Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə37/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   33   34   35   36   37   38   39   40   ...   243

barizələrlə dolu bir şəraitdə cərəyan edən prosesin nəticəsi oldu-

ğundan şərəfli və qiymətlidir. Ə.Haqverdiyevin dramlarının oriji-

nallığı, həyatiliyi və gücü təkcə onun əsərlərində qoyulmuş əsas 

məsələlərdə   və   həmin   məsələlərin   xalqın   xeyrinə   necə   həll 

edilməsində   deyil,   həm   də   bu   əsərlərdə   istedadla   istifadə 

olunmuş   dildə,   canlı   danışıq   dilinə   məxsus   xüsusiyyətlərdə 

təzahür   edir.   Demokratik   cəbhənin   başqa   görkəmli 

nümayəndələri   kimi,   o   da   çətin   bir   şəraitdə   demokrat   yazıçı 

mövqeyindən çıxış edərək, xalq dilinin ruhunu, canını təsbit edən 

əsərlər yazır, milli dilimizin bünövrəsi üzərində əzəmətli binanın 

yüksəlişində   kitab   üzü   görməmiş   saysız-hesabsız   söz   və 

ifadələrlə yaxından iştirak edirdi.

Ə.Haqverdiyevin   ilk   pyeslərinin,   xüsusən   ilk   kamil 

əsərlərindən   biri   olan   «Dağılan   tifaq»ın   leksik   təhlili, 

yaradıcılığının   əvvəlindən   başlayaraq,   onun   canlı   dilin   lüğəvi 

vahidlərindən necə ustalıqla istifadə etdiyini, bu sahədəki əməli 

işinin əsl mahiyyətini aydınlaşdırmaq üçün maraqlı material verir 

və milli ədəbi dilimizi lüğət ehtiyatı ilə zənginləşdirmək sahəsində 

ədibin  fəaliyyətini   əks  etdirən  konkret   nümunələr   kimi  diqqəti 

cəlb   edir.   «Dram   dili   danışıq   dili   ilə   ədəbi   dilin   özünəməxsus 

kontaminasiyası   olduğundan»

38

  dram   əsərləri   bədii   əsərlər 



içərisində xüsusi mövqe tutur və ictimai həyatın müxtəlif hadi-

sələrinə   daha   həssas   olduğu,   həmin   hadisələri   bilavasitə 

obrazların dili ilə canlandırdığı üçün belə əsərlərdə müəllif son 

dərəcə   rəngarəng   nitq   vasitələrindən   –   ümumişlək   sözlərlə 

yanaşı,   şivə   leksikasından,   arxaik   sözlərdən,   əsərin   əsas 

qəhrəmanlarının   sinfi   təbiətinə   uyğun   olaraq   jarqon 

ünsürlərindən, alınmalardan daha çox istifadə edir, realizm və 

tipiklik   məsələlərinə   əməl   edərkən   sənətkarın   alınma   sözlərə 

münasibəti aydınlaşır.

Öz   görkəmli   sələfi   M.F.Axundov   kimi,   Ə.Haqverdiyev   də 

bədii dilin əsasında xalq dilini görür və dil yaradıcılığı sahəsində 

bu istiqamətdə irəliləyirdi. C.Məmmədquluzadə, Sabir və başqa 

görkəmli müasirləri kimi, onun da yeganə istinad nöqtəsi canlı 

38

 



.  .  .          . 

 

 



 

,

Акад Л В Щ е р б а Современный русский литературный язык  



. «

 

   



», 1939,  4,

журн Русский язык в школе

№  

.25.


сящ

111



xalq dili idi. O, əsl hikməti xalq dilinin sadəliyində və şirinliyində 

görürdü. Elə buna görə də onda xalq dilinə böyük maraq var idi. 

Hətta bu maraq bəzən aludəçiliklə əvəz olunurdu. Hələ vaxtilə 

«Yeni fikir» qəzeti yazırdı ki, «…onun (Ə.Haqverdiyevin – Q.K.) 

yazılarının dili… təmiz və açıq türk dili, Azərbaycan kəndlilərinin 

danışdığı   və  anladığı   bir   dildir».

39

  Şübhəsiz,   ədibin   pyeslərinin 



dilindəki   sadəlik,   şirinlik,   lakonizm   və   ifadəlilik   daha   çox   xalis 

Azərbaycan sözləri ilə bağlıdır. Çünki bunlar əsrlərdən bəri dildə 

işlənə-işlənə   cilalanan,   xalq   dilinin   ruhunu   əsrlərdən-əsrlərə 

ötürən, dilimizi çox qədim dövrlərlə bağlayan sözlər, ən zəruri, 

buna görə də başqa leksik vahidlərlə əvəz edilməsinə  ehtiyac 

duyulmayan dil vasitələridir. Belə dil vahidlərinin: 

ağ, ağac, ağız, 

ad, ay, ayır, ara, artıq, at, açıq, bağlı, beş, bəy, bəri, boğaz, boş,  

böyük, bulut, qazan, qaya, qan, qapı, qar, qara, qarşı, qıs, qış,  

qulaq, qulluq, quru, quş, dağ, dad, daş, dəy, diz, dil, dörd, düz,  

el, en, əy, əlli

  və s. Sözlərdən ibarət böyük bir qismi (pyesin 

dilindəki 1332 sözdən 210-u) dilimizi bu dilin formalaşmasından 

çox-çox qabaqkı dövrlərlə, qədim türk tayfa dilləri ilə bağlayır, 

türk   dillərinin   qədim   abidələrindən   süzülüb   gəlir.   Xalis 

Azərbaycan sözlərinin böyük bir qisminin müasir türk dillərinin, 

demək olar ki, əksəriyyətində hal-hazırda işlənməsi göstərir ki, 

həmin sözlər ulu dilin əsas lüğət vahidlərindən olmuş   və ona 

görə də müxtəlif türk dillərində indiyə qədər qalmışdır. Bu sözlər 

pyesin lüğət tərkibinin nisbətən az hissəsini təşkil etsə də, tək-

rarən işlənmə imkanlarına görə çox böyük üstünlüyə malikdir. 

Məsələn, 

baş

 sözü pyesin dilində 60, 



bir

 186, 


bu 

118, 


mən 

186, 


 109, 


o

 113, 


sən

 123, 


ver

 96, 


de

 71, 


gəl

 85, 


gör

 72, 


ol

 181, 


öl 

43, 


ki

 90, 


da(də) 

135… dəfə işlənmiş, başqa söz və ifadələrlə elə 

ustalıqla əlaqələndirilmişdir ki, heç bir artıq söz və təkrar nəzərə 

çarpmır.


Xalis Azərbaycan sözlərinin bir qismi yalnız türk dillərində iş-

lənməklə   məhdudlaşmır,   həm   də   türk   və   monqol   dilləri  ilə 

ortaqlılıq təşkil edir. 

Ata, at, nökər, qara, bağ, bulaq, il, ürək, indi, 

bəy, mən, sarı, min, ən 

və s. belə sözlərdəndir. 

Qoyun, inək

 kimi 


sözlər isə təkcə türk və monqol dillərində deyil, tunqus və mancur 

39

 «



 

» 

, 1927,  1305.



Йени фикир гязети

112




Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə