Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə46/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   42   43   44   45   46   47   48   49   ...   205

93 

 

365-ə  bərabərdir.  Tərəflərin  hər  birinin  yanlarındakı  18  tin  mayya  təqvimindəki 



ayların sayına müvafiqdir. 

çiçəyə  qarşı  peyvənd

  -  onun  ixtirası  orta  əsrlər  Çin  təbabətinin  böyük 

nailiyyəti  idi.  Avropada  isə  ilk  dəfə  olaraq  yalnız  XVIII  əsrdə  ingilis  həkimi 

E.Cenner tərəfindən çiçəyə qarşı peyvənd aşkar olunmuşdur. Çiçəyə qarşı peyvənd 

milyonlarla insanın həyatını xilas etmişdir. 



Çingiz xan

 (Temuçin; 1155 - 1227) - böyük monqol fatehi. Anadan olduğu 

zaman  atası  tərəfindən  məğlub  edilmiş  əzəmətli  tatar  döyüşçüsü  Temuçinin 

(Dəmirçi)  adı  ilə  adlandırılmışdı.  Monqolların  inamına  görə,  həmin  döyüşçünün 

gücü və qüvvəsi yeni doğulan uşağa keçməli idi. Temuçin 9 yaşı 

çatanda düşmənlər onun atasını öldürdülər ailəsi isə qaçqın düşdü. 

Sonra düşmənlər Temuçini əsir götürdülər, amma o qaça bildi və 

öz  qəbiləsində  cəsur  döyüşçü  kimi  ad  çıxardı.  Təxminən  20 

yaşlarında  Temuçin  qüdrətli  qonşulardan  birinin  qızı  ilə  evləndi 

və monqol qəbilə və tayfalarının birləşdirilməsi siyasətinə başladı. 

Hələ  müttəfiqləri  az  olduğu  vaxtlarda  Temuçinə  düşmən  olan 

tayfa  onun  düşərgəsinə  hücum  edərək  arvadını  qaçırmışdı.  Temuçin  yeni 

müttəfiqlər  taparaq  bir  ildən  sonra  düşmən  tayfaya  qalib  gəlib  arvadını  azad 

etmişdi.      1206-cı  ildə  Temuçin  monqol  tayfalarını  öz  hakimiyyəti  altında 

birləşdirdi  və  "Çingiz  xan"  (tərcüməsi  əzəmətlilik  bildirən  "dəniz  xan"  və  ya 

"ümman  xan")  titulunu  aldı.  Çingiz  xan  onun  ittifaqına  daxil  olan  tayfa 

başçılarından  tələb  etdi  ki,  öz  ərazilərini  qorumaq  üçün  daimi  ordu  saxlasınlar. 

Çingiz  xan  orduda  onluq  sistemi  -  onluq,  yüzlük,  minlik  və  "tümən"  -  onminlik 

sistemi  tətbiq  etdi.  Xanın  oğlanlarından  və  kübar  ailələrdən  təyin  edilən 

komandirlər  orduda  təlim  və  nizam-intizama  cavab  verməli  idilər.  Çingiz  xanın 

ordusunun, demək olar ki,  yarısını qılınc  və nizələrlə  silahlanmış, dəri dəbilqə və 

zirchli önlüklə sinəsi qorunan ağır silahlı  süvarilər təşkil edirdi. Onun ordusunun 

qalan hissəsini isə  dəri dəbilqə, ox və kamanla silahlanmış yüngül oxçu-süvarilər 

təşkil  edirdi.  Monqollar  uzunmüddətli  yürüşlər  üçün  lazım  olan  sursat  və 

ehtiyatlarla  yüklənmiş  atları  arxalarınca  aparırdılar.  Bundan  əlavə,  Çingiz  xan 

geniş  kəşfiyyatçı  və  casus  şəbəkəsi  yaratmışdı  və  onların  vasitəsilə  düşmənin 

qoşunlarının mövqeyi və sayı haqqında məlumat əldə edirdi. Monqolların özlərində 

olmayan  həkim  və  ya  sənətkarlara  ehtiyac  olduqda  isə  Çingiz  xan  onları  başqa 

ölkələrdən  dəvət  edir  və  ya  əsir  götürürdü;  bunlar  o  dövrün  bütün  qoşunlarından 

üstün olan çox çevik ordu yaratmağa imkan verirdi. 

Monqolustanın  bütün  tayfalarını  birləşdirdikdən  sonra  Çingiz  xan  1206-cı 

ildə Çinə hücum çəkdi və iki ildən sonra Böyük Çin səddini keçə bildi, 1215-ci ildə 

isə  Çini  bütünlüklə  tabe  etdi.  Çində  möhkəmləndirilmiş  şəhərlərə  rast  gələn 

monqollar  müxtəlif  növ  mancanaq  və  s.  texnikadan  istifadə  etməyə  başladılar. 

Onlar  bu  texnikanı  sökülmüş  halda  yük  atları  vasitəsilə  daşıyırdılar.  Çingiz  xan 

1218-ci  ildə  Koreyanı  tabe  etdi.  1219-cu  ildə  Çingiz  xanın  qoşunları  Mərkəzi 



94 

 

Asiyanı  tutdu,  bundan  sonra  isə  monqollar  İrana  və  Azərbaycana  kəşfiyyat 



məqsədi  ilə  qarətçi  yürüşlər  etdilər,  buradan  isə  Dərbənd  keçidi  vasitəsilə  şimala 

yollandılar  və  1223-cü  ildə  Kalka  çayı  yaxınlığında  qıpçaqların  və  rusların 

qoşunlarını  məğlub  etdilər.  Çində  üsyanı  yatırmağa  yollanan  yetmiş  yaşlı  Çingiz 

xan  yolda  öldü.  Bir  qədər  bundan  əvvəl  isə  o,  oğlanlarından  birini  orduya  başçı 

təyin  etmişdi.  Çingiz  xanın  imperiyası  150  ilədək  mövcud  olmuşdur.  Müasir 

Monqolustanda  Çingiz  xan  milli  qəhrəman  sayılır.  Onun  sərhədlərindən  kənarda 

isə Çingiz xanın adı hərbi qüdrət və cahangirlik rəmzi kimi qiymətləndirilir. 

Çissantaxma

  -  Çissantaxmanın  başçılığı  ilə  Asaqarta  vilayətində 

Əhəmənilərə qarşı baş vermiş və Cənubi Azərbaycan ərazilərini əhatə etmiş üsyan. 

Fravartiş  üsyanı  ilə  bağlı  idi.  Çissantaxma  da  Fravartiş  kimi  özünü  Midiya 

hökmdarı  Kiaksarın  nəslindən  olan  Asaqarta  şahı  elan  etmişdi.  I  Dara  İran  və 

Midiya  qoşunlarını  Taxmaspadanın  başçılığı  ilə  ona  qarşı  göndərmişdi. 

Taxmaspada  üsyanı  yatıra  bildi.  Əsir  götürülmüş  Çissantaxma  I  Daranın  yanına 

gətirilmiş,  o  isə  üsyançının  burnunu,  qulaqlarını  kəsmiş,  bir  gözünü  çıxarmışdır. 

Bundan  sonra  Çissantaxma  Asaqarta  vilayətinin  mərkəzi  Arbeldə  payaya 

keçirilmişdir. 

çobanbəyi

  -  orta  əsrlərdə  bir  sıra  Yaxın  Şərq  ölkələrində,  o  cümlədən 

Azərbaycanda elatlardan malın satışından alınan vergi; natural şəkildə və ya pulla 

ödənilirdi. Səfəvilər dövlətində geniş yayılmışdı. 

çölpulu 

-  orta  əsrlərdə  bir  sıra  Yaxın  Şərq  ölkələrində,  o  cümlədən 

Azərbaycanda elatlardan malın otarılmasına görə alınan vergi.  

çöpbaşı

  -  Azərbaycanda  xanlıqlar  dövründə  otlaqların  sahiblərinin  xeyrinə 

maldarlardan  malın  otarılmasına  görə  alınan  vergi.  Əsasən  pulla  ödənilirdi; 

verginin  həcmi  otlağın  ölçüsündən  asılı  olurdu.  Quba,  Bakı  və  Şamaxı 

xanlıqlarında yayılmışdı. 



Çörçill

 - Uinston Leonard Spenser (1874 - 1965) - 1940 - 45 və 1951 - 55-

ci  illərdə  Böyük  Britaniyanın  baş  naziri.  Çörçillin  atası  mənşəcə  kübar  Malbərə 

hersoqları nəslindən idi, anası isə amerikalıydı. İkinci Dünya müharibəsi illərində 

Çörçill hökuməti SSRİ ilə antihitler koalisiyası çərçivəsində ittifaqa girdi (1941-ci 

il sazişi,  ittifaq  haqqında  1942-ci  il  müqaviləsi). İkinci  cəbhənin  Qərbi Avropada 

açılması  əleyhinə  çıxan  Çörçill  təklif  edirdi  ki,  Balkanlara  desant  çıxarılsın. 

Çörçillin  müharibə  qurtardıqdan  sonra  Qərb  demokratiyalarını  qorumaq  üçün 

SSRİ-yə qarşı ABŞ və Böyük Britaniyanın qüvvələrini birləşdirməklə müqavimət 

göstərilməsi təklifi ilə 1946-cı il martın 5-də Fultonda (ABŞ) etdiyi çıxışı "soyuq 

müharibə"nin  başlanmasına  səbəb  oldu.  Bir  sıra  tarixi  tədqiqatlar,  memuarlar  və 

romanlar  Çörçillin  qələmindən  çıxmışdır.  1953-cü  ildə  Çörçill  ədəbiyyat  üzrə 

Nobel mükafatına layiq görülmüşdür. 



Çuxursəd  bəylərbəyiliyi

  -  Səfəvilər  dövlətinin  mərkəzi  İrəvan  şəhərində 

olan  inzibati  vahidi.  Naxçıvan  da  XVIII  əsrdən  etibarən  həmin  beylərbəyiliyinə 

daxil idi. 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə