Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   48   49   50   51   52   53   54   55   ...   62

- səhmlərini açıq tipli cəmiyyət şəklində buraxan  şirkətlər.
1994-cü  ildə  Çin  Xalq Respublikasında bütün  tipdən  olan 3280 səhmdar cəmiyyətinin 80 faizi  
qapalı,  12 faizi açıq tipli səhmdar cəmiyyət şəkilində fəaliyyət göstərirdi.
Çin iqtisadçılarının fikrincə,  ölkədə iqtisadi artım tempini saxlamaq məqsədilə birinci növbədə
dövlət  müəssisələrinin  yenidən  qurulmasında müşahidə olunan  dəyişikliklərin   sonrakı  
istiqamətini çoxpilləli nəzarət  paketi ilə  holdinq-şirkətlər  formasında təşkilinə yönəltmək 
lazımdır. Bu, dövlət əmlakının idarəedilməsinin bütün sistemlərdə təkmilləşdirilməsinə döğru şərait 
yarada bilər.
İkincisi, səhmləşdirmənin gedşində  dövlətin  planlaşdırıcı, əlaqələndirici və nəzarətedici rolunu 
gücləndirmək lazımdır.
Üçüncüsü, sosial təminat sahəsində islahatları  davam etdirilməli,  işsizliyə  görə  verilən müavinət 
sistemini təkmilləşdirməli, bank və  kredit sistemini inkişaf etdirməli  və nəticədə iqtisadiyyatda  
struktur dəyişikliklərinə nail olunmalıdır.
Beləliklə  də Çində dövlət  mülkiyyətində struktur islahatı  çox sərt formada  məhdudlaşdırılmışdır.
Şərqi Asiyanın digər ölkəsinə, Monqolustana gəlincə, orda özəlləşdirmə proseslərinin nəzəri-
konseptual müzakirələri 1990-cı ilin sonlarında ilkin olaraq Parlamentin (Kiçik   xuralın)  
gündəliyinə salınmışdır.  Monqolustan parlamentinin II  sesiyasında ölkədə özəl mülkiyyətin,  o 
cümlədən də torpaq üzərində xüsusi sahiblik hüququnun yaranması haqqında qərar qəbul edilərək
bir çox kiçik müəssisələr, orta və iri obyektlər, torpaq sahələri, sovxozlar alqı-satqı obyektinin 
predmetinə daxil olunmuşdur.  1991-ci ilin yanvar  ayında Monqolustan Xalq Respublikasının 
(MXR) hökumətinin "İqtisadiyyatda bazar tənzimlənməsinin tətbiqi barədə bəzi tədbirlər haqqında" 
Qərarı  özəlləşdirmə islahatlarının qismən reallaşdırılmasını şərtləndirmişdir. Həmin qərarın 
özəlləşdirmə bölməsində  göstərilir ki, dövlətin mülkiyyətində olan istehsal vasitələrinin üçdə ikisi 
dövlətsizləşdirilməlidir. Monqolustanda müxtəlif   formalı sahibkarlıq hüququ ilə dəyəri 40 mlrd. 
tuqrik olan əsas fondların özəlləşdirilməsi nəzərdə tutulurdu.  Bu prosesi sürətləndirmək məqsədilə
başqa ölkələrdə olduğu kimi Monqolustanda da kütləvi özəlləşdirmə  proqramı çərçivəsində
mülkiyyətin bir hissəsinin ölkə vətəndaşlarına əvəzsiz formada  paylanması üsulu tətbiq 
olunmuşdur. Özəlləşdirmənin bu  variantının məqsədi  əhalinin  aşağı alıcılıq qabiliyyətini nəzərə
alaraq, bazar iqtitsadiyyatına keçid şəraitində onlar üçün bərabər start şəraiti formalaşdırmaqdan 
ibarət idi. Bu məqsədin reallaşdırılması üçün hər bir vətəndaşa nominal dəyəri 10 min tuqrik olan 
iki özəlləşdirmə  kuponunu  almaq hüququ  verilirdi.  Eyni  zamanda dövlət mülkiyyətində olan, 
əsasən də kiçik  və  orta  ticarət obyektlərinin  vətəndaşlar tərəfindən birbaşa alış  hüququ  ilə satışı 
da həyata keçirilirdi. Monqolustanda keçid dövrü üçün nəzərdə  tutulmuş özəlləşdirmə proqramının 
obyektləri siyahısına yanacaq, energetika, dağ-mədən sənayesi, aviasiya və dəmiryol nəqliyyatı, 
rabitə, kommunikasiya vasitələrinin, şəhər kommunal təsərrüfatının özəlləşdirilməsi daxil 
edilməmişdir.
Monqolustanda özəlləşdirmə prosesinin gedişini çətinləşdirən başlıca amil region ölkələri ilə
müqayisədə burda dövlət bölməsinin iqtisadiyyatda tutduğu yüksək çəki ilə izah etmək olar. Belə
ki, 1990-cı ildə sənayedə dövlət bölməsinin payı 97 faiz təşkil edirdi. Pərakəndə ticarətdə bu 
göstərici 95 faizə bərabər idi.


"Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında" MXR-in Qanunu 1991-ci ilin may ayında Kiçik 
Xuralın III  sesiyasında təsdiq edildiyi zaman müzakirələrin böyük hissəsi  dövlətsizləşdirmənin 
formaları və onun həyata keçirilməsi metodlarına  həsr olunmuşdur. Qanunun qəbulundan sonra 
Nazirlər Kabineti özəlləşdirmə komissiyalarının fəaliyyəti, əmlakın qiymətləndirilməsi, xüsusi 
fondların  yaradılması, investisiya kuponlarının  tətbiqi, həmçinin hərracların keçirilməsi qaydaları 
ilə yanaşı, özəlləşdiriləcək müəssisələrin  siyahısını da əvvəlcədən  təsdiq etmişdir. Mövcud 
qaydalara görə, özəlləşdirmə komissiyalarına əmlakın qiymətləndirilməsi, dövlət mülkiyyətinin 
invertarlaşdırılması, mütəxəssislərin  hazırlanma-sının təşkili və digər hüquqlar verilmişdir. 
Monqolustanda özəlləşdirmənin gedişi ilə bağlı  tədbirləri  maliyyələşdirmək məqsədilə obyektlərin 
satışından və digər mənbələrdən daxil olan vəsait hesabına fond formalaşdırılmışdır. Bütün bunlarla 
yanaşı, Qanun  qəbul olunan və qüvvəyə minən günə qədər doğulan bütün ölkə vətəndaşlarına 
doğum şəhadətnaməsi və ya pasport əsasında 2 rəngdə investisiya kuponlarının paylanması 
prosesinə də başlanılmışdır. Belə ki, nominal məbləği 3 min tuqrik olan yaşıl kuponlar ticarət, 
xidmət və sənaye sahələrində olan kiçik müəssisələrin və ya onların   əsas fondlarının bir hissəsinin 
özəlləşdirilməsi üçün nəzərdə tutulmuş, dəyəri  7 min tuqrik  olan mavi rəngli investisiya  kuponları 
isə sahiblərinə  iri müəssisə və obyektlərin   səhmlərini almaq hüququ vermişdir.  Kuponu almaq 
üçün vətəndaşların 200 tuqrik ödəməsi tələb olunurdu.
Monqolustanda kiçik özəlləşdirmə çərçivəsində 1600 obyekt özəlləşdirilmişdir ki, onların da 
əksəriyyəti  kənd təsərrüfatı və xüsusilə heyvandarlıq profilli idi.
Böyük özəlləşdirmə mərhələsində isə əsas fondlarının  dəyəri 20 mlrd. tuqrik olan 340 iri obyektin 
dövlətsizləşdirilməsi nəzərdə tutulmuşdu. Bu zaman potensial  alıcıların  özəlləşdir-məyə
yönəldiləcək  maliyyə imkanları  1 mlrd. tuqrik qiymətlən-dirilirdi.  Kütləvi özəlləşdirmə
mərhələsində kiçik müəssisələrin dövlətsizləşdirilməsində istifadəsi nəzərdə tutulan yaşıl 
kuponların sərbəst surətdə  alqı-satqısına  icazə verilsə də, mövcud qanunvericiliyə görə mavi 
kuponlar  yalnız səhmlərə dəyişdirilə bilərdi. *
Monqolustanda geniş miqyaslı özəlləşdirmə kompaniyası 1991-ci ilin iyun ayında başlanmış və
1995-ci ilədək başa çatdırılmışdır. 1995-ci ilə olan son məlumatlara görə, ölkədə proqram üzrə  
özəlləşdirilməsi nəzərdə tutulan bütün müəssisə və obyektlər dövlətsizləşdirilmişdir. Yalnız kiçik 
özəlləşdirmə nəticəsində heyvandarlıq müəssisələrinin 70%-ə qədəri dövlətsizləşdirilmişdir.  
Böyük özəlləşdirmə çərçivəsində ilk dəfə  olaraq səhmdar şirkətlərinin səhmlərinin fond birjaları 
vasitəsilə vauçerlərə satışı 1991-ci ilin oktyabr ayından həyata keçirilmişdir.
Ümumiyyətlə, Monqolustanda özəlləşdirmə sürətlə həyata keçirilərək  1995-ci ildə sona çatışmışdır 
və   bu prosesin nəticəsi olaraq ÜMM -də qeyri-dövlət bölməsinin payı 60 faiz təşkil etmişdir.
Monqolustanda özəlləşdirmədən dövlət büdcəsinə əhəmiyyət kəsb edən dərəcədə vəsait daxil 
olmamışdır. Belə ki, 1994-cü ilin əvvəlinə özəlləşdirmə fonduna 213,8 mln. tuqrik vəsait daxil 
olmuşdur ki, onun da dövlət büdcəsinin gəlirlər hissəsində xüsusi çəkisi cəmisi 0,8 faiz təşkil 
etmişdir.
Monqolustan özəlləşdirilməsinin maraqlı xüsusiyyətlərindən  biri də dövlətsizləşdirmə  prosesinin 
sənaye ilə yanaşı, həm də kənd təsərrüfatında və daha intensiv formada həyata  keçirilməsi ilə
bağlıdır. İqtisadiyyatın sektorlar üzrə bölgüsündə kənd təsərrüfatının üstün xüsusi  çəkisindən irəli 
gələn bu zərurət nəticəsində 70 faizə qədər dövlət sovxozlarının bazasında   1994-cü ilin əvvəlində
xüsusi mülkiyyətin hökmran olduğu şirkətlər formalaşdırılmış, 22,5 mln. baş mal qara (ümumi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə