Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə37/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   33   34   35   36   37   38   39   40   ...   205

75 

 

müddətdə - e.ə. 521-ci ilin noyabrı - e.ə. 518-ci ilin martı arasında həyata keçirilib. 



Yazı  farsların  tabeliyində  olan  bir  çox  başqa  xalqların  dillərinə  tərcümə  olunmuş 

və  yazının  özündə  göstərildiyi  kimi,  "bütün  ölkələrə"  göndərilmişdi.  Üçdilli 

Bisütun kitabəsinin surəti XIX əsrin birinci yarısında İngiltərənin kəşfiyyat zabiti 

Henri Roulinson tərəfindən böyük çətinliklə köçürülmüşdür. Roulinson isladılmış 

karton vasitəsilə 12 il ərzində mixi işarələrin surətini çıxarıb, üzünü köçürmüşdür. 

Qədim  fars  mixi  yazılarının  Qrotefend  tərəfindən  açılması  (şifraçımi)  sayəsində 

Roulinson  qədim  fars  dilində  qazılmış  və  bir  çox  adam  adı  və  coğrafi  adların 

sadalandığı üst yazını oxuya bilmişdi. Beləliklə, hələ oxunmamış digər iki dildəki 

yazılar üçün tərcümə əldə edildi. XIX əsrin ortalarında Babil mixi yazısı, XX əsrin 

ortalarında isə Elam mixi yazısı oxundu. 



bitərəf  ölkələr

  -  öz  siyasətində  hərbi-siyasi  bloklara  qoşulmamağı  elan 

etmiş ölkələr. 

Bitərəflik

  -  1)  yad  mübahisəyə,  iki  tərəf  arasındakı  mübarizəyə 

qoşulmamaq;  2)  xarici  siyasət  kursu  silahlı  münaqişələrdə,  müharibə  və  hərbi-

siyasi  ittifaqlarda  iştirak  etməməklə  xarakterizə  olunan  dövlətin  xüsusi  hüquqi 

statusu. 

biyar

  –  Şərq  ölkələrində  dövlət  və  feodalların  xeyrinə  rəiyyətin  məcburən 

yerinə yetirdiyi müxtəlif mükəlləfiyyət. 

Bizans,  Bizans  imperiyası

  (Şərqi  Roma  imperiyası)  -  395-ci  ildə  Roma 

imperiyasının  iki  yerə  parçalanması  nəticəsində  yaranmış  dövlət.  Paytaxtı  - 

Konstantinopol.  Konstantinopol  qədim  yunan  koloniyası  Vizantinin  yerində  inşa 

edildiyinə görə Vizanti koloniyasının adına uyğun olaraq 

dövlət  Bizans  adlandırılmışdır.  İmperiyanın  mərkəz 

hissəsinin  əhalisinin  əksəriyyətini  yunanlar  təşkil 

edirdilər. Rəsmi dil (VII əsrdən)  -  yunan dili idi. Erkən 

orta  əsrlərdə  Bizansın  inkişafının  özünəməxsus 

xüsusiyyətlərı  var  idi:  şəhərlər  sənətkarlıq  və  ticarət  mərkəzi  kimi  qalırdı; 

mərkəzləşdirilmiş dövlət aparatı və  vergi sistemi var idi; silklər və feodal sistemi 

qapalı  deyildi  və  s.  İki  mühüm  ticarət  yolu  -  Avropadan  Asiyaya  və  dəniz  yolu 

Aralıq dənizindən Qara dənizə gedən yol Bizansdan keçirdi. Tranzit ticarəti Bizans 

tacirlərinə və dövlət xəzinəsinə böyük gəlir gətirirdi. Bütün bunlar Bizansa böyük 

ordu və qüvvətli donanma  saxlamağa imkan verirdi. Bizans imperiyasının ən çox 

genişlənməsi VI əsrə - imperator Yustinianın dövrünə təsadüf edir. Ərəb, slavyan 

və  lanqobard tayfalarının istilaları nəticəsində  VII əsr  -  IX əsrin ortalarında  onun 

ərazisinin  Balkan  yarımadasının  bir  hissəsi  və  Kiçik  Asiya  ilə  məhdudlaşmasına 

gətirib  çıxardı.  1204-cü  ildə  səlibçilərin  -  xaçlıların  dördüncü  yürüşünün 

iştirakçılarının  Konstantinopolu  tutması  Bizans  imperiyasının  devrilməsinə  və 

Latın imperiyasının  yaradılmasına  səbəb oldu. Səlibçilərin tutmadıqları ərazilərdə 

isə  Bizans  dövlətləri  -  Nikeya  və  Trapezund  imperiyaları,  Epir  dövləti  yarandı. 

Bizans  imperiyası  1261-ci  ildə  VIII  Mixail  tərəfindən  bərpa  edildi.  1453-cü  ildə 



76 

 

Osmanlı  sultanı  II  Mehmetin  başçılığı  ilə  türklər  tərəfindən  Konstantinopolun 



tutulması Bizans imperiyasının varlığına son qoydu. 

blokada 

-  1)  hər  hansı  bir  tələbi  yerinə  yetirməsindən  ötrü  blokadaya 

alınmış dövlətin xarici əlaqələrini pozmağa yönəldilmiş siyasi və iqtisadi tədbirlər 

sistemi;  2)  hərbi  blokada  -  quruda,  havada  və  dənizdə  blokadaya  salınması 

obyektin  (qruplaşma,  qoşun,  şəhər,  rayon,  dövlət  və  s.)  xarici  əlaqələrinin 

pozulması  yolu  ilə  təcrid  olunması.  Məqsəd  -  blokadaya  salınmış  qruplaşmanın 

qüvvəsinin  tükədilməsi  və  onun  təslim  olmağa  vadar  edilməsi,  düşmən  dövlətin 

hərbi-iqtisadi qüdrətinin sarsıdılması və s. 



BMT

 (Birləşmiş Millətlər Təşkilatı) - müstəqil dövlətlərin beynəlxalq sülhü 

və  təhlükəsizliyi  qorumaq  və  möhkəmlətmək,  eləcə  də  dövlətlər  arasında  dinc 

əməkdaşlığı  inkişaf  etdirmək  məqsədi  ilə  könüllü 

birləşməsi nəticəsində təsis edilmiş beynəlxalq təşkilat. 

BMT-nin  nizamnaməsi  1945-ci  ilin  aprelində  San-

Fransisko  şəhərində  keçirilən  konfransda  50  dövlətin 

nümayəndəsi  tərəfindən  imzalanmış  və  1945-ci  il 

oktyabrın  24-də  qüvvəyə  minmişdir  (son  tarix  BMT 

günü  kimi  qeyd  olunur).  Beynəlxalq  sülhün  və 

təhlükəsizliyin qorunması üçün əsas məsuliyyət BMT-nin Təhlükəsizlik Şurasının 

(TŞ) üzərinə qoyulmuşdur. Burada qərar qəbul olunması zamanı TŞ-nin beş daimi 

üzv-dövlətinin - ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çinin səs birliyi prinsipi 

mövcuddur. Bu o deməkdir ki, beş böyük dövlətdən hər biri onun marağına uyğun 

gəlməyən  qərara  veto  qoymaq  hüququna  malikdir.  BMT-nin  Təhlükəsizlik 

Şurasından  əlavə,  əsas  orqanları  bunlardır:  Baş  Assambleya,  İqtisadi  və  İctimai 

Şura,  Qəyyumluq  Şurası,  Beynəlxalq  Məhkəmə  və  BMT  baş  katibinin  başçılıq 

etdiyi  Katiblik.  BMT  sistemində  15  ixtisaslaşdırılmış  təsisat  da  vardır.  BMT-nin 

iqamətgahı Nyu-Yorkdadır (ABŞ). 1992-ci il martın 2-də Azərbaycan Respublikası 

BMT-nin üzvü olmuşdur. 



borc

  -  bir  tərəfin  müvəqqəti  olaraq  pul,  yaxud  ölçü,  çəki,  say  və  s.  ilə 

müəyyən  edilən  əşyaları  digər  tərəfin  mülkiyyətinə  verməsini  və  onların  mütləq 

həmin ölçüdə geriyə qaytarılmasını bildirən müqavilə. 



Böyük  Britaniya

  -  1)  Avropanın  qərbində  -  Atlantik  okeanında  yerləşən 

Britaniya  adaları qrupundan ən böyük ada;  2) Britaniya  adalarında  dövlət. Rəsmi 

adı  -  Böyük  Britaniya  və  Şimali  İrlandiya  Birləşmiş  Krallığı.  Əhalisi  60  mln. 

nəfərdən  artıqdır.  Əhalinin  80%-i  ingilislərdir,  milli  azlıqda  qalanlar  -  şotlandlar, 

uelslilər (valliyalılar), irlandlardır. Dindarların əksəriyyəti protestantdır. Paytaxtı  - 

Londondur.  Dövlət  quruluşu  -  parlamentli  monarxiyadır.  Dövlətin  başında  kral 

durur.  Qanunverici  orqanı  -  iki-palatalı  (lordlar  palatası  və  icmalar  palatası) 

parlamentdir.  İcra  hakimiyyəti  -  Nazirlər  Kabinetidir.  Böyük  Britaniya  keçmiş 

İngiltərə dominionları və müstəmləkələrinin də daxil olduqları Britaniya Birliyinə 

başçılıq edir. Nüvə silahına malik Böyük Britaniya beş böyük dövlətdən biridir. 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə