfadə qaydalarının növləri: annotasiya, referat, tezis, məlumatlar, işgüzar məktublar, tərcümeyi-hal.




165

HSF-B03

Azərbaycan dili

Fonetika. Danışıq fənləri, onların növləri. Sait səslər.

Samitlər: kar və cingiltili samitlər.

Leksika. Sözün mənası. Sözün həqiqi və məcazi mənası.

Omonim, sinonim və antonim sözlər.

Morfologiya. Sözün quruluşu. Kök və şəkilçi. Nitq hissələri.

Əsas nitq hissələri: isim, sifət, say, əvəzlik, fel, zərf.

Köməkçi nitq hissələri: qoşma, bağlayıcı, ədat, modal sözlər və s.

Sintaksis. Qrammatik əlaqələr. Söz birləşmələri. İsmi və feli birləşmələr. Cümlə üzvləri: baş üzvlər, 2-ci dərəcəli üzvlər. Sadə cümlənin struktur semantik tipləri. Nəqli, sual, əmr və nida cümlələri. Mürəkkəb cümlə sintaksisi. Tabeli və tabesiz mürəkkəb cümlələr. Durğu işarələrinin işlənmə qaydaları.


90

HSF-B04

Seçmə fənlər

90

İÜHF-B00

İSTİQAMƏTİN ÜMUMPEŞƏ HAZIRLIĞI FƏNNİ

2140

İÜHF-B01

Estetika

Estetikanın predmeti və kateqoriyaları, estetik şüur, estetikanın komponentləri, estetik fəaliyyət, incəsənətin funksiyaları, incəsənətin növləri və canrları, bədii obraz, incəsənətdə məzmun və forma metod və üslub, estetikanını inkişafında əsas mərhələlər, azərbaycanda estetik fikir.



60

İÜHF-B02

İnformatika

İnformatika haqqında ümumi məlumat. Əməliyyat sistemləri, Windows, tətbiqi və ofis proqramları, kompüter şəbəkələri, İnternet, şəbəkə təhlükəsizliyi, kompüterin qurğuları, klaviaturanın düymələri,MS-Windows – iş masası, ƏS-nin əsas menyusu, Əs-nin idarəetmə paneli, MS Word File, Edit, View, Insert? Format, Servis Table, Windows menyusu, MS Power Point proqrammı, MS-Excel proqrammı.



60

İÜHF-B03

İncəsnət tarixi

Təsviri sənət haqqında ümumi məlumat, rəngkarlıq və növləri, heykəltaraşlıq və növləri, qrafika, dekorativ tətbiqi sənət, rəngkarlıq, qədim dövr incəsənəti, orta əsrlər incəsənəti, intibah incəsənəti, XVII-XVIII əsrlər Avropa incəsənəti, Klassisiszm və romantizm incəsənəti, XIX əsr Avropa incəsənəti, İntibah və yeni dövr incəsənəti, impressionizm, XX əsr Avropa incəsənəti, Ərəb ölkələri incəsənəti, İran incəsənəti, Türkiyə incəsənəti, Orta asiya xalqları incəsənəti, qədim dövr Rus incəsənəti, Vladimir knyazlığı incəsənəti, I Pyotr dövrü incəsənəti, XIX-XX əsr rus incəsənəti, qədim dövr Azərbaycan incəsənəti, orta əsrlər Azərbaycan incəsənəti, XVII-XIX əsrlər Azərbaycan incəsənəti, müasir Azərbaycan incəsənəti



60

İÜHF-B04

Xarici ölkələr ədəbiyyatı

Rus ədəbiyyatı - Rus şifahi xalq ədəbiyyatı; Qədim rus ədəbiyyatı;XIII-XV,XVI,XVII,XVIII əsrlər rus ədəbiyyatı, XIX əsr rus ədəbiyyatı, XX əsrin əvvəllərində rus ədəbiyyatı

Qərb ədəbiyyatı - Antik ədəbiyyat: Antik ədəbiyyatın tarixi mövqeyi və əhəmiyyəti, quldarlıq cəmiyyətində ədəbiyyat və incəsənətin inkişafı, ədəbiyyatın xalq həyatı ilə əlaqəsi, Qədim Yunan əsatirləri; Qəhrəmanlıq dastanları, Homer, Hesiod, Dionis bayramları, Yunanıstanda teatrın yaranması. Esxil, Sofokl, Evripid, Yunan komediyaları; Aristofan, Roma ədəbiyyatı: ilk Roma yazıçıları Respublika dövründə Roma ədəbiyyatı, İmperiya dövründə Roma ədəbiyyatı, Roma ədəbiyyatının son dövrü; Orta əsrlər ədəbiyyatı –dövrün qəhrəmanlıq dastanları, kurtuaz şeri və onun növləri, kurtuaz roman və povestləri, A.Dante, Renessans dövrü ədəbiyyatı - Renessans dövrü ədəbiyyatında realizm əlamətlərinin inkişaf edib yayılması, Petrarka, Bokkaçço İtaliya renessansının ən görkəmli nümayəndələri kimi, Fransa renessansı və onun ən görkəmli nümayəndələri, Rable, İspan renessansı (Servantes), İngilis renessansı (Şekspir), XVII əsr ədəbiyyatı – XVII əsrin ədəbi cərəyanları (barokko, renessans realizm, klassisizm), Kornel, Rasin, Molyerin yaradıcılığı, Maarifçilik dövrü ədəbiyyatının ümumi səciyyəsi, C.Addison, Riçardson,A. R.Lesac, Ş.Monteskye, Volter, D.Didro, Bomarşe, İ.V.Höte, F. Şillerin yaradıcılığı, XIX əsr qərb ədəbiyyatı –Hofman, Şamisson, Bayron, Şelli, V. Hüqo, C. Sand Stendal, Balzak, Merime və Floberin yaradıcılığı, XIX əsrin sonu, XX əsrin əvvəllərində Fransa ədəbiyyatı E. Zolya, Gi de Mopasan, XX əsrin xarici ədəbiyyatı – bu dövrün müxtəlif ədəbi cərəyanları (simvolizm, naturalizm, neoromantizm, tənqidi realizm) və bunların nümayəndələri, T. Hardi, C. Qolsuorsi, H.Uells, B.Şou,C.Oldric, A.Frans, R.Roman, Barus, L.Araqon, H.Hauptman, H.Mann, T.Mann, İ.Bexer, L.Fehtvanger, B.Brext. XX əsr Amerika ədəbiyyatında ədəbi cərəyanlar (zərif realizm, tənqidi realizm – C.London, T.Drayzer, M.Tven, E.Sinkler, E.Heminquey yradıcılığı),

Türk ədəbiyyatı – Türkiyə ədəbiyyatı haqqında ümumi məlumatlar, Türk xalq ədəbiyyatının növləri və canrları, aşıq poeziyası, Təsəvvüf ədəbiyyatı (C.Rumi, Y.Əmrə), divan ədəfbiyyatının forma və şəkilləri, orta çağlar türk ədəbiyyatı, tənzimat ədəbiyyatı, onun nümayəndələri, «Sərvəti-fünun» ədəbiyyatı, T.Fikrətin həyatı və yaradıcılığı, XIX əsrin sonu, XX əsrin əvvələrində türk ədəbiyyatı, milli ədəbi cərəyanlar – Z.Göyalp, M.Ə.Yurdakul, O.Seyfi, Y.Ziya, R.N.Güntəkinin yaradıcılığı, Cumhuriyyət dövrü türk ədəbiyyatı, N.Hikmətin yaradıcılığı, Türkiyə Dramaturgiyası, Ə. Nesin yaradıcılığı.

135

İÜHF-B05

Azərbaycan ədəbiyyatı

Fənnin tədrisinə əldə olan ədəbiyyat tarixləri, ayrı-ayrı dövrlər və ədəbi şəxsiyyətlər haqqında monoqrafiq tədqiqatlar və bədii irsə istinadən öyrədilir. Mövcud proqramın tərtibində də həmin ədəbiyyatlar əsas olaraq qəbul edilmişdir.

Əsas diqqət və vaxt klassik ədəbiyyata ayrılmışdır. Proqramma Sovet dövrü ədəbiyyatından konyukturadan uzaq şəxsiyyətlər və əsərlər daxil edilmişdir.

Azərbaycan ədəbiyyatının təşəkkülü. (Qədim dövr): Azərbaycan şifahi xalq ədəbiyyatının canrları, mifologiya; Müştərək türk abidələri. «kitabi Dədə Qorqud» eposu, VII-XI əsrlərdə ədəbiyyat (Qətran Təbrizi, Xətib Təbrizi); XII əsrdə ədəbiyyat (Xəqani Şirvani, Məhsəti Gəncəvi).

Azərbaycan İntibah ədəbiyyatı: Nizami və Şərq intibahı; Nizaminin «Xəmsəsi».

Azərbaycan təsəvvüf ədbiyyatı: Təsəvvüf və Təsəvvüfçülər; Nəsimi və hürufizm; Şah İsmayıl Xətai şair və dövlət xadimi kimi.

M.Füzuli: M.Füzuli lirikasında sufizm; M.Füzulinin «Leyli və Məcnun» poeması.

Azərbaycan ədəbiyyatında realizm: Molla Pənah Vaqif.

Azərbaycan ədəbiyyatında maarifçi realizm: A.Bakıxanov, M.Ş.Vazeh, İ.Qutqaşınlı və Qasım bəy Zakir; M.F.Axundzadənin dramaturgiyası; M.F. Axundzadənin realizmi; S.Ə.Şirvaninin yaradıcılığı; N.B.Vəzirovun dramaturgiyası.

Azərbaycan ədəbiyyatında tənqidi realizm: C.Məmmədquluzadənin nəsri, C.Məmmədquluzadənin dramaturgiyası; M.Ə.Sabir və Azərbaycan gülüş mədəniyyəti; Ə.Haqverdiyevin yaradıcılığı; N.Nərimanovun yaradıcılığı; Ə.Hüseynzadə və «Füyuzat» ədəbi məktəbi; M.Ə.Rəsulzadənin yaradıcılığı.

Azərbaycan ədəbiyyatında romantizm: H.Cavidin dramaturgiyası; Azərbaycan mühacirət ədəbiyyatı.

Sovet dövrü Azərbaycan ədəbiyyatı: C.Cabbarlının yaradıcılığı; 20-30-cu illərdə tənqid və ədəbi proses; M.Müşfiqin yaradıcılığı; S.Vurğunun yaradıcılığı; S.Rəhimov, M.İbrahimov, R.Rza və sərbəst şer problemi İ.Əfəndiyevin yaradıcılığı; Müasir Azərbaycan ədəbiyyatı.


75

İÜHF-B06

Mədəniyyət tarixi və nəzəriyyəsi

Mədəniyyət tarixi və nəzəriyyəsi fənninə giriş, Sivilizasiya və mədəniyyət, Mədəniyyət və təbiət, maddi və mənəvi mədəniyyət, mədəniyyətin milli və beynəlmiləl cəhətləri, mənəvi mədəniyyətin tərkib hissələri, mədəniyyətdə mentalitet problemləri, Azərbaycan mədəniyyətinin inkişaf problemləri, İbtidai icma mədəniyyəti, Misir mədəniyyəti, Şumer, Akkad, Babil, Asur mədəniyyəti, Qədim İran, Hind, Azərbaycan mədəniyyəti, Yaponiya mədcəniyyəti, Antik dövr Yunan mədəniyyəti, Qədim Roma mədəniyyəti, Orta əsrlər mədəniyyəti, Orta əsrlər Azərbaycan mədəniyyəti, Orta əsrlər ŞƏrq mədəniyyəti, Klassisizm dövrünün mədəniyyəti, maarifçilik dövrü mədəniyyəti, XIX əsr dünya mədəniyyəti, Rus mədəniyyəti-gümüş dövrü, XX əsr dünya mədəniyyəti.



160

İÜHF-B07

Muzey işi tarixi, nəzəriyyəsi təşkili və idarə olunması

Muzeylərin meydana gəlməsi və inkişafı, Avropada muzeylərin meydana gəlməsi, XVIII əsrin II yarısı muzey işinin inkişafının yeni mərhələsi kimi, XVIII-XIX əsrlərdə Rusiyada muzey işi, Azərbaycanda ilk muzeylərin yaranması, Azərbaycanda yüksək səviyyəli peşəkar muzeylərin təşkili, Azərbaycan memorial muzeyləri tarix memarlıq abidələri və qoruqları, Azərbaycanda diyarşünaslıq muzeylərinin yaradılması və fəaliyyəti.

Muzeylərin sosial funksiyaları, muzeylərin təsnifatı, Fond işinin nəzəri əsasları, Muzeylərinelmi-maarif fəaliyətinin təşkili və metodikası, muzey əşyalarının tədqiqi, fondların tədqiqi, muzey kommunikasiya sahəsində tədqiqatlar.

Muzey işinin tədqiqi və idarə olunması kursununu predmeti, məqsəd və vəzifələri, muzeylərin idarə edilməsinini mahiyyəti və xüsusiyyətləri, muzeylərin idarə edilməsinin prinsipləri, funksiyaları, metodları, (İqtisadi metod, idarəetmənin normativ-sərəncam metodları, sosial-psixoloci metodlar), muzey işi üçün kadrların hazırlanması və təkmilləşdirilməsi, muzey işinə rəhbərlik və onun spesifik xüsusiyyətləri, idarəetmənin sənədlərlə təminatı, idarəetmənin informasiya təminatı, muzeylərə metodik rəhbərlik və təcrübə mübadiləsi.




190

İÜHF-B08

Diyarşünaslıq

Diyarşünaslıq, onun təşəkkülü və başlıca inkişaf formaları, azərbaycanda diyarşünaslığın meydana gəlməsi və inkişafı, Azərbaycanın coğrafi şəraiti, tarixi coğrafiyası, arxeoloci mənbə anlayışı, tarixin öyrənilməsində arceoloci mənbələrin rolu, arxeologiya və onun tədqiqat metodları, arxeoloci abidələr, onların aşkar edilməsi, qeydiyyatı və qorunub saxlanılması, arxeoloci xidmət, Azərbaycanda aşkar edilmiş arxeoloci abidələr və onların elmi əhəmiyyəti, etnoqrafik material anlayışı və diyarşünaslıqda onun əhəmiyyəti, dünya etnoqrafiya təcrübəsinin təşəkkülü və inkişafı, azərbaycan etnoqrafiya elminin təşəkkülü və inkişafı, etnoqrafik matenrialların toplanması və nəzəri cəhətdən işlənməsi, azərbaycan xalqının etnoqenezi, Müasir azərbaycanının etnik tərkibi, Azərbaycan etnoqrafiyasının aktual problemləri, memarlıq abidələri və onların xüsusiyyətləri,antik dövr və orta əsrlər memarlığı, azərbaycan memarlığı,diyarşünaslıqda incəsənət abidələri: təsviri sənət abidələri, tətbiqi sənət abidələri, toxuculuq sənəti, zərcərlik nümunələri, dulusçuluq sənəti, diyarşünaslıqda yazılı və şifahi mənbələr onların toplanması metodikası.



105

İÜHF-B09

Muzey avadanlığı və muzey işinin texniki vəsaiti

Muzey binaları, ekspozisiya və fond avadanlığı, ekspozisiya avadanlığının əsas növləri, fond avadanlığının əsas növləri, stasionar və səyyar sistemlər, muzeylərdə texniki vasitələr, muzey ekspozisiya və sərgilərində istifadə edilən texniki vasitələr, avtomatlaşdırılmış informasiya sistemləri, muzeydə EHM, muzeylərdə əsas texniki vasitələrin şərhi: perfoxəritələr, EHM, videoyazı, təsvirin göstərilməsi vasitələri, qoloqrafiya, muzey əşyalarının qablaşdırılması və daşınması, oğurluqdan qorunma, texniki vasitələrdən və siqnal sistemindən istifadə olunması.



45

İÜHF-B10

Elmi tədqiqat işinin təşkili və metodikası

Elmin mahiyyəti və ictimai funksiyaları, muzeylərin elmi-tədqiqatçılıq fəaliyyətinin xüsusiyətləri, elmi-tədqiqatçılıq fəaliyyətinin planlaşdırılması, təşkili və idarə olunması, muzeylərin profil fəaliyyəti üzrə tədqiqatları, spesifik muzeyşünaslıq tədqiqatlarının əsas istiqamətləri, muzeyşünaslığın strukturu, elmlər sistemində yeri, muzey predmetinin tarixi baxımdan tədqiqi, fondların muzeyşünaslıq tədqiqatları.



75

İÜHF-B11

Muzey ekspozisiyası

Fənnin predmeti, məqsəd və vəzifələri, muzey ekspozisiyası və onun əsas anlayışları, muzey ekspozisiyasının nəzəri problemləri, muzey ekspozisiyasının təşkilinin əsas prinsipləri, ekspozisiyanın təşkilinin zəruri məqamları, ekspozisiya materiallarının əsas tərkibi, «Eksponat» anlayışı, ekspozisiya ansamblı, ekspozisiya kompleksi, ekspozisiya təchizatı, ekspozisiyanıntəşkili metodları və qurulma prinsipləri, ekspozisiyanın təşkilində müəllif kollektivinin rolu, ekspozisiyanın layişələşdirilməsi, təşkilinin əsas anlayışları, ekspozisiyanın elmi və bədii layiləşdirilməsi mərhələsi, eskiz layihəsi, texniki-işçi layihə, ekspozisiya dizaynı, işıq-ekspozisiya ansamblının başlıca komponenti kimi, şrift kompozisiyası, fotoqşrafiya bədii vasitə kimi, ekspozisiya ansamblında texniki təchizat, audiovizual vasitələrin təsnifatı və ekspozisiya şəraitində onların tədqiqinini əsas yolları, ekspozisiya montacının təşkili, ekspozisiyanını qəbulu və onun təbliği formaları.



230

İÜHF-B12

Elmi maarif və mədəni kütləvi işin təşkili metodikası

Muzeylərin fəaliyyətində elmi-maarif və mədəni-kütləvi işin əhəmiyyəti, muzeydə aparılan mədəni kütləvi işin ideya istiqaməti, elmi-maarif və mədəni-kütləvi iş muzeylərin pedaqoci fəaliyyəti kimi, ekskursiya muzeydə kütləvi işin əsas forması kimi, muzey birliklərinin və onların fəaliyyətinin təşkili metodikası, muzeylərdə sərgilərin təşkilinin forma və metodları, muzeydə müxtəlif tipli bədii-kütləvi tədbirlərin təşkilinin forma və metodları, açıq qapı və xüsusi xidmət günlərinin təşkilinin forma və metodları, uşaq-yeniyetmələrlə, turistlər və hərbi qulluqçularlı aparılan mədəni-kütləvi işin xüsusiyyətləri, mədəni-kütləvi işin təşkilinin maliyyə əsasları.



130

İÜHF-B13

Muzeydənkənar tarix və mədəniyyət abidələrinin mühafizəsi və istismarı

Muzeydənkənar abidələr-mədəni dəyərlərin əsası növü kimi, muzeydənkənar tarix və mədəniyyət abidələrinin təsnifatı: daşınar və daşınmaz abidələr, onların kateqoriyaları, abidələrin köhnəlməsi, dağılması və itməsinin əsas səbəbləri, muzeydənkənar tarix və mədəniyyət abidələrinin üzə çıxarılması və qeydiyyatı, muzeydənkənar mədəniyyət abidələrinin qorunması və mühafizəsi, Azərbaycanda muzeydənkənar tarix və mədəniyyət abidələrinin vəziyyəti.



130

İÜHF-B14

Muzey fondları və fond işi

Dövlət muzeyləri – maddi və mənəvimədəniyyət abidələrinin əsas qoruyucularındandır, muzeylərdə mühafizə işinini təşkili: ekspozisiya zallarında və fondlarda muzey predmetlərinin mühafizəsi, fondların komplektləşdirilməsinin elmi metodik əsasları, muzey əhəmiyyətli əşyaların seçilməsi, muzey fondları, strukturu, klassifikasiyası, elmi təşkili, muzeylərin kataloqları, uçot və elmi sənədlər, muzey fondlarının dövlət uçotu, Fondun uçotu, qeydiyyat kitabı, muzey predmetlərinin elmi-inventprizasiyası, köməkçi qeydiyyat formaları, muzey fondlarının mühafizəsi və bərpası.



195

İÜHF-B15

Xalq yaradıcılığı

Kursun predmeti, məqsəd və vəzifələri, xalq yaradıcılığı, xalq bədii sənəti ictimai-tarixi hadisə kimi, xalq yaradıcılığının tarixi kökləri, sosial mahiyyəti və milli mədəniyyətin inkişafında rolu, Azərbaycanda xalq sənəti, sənətkarlıq və onun inkişaf dövrləri, dulusçuluq sənəti, misgərlik sənəti, bədii metal, azərbacan milli geyimləri, azərbaycan xalq təbabəti, folklora istinad edən xalq yaradıcılığı qaynaqları, bədii söz sənəti, Azərbaycan xalq musiqisi, azərbaycan xalq rəqsləri, Azərbaycan xalq teatrları.



70

İÜHF-B16

Kitabşünaslıq və biblioqrafiyanını əsasları.

Kursun predmeti və vəzifələri, Kitabxana işinin əsasları, Azərbaycanda kitabxana işi və kitabxana sistemi, oxuculara kitabxana xidmətinin təşkili, kitabxana fondları, kataloqları, biblioqrafiyanını əsasları, kitabxanalarda biblioqrafik xidmətin təşkili, biblioqrafik apparat və onun tərkib hissələri, biblioqrafik vasitələrin növləri və onlardan istifadə qaydaları, klassiklərin əsərlərinin, dövlət sənədlərinin nəşri və biblioqrafiyası.



90

İÜHF-B17

Seçmə fənlər

300

İF-B00

İXTİSAS FƏNLƏRİ

510

İF-B01

Seçmə fənlər

90

XF-B00

XÜSUSİ FƏNLƏR

165

XF-B01

Mülki müdafiə

Mülki müdafiə üzrə sülh və müharibə dövründə baş verən fövqəladə hallarda yaranmış zədələnmə ocaqlarında xilasetmə və digər təxirəsalınmaz işlərin görülməsi, əhalinin mühafizəsinin öyrədilməsi və təşkili.

Fövqəladə hallarda şagird və müəllim heyətin fəaliyyəti.

Mülki müdafiə üzrə məşğələlərə hazırlığın metodikası.

Müasir qırğın vasitələri ilə zədələnmişlərə ilk tibbi yardım göstərməkdə, bakterioloci zədələnmə ocaqlarında epidemiya əleyhinə tədbir tətbiq etməkdə əməli vərdişlərin aşılanması.


45

XF-B02

Bədən tərbiyəsi

Bədən tərbiyəsi tələbələrin ümumi mədəni və professional hazırlığı kimi. Onun sosial bioloci əsasları. Bədən tərbiyəsi və idman cəmiyyətin sosial fenomeni kimi.Tələbələrin sağlam həyat tərzinin əsasları. Bədən tərbiyəsi iş qabiliyyətinin artırılması vasitəsi kimi.Fiziki tərbiyə sistemində ümumi fiziki və xüsusi hazırlıq.İdman.

İdman növlərinin fərdi seçilməsi. Tələbələrin fiziki hazırlığı. İdman üzrə sərbəst məşğələlərin əsasları və bədənin vəziyyətinə şəxsin nəzarəti.


120


Qeydlər:

  1. Bakalavr təhsil proqramını həyata keçirərkən ali təhsil müəssisələri aşağıdakı hüquqlara malikdirlər:

1.1.Tələbə üçün proqramda nəzərdə tutulmuş illik orta dərs yükü həddini və təlimin faktiki minimum məzmununu saxlamaqla təhsil materialının mənimsənilməsinə ayrılmış saatları fənn bölümləri arasında 5%, fənn bölümləri daxilində 20%-ə qədər dəyişmək;

1.2. Bölümlərə ayrılan auditoriya saatlarının hüdudları çərçivəsində bölümə daxil olan ayrı-ayrı fənlərin saatlarını müəyyənləşdirmək;

1.3. Uyğun magistr ixtisaslaşmalırını istehsalat sahələrini nəzərə almaqla ixtisas fənləri bölümünə daxil olan fənlərin siyahısını, onların tədrisi ardıcıllığını, mühazirə, məşğələ və laboratoriya saatlarının miqdarını müəyyən etmək.

2. İxtisas fənləri bölümü istiqamət üçün nisbətən dar peşə hazırlığı məqsədini daşıyır. ali məktəb bu bölümün müxtəlif variantlarını təklif edə bilər. Lakin ixtisas fənləri bölümündə tələbələrin yalnız bir ixtisaslaşma üzrə hazırlanmasına yol verilmir. Bu bölümə daxil edilmiş fənlərin uyğun istiqamətin (ixtisasın0 mümkün qədər bütün magistr ixtisaslaşmalarını əhatə etməsi təmin olunur. Bu məqsədlə hər bir ixtisaslaşma üçün mövcud olan başlıca ixtisas kurslarının sintezi əsasında geniş porfilli ixtisaslaşma fənn proqramları hazırlanır və bakalavr pilləsində ixtisaslaşma təhsili bu fənn proqramları əsasında həyata keçirilir.

Müəyyən ixtisaslaşmalara xüsusi meyl göstərən bakalavr-tələbələr üçün tədris planlarının ixtisas fənləri bölümündə müvafiq seçmə ixtisas fənləri (və ya fənlər bloku) daxil edilir və tələbələrin həmin seçmə fənləri (və ya seçmə fənlər blokunu) mənimsəyə bilmələri üçün lazımi şərait təmin edilir.

3. Hər semestrin müddəti (sonuncu istisna olunmaqla) 15 həftədir.

4. Tələbələrin tədris yükünün ümumi həcmi onun bütün növ auditoriya və auditoriyadan kənar tədris işləri nəzərə alınmaqla həftədə 54 saatdan çox ola bilməz.

Nəzəri təhsil dövründə tələbənin məcburi auditoriya dərsləri həftədə orta hesabla 30 saatdan çox olmamalıdır. Həmin həcmə xüsusi fənlər üzrə praktiki məşğələlər də daxil edilir.



5. Qış dövründə tətil 2 həftədən az olmamalıdır.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə