Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə31/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   ...   27   28   29   30   31   32   33   34   ...   45

 
149 
Yaşı da, 
Boy-buxunu da 
Misralara, 
Düsturlara 
Çevrilib- 
İz salır, 
Özgə izlə 
İməkləmir, sürünmür.. 
Bu yaşda, 
Boy-buxunda 
Bir cavanı çevirdin 
Pasportuna millətin! 
 
Bu  sözlər  çox  böyük  poetik  tapıntıdır.  Və  həqiqətin 
özüdür.  Doğrudan  da,  bu  insan  –  Elçin  İsgəndər  (zadə) 
millətimizin, 
etnosumuzun, 
ümumən, 
Böyük 
Türk 
Dünyasının pasportudur. Bu pasportla fəxr eləməyə, ucalarda 
saxlamağa dəyər.  
Əlli  yaşın  ucalığında  çevrilib  gəldiyi  yola  baxanda, 
görəsən,  nə  düşünür  Elçin  İsgəndər?  Onun  nə  düşündüyünü 
deyə  bilmərəm.  Amma  mən  bu  qənaətdəyəm  ki,  bu  yolun 
işığından  milyonlar  bəhrələnib.  İnsanlar  Elçin  İsgəndər 
nurunda  yol  gedərək  haqqın,  ədalətin,  saflığın,  təmizliyin, 
paklığın, bir sözlə, insanlığın həqiqi düsturunu tapıblar.  
Bu haqq yolun mübarək, Elçin İsgəndər!!!     
 
 
 
 
 
150 
HAQQINDA DEYİLƏNLƏR, 
RƏYLƏR, ARZULAR 
 
 
 
 
 
MÜZƏFFƏR MƏMMƏDOV 
 
Əməkdar müəllim,  fəlsəfə doktoru, dosent 
 
                TÜRK DÜNYASININ FƏXRİ 
 
Hələ  on,  on  beş  il  bundan  əvvəl  Elçin  İsgəndərzadə 
haqqında  çox  eşitmişdim.  Onun  elm  sahəsində,  ədəbiyyat 
aləmində  qazandığı  uğurlar  geniş  müzakirə  mövzusuna 
çevrilmişdi.  Bu  gənc  alimin,  şairin  uğurları  məndə  də  geniş 
maraq  doğurmuşdu  və  bu  marağın  işığında  onunla  tanış 
olmaq,  yaxın  münasibət  qurmaq  arzusu  qəlbimə  hakim 
kəsilmişdi.  Və  bu  tanışlıq  gözlənilmədən  yarandı.  Qardaşım 
yazıçı-publisist  Rasim  Gənzəli  mənə  deyəndə  ki,  Elçin 
İsgəndərzadə  ilə  yaxın  dostluq,  qardaşlıq  münasibətləri 
qurmuşam,  buna  çox  sevindim.  Elə  o  gündən  mənim  də 
onunla yaxın münasibətlərim yarandı. 
Bu dövr ərzində Elçin İsgəndərzadəni mən çox dərindən 
tanımışam.  Əlli  illik  elmi,  pedaqoji  fəaliyyətim  ərzində  qəti 
inama  gəlmişəm  ki,  Azərbaycanda Elçin  İsgəndərzadə qədər 
təkrarsız, əvəzolunmaz, unikal bir alim, pedaqoq, şair tapmaq 
çətindir. Bəlkə o, dünyada da bənzərsizdir. Çünki bir-biri ilə 
ayrı-ayrı qütblərdə dayanan iki sahədə eyni böyüklükdə uğur 
qazanmaq hər  kişinin işi deyil. Həm texnika sahəsində, həm 
də filologiya elmində yüksək dərəcə almaq dünyada analoqu 


 
151 
olmayan  bir  hadisədir.  Fəxr  edirəm  ki,  bunu  bizim 
soydaşımız  etməyi  bacarıb.  Bu  bir  daha  bizim  millətimizin 
nə  qədər  intellektual  səviyyəyə  malik  olduğunu  sübuta 
yetirir.  
Elçin  İsgəndərzadə  barəsində  yazılan  məqalələrlə, 
kitablarla,  onun  mətbuatdakı  çıxışları  ilə  tanış  olanda,  istər-
istəməz  düşünürsən  ki,  o,  türk  dünyasında  parlayan 
Azərbaycan  işığıdır.  O,  türk  dünyasında    əlində  bayraq  hər 
zaman  elmi  konfranslarda,  seminarlarda,  simpoziumlarda, 
festivallarda Azərbaycanı şərəflə təmsil edir. Bütün dünyada 
Azərbaycan  işığı  kimi  yanaraq,  Turan  dünyasının  şöhrətini 
daha da ucaldır. 
Elçin İsgəndərzadənin yaradıcılığı ilə tanış olanda adam 
başqa bir aləmə düşür. İndiyə qədər çoxsaylı elm, ədəbiyyat, 
mədəniyyət  xadimləri  haqqında  kitablarla  tanış  olmuşam. 
Lakin “İhlamur” dərgisində Elçin İsgəndərzadənin qazandığı 
ödüllərin siyahısını görəndə, heyrətə gəlmişəm və inanmışam 
ki,  onun  qədər  çoxlu  sayda  ödüllər  qazanan  alimimiz, 
şairimiz yoxdur. 
Nəyə  görəsə,  Elçin  İsgəndərzadə  haqqında  düşünəndə 
alim  tərəfindən  onu  Lütfi  Zadəyə,  şair  tərəfdən  isə  Nazim 
Hikmətə  bənzətmişəm.  Amma  bütün  bu  bənzərliyi  ilə 
bərabər, yenə qeyd edirəm, o, bənzərsiz və təkrarolunmazdır. 
Elçin  İsgəndərzadə  alim,  pedaqoq,  şair  olmaqla  yanaşı, 
həm də əsl vətən daşıdır. Daim öz millətini, xalqını dünyanın 
müxtəlif ölkələrində təmsil etməklə öz millətini digər xalqlar 
içərisində tanıtmağa çalışır. Və buna hər zaman nail olur. O, 
öz  əsərləri  ilə  gənclərə  düz  yol  göstərir  və  vətənin  daşı 
olmağı  öyrədir.    Qardaşım  Rasim  Gənzəli  ilə  onun  yaxın 
münasibəti  də  elə  bu  hisslərdən  qaynaqlanır.  Çünki  bu 
insanların  hər  ikisi  vətən  üçün  ölməyi  bacaran,  vətənin 
 
152 
daşına  çevrilən  ölkə  vətəndaşlarıdır.  Bu  xarakterik  əlamətlər 
onları birləşdirərək dosta, qardaşa çevirib.  
Elçin  müəllim  həm  də  nümunəvi  ailə  başçısıdır.  Həyat 
yoldaşı Afət xanımla birlikdə elə övladlar tərbiyə ediblər ki, 
bu  övladların  da  sabah  Azərbaycana  şərəf  gətirəcəklərinə 
məndə böyük inam var.  
Müdrüklüyünün  cavanlıq  çağına  qədəm  qoyması 
münasibəti  ilə  Elçin  İsgəndərzadəni  təbrik  edir,  ona  gələcək 
elmi,  pedaqoji,  ədəbi  yaradıcılığında  daha  böyük  uğurlar, 
daha çox ödüllər diləyirəm. 
  
      
 
 
 
 
      
 
 
  
             
                        
 
 
 
 
                                                          


 
153 
 
 
 
Səsinin fanatı olduğu xalq artisti Flora Kərimova ilə 
 
 
Məmməd Araz yadigarları, əzizləri Aqil Abbas  
və İradə xanım Tuncay ilə
 
154 
 
Millət vəkili Qənirə Paşayevaya  
mükafat təqdim edərkən 
 
 
Elçin İsgəndərzadə, Qırğızıstan Yazarlar Birliyinin sədri, 
xalq şairi Nadırbek Alımbekov və Anar 


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə