Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə26/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   22   23   24   25   26   27   28   29   ...   205

53 

 

Azərbaycan televiziyası işə başladı. Azərbaycanda milli dirçəliş meylləri oyanırdı. 



Bu, mərkəzin narahatlığına səbəb oldu və 1959-cu ildə İ.Mustafayev "millətçilik" 

üstündə  Azərbaycan  KP  MK-nın  birinci  katibi  vəzifəsindən  azad  edildi.  Onun 

yerinə Vəli Axundov təyin olundu. Respublikanı "cilovlamaq" məqsədi ilə mərkəz 

yenidən  Dağlıq  Qarabağ  problemindən  istifadə  etdi.  Ermənistanda  və  DQMV-də 

Dağlıq  Qarabağın  Ermənistana  verilməsi  tələbləri  səslənməyə  başlandı.  1955-ci 

ildə  Yerevandakı  Pedaqoji  İnstitutun  Azərbaycan  bölməsi  bağlandı,  Azərbaycan 

Pedaqoji  Texnikumu  isə  Ermənistandan  Azərbaycana  köçürüldü.  1940-cı  illərdə 

yaradılmış "Qarabağ hərəkatı" leqallaşdırıldı. 1960-cı ildə DQMV haqqında məsələ 

Sov.İKP  MK-da  müzakirə  olundu.  Sovet  respublikalarının  digər  mübahisəli 

əraziləri  üçün  nümunə  olmasından  ehtiyat  edən  Xruşşov  Azərbaycanın  tərəfini 

saxladı, lakin Ermənistana icazə verildi ki, 1965-ci ildə Türkiyədə uydurma erməni 

genosidinin 50 illiyini qeyd etsin və bu, Ermənistandakı azərbaycanlıların daha da 

sıxışdırılmasına  təkan  verdi  -  onlar  bütün  rəhbər  vəzifələrdən  qovuldular, 

Azərbaycan dilində nəşr olunan rayon qəzetləri bağlanıldı; bir qrup erməni ziyahsı 

Qafqaz  Albaniyası  tarixi  abidələrinin  ermənilərə  məxsus  olması  iddiasını  irəli 

sürüb  tələb  elədi  ki,  onların  mühafizəsi  məsələsi  Ermənistana  həvalə  olunsun. 

Mərkəzin  birbaşa  müdaxiləsi  və  yardımı  ilə  1960-cı  illərdə  Azərbaycanda  güclü 

erməni  lobbisi  yaradıldı,  DQMV-də  erməni  millətçilərinin  mövqeyi  qüvvətləndi, 

1967-ci ildə Stepanakertdə (Xankəndi) azərbaycanlılar təqib olunmağa başlandılar 

və proses zamanı bir neçə nəfər öldürüldü. Azərbaycan SSR Ali Sovetinin Rəyasət 

Heyəti Moskvanın təzyiqi ilə 1969-cu il mayın 7-də sərhəd rayonlarında olan 2 min 

ha-dan  artıq  ərazinin  Ermənistana  verilməsi  haqqında  qərarı  təsdiq  etdi,  lakin  az 

sonra  Azərbaycan  SSR-in  rəhbərliyinə  gələn  Heydər  Əliyev  bu  qərarın  həyata 

keçirilməsinin  qarşısını  aldı.  1950-ci  illərdə  və  60-cı  illərin  ortalarında 

iqtisadiyyatın  idarəolunması  və  formalarında  tez-tez  dəyişikliklər  aparılmasına 

baxmayaraq,  burada  müəyyən  tərəqqi  olmuşdur.  143  yeni  müəssisə  işə  salınmış, 

respublikanın  energetika  sənayesi  inkişaf  etdirilmiş,  1968-ci  ildə  Əli  Bayramlı 

DRES  istismara  verilmiş,  sənaye  məhsulunun 

istehsalı 2,5 dəfə artmış, amma məhsulun keyfiyyəti 

yaxşılaşmamışdı.  1967-ci  il  noyabrın  7-də  Bakı 

metropoliteni  işə  salındı.  Kənd  təsərrüfatı 

istehsalının göstəriciləri artsa da, onun inkişaf sürəti 

zəifləmişdi.  Əmək  məhsuldarlığı  aşağı  idi,  belə  ki, 

işçilərin  öz  əməklərinin  nəticəsinə  olan  maraqları  azalmışdı.  Bu  illərdə  üçcildlik 

"Azərbaycan  tarixi"  nəşr  olunmuşdur.  1969-cu  ilin  iyulunda  Vəli  Axundov 

Azərbaycan KP MK-nın birinci katibi vəzifəsindən azad edildi, bu vəzifəyə Heydər 

Əliyev  təyin  olundu.  Heydər  Əliyevin  hakimiyyəti  illərində  respublikada  bir 

milyondan artıq yeni iş yeri açıldı, mütərəqqi texnologiyaya əsaslanan yeni istehsal 

sahələri  -  elektronika,  radiotexnika,  hesablama  texnikası  və  s.  inkişaf  etməyə 

başladı.  Yapon  mütəxəssislərinin  yardımı  ilə  1975-ci  ildə  Bakıda  Məişət 




54 

 

kondisionerləri  zavodu  inşa  edildi.  1980-ci  illərin  ortalarında  SSRİ-də  istehsal 



olunan neft avadanlığının 

2/

3



-si Azərbaycanda hazırlanırdı. 1970 - 80-ci illərdə bir 

çox  suvarma  kanalları  və  su  anbarları  inşa  edilmiş  və  yenidən  qurulmuşdur, 

becərilən  torpaqların  sahəsi  xeyli  genişlənmişdir.  Taxıl  üzrə  əkin  sahələrinin 

ixtisarı hesabına texniki bitkilərin, xüsusilə də pambıq və üzüm əkin sahələri xeyli 

genişləndirildi.  Əhalinin  ərzaqla  təmin  olunması  məsələsində  respublika  digər 

regionlardan,  demək  olar  ki,  tamamilə  asılı  vəziyyətə  düşmüşdü.  Hər  il 

Azərbaycana gətiriləndən 1,5-2 milyard rubldan artıq mal respublikadan aparılırdı. 

Bundan  əlavə,  Azərbaycanda  xammal  onun  maya  dəyərindən  xeyli  ucuz  alınırdı; 

məsələn: dünyada ən yüksək keyfiyyətlilərdən sayılan Bakı nefti dövlət tərəfindən 

"Badamlı"  mineral  suyunun  qiymətindən  2,5  dəfə  ucuz  alınırdı  və  bu  səbəbdən 

Azərbaycan  hər  il  2,5  milyard  rubl  itirirdi.  Respublikada  mənzil  tikintisi  geniş 

vüsət  aldı.  Azərbaycanın  böyük  mədəniyyət  xadimlərinin  təntənəli  yubileylərinin 

keçirilməsinə başlanıldı, respublikada və Moskvada Azərbaycan teatrının 100 illik 

yubileyi  keçirildi.  1930-cu  illərdə  "xalq  düşməni"  elan  olunmuş  romantik  şair 

H.Cavidin cənazəsinin qalıqları İrkutsk vilayətindən gətirilib Naxçıvanda  yenidən 

dəfn edildi. 1976-cı ildə 10 cildlik "Azərbaycan Sovet Ensiklopediyası''nın nəşrinə 

başlanıldı.  1981-ci  ildə  Cənubi  Azərbaycan  şairi  Şəhriyarın  əsərləri  nəşr  edildi, 

"Şəhriyar  gecələri"nin  keçirilməsi  Azərbaycan  xalqının  birləşdirilməsində 

əhəmiyyətli  rol  oynadı.  Azərbaycan  dilinin  təbliği  genişləndi.  Azərbaycan 

mədəniyyəti, incəsənəti və musiqisi sürətlə inkişaf etməyə başladı. Heydər Əliyev 

DQMV-ni  daim  nəzarət  altında  saxlayırdı;  onun  rəhbərliyi  ərzində  DQMV-də 

separatçıların  heç  bir  çıxışı  olmamışdır.  1960-cı 

illərdə  -  70-ci  illərin əvvəllərində  Əbülfəz Əliyevin 

(Elçibəy)  rəhbərliyi  ilə  bir  qrup  azadfikirli  tələbə 

gənclər arasında milli özünüdərkin dirçəlişi ilə bağlı 

təbliğat  aparırdı.  1973-cü  ildə  Asəf  Kərimovun 

rəhbərliyi ilə gizli "Milliyyət" təşkilatı yaradılmışdı. 

1975-ci ildə Ə.Əliyev (Elçibəy) dövlət təhlükəsizlik 

orqanları  tərəfindən  həbs  olundu.  1976-cı  ildə 

"Milliyyət"  "Azərbaycan  milli-demokrat  ittifaqı"na  çevrildi  və  elə  həmin  il  bu 

təşkilatın  üzvləri  Bakıda  ADR-in  üçrəngli  bayrağı  altında  1  May  nümayişinə 

çıxdılar.  Sumqayıtda,  Kirovabadda  (Gəncə)  və  s.  şəhərlərdə  gizli  təşkilatlar 

meydana  gəldi,  amma  həmin  təşkilatların  fəaliyyət  dairəsi  məhdud  idi  və  əsasən 

Azərbaycan dilinin istifadə çərçivəsinin inkişaf etdirilməsi və genişləndirilməsinə, 

Azərbaycanın sovet imperiyasının xammal bazasına çevrilməsinin tənqidinə, SSRİ-

nin  rəhbər  orqanlarında  azərbaycanlıların  olmamasına  yönəlmişdi.  1982-ci  ildə 

Heydər  Əliyev  Sov.İKP  MK  Siyasi  Bürosunun  üzvü  seçildi  və  SSRİ  Nazirlər 

Soveti  sədrinin  birinci  müavini  vəzifəsinə  təyin  edildi.  Azərbaycan  KP  MK-nın 

birinci katibi vəzifəsinə Kamran Bağırov təyin olundu. 1985-ci ildə Sov.İKP MK-

nın baş katibi vəzifəsinə keçən M.S.Qorbaçov "yenidənqurma" şüarını irəli sürdü, 




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə