Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə44/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   40   41   42   43   44   45   46   47   ...   205

89 

 

Hökumətinin  yaradılması  tələbini  irəli  sürdü.  Noyabrın  27-dən  dekabrın  1-dək 



Milli  Məclisə  seçkilər  keçirildi.  Dekabrın  12-də  Milli  Məclis  Seyid  Cəfər 

Pişəvərinin  başçılığı  ilə  Milli  Hökumət  yaratdı.  Milli  Hökumət  ən  əvvəl  İran 

dövlətinin tərkibində  Azərbaycanın  muxtariyyətini bir daha  təsdiqlədi və  mərkəzi 

hökumətə  demokratik  islahatlar  haqqında  tələbini  irəli  sürdü.  Milli  Məclisin  ən 

mühüm  tədbiri  1946-cı  il  yanvarın  6-da  qəbul  etdiyi  dil  haqqında  qanun  idi.  Bu 

qanunda  Azərbaycan  dili  bütün  Cənubi  Azərbaycan  ərazisində  rəsmi  dövlət  dili 

elan  olunurdu.  Bundan  sonra  Milli  Məclis  vilayət,  mahal,  şəhər,  qəsəbə  və  kənd 

əncümənlərinə seçkilər haqqında qanun qəbul etdi. 1946-cı il fevrahn 16-da Milli 

Hökumət  aqrar  qanun  qəbul  etdi.  Bu  qanuna  görə,  dövlət  mülkiyyətində  olan 

torpaqlar, "xalisə", habelə Azərbaycandan qaçmış və ona qarşı mübarizəni davam 

etdirən  mülkədarların  və  digər  sahibkarların  torpaqları  kəndlilər  arasında 

bölüşdürülməli  idi.  İslahat  nəticəsində  yarım  milyon  hektardan  çox  torpaq 

kəndlilərin istifadəsinə keçdi. Mayın 12-də əmək haqqında qanun qəbul olundu. Bu 

qanuna əsasən, fəhlə və qulluqçuların iş şəraiti yaxşılaşdırılır, həmkarlar ittifaqları 

vasitəsilə  müəssisələrin  işinə  fəhlələrin  nəzarət  hüququ  təsdiq  edilirdi.  Milli 

Məclisin və Milli Hökumətin bir sıra qanun və qərarlan 

Cənubi  Azərbaycanda  sənaye  və  ticarətin  inkişafı, 

iqtisadiyyatın  maliyyələşdirilməsi  və  vergi  sisteminin 

təkmilləşdirilməsinə 

yönəldilmişdi. 

1946-cı 

ilin 


iyununda  Təbriz  Universiteti  təsis  edildi.  Həmin  ayda 

Tehranla  Milli  Hökumət  arasında  saziş  bağlandı.  Bu 

sazişə  görə,  Milli  Hökumətə  Azərbaycan  Əyalət  Əncüməni  statusu  verildi.  Eyni 

zamanda,  Tehran  hökuməti  kütləvi  informasiya  vasitələrində  Azərbaycan 

demokratlarını separatizmdə  və  İran dövlətinin dağılması niyyətində  ittiham edən 

geniş kampaniyaya başladı. Bununla bərabər, Tehran hökuməti ABŞ, İngiltərə  və 

SSRİ  arasındakı  ziddiyyətlərdən  istifadə  edərək  "İran  məsələsi''nin  BMT-də 

baxılmasına  nail  oldu.  Tehran  habelə  ABŞ  və  İngiltərənin  İrana  siyasi  və  hərbi 

yardım  göstərmək  razılığını  da  aldı.  Stalinin  isə  "bitərəfliyini"  əldə  etmək  üçün 

İran  hökuməti  SSRİ  ilə  Şimali  İranda,  o  cümlədən  Cənubi  Azərbaycanda  neft 

axtarışı  və  çıxarılması  konsessiyası  haqqında  müqavilə  bağladı.  Lakin  sonralar 

(1947-ci  ildə)  Qəbavülmüş-Səltənənin  nəzərdə  tutduğu  kimi,  İranın  məclisi  bu 

müqaviləni  təsdiq  etmədi.  Müqavilə  bağlandıqdan  sonra  Sovet  dövləti  BMT 

Təhlükəsizlik  Şurasının  tələbi  ilə  öz  qoşunlarının  İrandan  çıxarılmasını 

sürətləndirdi  və  mayın  8-də  başa  çatdırdı.  Bütün  bunlardan  sonra  İran  hökuməti 

ultimatum şəklində Əyalət Əncüməninə bildirdi ki, yeni məclisə seçkilərdə qayda-

qanunu təmin etmək üçün Azərbaycana hökumət qoşun hissələri daxil edilməlidir. 

Dekabrın  1-dən  qoşunlar  bir  neçə  istiqamətdə  hücuma  keçdi.  Qoşunla  fədailər 

arasında  qanlı  döyüşlər  başlandı.  Dekabrın  11-də  xalqa  "öldü  var,  döndü  yox!" 

deyə  müraciət  edən  Pişəvəri  elə  həmin  gün  yaxın  soydaşları  ilə  birlikdə  zorla 

SSRİ-yə gətirildi. 1946-cı il dekabrın 12-də hökumət qoşunları Təbrizə daxil oldu. 



90 

 

Beləliklə,  1941  -  46-cı  illər  Cənubi  Azərbaycanda  milli-azadlıq  hərəkatı 



məğlubiyyətə  uğradı.  Demokratlar  kütləvi  repressiyalara  məruz  qaldılar  -  azadlıq 

mücahidləri zindanlara atıldı, mücahidlər, ADP və Milli Hökumətin üzvləri dəstə-

dəstə  edam  edildi,  yüz  minlərlə  ailə  İranın  cənubuna  sürgün  olundu.  Minlərlə 

demokrat  ölkədən  qaçmaq  məcburiyyətində  qaldı;  onların  əksəriyyəti  Şimali 

Azərbaycana gəldi. 

"Cənubi  Qafqaz  quberniyalarında  torpağın  məcburi  alınması 

haqqında 1912-ci il qanunu"

 - çar hökuməti tərəfindən 1912-ci il yanvarın 20-də 

qəbul  edilmiş  qanun.  Qanuna  əsasən  Şimali  Azərbaycanın  sahibkar  kəndliləri 

1913-cü 


il  yanvarın  1-dən  torpaq  sahiblərinin  xeyrinə  daşıdıqları 

mükəlləfiyyətlərdən azad edilirdilər, eyni zamanda, onların xüsusi mülkiyyəti elan 

olunan  pay  torpaqlarını  məcburi  qaydada  satın  almalı  idilər.  Kəndlilər 

çəmənlikləri,  otlaqları  və  meşə  sahələrini  satın  ala  bilməzdilər,  ancaq  sahibinin 

icazəsi ilə onlardan istifadə edə bilərdilər. Kəhrizlər də feodalların mülkiyyətində 

qalırdı.  Bu  qanuna  görə,  bəylər  və  ağalar  kəndlilərin  mülkiyyətinə  keçən  pay 

torpaqları  üçün  xəzinədən  pul  kompensasiyası  alırdılar,  kəndlilər  isə  müəyyən 

müddət  ərzində  torpağın  dəyərini  xəzinəyə  ödəməli  idilər.  1912-ci  ilin  aqrar 

qanunları  Zaqatala  dairəsinə  aid  edilmirdi.  Bu  da  öz  növbəsində  yerli  kəndlilərin 

narazılığına səbəb oldu. Bunu nəzərə alan çar hökuməti 1912-ci il qanununa edilən 

1913-cü  il  7  iyul  əlavələrində  Zaqatala  dairəsində  və  Dağıstan  vilayətində  asılı 

münasibətlərin  ləğv  edilməsi  haqqında  qanun  layihəsi  qəbul  etdi.  1912  -13-cü 

illərin  qanunları  Azərbaycan  kəndində  ictimai  təbəqələşməni  və  kapitalist 

münasibətlərinin inkişafını sürətləndirdi. 



cihad

  (ər.  "döyüş",  "müharibə",  "din  uğrunda  müharibə",  "dini  yaymaq 

yolunda  çalışma")  -  din  uğrunda  mübarizə.  Əvvəllər  cihad  dedikdə  islamın 

müdafiəsi və yayılması uğrunda mübarizə nəzərdə tutulurdu. Müsəlmanlar arasında 

cihadın  sinonimi  kimi  "fəth"  və  "qəzavai"  sözlərindən  istifadə  olunur.  Cihad 

ərəblərin  Ərəbistandan  kənarda  ərazi  işğallarını  müqəddəsləşdirirdi.  Müsəlman 

ərəblərin ilk dəfə daxil olduqları Ərəbistandan kənar ölkələrdə əhalinin çoxu onlar 

tərəfindən monoteist kimi qəbul edilirdi. Ona görə də cihadın məqsədi həmin yerli 

əhalini  islama  dəvət  etmək  olmayıb,  əksinə,  onların  cizyə  ödəməklə  zimmi  kimi 

Ərəb  xilafətinə  tabe  etdirilməsindən  ibarət  idi.  VII  əsrin  sonlarından  cizyə 

ödənməsindən  azad  olmaq  məqsədi  ilə  islamı  qəbul  etmək  məqbul  sayılmırdı, 

çünki  bu,  xilafətin  xəzinəsinə  zərər  gətirirdi.  Yeni  və  ən  yeni  dövrdə  cihad 

müsəlman  ölkələrinin  müstəmləkəçiliyə  qarşı  mübarizəsində  istifadə  edilirdi. 

Dövrümüzdə  cihad  şüarı  yalnız  bir  sıra  ifrat  fundamentalistlər  tərəfindən  islamın 

bütün  dünyada  bir  məqsəd  kimi  təntənəsi  şəklində,  əsasən  də  İsrailə  qarşı 

mübarizədə  istifadə  edilir.  Müasir  islam  cihadın  müdafiə  prinsipi  daşıdığını  qeyd 

edir,  geniş  mənada  isə  milli-istiqlaliyyət  və  sosial-iqtisadi  inkişafın 

möhkəmləndirilməsi (məhsul itkisinə qarşı, torpağın eroziyası, savadsızlığın ləğvi 




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə