Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ


Böyük  Britaniya  Leyboristlər  Partiyası



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə38/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   34   35   36   37   38   39   40   41   ...   205

77 

 

Böyük  Britaniya  Leyboristlər  Partiyası

  (ing.  "leybor"  -  "əmək", 

"zəhmət") - Böyük Britaniyanın iki aparıcı (mühafizəkarlarla yanaşı) partiyasından 

biri. 1900-cü ildə yaradılmışdır. Tərkibinə görə əsasən fəhlə partiyasıdır, islahatlar 

yolu ilə fəhlələrin vəziyyətinin yaxşılaşdırılması uğrunda çalışır. 



Böyük  coğrafi  kəşflər

  -  XV  əsrin  ikinci  yarısından  XVII  əsrin 

ortalarınadək  Böyük  coğrafi  kəşflər  zamanı  Avropa  dənizçiləri  və  səyyahları 

əvvəllər məlum olmayan dənizləri və okeanları, adaları və materikləri kəşf etdilər, 

ilk  dünya  səyahətinə  çıxdılar,  Yerin  kürə  şəklində  olmasını  əməli  surətdə  sübuta 

yetirdilər. Naməlum ölkələrin axtarılması üçün əsas stimul əsrlər boyu Şərq malları 

almaq  üçün  Avropadan  Şərqə  axan  qızıla  hərisliyin  olması  idi.  Bundan  başqa, 

Şərqə  gedən  quru  ticarət  yolları  Osmanlı  imperiyasının  əlində  idi.  Buna  görə  də 

Avropa  dənizçiləri  özlərinin  Hindistana  və  Çinə  gedən  yollarını  axtarmağa 

başladılar. Həm də dəniz yolları quru yollara nisbətən daha əlverişli və təhlükəsiz 

idi.  İlk  dəfə  olaraq  Hindistana  gedən  yolları  Portuqaliya  dənizçiləri  axtarmağa 

başladılar.  1486  -  87-ci  illərdə  Bartolomeu  Diaşın  ekspedisiyası  Afrikanın  cənub 

ucqarlarına  çatmışdı.  Diaş  Afrikanı  cənubdan  ötüb-keçmiş  ilk  avropalıdır.  Geri 

qayıdarkən Ümid burnunu kəşf etmişdir (1488). 1492-ci ildə Kolumbun ispan kralı 

tərəfindən  maliyyələşdirilən  üç  ekspedisiyası  sayəsində  Amerika  kəşf  və  tədqiq 

olundu.   1498-ci ildə Afrikanı ötüb-keçən Vasko da Qama Hindistana çatdı. 1513-

cü ildə ispan konkistadoru Nunyes Balboa Panama bərzəxini keçərək Sakit okeanı 

kəşf etdi. 1519 - 22-ci illərdə Fernando Magellan dənizlə ilk dövr-aləm səyahətinə 

çıxdı.  1642  -  44-cü  illərdə  holland  dənizçisi  Abel  Tasman  Tasmaniya,  Yeni 

Zelandiya  adalarını  və  yeni  Avstraliya  materikini  kəşf  etdi.  1648-ci  ildə  rus 

dənizçisi  Semyon  Dejnyov  Şimal  Buzlu  okeanı  boyunca  Qərbi  Asiyaya  səyahət 

etdi  və  Asiyanı  Amerikadan  ayıran  boğazı  (sonralar  Berinq  boğazı 

adlandırılmışdır)  kəşf  etdi.  Böyük  coğrafi  kəşflər  avropalıların  geniş 

müstəmləkələr  tutmasının  əsasını  qoydu,  Avropada  əmtəə  istehsalının  artmasına 

təsir etdi, dünya ticarətinin meydana çıxmasına səbəb oldu. 

Böyük Çin səddi

 - Çinin şimalında qala divarı. Tikintisinə e.ə. 214-cü ildə 

imperator  Sin  Şixuandinin  əmri  ilə  başlanılmışdı.  Bu  divar  döyüşkən  köçəri  hun 

tayfalarının  şimal  tərəfdən  edilən  hücumlarından 

qorunmaq  məqsədi  ilə  ucaldılmışdı.  Böyük  Çin 

səddinin  uzunluğu  4  min  km-dən  5  min  km-dək, 

hündürlüyü  5  -  10  m,  eni  isə  5,5  m-dir,  belə  ki, 

onun  üstü  ilə  arabalar  və  döyüşçü  dəstələri  keçə 

bilərdi. Divar üzərində hər 100 - 120 m-dən bir çox 

da hündür olmayan kvadratşəkilli gözətçi bürcləri, əsas dağ keçidlərində isə qalalar 

ucalırdı.  Təhlükə  zamanı  bürclərdə  tonqal  yandırmaqla  düşmənin  gəlişini  xəbər 

verirdilər. Böyük Çin səddinin tikintisi və təmiri ilə bağlı işlər fasilələrlə min ildən 

artıq davam etmişdir. Onun xeyli hissəsi günümüzədək qalmışdır. 



78 

 

"böyük  dövlətlər"

  -  beynəlxalq  aləmdə  aparıcı  rol  oynayan  qüdrətli 

dövlətləri  bildirmək  üçün  istifadə  olunan  məfhum.  İkinci  Dünya  müharibəsindən 

sonra  BMT-nin  Təhlükəsizlik  Şurasının  daimi  üzvləri  olan  Böyük  Britaniya,  Çin, 

ABŞ, SSRİ (indi Rusiya), Fransa böyük dövlətlərdir. 



böyük  dövlətçilik  şovinizmi

  -  öz  millətini  "ali"  millət  elan  edən  və 

dövlətdə  hakim  mövqe  tutan,  hökmranlıq  edən  millətin  hakim  dairələrinin 

ideologiyası  və  siyasəti. Böyük dövlətçilik şovinizmi  müstəmləkə  imperiyalarının 

yaranması  dövründə  meydana  gəlmişdi.  "Böyük"  millətlərin  siyasəti  digər 

millətləri  öz  əsarəti  altına  almağa,  onların  iqtisadi,  siyasi  və  mədəni  sahələrdə 

diskriminasiyasına, müstəqilliklərinə son qoymağa yönəlmişdir. Böyük dövlətçilik 

şovinizmi,  məsələn,  Avstriya-Macarıstan  və  Rusiya  imperiyalarında  aparılmışdır. 

Rus çarizmi ölkəni "xalqlar həbsxanası"na çevirmişdi. 

Böyük Fransa burjua inqilabı

  -  burjua  inqilabı.  Bir  sıra  tarixçilər  həmin 

inqilabı 1789 - 94-cü illərlə, digərləri isə 1789 -1804-cü illərlə məhdudlaşdırırlar. 

Əsas  səbəbi:  inkişaf  etməkdə  olan  kapitalist 

istehsal  münasibətləri  ilə  feodalizm  qalıqları 

(mütləqiyyət, feodalların və ruhanilərin imtiyazları, 

kəndlilərin 

feodallardan 

asılılığı) 

arasında 

ziddiyyətlərin  olmasıdır.  Dövlətin  müflisləşməsi, 

ticarət-sənaye  böhranı  və  qıtlıq  illəri  ilə  ölkənin 

daha  da  kəskinləşən  ağır  vəziyyəti  1788  -  89-cu 

illərdə  inqilabi  şəraitin  yetişməsinə  səbəb  oldu.  Kral  XVI  Lüdovik  1789-cu  ilin 

mayında  Baş  Ştatları  çağırdı.  1789-cu  il  iyunun  17-də  3-cü  silkin  deputatları 

özlərini  əvvəlcə  Milli,  iyulun  9-da  isə  Müəssislər  Məclisi  elan  etdilər.  Kralın 

məclisi  qovmaq  cəhdləri  xalq  üsyanına  -  1789-cu  il  iyulun  14-də  hücumla 

Bastiliyanın alınmasına səbəb oldu; bu isə inqilabın başlanğıcı idi. Mütləqiyyətə və 

feodallara  qarşı  mübarizədə  burjuaziya,  şəhər  yoxsulları  və  kəndlilər  birləşdilər. 

İnqilabın  birinci  mərhələsində  (1789-cu  il  iyulun  14-dən  1792-ci  il  avqustun  10-

dək) hakimiyyət iri burjuaziya və liberal zadəganlar tərəfindən ələ keçirildi. Xalqın 

təzyiqi ilə Müəssislər Məclisi “İnsan və vətəndaş hüquqları bəyannaməsi”ni qəbul 

etdi.  1792-ci  il  avqustun  10-da  Parisdə  xalq  üsyanı  nəticəsində  mütləqiyyətin 

devrilməsindən  sonra  -  inqilabın ikinci  mərhələsində  (1792-ci  il avqustun 10-dan 

1793-cü  il  iyunun  2-dək)  siyasi  rəhbərlik  Konventdə  çoxluq  təşkil  edən 

jirondistlərin əlinə keçdi. 1792-ci il sentyabrın 22-də Konvent Fransada respublika 

hakimiyyəti elan etdi və bu, "Birinci respublika" adlandırıldı. Konventdə inqilabın 

dərinləşməsinə  cəhd  göstərən  Robespyer,  Marat,  Danton  və  Sen-Jüstün  başçılıq 

etdikləri  yakobinlər  jirondistlərə  qarşı  çıxırdılar.  Jirondistlərin  inqilabın  sonrakı 

inkişafının  qarşısını  almaq  cəhdləri  1793-cü  il  mayın  31-dən  iyunun  2-dək  xalq 

üsyanına  səbəb  oldu  və  yakobin  diktaturasının  qurulması  -  inqilabın  üçüncü 

mərhələsinə  (1793-cü  il  iyunun  2-dən  1994-cü  il  iyulun  27-dək)  keçməsi  ilə 

nəticələndi.  Xalqı  səfərbərliyə  alan  yakobinlər  hökuməti  Prussiya  və  Avstriya 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə