Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə50/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   46   47   48   49   50   51   52   53   ...   205

101 

 

olmağı  monarxiyadakı  varlılıqdan  uca  sayır.  Demokritin  etikasında  müdrik 



mötədillik haqqında təlim əsas yer tutur. 

demoqrafiya 

- əhalinin məskunlaşması haqqında elm. 



demos

 

- Qədim Yunanıstanda aristokratlara zidd olan sadə xalqı (kəndliləri, 



sənətkarları və  tacirləri) bildirirdi.  Sonralar  -  demos qulların və  xaricilərin əksinə 

olaraq şəhər-dövlətlərin bərabərhüquqlu vətəndaşlarının birliyini bildirirdi. Demos 

quldarlıq demokratiyasının mövcudluq bazası idi. 

Demosfen

 

(e.ə.  384  -  322)  -qədim  yunan  natiqi,  siyasi  xadimi,  quldarlıq 

demokratiyasının  ideoloqu.  Afinada  anti-makedoniya  qruplaşmasının  tanınmış 

başçısı.  Onun  Makedoniya  hökmdarı  II  Filippin    əleyhinə    etdiyi 

çıxış  -  "Filippika"  xüsusilə  məşhurdur.  E.ə.  341-ci  ildə  o,  Afinanın 

faktik  rəhbəri  oldu.  Yunan  şəhər-dövlətlərinin      antimakedoniya 

ittifaqının  meydana  gəlməsinə  imkan  yaratmışdır.    Xeroneya  

yaxınlığında məğlub olduqdan sonra Afinanı tərk etmək məcburiyyə 

yətində  qalmışdır.  Makedoniyalı  İsgəndərin  ölümündən  sonra  o, 

təntənəli  surətdə  şəhərə  qayıtmış  və  yenidən  Makedoniyaya  qarşı 

mübarizəyə çağırmışdır. E.ə. 322-ci ildə yunanların yenidən məğlub 

olmasından  sonra  makedoniyalı  döyüşçü  tərəfindən  təqib  edilən 

Demosfen əsir düşməmək üçün zəhər içmişdir. 

denasionalizasiya

  -  dövlətin  milliləşdirilmiş  əmlakı  əvvəlki  sahiblərinə 

qaytarması. 

denominasiya 

- pul islahatı zamanı pulun nominal dəyərinin dəyişdirilməsi 

və yeniləşdirilməsi. 

denonsasiya 

-  bir  dövlətin  digərinə  əvvəllər  onların  arasında  imzalanmış 

müqavilənin  birtərəfli  qaydada  fəaliyyətini  dayandırması  haqqında  bəyanat 

verməsi. Bir qayda olaraq denonsasiya qaydası imzalanmış müqavilənin özündə və 

ya ona əlavə olunan xüsusi razılaşmada nəzərdə tutulur. 

deportasiya

 - zorakı yerdəyişmə, bir şəxsin və ya 

hər  hansı  milli  azlıq  təşkil  edən  xalqın,  millətin,  dini 

icmanın və s.-nin dövlətdən kənara qovulması. 

depressiya

  -  1)  psixikanın  (əhvalın)  məyus 

vəziyyəti;  2)  həddən  artıq  məhsul  istehsal  olunması  nəticəsində  baş  verən 

böhrandan  sonra  meydana  çıxan  sənaye  dövrü  fazası;  iqlisadiyyatın  durğunluq 

vəziyyəti və mallara tələbatın azlığı ilə seçilir. 



deputat

 – hakimiyyət orqanlarında seçkili nümayəndə. 



despotiya

 - istibdad hakimiyyəti, müstəbid, bütün hakimiyyətin şaxələnmiş 

hərbi-bürokratik  aparatın  köməkliyi  ilə  idarə  edən  bir  hökmdara  -  irsi  monarxa 

mənsub olduğu dövlət forması. Despotiya Yaxın Şərq ölkələri üçün xarakterik idi 

və  hakimiyyətin  qeyri-məhdudluğu  və  əhalinin  hüquqsuzluğu  ilə  fərqlənirdi. 

Despotun  şəxsiyyəti  çox  hallarda  öz  sağlığında  və  ölümündən  sonra 

ilahiləşdirilirdi. Despotiyanın sinonimləri qeyri-məhdud monarxiya və tiraniyadır. 




102 

 

destabilizasiya

  -  müvazinətin  pozulması,  dəyişkən  vəziyyətin  yaranması, 

sabitlikdən çıxmaq. 



desyatin

 - Rusiyada 1,0925 hektara bərabər torpaq ölçüsü. 

desyatina

  -  xristian  kilsəsi  tərəfindən  əhalidən  ümumi  məhsuldan  və  ya 

digər gəlirlərdən alınan vergi. 



deşifrləmə

  -  unudulmuş  yazıların,  dillərin  anlamının  bərpa  edilməsi.  Bir 

çox  şifraçımlar  üçün  biri  məlum  və  aydın  olan  iki,  ya  üç  dildəki  paralel  yazı 

mətnlərindən  istifadə  olunur.  Bir  halda  ki  qədim  mətnlərdə  bir  qayda  olaraq 

hökmdarların və allahların adları yazılırdı, şifraçanlar da naməlum mətnlərdə ilkin 

olaraq  bütün  məlum  adlan  axtarmağa  çalışırdılar.  Bununla  da  bir  sıra  yazılı 

işarələrin  və  bütöv  sözlərin  oxunuşu  müəyyənləşdirilirdi.  Naməlum  dildəki 

sözlərin mənası mətndəki bu sözlərin məlum dildəki sözlərlə tutuşdurulması ilə də 

müəyyənləşdirilirdi.  Bəzən  aydınlaşırdı  ki,  naməlum  yazı  çox  yaxşı  məlum  olan 

dillərdən  birində  yazılmışdır.  Bu  cür  mətnlərin  oxunmasından  sonra  şifraçanlar 

məlum dilə tərcüməsi olmayan digər mətnlərin öyrənilməsinə başlayırlar. 



devalvasiya

  -  ölkənin  pul  sisteminin,  milli  pul  nişanlarının  qızıl  dəyərinin 

və  ya  onların  xarici  valyutaya  nisbətən  məzənnəsinin  aşağı  salınması  yolu  ilə 

sabitləşdirilməsi üsulu. 

Deyok

  -  əfsanəvi  Midiya  hökmdarı.  Herodota  görə,  Midiya  tayfalarını 

birləşdirmişdir. Herodot bildirir ki, deyək əvvəlcə öz kəndlərində hakim, sonra isə 

midiyalıların  hökmdarı  seçilmişdir.  Bundan  sonra  o,  altı  Midiya  tayfasını 

birləşdirmiş,  özünə  hökmdar  sarayı  və  paytaxt  şəhəri  Ekbatana  tikdirməyi  əmr 

etmiş, Midiyanı Assuriya-ağalığından qurtarmış və 53 il hökmdar eləmişdir. Bəzi 

tarixçilər  Dcyoku  Midiya  vilayətlərindən  birinin  real  irsi  hökmdarı  -Assuriya 

mətnlərindən məlum olan Manna canişini Dayaukku ilə eyniləşdirirlər. Dayaukku 

Manna hökmdarı Ullusunuya tabe olmaqdan imtina etmiş və Urartu çarı I Rusa ilə 

saziş  bağlamışdır.  E.ə.  715-ci  ildə  Mannanın  müttəfiqi  Assuriya  hökmdarı  II 

Sarqon  qoşunlarını  Dayaukkunun  qiyamını  yatırmaq  üçün  göndərmişdir. 

Assuriyalılar Dayaukkunu əsir tutub ailəsi ilə birlikdə Suriyaya sürgün etmişlər. 

de-yure

  (lat.  "rəsmən",  "rəsmi  olaraq", "hüquqi  cəhətdən",  "qanuna  uyğun 

olaraq"  beynəlxalq  hüquqda  dövlətin  və  ya  hökumətin  tam  rəsmi  (de-faktodan 

fərqli olaraq) tanınması. 



Dədə Qorqud

 - oğuz xalq qəhrəmanlıq eposu "Kitabi-Dədə 

Qorqud"un  baş  personajı.  Uzun  əsrlər  boyu  formalaşmış  epik 

dastanların hamısı "Kitabi-Dədə Qurqud"da xalq müdriki və ozanı 

Qorqudun obrazında birləşdirilir; bu dastan onun adına çıxılır. 



dəfinə

 - gizlədilmiş, çox hallarda isə yerə basdırılmış, sahibi 

üçün dəyərli olan şeylər. Dəfinələr hələ neolit dövründən hər yerdə aşkar edilir və 

mühüm tarixi mənbə sayılrr. Dəfinə axtarılması da qədim tarixə malikdir. Bir sıra 

ölkələrdə aşkar edilən dəfinələrin mütləq dövlətə təhvil verilməsi haqqında qanun 

mövcuddur. 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə