Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   46   47   48   49   50   51   52   53   ...   62

Bank ikinci mərhələdə həmin   məbləği növbəti iş günündən  gec olmayaraq Gürcüstan  Milli 
Bankının xüsusi  hesabına  köçürür.  Hərrac başa çatdıqdan  sonrakı  üç gün  ərzində   banka daxil 
olmuş ərizələrin  reyestrini aparmaq və  onu Dövlət Əmlakının İdarəedilməsi Nazirliyinin yerli 
orqanına göndərmək  tapşırığı verilir.
Üçüncü mərhələdə Milli Bank hərraclar başlayan gündən  qurtaranadək digər   banklardan  daxil 
olmuş informasiyaları toplayır,  sistemləşdirir və hərracın başa  çatmasından  ötən 15 iş günü 
ərzində  həmin məlumatları reyestrə işləməklə Dövlət Əmlakının İdarəedilməsi Nazirliyinə  
göndərir.
Dördüncü mərhələdə - Dövlət Əmlakının  İdarəedilməsi Nazirliyində  yaradılmış xüsusi  komissiya 
Milli Bankdan aldığı məlumatları  10 gün ərzində sistemləşdirərək,  hərracların yekun  nəticələrini 
müəyyənləşdirir.  Nəticələri əks etdirən   reyestrə hərrac iştirakçıları barədə informasiyalar, 
müəssisənin səhmini  almaq üçün daxil olmuş   ərizələr,  qoyulmuş məbləğ və hər konkret  ərizədə
göstərilən məbləğə düşən səhmlər haqqında məlumatlar daxil edilir.
Beşinci mərhələdə Dövlət Əmlakının İdarəedilməsi Nazirliyindən  alınmış reyestrlər əsasında 
səhmdar cəmiyyətin rəhbərliyi formalaşdırılır.
Əlavə olaraq qeyd edək ki, hərracın iştirakçısı həm fiziki, həm də hüquqi  şəxs, eləcə də xarici  alıcı 
da  ola bilər. Xarici alıcılar eyni proseduranı yaşadıqları ölkənin müvəkkil banklarında da   apara 
bilərlər.
Hərraclara  çıxarılmış səhmdar cəmiyyətlərin səhmləri onun iştirakçıları arasında müvafiq hesaba  
qoyulmuş  məbləğə  proporsional surətdə  bölüşdürülür. Bir ərizəyə düşən səhmlərin  miqdarı 
aşağıdakı  formul üzrə  hesablanır.
N0=Nv x V0/Vv
Burada,
N0 - konkret səhmdar cəmiyyət üzrə bir ərizəyə düşən səhmlərin miqdarıdır.
Nv - hərraca çıxarılmış  səhmdar cəmiyyətin səhmlərinin ümumi sayıdır.
V0 - konkret bir iştirakçının-ərizəçinin həmin səhmdar cəmiyyətin səhmlərinə görə banka qoyduğu 
vəsaitin məbləğidir.
Vv- həmin səhmdar cəmiyyətin səhmlərinə görə bütün ərizəçilərdən daxil olmuş vəsaitin ümumi 
məbləğidir.
Əgər N0-vahiddən böyük olaraq tam ədədi ifadə etmirsə, onda  vergüldən sonrakı rəqəmlər atılır və
1 ərizəyə vahidə bərabər olan sayda səhm verilir.
N0- vahiddən kiçik olduğu  halda  isə qalıq səhmlərin miqdarı həddində  səhmin  verilməsi nəzədrə
tutulur.


"Sıfır"  hərracları zamanı diqqəti cəlb edən məqamlardan biri də iştirakçıya və ya alıcıya gələcəkdə
müəssisənin profilinin saxlanılması ilə  əlaqədar heç bir şərtin  qoyulmamasıdır. *
 "Sıfır" hərraclarının keçirilməsi bank sisteminin fəaliyyətindən də əhəmiyyətli dərəcədə asılıdır.  
Gürcüstan praktikası göstərdi ki, bank sisteminin dəqiq və sürətli fəaliyyəti özəlləşdirmənin bu 
istiqamətli  nəticələrinin müvəffəqiyyətində mühüm rol oynayır.  Postsovet məkanında ilk dəfə
olaraq Gürcüstanda sınaqdan keçirilən, sonradan isə Ukraynada tətbiq olunan "sıfır" hərraclarının 
Azərbaycanda gedən özəlləşdirmə prosesində də tətbiqi fikrimizcə, onun  tempinə müsbət təsir 
göstərə bilər.
MDB məkanına daxil olan digər  ölkələrdə  özəlləşdirmə prosesi hələ də davam edir. Moldova və
Tacikistanda dövlət   mülkiyyətinin islahatı başa çatmaq üzrə olsa da, Özbəkistan və  Ermənistanda 
bu istiqamətdə islahatlar  nisbətən asta templə aparılır. Türkmənistan və Belarus isə
dövlətsizləşdirməyə ehtiyatlı mövqeyi ilə seçilir. Türkmən iqtisadçıları bunu ölkə  əhalisinin 
təsərrüfat təfəkkürü, mentaliteti və Türkmənistan iqtisadiyyatının dövlət mülkiyyətinin əsasında 
əldə etdiyi uğurlu nəticələrlə izah edirlər. Lakin bütün bu arqumentlərə baxmayaraq 
Türkmənistanda da  özəlləşdirmə bir vasitə olaraq,  əsasən  kiçik müəssisələrin 
dövlətsizləşdirilməsi prosesində sınaqdan keçirilmiş, ölkənin əsas fondlarının üçdə birinə sahiblik 
hüququ özəl bölməyə verilmişdir. *
Belarusda isə mülkiyyətdə struktur islahatları son  iki ildə əhatə dairəsini genişləndirməklə  yanaşı, 
həm də sürətini artırmışdır. Burdada başlıca olaraq ticarət və xidmət sferası müəssisələri dövlətin 
inhisarından çıxarılaraq, əvvəlcə kommersiyalaşdırılmış, sonradan isə dövlətsizləşdirilmişdir. 
Belarusun özəlləşdirmə islahatlarına əvvəllər ciddi önəm verilməməsi isə daha çox ölkə
prezidentinin mühafizəkar mövqeyi, əhalisinin isə sosialist stereotiplərindən tamamilə yaxa qurtara 
bilməməsi ilə izah  edirlər. Prosesin son dövrlər vüsət alan nisbətən  sürətli gedişi isə siyasi, sosial 
və sistemli  dəyişiklər məqsədi ilə deyil, daha çox kiçik özəlləşdirmədə effektiv mexanizmlərin 
axtarılması ilə arqumentləşdirilir.
Nəhayət,  fikrimizi Rusiyada və MDB-nin digər dövlətlərində özəlləşdirmənin Şərqi və Mərkəzi  
Avropa özəlləşdirmə  prosesindən fərqli cəhətləri üzərində yekunlaşdıraq.
Ntic
Yuxarıda qeyd olunanları nəzərə almaqla Rusiyada, MBD-də və Şərqi, eləcə də Mərkəzi Avropa 
ölkələrində   özəlləşdirmənin gedişi və  nəticələri ilə bağlı başlıca olaraq,  aşağıdakı fərqləri qeyd 
etmək olar.
Birincisi, MDB dövlətləri arasında Rusiya həm miqyas nöqteyi nəzərindən, həm də özəlləşdirmənin 
tempinə görə Şərqi  və  Mərkəzi Avropa ölkələrini  xeyli qabaqlamışdır ki, bu da bazar 
infrastrukturunun sürətlə formalaşması, yeni mülkiyyətçilər sinfinin əmələ gəlməsi  baxımından 
əhəmiyyətli hesab oluna bilər.
İkincisi,  Rusiyada  dövlət əmlakının  bölgüsünün bütün vətəndaşlar  arasında aparılmasına  
baxmayaraq, bu prinsip Şərqi və Mərkəzi Avropa ölkələrinin özəlləşdirmə həyatına ümumən şamil 
olunmamışdır.
Üçüncüsü, Şərqi və Mərkəzi Avropa ölkələrinin əksəriyyətindən fərqli olaraq Rusiyada 
özəlləşdirmənin birinci mərhələsində iqtisadi deyil, hakim nomenklaturanın şəxsi maraqlarına 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə