Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə23/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   19   20   21   22   23   24   25   26   ...   205

47 

 

davam  etdirməkdə  idi.  Azərbaycan      Respublikasının      prezidenti  Heydər  Əliyev 



Milli Ordunun yaradılması prosesini sürətləndirdi. 1994-cü ilin fevralında Kəlbəcər 

rayonunda  uğurla  başlanılmış  "Murovdağ"  əməliyyatı  xəyanət  nəticəsində 

müvəffəqiyyətsizliyə  uğradı.  Apreldə  Milli  Ordu  Beyləqan  rayonunda  erməni 

qoşunlarına güclü əks-zərbə endirdi. Eyni zamanda, erməni qoşunları böyük itkilər 

hesabına  Ağdam  və  Ağdərə  rayonlarının  bir 

hissəsini ələ  keçirdilər. Bundan sonra  mayın 12-

də Bişkekdə (Qırğızıstan) Rusiya Federasiyasının 

vasitəçiliyi  ilə  Azərbaycan  Respublikası  ilə 

Ermənistan  arasında  atəşin  dayandırılması 

haqqında  razılaşma  imzalandı. Mayda   H.Əliyev  

Brüsseldə    Azərbaycan  Respublikasının  NATO-

nun  "Sülh  naminə  tərəfdaşlıq"  proqramında  

iştirak    etməsi  haqqında  sazişi  imzaladı.  Hərbi 

əməliyyatlardakı  fasilə  Azərbaycan  Respublikasında  iqtisadiyyatda  mövcud  olan 

təxirəsalınmaz  problemlərin  və  siyasi    sabitlik  şəraitinin  həlli  ilə  məşğul  olmağa 

imkan  verdi. 

Sentyabrın  20-də  ABŞ,      Böyük  Britaniya,  Norveç,  Rusiya,  Türkiyə, 

Səudiyyə  Ərəbistanı  və  Yunanıstanın  iştirakı  ilə  Xəzər  dənizində  neft  hasilatı  ilə 

məşğul  olacaq  beynəlxalq    konsorsiumun  yaradılması  haqqında  "Əsrin   

müqaviləsi"      adlandırılan      kontrakt  imzalandı.  1994-cü  il  oktyabrın  4-də 

S.Hüseynovun rəhbərlik etdiyi qiyam yatırıldı. 

1995-ci  il  martın  13  -  17-də  Bakıda  Rövşən  Cavadovun  başçılıq  etdiyi 

Xüsusi  Təyinatlı  Polis  Dəstəsinin  (OMON)  qiyamı  yatırıldı.  1995-ci  il  noyabrın 

12-də  ümumxalq  referendumunda  Azərbaycan  Respublikasının  Konstitusiyası 

qəbul  edildi.  1996-cı  ilin  aprelində  Lüksemburqda  H.Əliyev  Avropa  İttifaqı  (Aİ) 

ilə  "Tərəfdaşlıq  və  əməkdaşlıq  haqqında  saziş"  imzaladı.  Azərbaycan 

Respublikasında  iqtisadi  və  siyasi  şərait  tədricən  sabitləşirdi.  1997-ci  ilin 

sentyabrında  GUAM (Gürcüstan, Ukrayna,  Azərbaycan, Moldova) iqtisadi birliyi 

yaradıldı.  1995-98-ci  illərdə  şairlərin,  yazıçıların,  bəstəkarların,  opera 

müğənnilərinin,  rəssamların,  görkəmli  alimlərin  yubileyləri  geniş  şəkildə  qeyd 

olundu. 1998-ci il oktyabrın 11 -də H.Əliyev yenidən Azərbaycan Respublikasının 

prezidenti seçildi. Bundan sonra respublikada siyasi vəziyyət tamamilə sabitləşdi, 

kiçik  dövlət  müəssisələri  özəlləşdirildi,  inflyasiyanın  artımı  kəskin  şəkildə  aşağı 

salındı,  Azərbaycan  Respublikasının  iqtisadiyyatında  zəif  də  olsa,  mütəmadi 

yüksəliş başlandı, kəndlilərə pulsuz torpaq paylandı, xalqın rifahı yaxşılaşdı. 1999-

cu  ilin  noyabrında  İstanbulda  Azərbaycan  neftini  Türkiyə  və  dünya  bazarına 

çıxaracaq  Bakı  -  Tbilisi  -  Ceyhan  neft  və  qaz  kəmərinin  inşa  edilməsi  haqqında 

saziş imzalandı. 2000-ci ildə "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyi təntənəli 

surətdə  qeyd  olundu.  Azərbaycan  Respublikası  demokratik  cəmiyyət  quruculuğu 

yollarında  qətiyyətlə  irəliləyir.  2000-ci  ildə  respublikada  rəsmi  olaraq  34  siyasi 




48 

 

partiya və 1000-dən artıq ictimai təşkilat qeydə alındı. 2003-cü il oktyabrın 15-də 



İlham Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi. 

Azərbaycan  Respublikasının  ərazisi  86,6  min  km

2

-dir  (Azərbaycan 



Respublikası ərazisinin 20%-ə qədəri Ermənistan tərəfindən işğal olunub), əhalisi  

8  milyon  nəfərdən  artıqdır.  Azərbaycan  Respublikası  şimaldan  Rusiya 

Federasiyası,      qərbdən    Gürcüstan  Respublikası,    cənub-qərbdən  Ermənistan 

Respublikası və Türkiyə Respublikası ilə, cənubdan isə  İran İslam Respublikasıyla 

həmsərhəddir.  Şərqdə  Azərbaycan  Respublikasının  ərazisi  Xəzər  dənizi  ilə 

yuyulur.  



Azərbaycan  Sovet  Sosialist  Respublikası  (Azərbaycan  SSR) 

-  Cənubi 

Qafqazın  şərq  hissəsində  dövlət  qurumu  (1920  -  22, 1936  -  91),  SSRİ  tərkibində 

mövcud  olmuşdur.  Azərbaycan  SSR  1920-ci  il  aprelin  28-də  əsasən  qeyri 

millətlərdən  ibarət  olan  Bakı  bolşeviklərinin  üsyanı  və  Azərbaycan  Demokratik 

Respublikasının bolşevik Rusiyası tərəfindən  işğalından   sonra  yaranmışdır. 

Formal 

şəkildə 


müstəqil 

olan 


Azərbaycan  SSR  Moskvanın  tam  nəzarəti 

altında  idi.  Az  müddət  ərzində  Azərbaycan 

Kommunist Partiyasından (AKP) savayı, bütün 

partiyalar  qadağan  edildi.  Bu  partiyaların 

liderləri  və  sıravi  üzvlərinə,  eləcə  də  Azərbaycan  Demokratik  Respublikası 

rəhbərlərinə  qarşı  terror  başlandı.  Azərbaycan  əhalisinin  narazılığı  1920-ci  ildə 

Gəncədə,  Qarabağda  və  Zaqatalada  Rusiyanın  XI  Qırmızı  Ordusu  tərəfindən 

amansızlıqla  yatırılan  üsyanlarda  özünü  büruzə  verdi.  Bu  üsyanlardan  sonra 

bolşevik  terroru  daha  da  qüvvətləndi,  1920  -  21-ci  illərdə  Azərbaycanda  40 

minədək  adam  edam  edildi.  1920-ci  ildə  neft  və  neftçıxarma  sənayesi  rəhbərliyi 

birbaşa RSFSR-in müvafiq orqanlarına tabe etdirilir. Azərbaycanda istehsal olunan 

neftin,  demək  olar  ki,  hamısı  və  neft  məhsullarının  çox  hissəsi  Rusiyaya 

göndərilirdi.  Azərbaycanı  talan  etmək  üsullarından  biri  də  şəhər  və  kəndlərdə 

müsəlman  əhalinin  əmlakının  müsadirə  edilməsi  idi.  Ərzaq  sapalağının  tətbiq 

edilməsi  kəndlilərin  qarət  edilməsinə  gətirib  çıxardı.  Bolşeviklər  məscidləri 

dağıtmağa,  din  xadimlərini  güllələməyə  başladılar.  Ermənistanın  Zəngəzur, 

Qarabağ  və  Naxçıvana  təcavüzü  maneəsiz  davam  etdirilirdi.  Qırmızı  Ordu 

ermənilərin təcavüzünə  tam sakitliklə  etinasızlıq göstərirdi.  Bütün bunlar Şəmkir, 

Lənkəran  və  Cavanşir  qəzalarında  kəndlilərin  üsyanlarına  səbəb  oldu  və  bu 

üsyanlar bolşeviklər tərəfindən amansızcasına yatırıldı. Türkiyə ordusu Naxçıvanı 

bütövlükdə  öz  nəzarəti altına  götürdü. Ermənistan SSR-in yaradılmasından 2 gün 

sonra  -  dekabrın  1-də  Nərimanov  Azərbaycanla  Ermənistan  arasında  sərhəd 

məsələləri  üzrə  mübahisə  probleminin  olmaması  haqqında  Azərbaycan  İnqilab 

Komitəsinin  bəyanatı  ilə  çıxış  etdi,  bu  isə  əslində  Azərbaycanın  itirdiyi  və 

ermənilər  tərəfindən  işğal  olunmuş  Zəngəzunın,  eləcə  də  şimal-qərbdə  digər 

ərazilərin  getməsi  ilə  barışması  demək  idi.    Bunun  nəticəsində  Azərbaycan 




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə