Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə39/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   35   36   37   38   39   40   41   42   ...   205

79 

 

müdaxiləçiləri üzərində qələbə çalınmasını təmin etdi, ölkə daxilindəki əksinqilabi 



qiyamları yatırdı, torpaq məsələsini kəskinliklə həll etdi (feodal imtiyazlarını ləğv 

etdi, icma torpaqlarını, eləcə də mühacirət edənlərin müsadirə olunmuş torpaqlarını 

kəndlilərə  payladı);  bu  da  kəndliləri  azad  xırda  torpaq  sahiblərinə  çevirdi. 

Monarxiyanın  bərpası  təhlükəsinin  sovuşduğu  zaman  yakobin  diktaturasının 

"plebey  metodları"ndan  və  terrorçuluğundan  narazı  qalan  burjuaziya  əksinqilab 

tərəfə  keçməyə başladı və  kəndlilərin də xeyli hissəsini öz ardınca apardı. İyulun 

27-də (termidorun 9-da) termidor çevrilişi nəticəsində yakobin diktaturası devrildi 

və Direktoriya rejimi quruldu. 



Böyük İpək yolu

 - Mərkəzi və Ön Asiyaya Çindən gələn karvan yolu. E.ə. 

II  əsrdə  Xan  sülaləsinin  hakimiyyəti  illərində  salınmışdır.  Böyük  İpək  yolu  ilə 

Çindən bütün dünyada yüksək qiymətləndirilən ipək aparılırdı. Çin qoşunları qonşu 

ölkələri  tutmaq  və  qarət  etmək  üçün  də  bu  yolla  hərəkət  edirdi.  I  -  II  əsrlərin 

qovuşuğunda Böyük İpək yolu ilə hər il Çinə və Çindən böyük ticarət karvanlarının 

müşayiəti  ilə  bir  çox  elçi  gedirdi.  Çin  ilə  başlıca  olaraq  Mərkəzi  Asiya  vasitəçi 

tacirləri  alver  edirdilər.  III  -  VI  əsrlərdə  Böyük  İpək  yolu  Çindən  Hindistana  və 

geriyə  qayıdan  buddaçı  rahiblər  tərəfindən    istifadə  edilirdi.  VII   -  X  əsrlərdə  bu 

yol ilə Çinlə Bizans və ərəblər arasında  əlaqələr  yaranmışdı.  XIII  -  XIV əsrlərdə 

Böyük  İpək  yolu  nəhəng  Monqol  imperiyasının  bir-birindən  uzaq  rayonlarını 

birləşdirirdi. XV əsrdə dəniz yollarının kəşfi və inkişafı ilə əlaqədar olaraq Böyük 

İpək yolu öz əhəmiyyətini itirməyə başladı və tədricən unuduldu. 

Böyük  Karl

  -  Karolinqlər  sülaləsindən  (742  -814)  olan  Böyük  Karl, 

frankların  kralı  (768  -  814),  "Müqəddəs  Roma  imperiyası"nın  imperatoru  (800  - 

814).  Aaxen  şəhərində  anadan  olmuşdur  (müasir  Almaniya 

ərazisində).  768-ci  ildə  qardaşı  Karloman  ilə  birlikdə  frankların 

kralı olmuşdur, lakin 771-ci ildə Karloman öldü və Karl təkbaşına 

kral qaldı.  771-ci ildə german tayfası olan sakslarla müharibəyə 

başladı.  774-cü  ildə  Karl  lanqobardlar  üzərində  qələbə  çaldı  və 

onların  İtaliyanın            şimalındakı  dövlətlərinin  ərazisini  öz 

torpaqlarına  birləşdirdi.  778-ci  ildə  Karl  İspaniyaya      soxuldu,   

lakin basklarla müharibədə məğlubiyyətə uğradı. Frank qoşunları 

İspaniyadan    geriyə çəkilərkən    Karlın qardaşı oğlu Rolandın 

başçılıq  etdiyi  aryerqard    (arxa    dəstə)  basklar  tərəfindən 

darmadağın  edildi.  Bu  barədə  dövrümüzədək  çatmış  "Roland 

haqqında nəğmə"də məlumat qalmışdır. Karl sonralar İspaniyanın 

şimalının  yalnız  kiçik bir hissəsini tuta  bildi.   790-cı  ildə  avarlar üzərində  qələbə 

çalan Karl Avar xaqanlığmın ərazisinin bir hissəsini ələ keçirdi. 800-cü ildə Roma 

papası  III  Leo  diz  çökən  Karlın  başına  tac  qoymuş,  onu  Roma  imperatoru 

adlandırmışdır.  804-cü  ildə  sakslarla  33  illik  ağır  müharibələrdən  və  onların 

arasında  xristianlığı  yaydıqdan  sonra  Böyük  Karl  saksları  tabe  edə  bildi,  amma 

nəticədə onların 

1/

4



-dən çoxunu məhv etdi. Bundan sonra Böyük Karl daha işğalcı 


80 

 

müharibələr aparmadı, qüvvəsini şimalda vikinqlərlə danimarkalılara, cənubda isə 



bizanslılarla  ərəblərin  təhlükəsinə  qarşı  yönəltdi.  71  yaşında  ölmüş  və  Aaxen 

şəhərində dəfn olunmuşdur. 



Böyük  Kir

  -  İran  şahı  (e.ə.  559  -  530).  Herodotun  məlumatına  görə, 

sonuncu  Midiya  hökmdarı  Astiaqın  çobanının  Spako  (midiyalıların  dilində  "it") 

adlı  arvadı  tərəfindən  tərbiyə  olunmuş  nəvəsi.  Digər  İran  şahları  kimi,  Kir  də 

əvvəlcə  Midiya  hökmda-rından  asılı  olan  fars  tayfasına  başçılıq  etmişdir.    E.ə.  

550-ci    ildə  Astiaqı  devirmiş.  Fars  və  Midiya  şahlıqlarını  öz  hakimiyyəti  altında 

birləşdirmiş  və  İran  (və  ya  Əhəmənilər)  dövlətini  yaratmışdır.  Kir  Əhəmənilər 

nəslindən  olduğundan  bu  dövləti  həm  də  Əhəmənilər  dövləti  adlandırırlar.  E.ə. 

547-ci  ildə  Kir  Lidiya  çarlığını,  e.ə.  545  -  539-cu  illər  arasında  Mərkəzi  Asiya 

ölkələrini,  e.ə.  538-ci  ildə  isə  Babilistanı  tutmuş  və  həmin  ölkələri  öz  dövlətinin 

tərkibinə  daxil  etmişdir.  Kir  e.ə.  530-cu  ilin  iyulunda  Tomirisin  başçılıq  elədiyi 

massaget tayfalarına qarşı təşkil etdiyi yürüşdə ölmüşdür. Kirin ölümündən sonra 

onun oğlu Kambiz Əhəməni şahı olmuşdur. 

Böyük  Moğollar  imperiyası

  -  Hindistanda  orta  əsrlərdə  ən  böyük 

müsəlman dövləti (1526 - 1858). Dağılmaqda olan Dehli sultanlığının 1526-cı ildə 

Babur  təərəfindən  tutulması  nəticəsində  yaradılmışdır.  Böyük  Moğollar  sülaləsi 

tərəfindən idarə olunurdu. Paytaxtları - Aqra və Dehli idi. XVII əsrdə imperiyanın 

ərazisi Hindistan yarımadasının böyük hissəsini əhatə edirdi.  Bu dövrdə Hindistan 

ərazisində  baş  verən  ara  müharibələrinə  müvəqqəti  son  qoyuldu,  sənətkarlıq 

(xüsusilə  də  toxuculuq  və  zərgərlik)  və  ticarət  çiçəkləndi.  Portuqaliya  tacirləri 

Hindistanın  Avropa  ilə  ticarətindən  xeyli  varlanırdılar.  Müsəlman  incəsənəti 

Hindistanın  memarlığı  və  rəngkarlığına  böyük  təsir  göstərmişdir.    XVII    əsrdə 

dünyada  məşhur  olan  Tac-Mahal  məqbərəsi  Aqra  şəhərində  inşa  edilmişdir. 

Hindistan  boyakarlığı  yüksək  inkişaf  səviyyəsinə  çatmışdır.  Lakin  XVIII  əsrdə 

feodal  ara  müharibələri  nəticəsində  Böyük  Moğollar  imperiyası  bir  sıra  xırda 

knyazlıqlara  parçalandı.  1803-cü  ildə  Dehlinin  tutulmasından  sonra  ingilis 

müstəmləkəçiləri  Böyük  Moğollar  sülaləsi  nümayəndələrinə  təqaüd  verirdilər, 

1858-ci  ildə  isə  onlar  sülalənin  hakimiyyətini  birdəfəlik  ləğv  etdilər  və  Hindistan 

birbaşa ingilis tacının idarəçiliyinə keçdi. 

Brahma

  -  qədim  hindlilərdə  baş  allah.  Yaradıcı  allah,  kainatın  yaradıcısı. 

Adətən  ququşu  üstündə  oturmuş  halda,  qırmızı,  şanagülləyi  gözlü,  saqqallı  təsvir 

olunur,  dörd  üzü,  dörd  bədəni,  səkkiz  əli  var  və  bu  əllərdə  Vedanın  dörd  kitabı, 

hakimiyyət  bildirən  əsa,  Qanq  çayının  suyu  ilə  doldurulmuş  qab,  qurban  qaşığı, 

bəzən  şanagüllə  çiçəyi,  mirvari  dəsti  və  ox  var.  Brahma  əqlin  gücü  ilə  qızıl 

yumurtanı  iki  yerə  böldü:  birindən  Yeri  yaratdı,  digərindən  isə  səmanı;  onların 

arasında hava qatı əmələ gəldi. Sonra beş ünsür (su, od, torpaq, hava, efir) əmələ 

gəldi, bundan sonra şüur, daha sonra isə allahlar, qurbanvermə, Vedanın üç kitabı, 

ulduzlar,  zaman,  dağlar,  düzənlər,  dənizlər,  çaylar,  nəhayət,  insanlar,  danışıq, 

qəzəb, sevinc, ehtiras, etiraf, ziddiyyetlər (isti  - soyuq, quru - nəm, kədər - sevinc 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə