Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə33/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   29   30   31   32   33   34   35   36   ...   205

67 

 

Tətil komitəsi fəhlələrin tələblərini işləyib hazırladı və neft sənayeçilərinə təqdim 



etdi. Tətildə 50 minədək fəhlə iştirak edirdi. Onlar kütləvi mitinqlər və yığıncaqlar 

təşkil  edirdilər.  Neft  sənayeçiləri  və  polisin  silahsız  fəhlələrə  amansız  divan 

tutmasına baxmayaraq, fəhlələr tətillərini davam etdirirdilər. Provokasiya məqsədi 

ilə polis neft mədənlərini yandırıb, günahını fəhlələrin boynuna yıxdı. Ancaq Bakı 

fəhlələrinin  dəyanəti  və  cəsurluğu  sayəsində  tətil  onların  qələbəsi  ilə  başa  çatdı. 

Kapitalistlər  fəhlələrə  güzəştə  getmək  məcburiyyətində  qaldılar.  1904-cü  il 

dekabrın 30-da tətilçilərlə neft sənayeçiləri  arasındakı danışıqlar birinci kollektiv 

müqavilənin  -  "mazut  konstitusiyası"nın  imzalanması  ilə  nəticələndi.  1904-cü  il 

dekabrın  13-dən  30-dək  baş  vermiş  Bakı  tətili  bütün  imperiyada  böyük  əks-səda 

doğurdu və Rusiyada birinci burjua inqilabının (1905 - 1907) müjdəçisi oldu. 



Bakıxanov Abbasqulu ağa

 (1794 - 1847) - görkəmli Azərbaycan yazıçısı, 

tarixçisi və maarifçi alimi. "Qüdsi" təxəllüsü ilə yazırdı. Bakı yaxınlığındakı Xilə 

(indiki Əmircan) kəndində anadan olmuşdur. Bakıxanov Şərq dillərinə, ədəbiyyatı 

və  fəlsəfəsinə  yaxından  bələd  idi.  Rusiyanın  Qafqazdakı  ali  baş 

komandanı  onu  Tiflisdə  Şərq  dillərindən  tərcüməçi  vəzifəsinə 

təyin  etdi.    Bakıxanov  tərcüməçi  kimi  1828-ci  il  Türkmənçay 

müqaviləsinin imzalanmasında iştirak etmişdir. Bakıxanov Quba 

şəhərində  "Gülüstan"  adlı  ədəbi  dərnək        təşkil        etmişdir.    

Onun  Azərbaycan  tarixi  üzrə  -  "Gülüstani-İrəm"  (1841), 

coğrafiya  üzrə  -  "Ümumi  coğrafiya"  (itirilmişdir)  və  "Kəşf  ül-

qəraib"  ("Qəribə  kəşflər"),  fəlsəfə  üzrə  -  "Əsrar  ül-Mələkut" 

("İlahi    səltənətin    sirləri"),    etika  üzrə  -"Təhzib  ül-əxlaq"  ("Əxlaqın  islahı"), 

"Kitabi-nəsayeh"  ("Nəsihətlər  kitabı"),  "Eyn  ül-mizan"  ("Tərəzinin  mahiyyəti") 

əsərlərinin adlarını çəkmək olar. Ədəbi əsərlərindən isə Azərbaycan ədəbiyyatında 

ilk hekayələrini - "Mirat ül-camal" ("Gözəllik güzgüsü"), "Mişkat ül-ənvar" ("İşıq 

şüaları"),  "Riyaz  vürQüds"  ("Qüds  bağçaları"),  "Kitabi-Əsgəriyyə"  ("Əsgərin 

kitabı"), eləcə də lirik şerlər məcmusunu (qəzəllər, rübailər, qitə və müxəmməslər) 

göstərmək olar. Bakıxanovun farsca yazılmış "Gülüstani-İrəm"  tarixi  əsəri   Şimal 

-  Şərqi  Azərbaycanın  və  qonşu  vilayətlərin  ən  qədim        dövrlərdən  1813-cü  il 

Gülüstan müqaviləsinədək olan tarixini əhatə  edir.   Bu  əsər əvvəlkilərdən  onunla 

fərqlənir  ki,  Bakıxanov  burada  elmi-tədqiqat  metodundan  istifadə  edir.  Bu  əsər 

antik,  fars  və  ərəb  tarixi  mənbələri  və  müxtəlif  illərdə  yazılmış  əsərlər  əsasında 

yazılıb.  Rəsmi  dövlət  sənədləri  ilə  yanaşı,  müəllif  ilk  dəfə  olaraq  maddi 

mədəniyyət, toponimika və s. abidələri materiallarının təhlilindən istifadə etmişdir. 

İlk  dəfə  olaraq  Bakıxanov  tərəfindən  Azərbaycan  tarixini  dövrləşdirməyə,  onu 

vahid və ardıcıl proses kimi təqdim etməyə cəhd göstərilmişdir. Müəllifın özünün 

də fəal iştirakı ilə əsər rus dilinə tərcümə olunmuş və 1845-ci ildə Rusiya Elmlər 

Akademiyasında  müzakirə  edilib  yüksək  qiymətə  layiq  görülmüş,  müəllifə  isə 

yüksək  mükafat  verilmişdir,  bununla  belə.  çar  Rusiyasında  kitabın  nəşri  baş 

tutmamışdır.  Yalnız  1923-cü  ildə  kitab  “Azərbaycan  tarix”  adı  ilə  (Azərbaycan 



68 

 

dilində),  1926-cı  ildə  isə  onun  rus  dilinə  tərcüməsi  nəşr  edilmişdir.  "Gülüstani-



İrəm" əsəri sonralar dəfələrlə nəşr edilmişdir. 

Bakuvi Əbdürrəşid ibn Salih ibn Nuri

 (1402 - 73) - Azərbaycan tarixçisi 

və coğrafiyaçısı. Əsas əsəri olan "Kitab təlxis əl-asar və acaib al-malik al-kaxxar" 

("Abidələr"in  xülasəsi  və  qüdrətli  hökmdarın  möcüzələri")  əsərinin  müəllifidir. 

Əsər  Zəkəriyyə  Qəzvininin  "Ölkələrdəki  abidələr  və  Allah  bəndələri  haqqında 

xəbərlər"  adlı  əsərinin  əsasında  ixtisar,  əlavə  və  düzəlişlərlə  yazılmışdır.  Lakin 

Bakuvi əsəri ixtisar etməklə kifayətlənməmiş, ona daha ətraflı məlumata malik bir 

çox  əlavələr  etmişdir.  Bu,  xüsusilə  Azərbaycana  və  Cənubi  Qafqaza  aid 

məlumatlardır. 

Bakuvi  Seyid  Yəhya  Cəlaləddin

  (?  -  1464)  —  Azərbaycan  filosofu, 

astronomu  və  tarixçisi. Bakuvinin "Əsrar ət-talibin" ("Heqiqot axtaranların  sirri") 

və  Şəhüstərinin  Gülşəni-raz"  əsərinin  şərhinə  həsr  olunmuş  "Şərhi  "Gülşəni-raz" 

əsəri şöhrət tapmışdır. Bakıda Şirvanşahlar sarayının həyətində dəfn olunmuşdur. 

"Balaxanı və Bibiheybət fəhlələri təşkilatı" -

 1904-cü ilin yayında Bakıda 

menşevik  İlya  və  Lev  Şendrikov  qardaşları  tərəfindən  yaradılmışdır. 

Şendrikovçular  fəhlələr  siyasi  mübarizədən  yayındırmağa,  onu  xırda  məişət 

məsələləri  ilə  əvəz  etməyə  çalışırdılar.  Şendrikov  qardaşları  neft  sənayeçilərinin 

gizli  hədiyyələrindən  də  imtina  etmirdilər.  Sonralar  Lev  Şendrikov  Bakı  Fəhlə 

Deputatları Sovetinin sədri seçilmişdir. 

bank

  -  sərbəst  pul  vəsaitlərini  toplayıb  saxlayan  və  onlardan  ödənişlərdə, 

kreditlərin  verilməsi  və  müəssisələrin  maliyyələşdirilməsində 

istifadə edən maliyyə müəssisəsi. 



barbarlar 

(yun.  "barbaroi",  lat.  "barbari"  -  "yadellilər")  - 

təqlidi  söz,  qədim  yunanlar  onların  dillərini  başa  düşməyənləri  və 

ellin  olmayanları  belə  adlandırırdılar.  Onlara  elə  gəlirdi  ki,  bu 

adamlar  öz  dillərində  danışanda  "bar-bar-bar"  deyirlər.  Qədim 

romalılar  antik  mədəniyyətə  yabançı  olan  bütün  tayfa  və  xalqları 

"barbar"  adlandırırdılar.  Roma  ilə  əlaqədə  olan  barbar  tayfalarından  ən  iriləri 

keltlər,  germanlar  və  slavyanlardır.  Hazırda  "barbar"  sözü  "nadan",  "kobud"  və 

"qəddar adam" mənasını bildirir. 

"Barbarossa planı"

 ( "Müqəddəs Roma imperiyası"nın imperatoru Fridrix 

I  Barbarossanın  adından  götürülüb)  -  faşist  Almaniyasının  SSRİ-yə  qarşı 

təcavüzkar  müharibə  planının  şərti  adı.  1940-cı  il  iyulun  1-dən  hazırlanmağa 

başlanılmış  və  dekabrın  18-də  təsdiq  olunmuşdur.  Qısa  müddət  ərzində  Qırmızı 

Ordunun əsas qüvvələrinin ildırım sürəti ilə darmadağın edilməsini və Arxangelsk 

Volqa  -  Həştərxan  xəttinə  çıxmağı  nəzərdə  tuturdu.  Müharibənin  2  -  3  ay 

müddətində başa çatdırılacağı güman edilirdi. 



barıt 

-  partlayıcı  birləşmələr  və  ya  onların  qarışığı.  Barıt  Çində  ixtira 

olunmuşdur.  Ondan  ilk  vaxtlar  atəşfəşanlıq  üçün,  sonralar  isə  hərbi  işlərdə  də 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə