Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə34/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   30   31   32   33   34   35   36   37   ...   205

69 

 

istifadə edirdilər. Yandırıcı alətləri barıtla doldururdular. Sonralar ondan tüfəng və 



toplarda istifadə etməyə başladılar. 

barter 

- birbaşa mal mübadiləsi. 



baş nazir

 - bir qayda olaraq dövlət başçısı tərəfindən təyin edilən hökumət 

başçısı. 

Baş Ştatlar

 - XIV - XVII əsrlərdə Fransada ali silki nümayəndələr orqanı.  

Baş  Ştatlar  1302-ci  ildə  Fransa  kralı  IV  Gözəl  Filipp  tərəfindən  Roma  papasına 

qarşı  mübarizədə  silklərin  yardımını  almaq  məqsədi  ilə  yaradılmışdır.  Bu, 

ruhanilərin,  zadəganların  və  varlı  şəhərlilərin 

nümayəndələrinin  yığıncağı  idi.  Hər  bir  silkin 

nümayəndələri  ayrıca  iclas  keçirirdilər  və  hər  bir 

silkin  bir  səsi  var  idi.  Ruhanilərin  və  zadəganların 

bir  səsə  qarşı  iki  səsləri  var  idi.  Şəhər  varlıları  isə 

güzəştə  getmək  məcburiyyətində  idilər.  Silklər 

arasındakı  fikir  ayrılığı  Baş  Ştatların  dövlət   

işlərinə   təsirini   zəiflədirdi.   Bu dövrdən etibarən 

krallar  hər  dəfə  vergi  tətbiq  etmək  istəyəndə  Baş  Ştatları  çağırırdılar.  Lakin  kral 

hakimiyyəti  möhkəmləndikdən  sonra  1614-cü  ildən  Baş  Ştatları  çağırmadılar. 

Yalnız  175  il  keçdikdən  sonra  Baş  Ştatlar  1789-cu  ildə  kral  XVI  Lüdovik 

tərəfindən  çağırılmış  və  ona  tabe  olmadıqlarından  özlərini  Milli  Məclis 

adlandırmışlar. 

başçı

 - nəsli icmanın və tayfanın hərbi başçısı; nəsli icmanın və ya tayfanın 

bütün yaşlı kişilərinin yığıncağında (xalq yığıncağında) hərbi işlərə rəhbərlik üçün 

seçilirdi.  İbtidai  icma  cəmiyyətinin  dağılmağa  başlaması  ilə  öz  hakimiyyətlərini 

irsən ötürməyə başladılar. Hərbi demokratiya dövründə  hərbi drujinaya arxalanan 

hərbi başçılar hakimiyyəti tamamilə ələ keçirmişdilər. 



bayatı

  -  Azərbaycan  xalq  yaradıcılığında  lirik  şer  janrı.  Mənşəcə  türkdilli 

bayatların adı ilə bağlı olduğu ehtimal edilir. 

bayraq

 - təsviri qanunla (bir qayda olaraq konstitusiya ilə) müəyyən edilən 

rəsmi  fərqləndirici  dövlət  nişanı.  Dövlət  bayrağı  dövlətin  suverenliyinin  rəmzidir 

və üzərində gerb, yaxud başqa emblem olan bir və ya çoxrəngli parçadan ibarətdir.  

1991-ci  il  fevralın  5-də  təsdiq  olunmuş  Azərbaycan  Respublikasının    dövlət   

bayrağı   ADR-in  2-ci bayrağına  uyğundur. Azərbaycan Respublikasının bayrağı 

eni  bərabər  olan  üç  üfqi  zolaqdan  ibarətdir.  Üst  zolaq  mavi,  ona  zolaq  qırmızı, 

aşağı zolaq isə  yaşıl rəngdədir. Qırmızı zolağın ortasında ağ aypara, ondan sağda 

isə  ağ  rongli  səkkizguşəli  ulduz  təsviri  vardır.  Mavi  rəng  -  türkçülüyü,  qırmızı  -

demokratiyanı, yaşıl isə islam və ideologiyasını ifadə edir. 



bayrat

  -  Şərq  ölkələrində  istiladə  olunmayan,  becərilməyən  torpaqlar. 

Qazan  xanın  islahatlarının  şərtlərinə  görə,  dövlət  bayrat  torpaqlarını  satın  alır  və 

onu  becərməyi  öhdəsinə  götürən  şəxslərə  verirdi.  Bayrat  torpaqlarından  alınan 

vergi dövlət xəzinəsinə daxil olurdu. 



70 

 

Behzad Kəmaləddin

 (1455 - 1535) - Azərbaycan rəssamı, Təbriz miniatür 

məktəbinin  nümayəndəsi.  Nizaminin  və  başqa  şairlərin  əsərlərinə  rəsmlər 

çəkmişdir. Behzad çoxfiqurlu dinamik kompozisiyalar. zərif rəng düzümü, ifadəli 

rəsmlər ustası idi. Behzad Səfəvi şahı I İsmayılın himayəsində idi. O, rəssamı çox 

sevir  və  ona  ehtiram  göstərirdi.  I  Şah  İsmayıl  saray  kitabxanasını  Behzadın 

ixtiyarına vermişdi. 



Bekon  Rocer

  (1214  -  92)  -  ingilis  filosofu  və  təbiətşünası.  Riyaziyyatın 

böyük  əhəmiyyətini  göstərmiş,  maqnit  oxu  və  böyüdücü  şüşə  ilə  sınaqlar 

keçirmişdir. Mikroskop, teleskop, telefon, özügedən araba, uçan aparatlar kimı bir 

sıra  ixtiralar  haqqında  əvvəlcədən  məlumat  vermişdir.  Bekon  hakimiyyət 

mənbəyinin  xalq  olacağı  dövlətin  layihəsini  işləyib  hazırlamışdır.  Ruhanilər 

tərəfindən  təqib  olunmuşdur:  Bekonun  əsərləri  lənətlənmiş,  özü  isə  uzun  illər 

həbsdə qalmışdır. 



"beşinci dəstə"

  - bu və  ya digər rəqibin arxa cəbhəsini dağıtmaq  məqsədi 

ilə  istifadə  də  olunan  düşmən  agenturasının  nominal  ,  “Beşinci  dəstə”  termini 

İspaniyada vətəndaş müharibəsi illərində (1936 - 39) meydana gəlmişdir. 1939-cu 

ildə  Madrid üzərinə dörd dəstə ilə  hücum edən ispan faşistləri şəhərdə  çaxnaşma 

salan,  sabotajla  məşğul  olan  və  diversiya  törədən  gizli  agenturanı  "beşinci  dəstə" 

adlandırmışlar. 

Beşinci  respublika

  -  Fransada  1958-ci  ildə 

prezident  de  Qollun  hökuməti  tərəfindən  hazırlanmış 

konstitusiyanın qəbul edilməsindən sonrakı respublika. 



beton

  –  sement,  qum,  çınqıl  və  su  qarışığından 

hazırlanmış qatı məhlul. Quruduqdan sonra bərkiyir və 

uzun  müddətə  daşlaşır.  Betonu  qədim  romalılar  ixtira 

ediblər.  Betonun,  tağbəndin  və  günbəzin  ixtira 

olunması  Roma  memarlarına  möhtəşəm  və  çox  möhkəm  tikililər  inşa  etməyə 

imkan vennişdir. 

Beynəlxalq  Valyuta  Fondu

  (BVF)  –  BMT-nin    ixtisaslaşdırılmış    idarəsi 

statusu  beynəlxalq  valyuta  təşkilatı.  Beynəlxalq  Valyuta  Fondu    1944-cü  ildə 

yaradılmışdır.  BVF  valyutaların  məzənnəsinintənzimlənməsi,  valyuta  böhranının 

qarşısının alınması məqsədi ilə üzv – ölkələrə kredit verir. 

Beynəlxalq  Yenidənqurma  və  İnkişaf  Bankı  (BYİB)  –  BMT-nin 

ixtisaslaşdırılmış  idarəsi,  Beynəlxalq  Valyuta  Fondu  ilə  eyni  zamanda  –  1944-cü 

ildə  yaradılmışdır.  Onun  yaradılmasında  məqsəd    müharibədən  sonra  dünyada 

maliyyə  stabilliyinə  nail  olmaq  və  “valyuta  müharibələri”nin  qarşısını  almaq  idi. 

BYİB - üzvləri yalnız Beynəlxalq Valyuta Fonduna daxil olan dövlətlərdən ibarət 

səhmdar cəmiyyəti formasındadır. 

Bəhmənyar Əbülhəsən ibn Mərzban

 (? - 1066) - Azərbaycan filosofu, İbn 

Sinanın  şagirdi  və  davamçısı.  İslam  dininin  fəlsəfi  əsaslarını  araşdırmışdır.  Əsas 

əsərləri:  "Məratib  ül-mövcudat"  ("Mövcudatın  mərtəbələri"),  "Məbəd  ət-təbiət" 




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə