Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə32/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   ...   28   29   30   31   32   33   34   35   ...   45

 
155 
 
 
Növbəti təltifdən sonrakı övlad təbrikləri 
 
 
 
Atatürk Mərkəzində 
 
156 
 
 
 
 
Əziz dostların əhatəsində 


 
157 
 
 
Yazıçıların qurultayında 
 
 
 
Azərbaycan Yazıçılar Birliyində 
 
158 
 
 
 
 
 
Doğma tələbələr arasında 


 
159 
 
 
Rektor Havar Məmmədov Təhsil Nazirliyinin  
Fəxri Fərmanını təqdim edir 
 
 
 
Yubiley təbriki 
 
160 
 
 
 
 
 
NƏRİMAN HƏSƏNZADƏ 
                                                                                                      
Xalq şairi 
 
 
ELÇİN İSGƏNDƏRZADƏ YARADICILIĞI 
( Türkçülük – vətənçilik kontekstində) 
 
“Xarıbülbül”  dediyimiz,  həqiqətən  də  bu  nadir  və 
əfsanəvi “quş”, adı dillərdə dastan olan qədim bir torpaqda – 
Şuşa torpağında yuva qurmuşdur.  
  Amma  şuşalılara  rəvan  şeir  dili  verən,  ilahi  səs 
bağışlayan bu “bülbül” oxumur; öz dili, öz səsi yoxdu.  
  Mən  Şuşada  qızılgülün  üstə  qar  görmüşəm.  İlin  dörd 
fəsli bir gül ləçəyində qərar tutmuşdu.  
  Elçin 
İsgəndərzadə 
də 
Şuşada 
anadan 
olub. 
“Xarıbülbül”ün  həmyerlisidi.  Üstə  qar  olan  qızılgülü  yəqin 
ki, o da görüb.  
  Şuşa 
yad 
əllərdədi. 
Düşmən 
tapdağında. 
“Xarıbülbül”ün yuvası dağıdılmışdı.  
  Elçin  İsgəndərzadənin  yaradıcılığında  Şuşa  harayını 
eşidirəm.  O,  xarıbülbülün  əvəzinə  oxumalı,  qarlı  qızılgülün 
əvəzinə danışmalıdı. Oxuyur da, danışır da.  
 
Ürəyimin başında, 
Gözlərimin yaşında 
Bir bulud hüzn, 


 
161 
Bir yarpaq nisgil. 
Xəyalımda Xarıbülbül, 
İlk sevdamdı elə bil. 
Ömür qaralı-ağlı, 
Bütün yollarım bağlı. 
Bu gün mənim misralarım 
Ormanda azmış cığır. 
İçimdə təlatümüm, 
Üzümdə təbəssümüm, 
cadar-cadar. 
Nə dünəni xatırlayıb 
Güvənməyə bir şey var, 
Nə də sabah çin olacaq arzular. 
Ay işığına qarışıb 
Bu gecə axar sular. 
Ağaca calaq vuran bağban kimi 
Calaq vurdum ürəyimə 
Tumurcuq umudlardan... 
Şeirimin misralarına 
Nəsə damır Göy üzündən, buludlardan. 
 
                                           (“Avtoportret”) 
 
 
Gah ulu babası Qurbaninin xalq ruhunda, gah da çağdaş 
türk şeiri üstündə köklənən şeirlər, poemalar yazan müəllifin 
əsərləri qarşımdadı.  
 
O, üzünü tək bir oxucuya yox, bütün türk dünyasına 
tutub  danışır,  tanıdığı  şəxsiyyətlərə  müraciət  edir.  Gah  ürək 
sözünü,  gah  da  əsrin  sözünü  deməyə  çalışır.  Zəmanəylə, 
dövranla üzbəüz oturub danışmağı sevir.  
 
162 
 
Onu  danışdıran  ilahi  bir  qüvvə  var  ki,  daima  şairin 
rahatlığını pozur. O bu “təzyiqə” məhkumdu – şairlik səadəti 
də bundadı.  
 
Gənclik  şeirlərinin  birində  Elçin  böyük  arzularla 
yaşadığını,  həyata,  insana  bağlılığını  təbii  boyalarla  ifadə 
edir.   
 
Ancaq  böyük  Nizaminin  dediyi  kimi,  bir  köynəyə 
sığan  insan  bir  dünyaya  sığmadığı  üçün,  bəzən  öz  hisslərini 
cilovlaya  bilmədiyinə  görə  ona  elə  gəlir  ki,  həyatın  ən  ağır 
anlarını yaşayır.  
 
  Mənim bu dünyada əlim çatası 
  Nə qədər arzular qaldı gözümdə, 
 
 -  deyə  şikayətlənir  də.  Hətta  şairin  səfəfbəredici 
poetikasında belə not səsləri eşidilir:  
 
 
 
 
Demək südündə şairlik varmış, 
                               
  şair oldum. 
                                Demək südündə alimlik varmış, 
                                                               alim oldum. 
                               Demək südündə oğulluq yoxmuş, - 
                               Ola bilmədim, 
                               oğlun ola bilmədim, QARABAĞ! 
 
 
 
 
 
 
(“Ola bilmədim”) 
 
Əlbəttə,  bu  misralar  göründüyü  kimi  birbaşa  yox,  onun 
sətiraltı mənasında qəbul edilməlidir.  
Çünku şair başqa bir şeirində: 
 
Mən bu gözəl dünyanın 


 
163 
Nəşəsini, 
Qəmini, 
Sevgisini, 
Ölümünü, 
Cənnətini, 
Cəhənnəmini 
 
 
Bir şair kimi görüb gəldim 
Dərgahına Allahın. 
Diz çöküb dua elədim, 
Çin oldu sayəndə duam, ahım, - deyir.    
                                                                                     
(“Ömür tablosu”) 
 
        Bu  da  şairin  özünütəkzib  üçün,  oxucu  qarşısında 
səmimi  etirafı,  ünsiyyət  vasitəsidi.  Təbiətdə  olduğu  kimi, 
şairin  də  dəyişən  fəsilləri  olur.  Şuşada  qışda  açan  qarlı 
qızılgül kimi.  
Mən buna anomaliya yox, təbiət hadisəsi deyirəm. Çünki 
şairliyin hər anı bir təbiət hadisəsidir.  
 
Elçin  İsgəndərzadə  isə  şeirdən-şeirə  püxtələşən,  poetik 
uçuşlara həmişə hazır şairdi.  
 
 
 
 
Oyanır türküm, oyanır, 
Hər şəhid məzarından 
Boylanır bir Boz qurdum. 
Təbrizdən İrəvana 
Uzanır ana yurdum. 
Atlarımın nalları 
Çapır daşlı yolları. 
 
164 
Tanrı ətəyində əlim, 
Yolun son ucu ölüm. 
Ay baxır göy üzündən, 
Keçdim Cıdır düzündən. 
Cıdır düzündə bahar, - 
Daşlı yolda qan izi var. 
Ağlama kəhər atım, 
Göydə Ay mənim muradım. 
 
Onun  “Avtoportret”,  “Türkün  qəzəbi”,  “Qaranlıq, 
zülmət, qan və qaçqınlıq”, “Qazi türküsü” kimi şeirlərində və 
silsilə  poemalarında  Şuşa  həsrəti,  Qarabağ  dərdi  bir  torpaq 
oğlunun  ruhi  ağrıları  kimi  hiss  olunursa,  türkçülük  –  şairin 
yaradıcılıq manifesti kimi özünü daha şəffaf göstərir. Elçinin 
türkçülüyü  isə  -  vətənçilik  kontekstində  onun  poeziyasının 
leytmotividir.  
Bu hisslər və duyğular Elçin humanizmi, Elçin həssaslığı, 
Elçin 
mehribanlığı 
kimi 
insandakı 
ümumbəşəri 
keyfiyyətlərin  daha  da  inkişafına  səbəb  olur,  daimi  mehri-
ülfətdə, daimi ünsiyyətdə keçən ömrə xüsusi məna verir.  
Çingiz  Aytmatov  yazır  ki,  “Elçin  İsgəndərzadənin 
poeziyasının son illər dünyanın onlarla ölkəsində yerli dillərə 
çevrilərək çap olunması ondan xəbər  verir  ki, türk poeziyası 
da artıq dünya poeziya okeanına yelkən açmaqdadır”. 
KKTC  Cümhurbaşqanı  Rauf  Denktaş:  “Kıbrıs  və 
Azərbaycan  türkləri  eyni  kökdən  gəlmələrinə,  eyni  dili 
istifadə  etmələrinə  rəğmən,  yaxın  zamana  qədər  bir-birini 
yaxından tanıya bilməmişlər. İndi isə bu qapı açıldı... 
Prof.  Dr.  Elçin  İsgəndərzadə  bu  sırada  olan  dəyərli  bir 
arkadaşdır”. 
Mən  burada  yalnız  türk  dünyasının  iki  tanınmış  və 
sevilən şəxsiyyətlərinin fikirlərini misal çəkdim.  


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə