Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   38   39   40   41   42   43   44   45   ...   62

bütün müəssisə və digər dövlət mülkiyyətli obyektlərinin  sayı 124.332-yə çatmışdır ki, bu da bəzi 
dövrlərdə orta aylıq göstəricinin   900 müəssisəyə qədər çatmasının  nəticəsi  olmuşdur.
Yanacaq-energetika kompleksi müəssisələrində aparılan  struktur dəyişikliklərinin nəticəsində
onların şaquli-inteqral əsaslarla yenidən formalaşmasından sonra, dövlət bu sahədə nəzarət-səhm 
paketini  daha üç il müddətində saxlamağa qərar vermişdir ki, bu da Rusiya  iqtisadiyyatının 
mühüm sahələri üzrə dövlət nəzarətinin  saxlanılmasının vacibliyindən  irəli gəlirdi.
Rusiyada özəlləşdirmənin gedişi zamanı başlıca olaraq səhmlərin bölüşdürülməsinin dörd 
üsulundan geniş istifadə olunmuşdur:
Birincisi, kommersiya müsabiqələri və hərracları vasitəsilə  satış üsuludur ki, bu, əsasən iri 
olmayan müəssisələrin səhm  paketinin hissə-hissə satışı  zamanı tətbiq edilirdi.
İkincisi, müəssisələrin effektliyini yüksəltmək məqsədilə onun trast müqavilələri əsasında 
idarəetməyə verilməsidir. Bu üsul özündə girov  əməliyyatlarının modernləşdirilmiş variantını əks 
etdirsə də, onun reallaşdırılmasından xəzinəyə vəsait daxil olması şansı verilən vədlərdən  və
götürülən öhdəliklərə əməl edilmə dərəcəsindən asılı vəziyyətə  düşürdü.
Üçüncüsü, mülkiyyətin borca və ya  borcun əlavə emissiya yolu ilə ödənilməsinə görə yenidən 
formalaşdırılmasıdır. Bu üsulun  tətbiqi Federal  büdcəyə  regionlar arasında qarşılıqlı hesablaşma 
yolu ilə silinən 5 trln. rublluq borca qənaət etmək imkanı yaratmış, habelə bir çox kreditorları 
borclarını ödəməyə məcbur etmişdir.
 Nəhayət, dördüncüsü, investisiya müsabiqələridir. Bu üsul özündə tələbin bəzi formalarının 
məhdudlaşdırılmış variantını birləşdirərək, dövləti az mənfəət müqabilində özəl kapital 
qoyuluşlarını stimullaşdırmağa vadar edirdi. İnvestisiya öhdəliklərinin yerinə yetirilməsi üzərində
effektiv nəzarət mexanizminin  mövcud olmamasına baxmayaraq, hazırda yalnız belə üsullar tətbiq 
etməklə alıcıdan real maliyyə qoyuluşları əsasında sahibi olduğu müəssisəni modernləşdirməyi və
onun  fəaliyyətini  səmərəli təşkil etməyi tələb etmək mümkündür.
Cədvəl məlumatlarından göründüyü kimi, 1995-ci ildə özəlləşdirilən müəssisələrin sayının 
azalmasına baxmayaraq, daxil  olan vəsaitlərin  rus rublu ilə miqdarı 1993-cü illə müqayisədə 10,1 
dəfə çoxdur. Bu inflyasiya ilə əlaqədar olaraq əsas fondların dəyərinin 1994-cü ildə yenidən 
qiymətləndirilməsi ilə izah olunur.
Kütləvi özəlləşdirmə mərhələsindən sonra Rusiyada özəlləşdirmənin fərdi layihələr əsasında 
aparılmasına üstünlük verilmişdir. Bu mərhələdə  mülkiyyətdə struktur islahatlarının bu cür 
üsullarla davam etdirilməsi artıq yeni prosesdə büdcəni doldurmaq üçün fiskal məqsədlə yanaşmanı 
önə çıxarmışdır. Belə ki, yalnız 1998-ci  ildə federal  büdcə dövlət  əmlakının satışından və onun 
istifadəçilərinin icarə haqqı formasında ödənişlərindən 9400 mlrd. rubl əldə etmişdir.  Bu vəsaitin 
8100 mlrd. rublu  dövlət əmlakının satışından, 1000 mlrd. rublu federal səhm paketləri üzrə
dividendlərdən, 300 mlrd. rublu federal mülkiyyətin  icarəsindən daxil olmuşdur.
Rusiya,  kütləvi özəlləşdirmə proqramının geniş miqyaslı tətbiqi və bütün əhaliyə bu prosesdə  
nəzəri cəhətdən  iştirak   imkanları yaratması ilə də fərqlənir. Rusiya kütləvi özəlləşdirmə modeli 
müəssisələrin 80%-ə qədərinin özəlləşdirilməsi  prosesini  əhatə etmiş və 660-dan çox  çek  
investisiya fondlarının, eləcə  də digər  maliyyə institutlarının  vasitəsilə demək olar ki,  bütün əhali  


təbəqəsini  əhatə etmişdir. 1992-ci il oktyabrın   1-dən Rusiyanın   bütün vətəndaşlarına paylanan  
vauçerlərin dövriyyə müddəti 1994-cü  il iyunun  30-da bitmişdir. Nominal dəyəri  10 min rubl və
ya 30 dollar ətrafında olan özəlləşdirmə vauçerlərinin  bazar qiyməti  0,08 dollarla 36 dollar  
intervalında dəyişmişdir. Ölkədə həyata keçirilən geniş səhmləşdirmə zamanı səhmlərin  35 faizə
qədəri vauçer zəlləşdirilməsi vasitəsilə reallaşdırılmışdır.
Rusiyada kütləvi özəlləşdirilmə prossesində müəssisənin sıravi işçilərinə verilən güzəşt payının 
maksimum həddi dünya praktikasında  anoloqu olmayan səviyyəni xarakterizə edirdi. Belə ki,  
burda səhmdar kapitalın bölüşdürüməsi zamanı işçilərin 51 faizə qədər güzəşt əldə  etmək hüququ 
var idi. Səhmləşdirmə ilə bağlı ötən fəsildə geniş müzakirə apardığımızdan, bu fəsildə yalnız 
səhmdar cəmiyyətlərinin dinamikasını təqdim etməklə kifayətlənirik.
Aşağıdakı diaqramlarda kütləvi özəlləşdirmədən dərhal sonra, yəni vauçer özəlləşdirilməsi başa 
çatan kimi (1994-cü ilin iyul - avqust aylarında) və 1995-ci ilin sonu - 1996-cı ilin əvvəlində
səhmdar kapitalın strukturunda baş verən dəyişikliklər təqdim olunur.
1. Shmdar kapitalın strukturu
1. 1. Özəlləşdirmədən dərhal sonra
Dövlət - 20%
İnvestisiya fondları - 3%
Digərləri  - 7%
Direktorat -19%
İşçilər  - 48%
Müəssisədən kənar şəxslər - 3%
1.2. 1994-cü il iyul-avquust
Dövlət - 9%
İnvestisiya fondları - 5%
Digərləri  - 20%
Direktorat -15%
İşçilər  - 43%
Müəssisədən kənar şəxslər - 8%
1992-1995-ci illərdə dövlət müəssisələrinin bazasında 29 min səhmdar cəmiyyət yaradılmışdır ki, 
onlardan da  yalnız 90-ı holdinq şirkəti  formasında təşkil olunmuşdur. Növbəti səhifədə cədvəl 
vasitəsilə Rusiyada dövlət müəssisələrinin özəlləşdirilməsi nəticəsində yaradılmış SC-lərin 
dinamikası təqdim olunur.
Rusiyada səhmdar cəmiyyətlərinin formalaşmasının pik dövrü 1993-cü ilə təsadüf edir ki,  bu da 
kütləvi özəlləşdirmə  modelinin tətbiqinin ilk ilində müəssisələrin vauçer  özəlləşdirilməsinə aktiv 
münasibəti və eləcə də səhmdarların fəal iştirakı ilə izah  oluna bilər. Bundan əlavə özəlləşdirmə
üsulları arasında səhmləşdirməyə üstünlük  verilməsi və onun geniş miqyasda tətbiqi də
özəlləşdirilən müəssisələrin təşkilati-hüquqi formasını bu yöndə formalaşmasını 
səciyyələndirmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə