proseslər ötən əsrin 80-cı illərinin sonunda Yuqoslaviyanın, Macarıstanın, Polşanın
pərakəndə
ticarət şəbəkəsinin 80 faizini əhatə edirdi. Beləliklə, qeyd olunanları qruplaşdırsaq, Şərqi
Avropanının postsosialist ölkələrində özəlləşdirmənin gedişi və nəticələrinin keçmiş SSRİ
respublikaları ilə müqayisəsi başlıca olaraq aşağıdakı fərqləri üzə çıxarır.
Əvvəla, Şərqi Avropa respublikalarında özəlləşdirmə prosesi sürət və miqyas parametrlərinə görə
MDB dövlətlərindəki analoji göstəricilərdən xeyli geri qalmışdır.
İkincisi, Şərqi Avropada dövlət əmlakının bir hissəsinin bütün vətəndaşlar arasında bölüşdürülməsi
özəlləşdirmədə aparıcı prinsipə çevrilə bilməmişdir.
Üçüncüsü, Şərqi Avropa ölkələrində dövlət əmlakının özəlləşdirilməsində xarici investorların rolu
xeyli dərəcədə əhəmiyyətli olmuşdur.
Dördüncüsü, Şərqi Avropa ölkələrində özəlləşdirmədən əldə olunan vəsaitlərdən özəlləşdirmədən
sonrakı dövrdə sənayedə struktur siyasətinin, müəssisələrin restrukturizasiyası və
sağlamlaşdırılması tədbirlərinin həyata keçirilməsində istifadə variantına üstünlük verilmişdir ki,
bu da səmərəliliklə bağlı məqsədlərin ön plana çıxarılmasını şərtləndirmişdir.
Beşincisi, Şərqi Avropada iri dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı korporasiyalaşdırma
variantına üstünlük verilməsi onların səhmlərinin bu prosesin subyektləri arasında
həddindən çox
paylaşdırılması ilə xarakterik olmuşdur.
Sonda fikirlərimizi yekunlaşdıraraq, onu da qeyd edək ki, bu və ya digər cəhətlərinə əsasən iqtisadi
ədəbiyyatlarda postsosialist ölkələri arasında müvəffəqiyyətli özəlləşdirmə təcrübəsinə görə Polşa,
Çexiya və Slovakiya, eləcə də Macarıstan və Şərqi Almaniya dövlətləri fərqləndirilir. Bu
kontekstdə ayrı-ayrı ölkələrin özəlləşdirmə təcrübələri və onların xüsusiyyətləri ilə yuxarıdakı
siyahı üzrə ardıcıllıqla tanış olaq.
Polşada özəlləşdirməyə 1990-cı ilin iyul ayından "Dövlət müəssisələrinin özəlləşdirilməsi
haqqında Akt"ın qəbulundan sonra start verilmişdir. Bu Aktla mülkiyyətdə dövlətsizləşdirmə
siyasətinin hüquqi və institutsional bazası müəyyənləşdirilmişdir.
Bununla özəlləşdirmə
prosesinin ilkin hüquqi bazasına həmin Aktdan əvvəl 1989-cu ildə qəbul edilmiş "Mülkiyyət
münasibətlərinin yenidən qurulması üzrə agentliyin yaradılması haqqında" və "Təsərrüfat
fəaliyyyətinin başlanğıcı haqqında" (Azad sahibkarlıq fəaliyyəti nəzərdə tutulur), "Dövlət
əmlakının qorunması haqqında" Qanunlar da daxil idi. 1997-ci ildə isə bu Qanunların əvəzinə
yenisi "Dövlət müəssisələrinin özəlləşdirilməsi və kommersiyalaşdırılması haqqında" Qanun qəbul
edilmişdir.
Polşada özəlləşdirmənin təşkili məsələləri ilə əvvəlcə Dövlət Əmlak Agentliyi, sonradan isə
Özəlləşdirmə Nazirliyi məşğul olmuş, nəhayət 1996-cı ildən etibarən nazirliyin fəaliyyətinə
xitam verilmiş və onun bəzi funksiyaları Xəzinədarlıq Nazirliyinə birləşdirilmişdir. Xəzinədarlıq
Nazirliyinin 1 yanvar 1998-ci ilə olan məlumatına görə, 1990-cı
ildən başlayan mülkiyyətin
transformasiyası prosesinə son 8 ildə 4234 dövlət müəssisəsi cəlb olunmuşdur. 1998-ci ilin iyun
ayına olan vəziyyətə görə, onların 80%-ə qədəri artıq özəl müəssisəyə çevrilmiş və bu statusla
fəaliyyət göstərməkdədirlər. Həmin dövrə özəl bölmənin ÜMM-də payı 65 faizə çatmışdır. *
1997-ci ilin sentyabrına olan məlumatda isə bildirilir ki, ümumiyyətlə ölkədə 123 min özəl
müəssisə (məhdud məsuliyyətli cəmiyyət və səhmdar cəmiyyətləri) qeydiyyatdan keçmişdir ki,
onların da 31 mindən çoxu (təxminən 25 faizi) xarici investisiyaların iştirakı ilə yaradılmışdır.
Sahibi fiziki şəxslər olan kiçik özəl müəssisələr (bura yeni yaradılmış, restrukturizasiya,
özəlləşdirmə nəticəsində təşkil olunmuş və mülkiyyət formasını dəyişmiş
bütün müəssisələr
şamil edilir) xüsusilə xidmət və ticarət sferasında fəaliyyətə üstünlük vermişdilər.
Polşada özəlləşdirmənin metodları 1990-cı ildə işlənilmiş və bu üsulların müəssisələrə tətbiqində
nazirliyin, həmkarlar təşkilatlarının və müəssisə rəhbərliyinin təşəbbüsü nəzərə alınmışdır. Polşa
Respublikasının mövcud qanunvericiliyinə görə özəlləşdirmə aşağıdakı iki metoddan birini
seçmək yolu ilə aparıla bilərdi:
- vasitəli özəlləşdirmə (daha doğrusu, transformasiya və ya "pul özəlləşdirilməsi"). Bu üsul iki
mərhələli prosesdən ibarətdir. Əvvəlcə müəssisələr səhmdar cəmiyyətlərə transformasiya olunur və
onların səhmləri bütövlükdə xəzinədarlığın hesabına keçirilir. Sonradan isə həmin səhmlərin
hərracda satışı, qapalı abunə yazılışı və azad satış üsullarından biri tətbiq olunmaqla realizəsi
həyata keçirilir.
- birbaşa özəlləşdirmə (daha doğrusu, ləğvetmə qaydasında özəlləşdirilmə).
Bu üsul da həmçinin iki
mərhələli prosesdən ibarətdir. Birinci mərhələdə müəssisə ləğv olunur. İkinci mərhələdə ya
səhmlərin yuxarıda qeyd olunan satış üsullarından biri seçilir, ya da müəssisə əvəzsiz istifadəyə,
lizinq və icarəyə verilir. Digər postsosialist dövlətlərindən fərqli olaraq, Polşada kütləvi
özəlləşdirmə üsulları axırıncı mərhələdə tətbiq imkanı qazanmışdır. Belə ki, 1994-cü ilin
sonunda "Milli investisiya fondları və onların özəlləşdirilməsi haqqında" Akt qəbul edildikdən
sonra bu mərhələyə start verilmiş və 1995-ci ilin noyabrından etibarən 16 yaşdan yuxarı ölkə
vətəndaşları dəyəri 20 zlota bərabər özəlləşdirmə şəhadətnamələri almağa başlamışdılar. Ölkədə
kütləvi özəlləşdirmə proqramı çərçivəsində aparılan prosesə əmlakının dəyəri 3,5
milyard dollar
olan 520 iri müəssisə cəlb olunmuş və bununla əlaqədar səhmdar cəmiyyət formasında fəaliyyət
göstərən, bəzisi yerli, digərləri isə xarici təşkilata məxsus olan 15 milli investisiya fondu
yaradılmışdır. Belə fondların yaradılmasında başlıca məqsəd müəssisələrin restrukturizasiyasında
onların aktiv iştirakına şərait yaratmaqdan ibarət idi.
Polşanın özəlləşdirmə təcrübəsində başlıca rol oynamış Milli investisiya fondlarının fəaliyyətinin
mühüm istiqamətlərini aşağıdakılar təşkil edirdi:
- səhmlərin 60 faizi (33 faizi birinə, 27 faizi isə yerdə qalanlar arasında bərabər şəkildə
bölüşdürülməklə digərlərinə) investisiya fondlarına verilirdi. 40 faizlik səhm paketinin 15 faizi
əmək
kollektivinə pulsuz paylanmaq, 25 faizi isə dövlətin sərəncamında qalmaq şərti ilə
bölüşdürülürdü;
- fondların rəhbərliyinin əsas fəaliyyəti onun səhmlərinin bazar dəyərinin artımına yönəldilir,
hətta fondun menecerləri müvafiq nazirliyin və antiinhisar komitəsinin razılığı ilə kütləvi
özəlləşdirmə prosesinə cəlb edilən müəssisələrin səhmləri ilə əməliyyatlar aparmaq hüququna da
malik ola bilərdilər. Menecerlərin uğurlu fəaliyyəti yüksək əmək haqqı ilə yanaşı, fondun
fəaliyyətinin maliyyə nəticələrinə görə həm də səhm paketləri formasında mükafatlandırılaraq
stimullaşdırılırdı.
Milli İnvestisiya Fondlarının səhmləri Varşava qiymətli kağızlar birjasının satış dövriyyəsinə də
daxil
edilə bilərdi ki, bu da özəlləşdirmə şəhadətnamələrinə bir deyil, bir neçə fondun səhmlərini
almaq imkanları verirdi. Fondların fəaliyyət müddəti Qanunla 10 il müəyyənləşdirilsə də, onlara