Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ


partiya biletlərini tonqallarda yandırırdılar. Baş vermiş hadisə bir daha sübut edirdi



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə29/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   25   26   27   28   29   30   31   32   ...   205

59 

 

partiya biletlərini tonqallarda yandırırdılar. Baş vermiş hadisə bir daha sübut edirdi 



ki,  Azərbaycan  üçün  yeganə  xilas  yolu  -  sovet  imperiyasından  çıxmaq  və  dövlət 

müstəqilliyini bərpa etməkdir. 20 Yanvar hadisəsindən sonra respublikadan qaçmış 

Ə.Vəzirovun  əvəzinə  Azərbaycan  KP  MK-nın  birinci  katibi  vəzifəsinə  Moskva 

Ayaz Mütəllibovu təyin etdi.  Fevral  -  may aylarında  erməni hissələri Naxçıvanın 

Kərki  kəndini  ələ  keçirdilər.  Martda  silahlı  erməni  dəstələri  Qazax  rayonunun 

Bağanıs-Ayrım  kəndinə  hücum  etdilər.  1990-cı  ilin  aprelində  ziyalıların 

nümayəndələri  respublika  və  AXC  rəhbərliyinə  "75-lərin  bəyanatı"  ilə  müraciət 

edib, onları erməni təcavüzünə qarşı qüvvələri birləşdirməyə çağırdılar. Mayın 19-

da  Azərbaycan SSR  Ali Sovetinin sessiyasında  prezident vəzifəsi təsis olundu və 

elə oradaca Ali Sovet Mütəllibovu bu vəzifəyə seçdi. Prezidentin 1990-cı il 21 may 

tarixli fərmanı ilə mayın 28-i Azərbaycan dövlətçiliyinin bərpası günü elan olundu, 

ADR-in üçrənglibayrağı isə Azərbaycanın dövlət bayrağı oldu. Mayın 22-də SSRİ 

Nazirlər Soveti DQMV-nin təsərrüfatının idarəsini yenidən Azərbaycana qaytardı. 

Amma  bu,  gecikmiş  addım  idi.  İyunun  11-də  Azərbaycan  SSR  Ali  Soveti 

Ermənistanla bütün sərhəd boyunca (975 km) fövqəladə vəziyyət elan etdi. Sərhəd 

mühəndis  qurğuları  ilə  möhkəmləndirildi  və  onun  mühafizəsi  üçün  xüsusi  milis 

dəstələri yaradıldı. 1991-ci il fevralın 5-də "demblok"un etirazlarına baxmayaraq, 

Azərbaycan  SSR  Ali  Soveti  Azərbaycanın  SSRİ-nin  saxlanılması  ilə  bağlı 

keçiriləcək referendumda iştirak etməsi, eləcə də Azərbaycan SSR-in Azərbaycan 

Respublikası  (AR)  adlandırılması  haqqında  qərar  qəbul  etdi.  Azərbaycanda  ümid 

edirdilər  ki,  Ermənistanın  boykot  etdiyi  referendumda  iştirak  etmək  Moskvanın 

Ermənistan  -  Azərbaycan  münaqişəsinə  münasibətini  dəyişəcək.  Apreldə  SSRİ 

prezidenti və 9 respublikanın rəhbərləri Novo-Oqaryovoda (Moskva yaxınlığında) 

yeni  ittifaq  müqaviləsinin  bağlanması  haqqında  protokolu  imzaladılar. 

Referendumda  iştirak  etməkdən  imtina  eləmiş  Ermənistana  qulaqburması  vermək 

məqsədi  ilə  Moskva  ermənilərə  göstərilən  yardımı  xeyli  azaltdı.  1991-ci  ilin 

mayında Sovet Ordusunun və XTMD-nin qüvvələri ilə Çaykənd və Martunaşendə 

pasport  rejimi  yoxlanıldı,  silahlı  erməni  dəstələri  tərksilah  olundu,  iyunda  isə 

ermənilərin  Goranboy  rayonundakı  hərbi  dayaq  məntəqələri  darmadağın  edildi. 

Bundan  istifadə  edən  Mütəllibov  ümumxalq  prezident  seçkilərinə  getdi.  Lakin 

ermənilər Azərbaycanın Laçın, Zəngilan və Qubadlı rayonlarının sərhəd kəndlərinə 

hücumlarını davam etdirirdilər. 1991-ci il avqustun 19 - 21-də Moskvada "avqust 

qiyamı" baş verdi və bundan sonra Qorbaçov faktik olaraq hakimiyyətdən kənarda 

qaldı,  real  hakimiyyət  isə  respublikaların  rəhbərlərinin  əlinə  keçdi.  1991-ci  il 

avqustun  30-da  Azərbaycan  Respublikası  Ali  Sovetinin  sessiyası  "Azərbaycan 

Respublikasının  dövlət  müstəqilliyinin  bərpa  olunması  haqqında  bəyannamə" 

qəbul etdi. Sentyabrın əvvəllərində DQMV və Şaumyan rayon xalq deputatlarının 

birgə  yığıncağında  üzdəniraq  "Dağlıq  Qarabağ  Respublikası"  (DQR)  yaradılması 

haqqında qərar qəbul olundu. Sentyabrın 8-də saxtalaşdırılmış seçkilər nəticəsində 

Mütəllibov Azərbaycan Respublikasının ilk prezidenti seçildi. 1991-ci il oktyabrın 




60 

 

18-də  Azərbaycan  Respublikası  Ali  Sovetinin  sessiyasında  "Azərbaycan 



Respublikasının dövlət müstəqilliyi haqqında" konstitusiya aktı qəbul olundu. Yeni 

Azərbaycan Respublikası (AR) müstəqil dövləti belə yarandı. 



Azərbaycanda  1866-cı  il  məhkəmə  islahatları

  -  1864-cü  ildə  Rusiyada 

keçirilən məhkəmə islahatları 1866-cı ildə Şimali Azərbaycana və Cənubi Qafqaza 

da  aid  edildi.  Məhkəmə  islahatlarının  şərtlərinə  görə,  köhnə  silki  məhkəmələr 

bütün  silklərə  aid  olan  məhkəmə  müəssisələri  ilə  əvəz  edildi.  Məhkəmə  prosesi 

açıq  qapılar  şəraitində  -  camaatın  gözü  qarşısında  keçirilməli  idi.  Qəzetlər 

məhkəmə  iclasları  haqqında  hesabatlar  dərc  edə  bilərdilər.  Lakin  yerli  əhalinin 

"inkişafının  aşağı  səviyyədə  olması"  bəhanəsi  ilə  çarizm  Cənubi  Qafqazda 

məhkəmə  islahatlarını  yarımçıq  şəkildə  həyata  keçirdi.  Rusiyadan  fərqli  olaraq 

burada  andlı  məhkəmə  iclasçıları  institutu  tətbiq  edilmədi;  hakimlər  əhali 

tərəfindən  seçilmir,  Qafqazdakı  çar  hakimiyyəti  nümayəndələri  tərəfindən  təyin 

olunurdu. Məhkəmə araşdırmaları rus dilində apanlırdı. 



Azərbaycanda Skif çarlığı

 - e.ə. VII əsrin əvvəllərində Qara dənizin şimal 

ətrafından  Xəzər  dənizinin  sahilləri  boyunca  müasir  Azərbaycan  Respublikası 

ərazilərinə  skiflərin axını oldu. Skiflərin bir hissəsi Gəncə  -  Qazax rayonunda  və 

Manna  ərazilərində  məskunlaşaraq  burada  öz  çarlıqlarını  yaratdı.  Burada 

yaradılmış  Skif  çarlığının  əhalisinin  əksəriyyətini  yerli  Xayfalar  təşkil  edirdilər. 

Skiflər buradan Urartu, Assuriya üzərinə yürüşlər edirdilər və Herodotun sözlərinə 

görə, e.ə. 630 - 620-ci illərdə Misir sərhədlərinədək gedib çıxmışdılar. Misir fironu 

I  Psammetix  skiflərə  hədiyyələr  verməklə  onları  öz  dövlətinə  soxulmaqdan 

çəkindirdi. E.ə. 672-ci ildə Kaştaritinin başcılığı ilə midiyalıların Assuriyaya qarşı 

üsyanı zamanı skiflər ilk vaxtlar midiyalılarla ittifaqa girdilər. Amma Assuriya çarı 

Assarxaddon  skifləri  öz  tərəfinə  çəkə  bildi  və  bunun  xatirinə  qızını  assur 

mənbələrində  “İşquz  ölkəsinin  çarı”  adlandırılan  skifçarı  Partatuaya  ərə  verdi. 

Bundan sonra İşquzun Skif çarlığı Assuriyanın həmişəlik sədaqətli müttəfiqi oldu. 

E.ə.  təxminən  639-cu  ildə  skiflər  Partatuanın  oğlu,  çarları  Madinin  başçılığı  ilə 

Kappadokiyada kimmerləri məğlub etdilər. Midiya hökmdarı Kaştariti Assuriyaya 

qarşı  yürüşə  başlayan  zaman  sonuncuların  müttəfiqi  olan  skiflər  midiyalılara 

hücum etdilər. İki cəbhədə mübarizəyə tab gətirməyən midiyalılar məğlub oldular. 

Bunun da nəticəsində Midiya Skif çarlığından vassal asılılığına düşdü və ona xərac 

vermək  məcburiyyətində  qaldı.  E.ə.  624-cü  ildə  Midiya  çarı  Kiaksar  skiflərin 

Midiya  üzərində  ağalığına  son  qoydu.  E.ə.  təqribən  593-cü  ildə  Kiaksar  Skif 

çarlığını  tutdu  və  bundan  sonra  skiflərin  bir  qismi  geriyə  -  Qara  dənizin  şimal 

sahillərinə  qayıtdı,  bir  qismi  Lidiyaya  qaçdı  və  Lidiya  -  Midiya  müharibəsinin 

başlanmasına bəhanə oldu, bir qismi isə keçmiş Skif çarlığı ərazisində qaldı. İşquz 

Skif  çarlığının  adı  sonuncu  dəfə  Bibliyada  "Aşkenaz"  kimi  çəkilir.  Cənubi 

Azərbaycanda əylənən skiflərin bir hissəsi "ortokoribantilər" (yun. "şişpapaqlılar") 

adı  ilə  sonralar  Urmiyaətrafı  rayonda  yaşamış  və  Əhəmənilər  dövründə 

Əhəmənilər dövlətinin X dairəsinə daxil olmuşdur. Antik və orta əsr mənbələrində 




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə