Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə39/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   35   36   37   38   39   40   41   42   ...   243

11.  K ə m  i y y ə t  b i l d i r ə n  s ö z l ə r: bir, dörd, 

beş, altı, on, on iki, otuz, qırx, yuz, bir-bir, beş-on, qırx beş;

12.  Ş ə x s,  i ş a r ə  v ə   s u a l  b i l d i r ə n  s ö z l ə r:  

mən, sən, o, biz, siz, onlar, birisi, kim, bu, nə, hanı, hara, niyə;

13. İ ş,  h a l,  h ə r ə k ə t,  h a d i s ə, p r o s e s  b i l d i r ə 

n   s ö z l ə r: ağarmaq, ağlamaq, artırmaq, ayrılmaq, ayırmaq, 

alışmaq,   almaq,   anlamaq,   aparmaq,   artmaq,   asmaq,   atmaq, 

axmaq,   axtarmaq,   açmaq,   aşmaq,   bağışlamaq,   bağlamaq, 

basmaq,   batmaq,   baxmaq,   başlamaq,   bəndləmək,   bilmək, 

bitmək, boğmaq, buyurmaq, buraxmaq, bükülmək, bürünmək, 

vermək,   vurmaq,   qavzamaq,   qavmaq,   qazanmaq,   qayırmaq, 

qayıtmaq, qaytarmaq, qalxmaq, qanmaq, qatlanmaq, qaçmaq, 

qızarmaq, qılmaq, qırmaq, qısmaq, qorxmaq, qoymaq, qonmaq, 

qocalmaq,  qoşmaq, quylamaq, qurmaq, qurtarmaq, qurşanmaq, 

qucaqlamaq,   qeyzlənmək,   dağılmaq,   dağıtmaq,   dayanmaq, 

danışmaq, danmaq, darıxmaq, dartmaq, daxil olmaq, daşmaq, 

demək,   dəymək,   dinmək,   dincəlmək,     doğramaq,   dolamaq, 

dolanmaq, doldurmaq, döymək, dönmək, döşəmək, durquzmaq, 

durmaq, dutmaq, düşmək, eləmək, enmək, etmək, eşələnmək, 

eşitmək,   əyləşmək,   əymək,   əsirgəmək,   əsmək,   ilişdirmək, 

inanmaq,  istəmək,  istilənmək,  itələmək,  itilmək,  itmək, içmək, 

işləmək,   yazmaq,   yaymaq,   yalamaq,   yalvarmaq,   yamamaq, 

yandırmaq, yanmaq, yapışmaq, yaratmaq, yarmaq, yatmaq, ya-

xalamaq,   yerimək,   yetmək,   yetirmək,   yığışmaq,   yığmaq, 

yıxılmaq, yormaq, yummaq, yumrulmaq, yükləmək, yüyürmək, 

yüngülləşmək,   keçmək,   kəsmək,   kiritmək,   geymək,   getmək, 

gəzmək,   gəlmək,   gətirmək,   gizləmək,   girələmək,   girmək, 

gözləmək,   göyərmək,   göndərmək,   görmək,   göstərmək, 

götürmək, guruldamaq, gülmək, minmək, oxşamaq, oyanmaq, 

oynamaq, olmaq, onəltmək, otlamaq, oturmaq, oxumaq, ölmək, 

ölçmək,   öpmək,   öskürmək,   ötmək,   ötürmək,   savaşdırmaq, 

savrılmaq,   saxlamaq,   sağalmaq,   saymaq,   salmaq,   sataşmaq, 

satmaq,   seçmək,   sərilmək,   sərinimək,   sırımaq,   sırtalmaq, 

sıxmaq,   silmək,   savrılmaq,   soyumaq,   soruşmaq,   söyləmək, 

söylənmək,   sökmək,  sönmək,   tavlamaq,   tanımaq,   tapmaq, 

tapşırmaq, təpmək, tikmək, toxtamaq, tökmək, tutmaq, tütümək, 

udmaq, uduzmaq, uzatmaq, ulamaq, urmaq, utanmaq, uçmaq, 

115



üzmək,   hırıldamaq,   hökürmək,   hürmək,   çağırmaq,   çalışmaq, 

çalmaq,   çatmaq,   çevirmək,   çəkmək,   çağırmaq,   çırtmaq, 

çıxartmaq,   çıxmaq,   çəkmək,   çöyürtmək,   calamaq,   cırmaq, 

şaxımaq.


Pyesin     dilindəki  ümumişlək   sözlər   morfoloji  və  sintaktik 

yolla yeni sözlərin yaranması üçün baza rolunu oynamışdır. Bu 

sözlərdən heç birinə yad bir dilin şəkilçisi birləşməmişdir. Yalnız 

bəzi   şəkilçilərin   şivə   çalarlı   sinonimlərindən   istifadə   edilmişdir. 

Məsələn,  

bərk,   turş,   bayat,   təng

  və   s.   sözlərdən   fel   əmələ 

gətirən  

–i

  şəkilçisi  



sərin

  sözündən  

sərinimək

  felini   əmələ 

gətirmişdir. Halbuki bu məqamda ədəbi dilimizdə 

sərinləmək

 feli 

işlədilir.   Yaxud,  



yor

  felindən   isim   düzəltmək   üçün  

–unuq 

şəkilçisindən istifadə edilmiş (İndi 



çay içərik, yorunuğumuz çıxar

(39); 



-malı

 feli sifət şəkilçisi məqamında 

–acaq, -lı

 şəkilçiləri sözə 

qoşulmaqla,   cümlənin   kinayə   çaları   qüvvətləndirilmişdir: 

Görəcəkli günlərin varmış!

 (22)

Əsərdə rast gəldiyimiz: 



boyunbağı, boşboğazlıq, çörəkpulu, 

kənddəngəlmə 

kimi bitişik

, ağlıya-ağlıya, beş-on, bilə-bilə, bir-bir, 

bir-iki, boş-boş, qapı-qapı, qara-qura, qarışıq-quruşuq, qol-budaq,  

qol-qanad,   dalın-dalın,   eşələnə-eşələnə,   it-qurd,   yalvar-yapış, 

kənd-kəsək,   gəlib-gedən,   gün-gündən,   mənəm-mənəm,   oğul-

uşaq, oynaqlıya-oynaqlıya, olan-olmaz, olub-qalan, pis-pis, tikə-

tikə, titrəyə-titrəyə, tökə-tökə, qab-qaşıq, qab-qazan

  və s. kimi 

defislə yazılan  sözlər də canlı danışıq dilində işlənən, pyesin dilini 

ümumxalq   dilinin   çoxişlənən   sadə   və   təbii   leksik   vahidləri   ilə 

əlaqələndirən nitq vasitələridir.

ALINMA SÖZLƏR

Bədii dilin leksikasını öyrənərkən əsərin yarandığı mühiti, 

ictimai   şəraiti   nəzərə   alaraq,   yazıçının   əcnəbi   sözlərə 

münasibətini   müəyyənləşdirmək,   ədəbi-ictimai   mühitin   qohum 

və qonşu dillərə təmasının dərəcə və istiqamətini aydınlaşdırmaq 

lazım   gəlir.   XIX   əsrin   sonu,   XX   əsrin   əvvəllərində, 

Ə.Haqverdiyevin   bədii   yaradıcılıqla   məşğul   olduğu   dövrdə 

Azərbaycan dili bir neçə cəbhədən yad dillərin güclü təzyiq və 

116



təsirinə   məruz   idi.   Belə   bir   şəraitdən   baş   açmaq,   milli     dilin 

orijinallığını mühafizə edib qorumaq, əvvəl qeyd etdiyimiz kimi, 

yazıçıdan böyük cəsarət, formalaşmış demokratik dünyagörüşü 

tələb edirdi. Ə.Haqverdiyevin ilk dram əsərləri yad dillərin mənfi 

təsirinə əks təsir və durumu, müqaviməti baxımından bu tələbə 

müsbət cavab verir. «Dağılan tifaq» pyesində işlənmiş ərəb, fars 

sözlərinin əksəriyyəti, rus dilindən alınmış sözlərin, demək olar 

ki,     hamısı   ədəbi   dilimizdə   möhkəm   mövqe   qazanmış   zəruri 

leksik   vahidlərdir.   Alınma   sözlərin   yalnız   kiçik   bir   qrupu   surət 

dilinin fərdiləşdirilməsi, rəsmi sənəd üslubu və s. ilə əlaqədardır.

Pyesin dilindəki alınma sözlər içərisində əsas yeri ərəb və 

fars mənşəli sözlər tutur. Rus dilindən alınma  söz kəmiyyətcə 

çox   azdır.   Əsərdə   ərəb,   fars   və   rus   mənşəli   sözlərdən   əlavə, 

bən, bana, bin, bin-bin

  kimi bir neçə sözə də təsadüf olunur. 

Belə   sözlərin   əvvəlində  

m

  əvəzinə  



b

  səsinin   işlənməsi   müasir 

türk dilinə məxsus haldır. Onu da qeyd etmək lazımdır ki, bu 

sözlərdən sonrakı ikisi əsərin 1926-cı il nəşrində əlavə edilmişdir. 

İlk nəşrdə 

bin, bin-bin

 sözlərinin olmamasından əlavə, 

bin, bana 

sözləri də tək-tək hallarda işlədilmişdir. Şübhəsiz, bu hal dövrün 

orfoqrafiya qaydaları ilə bağlıdır və belə sözlər təkcə «Dağılan 

tifaq»ın   dilində   deyil,   o   dövrdə     nəşr   olunmuş   bütün   bədii 

əsərlərin, mətbuat nümunələrinin, hətta qrammatika kitablarının 

dilində də özünü göstərir. Məlumdur ki, XIX əsrin sonlarında və 

xüsusən XX əsrin birinci rübündə türk dili bu dili təbliğ edənlərin 

simasında   öz   təsirini   xeyli   gücləndirə   bilmişdi   və   bunun 

nəticəsində   də   bir   neçə   sözün   türkcə   yazılışı   bir   növ   adətə 

çevrilmiş, «həm bədii ədəbiyyatın, həm qəzet və jurnalların, həm 

də dərsliklərin dilində xeyli müddət özünü saxlamışdır».

43

Ərəb və fars mənşəli sözlərin kəmiyyətcə üstünlüyü uzun 



bir tarixi prosesin təbii nəticəsi olduğundan belə sözlərin xeyli 

hissəsi   (95,4   faizi)   canlı   dildən   əlavə,   lüğət   tərkibinin   əsas 

hissəsinə   də   daxil   olmuş,   ümumişlək   sözlər   sırasına   keçmiş, 

zəruri   leksik   vahidlərə   çevrilmişdir.  

Adət,   aləm,   bina,   vacib, 

vədə, vərəm, vəsiyyət, qədim, qəzəb, qəm, qəribə, dəfə, eyb, 

əvvəl,   əzab,   əla,   qəbul,   qəbr,   qüvvət,   dəqiqə,   dünya,   etibar, 

43

  .                    . 



 

 

 



, 1961, 


.31.

А М я щ я р р я м о в Ядяби дилин совет дюврц Бакы

сящ

117



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə