Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   45   46   47   48   49   50   51   52   ...   62

 Gürcüstanda da Qazaxıstanda olduğu  kimi, özəlləşdirmə həddindən artıq mürəkkəb sosial-iqtisadi 
və siyasi-ictimai şəraitdə başlamışdır. İqtisadiyyatın geniş miqyaslı iqtisadi, siyasi, sosial, hüquqi 
və psixoloji  dəyişikliklərinə hazır olmaması, bazar sisteminə keçidin başlanğıc dövründə yeni 
mülkiyyət formalarının tətbiqi və idarəedilməsini xeyli çətinləşdirmişdir.
     Gürcüstanda özəlləşdirmə siyasətinin hüquqi və normativ bazasının yaradılmasına 1991-ci ildən 
başlanmasına baxmayaraq, praktiki proseslər 1993-cü ildə start götürmüşdür. Lakin yuxırıda  qeyd 
olunan səbəblər ucbatından onun gedişində,  həm kiçik, həm də kütləvi özəlləşdirmə mərhələsində
lənglik müşahidə olunmuşdur.
Sonradan onun həyata keçirilmə metodları  və üsullarına diqqətin artırılması ilə yanaşı prosesin 
hüquqi və normativ bazasının təkmilləşdirilməsində Dünya Bankı və Avropa Şurasının təkliflərinin 
nəzərə alınması ciddi rol oynamış və bütün bunların nəticəsində özəlləşdirmənin tempində irəliləyiş 
müşahidə olunmuşdur. Özəlləşdirmənin ilkin mərhələsində   yeganə  olaraq tətbiq olunan  bir üsula 
- hərraclarda satış üsuluna, yenilərinin, o cümlədən ixtisaslaşdırılmış pul  və çek hərraclarının, 
"sıfır" hərraclarının, sonuncu mərhələdə isə kommersiya müsabiqələrinin əlavə  olunması prosesin 
gedişində keyfiyyət dəyişikliklərini şərtləndirmişdir.
Özəlləşdirmənin ilkin mərhələsində ənənəvi olaraq kiçik müəssisələrin dövlətsizləşdirilməsi prosesi 
həyata keçirilmiş və milli iqtisadiyyatın sahələri üzrə aşağıdakı nəticələr əldə olunmuşdur. 
Özəlləşdirilən bütün kiçik  müəssisələrin 36,6 faizi ticarətin, 9,8 faizi çörək və çörək məmulatları 
istehsalının, 43,5 faizi xidmət sahələrinin,  4,3 faizi səhiyyənin, 4,4 faizi sosial sferanın, 2,2 faizi 
tikintinin, 2,0 faizi sənayenin, 1,6  faizi neft və neft məhsullarının, 0,3 faizi energetikanın, 0,9 faizi 
nəqliyyatın payına düşmüşdür.
 Gürcüstanda digər postsosialist ölkələrində olduğu kimi orta və iri müəssisələrin özəlləşdirilməsi 
müəssisənin nizamnamə kapitalının  həcmindən  asılı olaraq, əsasən onların  bazasında səhmdar 
cəmiyyətlərin formalaşdırılması yolu ilə səhmləşdirmə üsulu əsasında aparılırdı. Bu zaman  
müəssisənin nizamnamə kapitalı iki üsulla qiymətləndirilirdi:
-  müəssisənin  rentabelliyi şəraitində - gözlənilən daxilolmalar və mənfəət məbləği  nəzərə  
alınmaqla;
- müəssisənin fəaliyyətinin qeyri-rentabelliyi şəraitində - bərpa dəyəri ilə.
Proses zamanı daha çox ikinci üsul tətbiq edilmişdir ki,  bunu da ölkə müəssisələrinin böyük 
əksəriyyətinin  qeyri-rentabelli  fəaliyyəti ilə əlaqələndirmək olar.
Gürcüstanda da ənənəvi olaraq kütləvi özəlləşdirmə mərhələsində  əhaliyə dövlət əmlakından 
müəyyən miqdarda  pay çatdırmaq və mülkiyyətdə struktur islahatlarını sürətləndirmək məqsədilə
vauçerlər paylanılmışdır. Vauçerlərin nominal dəyəri 30 dollar ekvivalentində müəyyənləşdirilsə
də,  onun  bazar qiyməti  4-12 dollar intervalında dəyişikliklərlə müşahidə olunmuşdur.  Kütləvi 
özəlləşdirmə mərhələsi üzrə 1 vauçer üzrə orta qiymət 6 ABŞ dolları təşkil etmişdir.
Gürcüstanda orta və iri müəssisələrin  səhmdar cəmiyyətlərinə çevrilmə yolu ilə özəlləşdirilməsi 
zamanı buraxılan səhmlərin nominal dəyəri 1 ABŞ dolları, bəzi hallarda 1,46 ABŞ dolları  məbləği 
ilə qiymətləndirilmişdir. Özəlləşdirmə proqramına müvafiq olaraq səhmləşdirmə zamanı onların bir 
hissəsi əmək kollektivinə pulsuz, digər hissəsi isə 20 faiz güzəşt olunmaqla verilmişdir. Pulsuz 


verilən səhmlərin miqdarı  işçilərin orta  aylıq əmək haqqının 10 mislinə bərabər  miqdarda  
müəyyənləşdirilmişdir. Bu qayda 1997-ci ilin iyuluna qədər tətbiq olunmuş,  lakin, sonradan qəbul 
edilmiş yeni qanunla işçilərə pulsuz paylanması nəzərdə tutulmuş səhmlərin miqdarı onların orta 
aylıq əmək haqqının 100 misli miqdarına qədər yüksəldilərək 10 dəfə artırılmışdır.
Bu metodun tətbiqi nəticəsində səhmdar cəmiyyətlərin səhmlərinin 3 faizə qədəri müəssisənin 
işçilərinin mülkiyyətinə keçmişdir. Onun 1,5-2 faizi  kollektiv üzvlərinə pulsuz, 0,8-1 faizi isə 20 
faiz güzəşt hüququ ilə verilmişdir. Statistik hesablamalara görə, praktiki olaraq bütün işçilər  
səhmlərin pulsuz, onların təxminən yarısı isə 20  faiz  güzəştlə alınması hüquqlarından istifadə
etmişdilər. Ölkə başçısının sərəncamı  ilə səhmlərin bir hissəsinə pulsuz sahib olan müəssisələrin 
işçilərinə həmin müəssisənin nəzarət-səhm paketini birbaşa almaq hüququ da verilmişdir. Bununla 
yanaşı  müəssisənin  əmək kollektivinin ümumi yığıncağının qərarı ilə  nəzarət-səhm paketini 
almaq istəyən  işçilərin siyahısına  müəssisədə işləməyənlər (autsayderlər) də daxil edilə bilərdi.
Hökumətin qərarı ilə nəzarət-səhm paketi dövlətin sərəncamında qalan müəssisələrdə əmək 
kollektivinin üzvlərinə onun səhmlərinin 10 faizinə qədərini almaq hüququ verilmişdir.
Özəlləşdirilən müəssisənin nəzarət səhm paketi kollektiv tərəfindən alınarkən onun dəyərinin 30 
faizi vauçerlə, yerdə qalan 70 faizi isə 30 faiz güzəştlə pulla ödənilirdi.
Bu metoddan səhmdar cəmiyyətlərinin 90 faizində istifadə olunmuş və nəticədə əmək kollektivi 
müəssisələrin 30%- də  nəzarət səhm paketini bütövlükdə, qalanlarında isə qismən  əldə etmişdir.
Gürcüstanda kütləvi  özəlləşdirmə  çərçivəsində həyata  keçirilən vauçer hərracları  səmərəli  
nəticələr əldə olunmasına gətirib çıxara bilməmişdir. Belə  ki, vauçer özəlləşdirilməsinin gedişində
tətbiq  olunan hərraclar zamanı heç bir müəssisənin nəzarət səhm paketi bütövlükdə satılmamışdır.  
Potensial alıcılar hərraclara az   maraq nümayiş etdirmişdilər. Bu zaman mövcud qanunvericilik 
əsasında müəssisənin start qiymətinin səhmlərin nominal dəyərinin 150 faizi  həcmində  
müəyyənləşdirilməsi hərraclardan effektli istifadə imkanlarına əngəl törətmişdir. *
Gürcüstan hökuməti ölkədə tətbiq olunan metodların mülkiyyətin  transformasiya prosesini 
müvəffəqiyyətlə  başa  çatdırılmasına mane olduğunu nəzərə alaraq,  1997-ci ildən etibarən 
ixtisaslaşdırılmış "sıfır" hərraclarının sınaqdan keçirilməsinə qərar vermişdir. "Sıfır" hərraclarının 
digərləri ilə    müqayisədə daha  effektli olduğu sübut olunduqdan sonra onun tətbiq dairəsi 
genişləndirilmişdir. Bu üsulun Azərbaycanda aparılan özəlləşdirmə siyasəti üçün də maraq kəsb  
etdiyini  nəzərə  alıb, onun mahiyyətini nisbətən ətraflı şəkildə açıqlamağı  məqsədəuyğun hesab 
edirik.
Yeri gəlmişkən, qeyd edək ki,  özəlləşdirmə praktikasında yalnız Gürcüstanda və Ukraynada tətbiq 
imkanı   qazanmış bu üsulun həyata keçirilməsi  təşəbbüsçüsü Dünya Bankının mütəxəsisləri 
olmuşdur. Gürcüstanda  sıfır hərracları  aşağıdakı  mərhələlər üzrə    təşkil olunmuşdur.
Birinci mərhələdə hərracda  iştirak  etmək və siyahısı əvvəlcədən  mətbuatda dərc olunmuş hər 
hansı bir səhmdar cəmiyyətin səhmlərini almaq arzusunda  olan alıcı mütləq banka müraciət etməli
Gürcüstanın Milli Bankındakı xüsusi hesaba nəqd  və ya nəqdsiz qaydada vəsait köçürməlidir. 
Ödəniş qəbzində  fiziki şəxslərin  adı,  familiyası,   pasport nömrəsi, hüquqi şəxslər üçün isə onun 
rekvizitləri, səhmi sifariş verilən səhmdar  cəmiyyətin adı,  kodu və   qoyulmuş məbləğin həcmi 
göstərilir. Qəbzin qeydiyyatdan  keçmiş,  eyni zamanda  hərracda  iştirak hüququnu təsbit edən 
ikinci nüxsəsi alıcıya  qaytarılır.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə