165
Müəllifi olduğu, tərtib etdiyi, Azərbaycan türkcəsinə
çevirdiyi kitabların sayı-hesabı yoxdu. Öz kitabları dünyanın
bir çox dillərinə tərçümə edilib.
Bütün bunlar isə Azərbaycanın müstəqilliyi illərində
bizim ədəbi mühitdə həqiqətən tarixi hadisədir.
Elçin İsgəndərzadənin zəngin bioqrafiyasının təkcə
xronoloji hissəsi ilə tanış olduqca düşünürsən ki, insan istəsə,
az bir müddətdə dağı dağ üstə qoya bilər.
Mən eşidəndə ki, Gəncə şəhərində yaşayıb-yaradan
görkəmli, koloritli bir yazıçı Qərib Mehdinin əsərlərinin
oncildliyini (əlyazmasından tutmuş mətbəə proseslərinə
qədər) Elçin İsgəndərzadə nəşr etdirib, sonra da o cildləri
müəllifin özünə hədiyyə edib. Mən də gəncəli Qərib
qardaşım qədər sevindim.
Yaxud Xudu Məmmədovun adına elm sahəsində,
Şahmar Əkbərzadə adına isə ədəbiyyat sahəsində Beynəlxalq
mükafatlar təsis edib və 10 ildən çoxdur ki, laureatların 50-
dək kitabları hədiyyə olaraq bir-birinin ardınca işıq üzü
görür. Kitab nəşri sahəsində bu, bütöv bir ədəbi hərəkatdır.
Elçinin Xudu Məmmədovun və Şahmar Əkbərzadənin
xatirəsinə həsr etdiyi poemaları da minnətdarlıqla oxudum.
Xudu Məmmədov o vaxt biz gənclər üçün paklıq,
azərbaycançılıq məktəbi idi.
Bir şeyə indi də heyfsilənirəm.
“Ədəbiyyat və incəsənət” qəzetinə yenicə baş redaktor
təyin olunmuşdum. Qəzet iri formatda, həftədə bir dəfə
səkkiz səhifə çıxırdı. Nigarançılıq keçirirdim.
Qəzet həm də iki böyük təşkilatın – Azərbaycan
Yazıçılar İttifaqının və Respublika Mədəniyyət Nazirliyinin
orqanı idi.
Yolda, indiki İstiqlal küçəsində Xudu müəllimlə
rastlaşdıq – Səni görmək istəyirdim, - dedi. – Papkasından
166
göy rəngli bir şagird dəftəri çıxartdı. On iki səhifənin hamısı
əlyazması ilə dolmuşdu. – Ədəbiyyat, incəsənət məsələlərini
demirəm, elmə aid problem məsələləri yazmışam. Qəzetin
ətrafına yaxşı müəlliflər topla...”
Mən o şagird dəftərini itirməyim deyə, sonra haraya
qoydumsa, hələ də tapa bilmirəm.
İndi “Bu qala bizim qala” poemasını məmmunuyyətlə
oxuyanda o böyük insanın mələk siması yenidən gözlərim
önünə gəlir.
...Dünya talan dünyadı,
Gün gəlincə, verdiyini
Geri alan dünyadı.
Sən taleyin gecəsini
Gündüzünü görmüşdün.
Göy qübbəsi altında
Bu dünyanın hər üzünü görmüşdün.
Sən dünyaya uymadın,
Sən mərd oğlu mərd idin.
Sən gül ləçəyindən yumşaq,
Qranitdən sərt idin.
...Çiçək ömrü, yarpaq ömrü yaşadın,
Yüzillik çinarlar sənin yaşıdın.
Çiçək ömrü,
Yarpaq ömrü,
Bulaq ömrü,
Mələk ömrü yaşadın.
Poemadan
köçürdüyüm
bu
misralar
Xudu
müəllimin portret cizgilərini çəkmək üçün ən münasib, ən
seçmə sözlərdi. Əgər o yaşadısa, həqiqətən “çiçək ömrü,
yarpaq ömrü, bulaq ömrü, mələk ömrü” yaşadı.
167
Müəllifin poemada real boyalarla verdiyi kristal
haqqında söhbət Xudu Məmmədovun elmi axtarışları və
tapıntıları ilə bağlıydı.
Hacansa qədim insan,
Bəlkə qutlu bir şaman
Öz içində bərq vuran
Bir daş – kristal tapdı.
Başqa bir qədim insan
Kristalı onun əlindən qapdı.
İki qardaş savaşdı,
İnsan qanı töküldü.
Şeytan bunu görürdü,
Şeytan əl çalıb güldü.
Və qədim insan birdən durdu.
Daş alətlə kristala bir zərbə vurdu.
Və bərq vuran kristal insanı ovsunladı.
....Və bir gün qədim insanın tapdığı ilk kristal
Xudu Məmmədovun əlinə düşdü.
O da məftun oldu bərq vuran kristala.
O, alimlər rəssamıydı –
Kristalın sirrini
mozaik qravürlərlə,
naxışlarla çözürdü.
Kainatın rəmzi idi onunçun kristal –
Mozaik naxışların
nə əvvəli, nə sonu var.
Xudu Məmmədov kristallar barədə Londonda
ingilis dilində doktorluq dissertasiyası müdafiə etmişdi.
168
Eşitmişdim
ki,
azərbaycanlı
alim
Xudu
Məmmədov bizim ulu nənələrin toxuduğu xalıların,
kilimlərin üstündəki naxışların izini yerin səkkizinci qatına
aid olan kristal kəsiyində görübdü.
Olduqca maraqlı bir elmi kəşfin müəllifinə taleyi
yaşamaq üçün möhlət vermədi. O, dünyasını qəfildən dəyişdi.
Ürəyimdə hələ dərddi gül açan,
Novruzgülün mənim kimi bağrı qan.
Xarıbülbül, qovuşarıq bəs haçan?
Qarabağa bizsiz gəlir bu yaz da, -
deyə könül çırpıntılarını oxucusu ilə bölüşən müəllif indi
də “Şahmar şikəstəsi” poemasında dünyasını vaxtsız dəyişən
şair Şahmar Əkbərzadənin yadda qalan detallarla bədii
obrazını yaradır.
Burada şairin “48 ölçülü qadın paltarı” məşhur
hüznlü şeiri, Şahmarın “Topxanaya, Armud ağacına yazdığı
məktub”un ermənilər tərəfindən güllələnməsi xatırlanır;
taleyi bir-birinə bənzəyən qələm dostlarının Bişkekdə görüşü
də unudulmur:
Eyvandan qaranquşlar
Xəbər verir ilk bahardan.
Mir Cavadın rəsmləri
Asılmışdı divardan.
Kitab dolablarında
Çingiz ağanın kitablarıyla
yan-yana, çiyin-çiyinə
Bizim Bəxtiyar, Şahmar, Anar.
Siz sonuncu Ordaçılar idiniz, -
Dostları ilə paylaş: |