Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə41/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   37   38   39   40   41   42   43   44   ...   205

83 

 

Volqoqrad  şəhərlərinin  yerləşdikləri  ərazilərədək  çatırdı,  Qafqaz  dağları  da  buzla 



örtülmüşdü. 13-15 min il əvvəl istiləşmə və buzlağın əriməsi başlamışdır. 

büdcə 

-  müəyyən  müddət  üçün  dövlət  məxaric  və  mədaxilinin  təsvirini 

verən  sənəd  (bir  qayda  olaraq  illik).  Büdcə  ali  qanunverici  hakimiyyət  orqanları 

tərəfindən müzakirə edilir və təsdiq olunur. 



bürokratiya

  -  1)  xüsusi  aparatın  köməkliyi  ilə  fəaliyyətini  həyata  keçirən 

məxsusi funksiya və imtiyazlara malik idarəetmə sistemi; 2) bu idareetmə sistemi 

ilə bağlı olan insanlar təbəqəsi. 



büt

  -  ağacdan,  daşdan  yonulmuş  və  ya  metaldan  tökülmüş  allah  təsviri. 

Bütə  sitayiş  hələ  qədim  insanlarda  meydana  gəlmiş  və  qalıqları  dövrümüzədək, 

demək olar ki, bütün dinlərdə qalmışdır. 



bütpərəstlik

 (çoxallahlılıq) - bir çox müxtəlif bütlərə və ya allahlara inam. 

 

-C- 

 

Cabbarlı  Cəfər

  (1899  -  1934)  -  görkəmli  Azərbaycan  yazıçısı.  Bakı 

yaxınlığındakı Xızı kəndində doğulmuşdur. Rus-tatar məktəbi və texniki məktəbdə

sonra  isə  Azərbaycan  Dövlət  Universitetinin  Şərq  fakültəsində 

oxumuşdur.  C.Cabbarlının  dram  əsərləri  tarixi  süjetlərdə 

yazılmışdır.  Bunlar  "Od  gəlini",  "1905-ci  ildə",  "Sevil",  "Almaz" 

və  başqa  pyeslərdir.  Cabbarlı  Azərbaycan  qadınının  azadlığı 

probleminə xüsusi diqqət vermişdir “Qız qalası” poeması, "Gülər" 

hekayəsi,  "Sevil"  və  "Almaz"  pyesləri).  Cəfər  Cabbarlı  Şekspir, 

Tolstoy,  Qorki  və  b.  yazıçıların  bir  sıra  əsərlərini  Azərbaycan  dilinə  tərcümə 

etmişdir. 

camaat

  -  1)  dövlətə  xərac  verən  ayrıca  kənd  icması  və  ya  kənd  icmaları 

ittifaqı; 2) kənd icmasının istifadəsində və ali sahibi dövlət olan torpaqlar. 

Car-Balakən  camaatı

  -  Şimali  Azərbaycanın  şimal-qərbində  yerləşən 

camaat  ittifaqı.  Car,  Balakən,  Katex,  Tala,  Muxax  və  Cənik  camaatları  onun 

tərkibinə  daxil  idilər.  Bu  camaatların  əhalisinin  əksəriyyətini  hələ  I  Şah  Abbasın 

dövründə  buraya  köçən  avarlar  təşkil  edirdi.  Camaatın  torpaqları  vaxtaşırı  onun 

üzvləri  arasında  bölüşdürülürdü.  Camaatı  ağsaqqallar  idarə  edirdilər.  Bununla 

yanaşı, şəriət əsasında məhkəmə işlərinə baxan ruhanilərin də rolu çox böyük idi. 

Camaatın  ali  orqanı  həddi-büluğa  çatmış  bütün  kişilərin  iştirak  etdiyi  ümumxalq 

yığıncağı idi. Xalq yığıncaqlarında sülh və müharibə məsələləri müzakirə edilirdi. 

Xalq yığıncağı tərəfindən qəbul edilən qərarlar qanun qüvvəsi alırdı. 1738-ci ildə 

Carda  Divanə  İbrahim  və  Xəlilin  başçılığı  ilə  Nadir  şaha  qarşı  üsyan  başlandı. 

Nadir  şah  qardaşı  İbrahim  xanın  başçılığı  ilə  İran  qoşunlarını  buraya  göndərdi. 

Carlılarla aparılan amansız savaşlarda İran ordusu darmadağın edildi, İbrahim xan 

isə  öldürüldü.  XVIII  əsrin  ortalarından  axırlarına  qədər  Car-Balakən  camaatı 

qismən  Şəki  xanlığından  asılı  vəziyyətdə  idi.  1803-cü  ilin  martında  general 



84 

 

Qulyakovun başçılığı altında rus qoşunları gürcü qoşunları ilə birlikdə Car üzərinə 



hücuma  keçdilər.  1803-cü  ilin  martında  Qanıx  çayı  yaxınlığındakı  savaşda  rus 

qoşunları  qələbə  çalaraq  Balakəni  tutdular  və  general  Qulyakovun  əmri  ilə  onu 

yandırdılar. 1803-cü il aprelin 12-də rus qoşunları Carı da tutdular. Lakin carlılar 

mübarizəni  davam  etdirdilər. 1804-cü  ilin  yanvarında  rus  qoşunları  yenidən  Cara 

soxularaq  onu  tutdular,  lakin  Zaqatala  yaxınlığındakı  savaşda  carlılar  rus 

qoşunlarına  hücum  edib  onlara  qalib  gəldilər.  General  Qulyakov  döyüşdə 

öldürüldü.  1803  -  1804-cü  illərdə  general  Sisianovun  başçılığı  ilə  rus  qoşunları 

Car-Balakən camaatını tutaraq onun əhalisinə amansız divan tutdu. 



Car-Balakən camaatının müstəmləkə əleyhinə üsyanı

 (1830) - 1803-cü il 

12 mart tarixli Andlı öhdəliklə Car-Balakən camaatına verilən daxili muxtariyyəti 

ləğv  etmək  və  burada  yeni  (Rusiya)  inzibati 

sistem  tətbiq  etmək  məqsədi  ilə  Rusiya 

imperiyası Car-Balakən camaatını tamamilə tabe 

etmək  qərarına  gəldi.  Bundan  əlavə,  Rusiya 

hökuməti  Dağıstanın  tam  işğalı  üçün  burada 

dayaq məntəqəsi yaratmaq ümidində idi. 1830-cu 

il fevralın 24-də rus qoşunları general Paskeviçin 

komandanlığı  ilə  Car-Balakən  camaatının 

ərazilərinə  soxuldu.  Bundan  sonra  camaatın 

ağsaqqalları  Paskeviçin  yanına  gəldilər,  lakin  o, 

danışıqlardan  imtina  etdi  və  camaatın  idarə 

olunmasının 

yeni 


"Qaydalar"ı 

haqqında 

bəyannamənin  türkcə  mətnini  müzakirə  üçün  onlara  verdi.  Martın  3-də  rus 

qoşunları Cara daxil oldular, knyaz Bekoviç-Çerkasski vilayətin rəisi təyin edildi. 

Camaatın rus qoşunları tərəfindən tutulması, yeni idarə üsulunun tətbiqi və qalmış 

vergilərin  yığılması  yerli  əhalinin  narazılığına  səbəb  oldu.  İyunun  12-də  mürid 

Şeyx Şəbanın davamçıları olan Qafqaz dağlıları camaatın ərazilərinə daxil oldular 

və  yerli  üsyançılar  onlara  qoşuldular.  İyunun  21-də  rusların  inşa  etdikləri  Yeni 

Zaqatala yaxınlığında rusların qələbəsi ilə başa çatan savaş oldu. Lakin sentyabrın 

12-də  Qafqaz  dağlılarının  yeni  dəstələri  Cara  gəldi  və  carlılarla  birlikdə  Katexi 

tutdular, bundan sonra oktyabrın 15-də onlar rus qoşunlarını məğlub etdilər. Lakin 

çar  generalları  Qafqaz  dağlı  dəstələrinin  başçıları  ilə  saziş  bağladılar  və  onlar  öz 

dəstələrini  apardılar.  Bundan  sonra  rus  qoşunları  noyabrın  14-də  Carı  tutub 

dağıtdılar,  digər  yaşayış  məntəqələrini  də  xarabaya  çevirdilər,  əhaliyə  amansız 

divan tutdular. Dekabrda Balakəndə yeni üsyan baş verdi, rus qoşunları 1830-cu il 

dekabrın 22-də bu üsyanı da yatırdılar. 



Cavad  xan

  -  Gəncə  xanlığının  xanı  (1786  -  1804).  1786-cı  ildə  xərac 

ödəməyə  boyun  olduğuna  görə  Kartli  (gürcü)  çarı  II  İrakli  və  İbrahimxəlil  xan 

tərəfindən taxta çıxarılmışdı. Cavad xan 1795-ci ildə xərac verməkdən imtina etdi. 

Elə həmin il Tiflisi öz qoşunları ilə mühasirəyə alan Ağa Məhəmməd xan Qacara 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə