Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   42   43   44   45   46   47   48   49   ...   62

Qırğızıstanda aparılan struktur islahatlarına  xarici investorların marağı böyük olmasa da, onlar bəzi 
müəssisələrin özəlləşdirilməsinə heç də laqeyd qalmamış və Dövlət Əmlak Fondunun səhmlərini 
paket şəklində satışa çıxartdığı 59 müəssisədən 44-nə sahib durmuşdular. Ölkə mənsubiyyətinə
görə xarici investorlar daha çox Türkiyəni, Qazaxıstanı, ABŞ-ı, İsveçi, Almaniyanı, Rusiyanı və
Özbəkstanı təmsil edirdilər. Onların nəzarət səhm paketini aldığı müəssisələrin siyahısında 
Qırğızstan telekomun, sement-şifer zavodunun   və sairələrin adları vardır.
Yerli mütəxəssislərin elmi araşdırmalarının nəticələrinə görə, Qırğızıstanda özəlləşdirmənin 
yekunları heç də birmənalı qiymətləndirilmir. Belə ki, onların fikrincə, respublikada özəlləşdirmə
prosesinin inkişafı müəssisələrin sosial-iqtisadi cəhətdən effektli fəaliyyətini təmin edə bilməmiş, 
hətta əksinə olaraq özəlləşdirmədən sonra istehsalın aşağı düşməsi, işsizliyin artımı yeni iqtisadi 
böhranın başlanmasında xüsusi rol oynamışdır.
Hazırda Qırğızıstan hökumətinin qarşısında duran  başlıca vəzifə ölkə iqtisadiyyatında ictimai 
əmtəə və xidmət sahələri üzrə hökmran mövqeli inhisarçı müəssisələrin sağlamlaşdırılmasını, 
onların  hər birinin təsərrüfat fəaliyyətinin fərdi təhlilini həyata  keçirməkdən  ibarətdir. Bu 
məqsədlə planlaşdırılan başlıca məsələlərdən biri də dövlətin öz  payının idarəedilməsinə, yəni, 
sahibkar -  agent rolunda çıxış etməsinə xüsusi diqqət yetirməsi olmuşdur.
Ukraynada özəlləşdirmə siyasəti 1991-ci ilin sonunda Parlamentin  "Dövlət müəssisələrinin, mənzil 
fondunun və torpağın özəlləşdirilməsi və dövlətsizləşdirilməsi konsepsiyasının" təsdiqindən sonra 
elan edilmişdir. Elə o vaxtdan da başlayaraq onun hüquqi və normativ bazasının intensiv  surətdə
formalaşdırılması  kursu götürülmüşdür. Belə ki, 1992-ci ilin martında  özəlləşdirmənin hüquqi 
bazasını təşkil edən başlıca  qanunlar,  konkret olaraq "Orta dövlət müəssisələrinin özəlləşdirilməsi 
haqqında", "Dövlət müəssisələrinin əmlakının özəlləşdirilməsi haqqında", "Özəlləşdirmə sənədləri 
haqqında" Qanunlar qəbul edilmiş və 1992-ci ilin iyununda parlamentdə  özəlləşdirmə proqamı 
təsdiq olunmuşdur. Bu tarix Ukraynada mülkiyyət münasibətlərinin yenidən qurulması prosesinə
rəsmi start verilməsi kimi qəbul edilir.
Ukraynanın qəbul etdiyi özəlləşdirmə texnologiyasındə ölkə əhalisinin sosial-iqtisadi həyat tərzi
psixoloji və ideoloji  təfəkkürünün  bəzi incəlikləri nəzərə alınmışdır. Bura ölkə əhalisinin  
mühafizəkar mövqeyinin üstünlüyü,  sosialist steroetiplərinin   mövcudluğu, köhnə kommunist  
bürokratiyasının yeni strukturlarda  hökmranlığı, "qırmızı direktorlar" korpusunun iqtisadi  sektorda  
nəzarət imkanları və s. daxildir. Bütün bu problemlərin  məngənəsindən  qurtulmaq  məqsədilə
Ukraynada özəlləşdirmənin başlıca məqsədi siyasi yönə istiqamətlənmişdi. Təbii ki,  belə şəraitdə
bazar infrastrukturlarının  formalaşdırılmasının,  rəqabət şəraitinin yaradılmasının, müəssisələrin 
işinin effektliyinin  yalnız özəlləşdirmə islahatları vasitəsilə təmini xeyli çətinliklər törədirdi.
Ukraynada mövcud özəlləşdirmə qrafiki 1-1,5 ilə kiçik müəssisələrin, 4-5 ilə isə  orta və iri  
müəssisələrin dövlətsizləşdirilməsini  nəzərdə tuturdu. Özəlləşdirmənin qeyd olunan qrafik üzrə
tempini artırmaq üçün  Ukraynada postsosialist  ölkələrinə məxsus ənənəvi kütləvi özəlləşdirmə
modeli  tətbiq olunmağa başladı. Hər bir Ukrayna vətəndaşı arasında bərabər miqdarda  
"özəlləşdirmə pulu" bölüşdürülürdü. Lakin onun mexanizminin dəqiq işlənilməməsi bu sahədə də
bəzi problemlər üzə çıxardı.
Əvvəla, Ukrayna vauçerləri sərbəst tədavül hüququna malik deyildi. Onlar ilk əvvəl adlı olmaqla  
depozit hesablar formasında mövcud olmuş, 1995-ci  ildən sonra isə kağız formasına keçirilmişdir.


İkincisi, ondan  müstəqil və sərbəst istifadə mexanizmləri nəzərdə tutulmamış, bu barədə qərar 
çıxarmaq hüququ məmurların səlahiyyətinə buraxılmışdır.
Ümumiyyətlə, Ukraynada  özəlləşdirmə prosesinə münasibət baxımından mülkiyyət 
münasibətlərindəki transformasiya prosesini 4 başlıca mərhələyə bölmək olar:
- özəlləşdirmədən əvvəlki mərhələ (1988-1992-ci illər)
- fərdi texnologiyalar mərhələsi (1992-1994-cü illər)
- kütləvi özəlləşdirmə mərhələsi (1995-1998-ci illər)
- pul özəlləşdirməsi mərhələsi (1999-cu ildən sonra)
Birinci mərhələ 1998-ci ildən başlayaraq  keçmiş SSRİ çərçivəsində kooperativlər  formasında özəl 
sahibkarlığın meydana çıxması ilə  start götürmüşdür. 1991-ci ildə Ukraynada özəl sahibkarlığın 
hüquqi bazasının yaradılması  məqsədilə qəbul edilmiş kompleks  qanunlar paketi üzrə nəzarətin  
getdikcə  zəifləməsi özəl kapitalın  daha çox qeyri-qanuni inkişafına stimul vermiş, beləliklə də
əksər sahibkarlıq subyekti özünün "kölgə biznesi"ni də yaratmağa  başlamışdır. Minlərlə "kiçik 
müəsisələr" iri dövlət müəssisələrinin  yeni fililalları kimi  fəaliyyət  göstərərək qarışıq dövlət - özəl   
mülkiyyət  formasının subyektinə  çevrilmişdilər. Əvvəllər yaradılmış koperativlər də bu sistemə
qoşulmağa başlamışdır.
Bu dövrdə təkmil  olmayan icarə  qanunvericiliyi əsasında formalaşmış "özəlləşdirmənin  kollektiv  
metodu" geniş tətbiq  imkanı qazanmışdır. Rəhbərliyin təşəbbüsü ilə müəssisələrin  bir çoxunun 
əmək kollektivi tərəfindən  müəssisənin xüsusi  vəsaitləri hesabına   alınması   icarə və
özəlləşdirmə qanunvericiliyi arasında  kəskin ziddiyyətlər  yaratmışdır.
İkinci mərhələdə 11 min obyekt özəlləşdirilsə də proqramda  nəzərdə tutulmuş dövlətsizləşdirmə
tempi vaxtında  reallaşdırıla  bilməmişdir. Başqa ölkələrdə mövcud  olan ənənəvi qaydalardan  
fərqli olaraq burda özəlləşdirmə prosesinin subyektinə ilk növbədə ticarət və  ictimai iaşə, məişət 
xidməti müəssisələri deyil,  sənaye sferasına məxsus  inhisarçı müəssisələr ( alış hüququ ilə  icarə
müqaviləsi üzrə  rəsmiləşdirilənlər ) daxil edilmişdir. Bu zaman özəlləşdirmə sertifikatlarından  
istifadə variantı üzrə kağız daşıyıcısı formasına deyil, depozit hesablarda  yerləşdirilmə formasına 
üstünlük verilməsi son nəticədə  qiymətli kağızlar bazarının   inkişafını xeyli ləngitmişdir.
Ukraynanın özəlləşdirmə prosesində müşahidə olunan  süstləşmə nəticəsində  onun tempində
passivlik müşahidə olunmağa başlamışdır. Özəlləşdirmə təşəbbüsünün aşağıdan gəlməməsi, 
kollektivin bu prosesə marağının azalması  vəziyyəti  daha da gərginləşdirirdi.
Vəziyyətdən çıxış yolu özəlləşdirmənin kütləviliyini təmin edən yeni metodların  tətbiqində
axtarılırdı. Nəhayət, 1994-cü ildə özəlləşdirmədə "iki dalğa" texnologiyası irəli sürülmüş və  çox 
keçmədən onun da əhəmiyəti azalmağa başlamışdır.
"İki dalğa"nın mahiyyətini bir qrup   müəssisə özəlləşdirilərkən, digər qrup müəssisələrin paralel 
olaraq səhmləşdirilməsinin həyata keçirilməsi təşkil edirdi.
  Ukraynada kütləvi özəlləşdirmə modelinin tətbiqi - prosesin sürətləndirilməsində "katalizator" 
rolunu oynamışdır. Əvvəlki dövrlə müqayisədə  onun tempi 2,5 dəfə artmış,  əhatə dairəsi  
genişlənmiş və nəticədə 4 il ərzində  (1995-1998-ci illərdə) 50 minə qədər obyekt 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə