Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   30   31   32   33   34   35   36   37   ...   62

Ермакович  В.Модели  массовой  приватизации,  «Исследование  и  анализ»,  №102,    Варшава, 
CASE, 1997
Azərbaycanda özəlləşdirmə  çekləri əhaliyə  1997-cı il martın 1-dən paylanmağa başlanılmış və onun dövriyyə 
müddəti  birincci dəfə 2002-ci il yanvarın 1-dək, ikinci dəfə isə 2004-cü il iyulun 1-dək uzadılmışdır.
Ермакович  В.Модели  массовой  приватизации,  «Исследование  и  анализ»,  №102,    Варшава, 
CASE, 1997


IV fəsil. Postsosialist ölkələrində  özəlləşdirmə problemləri və onun nəticələri
4.1. Şərqi və Mərkəzi Avropa ölkələrində özəlləşdirmənin nəticələri və dərsləri
Bundan əvvəlki fəsil postsosialist ölkələrində kütləvi özəlləşdirmə proqramlarının tətbiqinin təklif, 
tələb və mübadilə mexanizmləri aspektlərinə və bu əsasda ayrı-ayrı ölkələrdə, eləcə də onların 
oxşar qruplarında müşahidə olunan meyllərin  və xüsusiyyətlərin bir sıra əlamətlərə görə
təsnifləşdirilib, paralellər aparılmaqla öyrənilməsinə həsr edilmişdirsə, bu fəsildə kütləvi 
özəlləşdirmə modellərinin tədqiqat predmeti bir az da genişləndirilmiş və zənginləşdirilmişdir. Belə
ki, bu fəsildə tədqiqat predmetinə məxsusi coğrafi əlamətlər üzrə yanaşılmış və bu əsasda ayrı-ayrı 
ölkələrdə tətbiq olunmuş müxtəlif variantlı özəlləşdirmə siyasətinin və onun nəticələrinin 
Azərbaycanla müqayisəli təhlilinə üstünlük verilmişdir. İlkin olaraq çoxamilli təhlilin məkanı həm 
özəlləşdirmə təcrübəsinin zənginliyinə və həm də əldə edilmiş nəticələrin müvəffəqiyyətlilik 
dərəcəsinin əhatə dairəsinin genişliyinə görə Şərqi və Mərkəzi Avropanın keçid iqtisadiyyatlı 
dövlətləri seçilmişdir. Bu region ölkələrinin özəlləşdirmə təcrübəsinin,  indiyədək öyrəndiyimiz 
inkişaf etmiş və etməkdə olan ölkələrlə müqayisədə Azərbaycana start vəziyyətinə görə daha çox 
oxşarlığı, mülkiyyətdə struktur islahatları kursundakı bir sıra elementlərin yaxınlığını əsas 
götürərək Şərqi Avropa özəlləşdirilməsini ayrıca  fəsil olaraq öyrənməyi məqsədəuyğun hesab 
edirik.
Belə yanaşmaya həmin məkana daxil olan dövlətlərdə  bu istiqamətdəki islahatlara keçmiş sovet 
ölkələrindən tez başlanılması ilə bərabər, tətbiq olunmuş özəlləşdirmə formalarının müxtəlifliyi də
əsas verir. Belə ki, Şərqi və Mərkəzi Avropanın postsosialist ölkələrinin özəlləşdirmə prosesinə
müxtəlif cür yanaşmaların fonunda toplanmış təcrübə ilə keçmiş SSRİ respublikalarının bu prosesə
oxşar münasibətinin nəticəsində əldə olunmuş və demək olar ki, daha çox Rusiya 
özəlləşdirilməsinin bazasında  formalaşmış nisbətən dar çərçivəli təcrübə arasında da xeyli fərqlər 
mövcuddur. Bu fərqlər arasında ilk baxışdan daha çox seçilənlər  Şərqi və Mərkəzi Avropanın  
(ŞMA) bəzi ölkələrində özəlləşdirmənin restitutsiya formasından istifadə olunması  (Çexiya və
Slovakiya Respublikaları, Almaniyanını Şərq hissəsi, Baltikyanı dövlətlər, qismən də Polşa), habelə
regionun bəzi ölkələrində kütləvi özəlləşdirmə modelinin geniş tətbiq imkanı tapmaması  
(Macarıstan, Almaniyanını Şərq hissəsi) hesab edilə bilər.
ŞMA ölkələrində özəlləşdirmə siyasəti bir neçə variantda reallaşdırılmışdır. Birinci variantda 
dövlət müəssisələrinin faktiki bazar dəyəri ilə satışı həyata keçirilmişdir. Özəlləşdirmənin bu 
forması  Macarıstan və keçmiş Almaniya Demokratik Respublikasında, qismən də Polşa
Çexoslovakiya Federasiyasında və digər dövlətlərdə geniş tətbiq edilmişdir. Almaniyada 
özəlləşdirmənin təşkili məsələləri ilə Qəyyum Şurası, Macarıstanda isə Dövlət Əmlak Agentliyi 
məşğul olmuşdur. Bu orqanların başlıca vəzifələri müəssisələri özəlləşdirməyə hazırlamaq və  
prosesin özünü təşkil etməkdən ibarət idi. Belə ki, Şərqi Almaniyada özəlləşdirməyə məsul orqan -
Qəyyum Şurası geniş səlahiyyətlərə malik olmaqla, mülkiyyətin əvvəlki sahiblərinə qaytarılması ilə
əlaqədar restitutsiya tədbirlərini həyata keçirir, bununla bərabər müəssisələrin sağlamlaşdırılması, 
maliyyə restrukturizasiyası, məşğulluq probleminin həlli və digər bu istiqamətli  funksiyaları da 
yerinə yetirirdi. Şərqi Almaniyada özəlləşdirilmənin müvəffəqiyyətinin başlıca səbəblərindən biri 
də bu orqanın səmərəli fəaliyyəti ilə izah oluna bilər.
Macarıstandakı Dövlət Əmlak Agentliyi Almaniyada Qəyyum Şurasında olduğu qədər  
səlahiyyətlərə  malik olmadığından bu özəlləşdirmənin gedişində ləngliyə səbəb olsa da, həmin  
orqanın hər bir müəssisə üçün daha effektiv özəlləşdirmə üsulu tapmağa səy göstərməsi, 


özəlləşdirilmiş təsərrüfat subyektlərinin fəaliyyətinin səmərəliyini artırmaqla yanaşı, prosesdən  
maksimum miqdarda vəsait əldə olunmasına da imkan yaratmışdır. Özəlləşdirmənin ikinci variantı 
dövlət əmlakının bütün əhali, bəzi  hallarda isə yaşı  18-dən yuxarı  olan vətəndaşlar arasında 
özəlləşdirmə kuponları, vauçerləri və  şəhadətnamələri vasitəsilə pulsuz paylanması hesab olunur. 
Bu variant geniş tətbiq imkanlarını  Çexoslovakiya Federasiyasının timsalında tapmışdır. 
Bolqarıstan, Rumıniya, Polşada isə belə varianta qismən  olsa da müraciət olunmuşdur. Bu 
variantın  başlıca üstünlüyü özəlləşdirmə tempinin sürətlənməsi və sosial yönümlülüyü, əsas  
çatışmayan cəhəti isə özəlləşdirmədən sonra müəssisələrin bir çox hallarda maliyyə-təsərrüfat 
fəaliyyətinin pisləşməsi sayıla bilər. Üçüncü variant "yuqosloviya özünüidarəetmə" modelinə
söykənməklə, özəlləşdirilən müəssisələrin bazasında əsasən əmək kollektivinin və idarəetmə
heyətinin, bəzən isə pensiya fondlarının pay iştirakı ilə səhmdar cəmiyyətlərinin təşkilinə əsaslanır. 
Bu model ilk dəfə olaraq 1990-cı ildə Yuqoslaviyada tətbiq edilmiş, sonradan həmin model bu və
ya digər formada  bir sıra ölkələrdə qismən fərqli qaydada reallaşdırılmışdır.
Bəzi iqtisadi ədəbiyyatlarda dördüncü variantı özəlləşdirmə prosesindən ayırsalar da, fikrimizcə, 
Çexiya və Slovakiya Federasiyasında, Almaniyanın Şərq ərazilərində, Baltikyanı ölkələrdə, qismən 
də Polşada praktiki tətbiq imkanı qazanan və restitutsiya adlandırılan bu modelin başlıca prinsipləri 
dövlət müəssisələrinin özəlləşdirilməsinə uyğun gəldiyindən ona mülkiyyətdə struktur 
islahatlarından  kənar  şəkildə baxmağa  heç də ciddi əsaslar yoxdur.
Mərkəzi və Şərqi Avropanının özəlləşdirmə tərcübəsinə nəzər yetirərkən, burada diqqəti cəlb edən 
əsas cəhətlərdən biri bütün variantlarda  özəlləşdirmə formalarının geniş tətbiq imkanı 
qazanmasıdır. Bunun başlıca səbəblərindən biri bu ölkələrin keçmiş SSRİ respublikalarından 
(Baltikyanı dövlətlər istisna olnmaqla) fərqli olaraq kommunizm prinsipləri ilə nisbətən 
qısamüddətdə idarə olunmasıdır. Məhz bu amilin təsirini nəzərə alaraq, həmin regionu təmsil edən  
postsosialist dövlətlərindən bəzilərində müxtəlif çətinliklərlə  olsa da, dövlət mülkiyyətinin bir 
hissəsi əvvəlki sahibinə ya restitutsiya vasitəsilə qaytarılmış, ya da ki kompensasiya yolu ilə onun 
əvəzi  ödənilmişdir. Keçmiş Sovet respublikaları  arasında Estoniya, Litva və Latviyada da bu 
prosesin həyata keçirilməsi məhz həmin ölkələrin digər SSRİ respublikalarından fərqli surətdə
nisbətən az müddətdə sosialist düşərgəsində yaşaması ilə  bağlı idi. Digər tərəfdən, Şərqi və
Mərkəzi Avropa ölkələrinin bəzilərində xüsusi  mülkiyyətçilik hüququnun bir sıra sahələrdə, o 
cümlədən kənd təsərrüfatında, ticarətdə, xidmət sferasında saxlanılması həmin ölkələrdə
mülkiyyətdə struktur  islahatlarının daha müvəffəqiyyətli formada həyata keçirilməsində impuls 
rolunu oynamışdır. Çünki, həmin ölkələrdə qismən də olsa xüsusi mülkiyyətin hökm sürdüyü 
sahələrin qalması sahibkarlıq təcrübəsinin, ənənələrinin və düşüncəsinin  yaşamasını 
şərtləndirmişdir. Belə ölkələrə misal olaraq Polşanı, keçmiş ADR-i, Yuqoslaviyanı göstərmək 
mümkündür. Bu ölkələrdə özəlləşdirmə sahəsində əldə edilən müvəffəqiyyətin həmin şərtlərlə bağlı 
başqa bir arqumenti də hökumətin  dövlətsizləşdirmə siyasətində başlıca diqqəti kiçik deyil, məhz 
böyük özəlləşdirməyə yönəltməsi ilə izah olunur.
Postsosialist məkanında özəlləşdirmə ərəfəsində dövlət bölməsi iqtisadiyyatda dominant rol 
oynamışdır. Keçmiş Sovet Respublikaları üzrə orta göstəricinin  96 faiz təşkil etməsi bu düşərgədə  
geniş özəlləşdirməni zərurətə çevirmişdir.
Şərqi və Mərkəzi Avropanın bir sıra ölkələrində özəlləşdirməyədək aparılan kommersiyalaşdırma 
siyasətinin nəticəsi olaraq, sahibkarlığın yeni növlərinin meydana gəlməsi, müqavilə əsasında 
sərbəst qiymətqoyma formalarının tətbiqi, təsərrüfat fəaliyyətinin müstəqilləşməsi də sonradan 
müvəffəqiyyətli özəlləşdirmə aparmaq üçün əhəmiyyətli olan ilkin şərtləri formalaşdırmışdır. Bu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə