Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   49   50   51   52   53   54   55   56   ...   62

yekunda 89,9%)  özəl  sahibkarlara  verilmişdir. Kənd təsərrüfatı birləşmələrinin, dövlət 
sovxozlarının, yemçilik təsərrüfatlarının bazasında səhmdar cəmiyyətlər formalaşdırılmışdır.
Monqolustana BVF tərəfindən maliyyə yardımı göstərilməsi özəlləşdirmədən müvəffəqiyyətli 
nəticələrin əldə edilməsində xüsusi   rola malik olmuşdur. Belə ki, Monqolustan hökuməti "1993-
1996-cı illər üzrə struktur və maliyyə adaptasiya proqramını" reallaşdırmaq məqsədilə BVF-dən 40 
mln.  dollarlıq kredit aldıqdan sonra, ölkədə maliyyə və valyuta sabitliyi hökm sürmüşdür.Yerli 
iqtisadçıların fikrincə, özəlləşdirmə Monqolustan iqtisadiyyatında bazar prinsiplərinin 
formalaşdırılmasında, müəssisələrdə əməyin stimullaşdırılmasında xüsusi rol oynasada, gözlənilən 
nəticələrin bir çoxunun əldə edilməsinə  gətirib çıxarmamışdır. Onlar bunun səbəbini kütləvi 
özəlləşdirmə mərhələsində vauçerləşmənin yaratdığı mülkiyyətçilər bolluğu şəraitində səhmlərin 
səpələnməsində görür, tətbiq olunan sxemin nəticəsində  effektli sahibkarın formalaşmamasını 
tənqid edirdilər. Bundan əlavə, hökumətin səhmdar cəmiyyətlərin yarısından çoxunda nəzarət səhm 
paketinə sahib durması və digər tərəfdən şirkətlərin idarəetməsi sistemində keyfiyyət dəyişikliyinin 
baş verməməsi də özəlləşdirmədən əldə olunan nəticələrin səmərəliliyinə mənfi təsir göstərmiş və
belə olan halda da zərərlə işləyən müəssisələrin sayı artmış, beləliklə də onlar əvvəlkitək kreditə
ümid bağlamaqla gözləmə mövqeyində dayanmışdılar.
Ntic
Postsosialist ölkələrində özəlləşdirmə təcrübəsinə retrospektiv baxışı yekunlaşdırarkən, əldə
olunmuş başlıca göstəriciləri özündə əks etdirən aşağıdakı cədvələ nəzər salaq.
Cədvəl 4.9.
Postsosialist ölkələrində özəlləşdirmənin yekunları Ölkələr
Ölkələr
Özəl  bölmənin  ÜDM-
də  xüsusi  çəkisi*  , 
faizlə
Adambaşına  
ÜDM**, 
ABŞ dolları ilə
Özəlləşdirmə 
indeksi**, 
əmsalla
Azərbaycan
45
556
5.00
Albaniya
75
1.005
4.00
Belarus
25
1.430
6.00
Bosniya
35
1.081
5.00
Bolqarıstan
60
1.403
3.75
Ermənistan
60
491
3.50
Estoniya
75
3.516
1.75
Çexiya
80
5.371
1.75
Qırğızıstan
60
368
4.50
Qazaxıstan
55
1.508
4.25
Macarıstan
80
4,808
1.50
Makedoniya
55
1.624
4.00
Monqolustan
60
413
4.25
Moldova
60
456
3.50
Latviya
65
2.567
2.75
Litva
70
2.965
2.50
Polşa
68
3.848
2.00
Rumıniya
60
1.708
4.00
Rusiya
70
2.539
3.75
Slovakiya
75
3.822
3.00
Sloveniya
55
9.784
2.25
Tacikistan
30
212
6.00
Türkmənistan
25
479
6.75
Ukrayna
55
947
4.50
Özbəkistan
45
609
6.25
Yuqoslaviya
40
1.017
5.00
Gürcüstan
60
1.000
3.00
Xorvatiya
60
4.675
3.75


*Avropa Yenidnqurma v İnkişaf Bankının (AYİB) 1999-cu ilin iyul ayına olan hesablamaları 
tqdim olunur.
**Fredoom House Tşkilatının 2000/2001-ci illri hat edn hesabatının mlumatlarından 
gotürülmüşdür.
Cədvəl məlumatlarından göründüyü kimi, mülkiyyətdə struktur islahatlarının sürət tempini, əhatə
dairəsini, keyfiyyət müstəvisində səmərəlilik parametrlərini və qarşıya qoyduğu ümumi məqsədlərə
nail olma dərəcəsini özündə əks etdirən özəlləşdirmə indeksi 7 ballıq şkala üzrə fərqləndirilir.Bu 
intervalda yuxarı bal nəticələrin mənfi yükünü, aşağı bal isə müsbət yönünü xarakterizə edir. Bu 
baxımdan  özəllşdirmənin müsbət yekunlarına görə ilk beşliyi  Macarıstan (1.50), Çexiya (1.75), 
Estoniya (1.75), Polşa (2.00) və Sloveniya (2. *5)  təmsil edir. Ən çox mənfi yükə malik indeks isə
Türkmənistana (6.75), Özbəkistana (6. *5),Tacikistana (6.00), Belarusa (6.00)  və Yuqoslaviyaya 
(5.00) məxsusdur. Nəticlərin bu istiqamətə meyllənməsini həmin ölkələrin  əhalisinin təsərrüfat 
təfəkkürü, mentaliteti və milli iqtisadiyyatlarında dövlət mülkiyyətinin əsasında əldə etdikləri bəəzi 
uğurlu nəticələrlə izah oluna bilər.
Azərbaycana gəlincə, onun bu sahədəki vəziyyəti heç də ürəkaçan deyildir. Belə ki, ölkəmizdə
özəlləşdirmə indeksi 5.00 olmaqla onun yeri Yuqoslaviya və Bosniya ilə yanaşıdır.
Cədvəldə təqdiim olunan digər göstəricilər üzrə - ÜDM-də özəl bölmənin xysusi çəkisi sahəsində
liderlik Çexiyaya (80%) və Macarıstana (80%), adambaşına düşən ÜDM-in həcminə görə
Sloveniyaya (9.784 ABŞ dolları) məxsusdur.Bu ölkələrin özəlləşdirmənin müsbət yüklü  indeksi 
üzrə ilk beşlikdə təmsil olunması həmin göstəricilər arasında birbaşa asılılğın mövcudluğunu təsdiq 
edir. Lakin istənilən halda bu ölkələrin təcrübəsində səmərəli özəlləşdirmə mülkiyətə sahiblik 
hüququnun dövlətdən özəl sahibkara keçidin formal tərəfinin xarakterizəsi ilə yekunlaşmır.
* * * 
1. Савас Е.С.  Юзялляшдирмя вя ижтимаи-юзял ямякдашлыглар, Бакы -2001
2. Матыщин  С., Синицина И., Чудакова  Н., Экономическая политика  переходного 
периода в Польше, Вопросы Экономики 1992, №3
3. Абрамов Л.  О ходе  приватизации в ЧСФСР., Вопросы Экономики ,1992,
4. AFR-lə ADR arasında  sərhəd divarları 1989-cu ilin oktyabrında sökülmüşdü.
5. mirasla keçn mülkiyyt v ya mlak  
6. Приватизация по-восточноевропейски. Материалы «круглого стола»,  проведенного 
научными сотрудниками Института Международных Экономических и 
Политических  Исследовании АН   СССР, Вопросы Экономики, 1991 №2 стр 61-88
7. Маршалл А. Голдман. Капитализм инсайдеров: приватизация – успех  или неудача? 
http://www.ptpu.ru/issues/3_97/3_3_97.htm
8. Бабаева Л., Нельсон Л., Три программы приватизации: компромиси, потери и 
надежды, Вопросы Экономики, 1992 №9 стр 18-26


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə