Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə21/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   17   18   19   20   21   22   23   24   ...   205

43 

 

etdiyi  hissələri  Dağlıq  Qarabağda  erməni  qiyamını  yatırdı.  Dağlıq  Qarabağda 



erməni  qiyamı  ilə  əlaqədar  Azərbaycan  kommunistləri  (əslində,  qeyri-

azərbaycanlılar)  Sovet  Rusiyasından  yardım  istədilər.  Bu  dövrdə  Ermənistanın 

Zəngəzura  təcavüzü  davam  edirdi.  Bu  hadisələrlə  bağlı  olaraq  Milli  Ordunun 

böyük  hissəsi  Azərbaycanın  qərbində  idi  və  bu  da  onun  şimal  sərhədlərinin 

müdafiəsini zəiflədirdi. 1920-ci il aprelin 1-də ADR-in 5-ci hökuməti istefaya getdi 

və  yeni  hökumətin  təşkili  M.Hacınskiyə  tapşırıldı,  o  isə  sol  koalision  hökumət 

təşkil  etməyə  səy  göstərdi,  lakin  dövlət  çevrilişinə  hazırlaşan  kommunistlər  son 

məqamda  hökumətə  daxil  olmaqdan  imtina  etdilər.  Bununla  da  yeni  hökumətin 

təşkili baş tutmadı. Aprelin 27-də saat 00

05

  dəqiqədə  XI  Qırmızı  Orduya  verilmiş 



zirehli  qatar  ADR  sərhədlərini  keçərək  Azərbaycan  Milli  Ordusunun  xırda-para 

qüvvələrinin dağınıq  müqavimətini dəf edərək Bakıya  doğru irəliləyirdi.  3 zirehli 

qatar  da  onun  ardınca  gəlirdi.  Aprelin  27-si  səhər  tezdən  kommunistlərin  silahlı 

dəstələri  Bakıda  dəmiryol  vağzalını,  hərbi  və  ticarət  limanlarını,  poçt,  teleqraf, 

radiostansiya  və  digər  mühüm  obyektləri  tutdular.  XI  Qırmızı  Ordunun 

Azərbaycana soxulmasından sonra başda H.Sultanov olmaqla Azərbaycan İnqilab 

Komitəsi  (AİK)  12  saat  ərzində  hakimiyyəti  təhvil  vermək  haqqında  parlamentə 

ultimatum verdi. AXC-nin hərbi naziri S.Mehmandarov zabitlərə əmr etdi ki, yeni 

hakimiyyətə  tabe  olsunlar.  Başda  "Ərdəhan"  topçu  gəmisi  olmaqla  Xəzər 

donanmasının  gəmiləri  Bakı  buxtasında  sıraya  düzülərək  toplarını  hökumət 

binalarına tuşlayıb Azərbaycan İnqilab Komitəsinin ultimatumunım qəbulunu tələb 

edirdilər.  1920-ci  il  aprelin  27-də  axşam  saat  11-də  parlament  müəyyən  şərtlərlə 

hakimiyyəti  İnqilab  Komitəsinə  təhvil  vermək  haqqında  qətnamə  qəbul  etdi  və 

bundan sonra AXC parlamenti buraxıldı. 1920-ci il aprelin 28-də İnqilab Komitəsi 

"müstəqil"  Azərbaycan  Sovet  Sosialist  Respublikasının  yaradılmasını  bəyan  etdi. 

1920-ci il aprelin 30-da XI Qırmızı Ordunun əsas qüvvələri Bakıya daxil oldular. 

1920-ci  il  mayın  ortalarınadək  XI  Qırmızı  Ordu  Şimali  Azərbaycan  ərazilərini, 

demək olar ki, tamamilə işğal etdi. 



Azərbaycan dili 

- müasir Azərbaycan dili türk dillərinin qərbi hun qolunun 

oğuz qrupuna aiddir. 

Azərbaycan müəllimlərinin I qurultayı

 - 1906-cı ilin avqustunda Bakıda 

Azərbaycan  müəllimlərinin  I  qurultayı  keçirildi.  Müəllimlər  qurultayında 

Azərbaycan  dilinin  tədrisinin  məcburi  olması  və  təhsilin  rus-tatar  məktəblərində 

Azərbaycan  dilində  aparılması,  yeni  proqramların  tərtib  edilməsi,  müəllimlər 

seminariyasının  yaradılması  və  müəllimlərin  həyat  şəraitinin  yaxşılaşdırılması 

məsələləri qaldırıldı. 

Azərbaycan Respublikası (AR)

 - 1991-ci il fevralın 5-də Azərbaycan SSR 

Ali Soveti  Azərbaycan SSR-in adının dəyişdirilib  Azərbaycan Respublikası (AR) 

qoyulması  haqqında  qərar  qəbul  etmişdir.  Apreldə  SSRİ  prezidenti  və  9 

respublikanın  rəhbərləri  Moskva  yaxınlığındakı  Novo-Oqaryovoda  yeni  ittifaq 

müqaviləsinin bağlanması haqqında protokol imzaladılar. Referendumda iştirakdan 




44 

 

imtina  eləmiş Ermənistana  "dərs vermək" üçün Moskva  ermənilərə  yardımı  xeyli 



azaltdı  və  Azərbaycana  köməklik  etdi.  Mayda  Sovet  Ordusu  və  Xüsusi  Təyinatlı 

Milis  Dəstəsinin  (XTMD  -OMON)  qüvvəsi  ilə  Çaykənddə  və  Martunaşendə 

pasport rejiminin yoxlanışı keçirildi və hərbiləşdirilmiş erməni dəstələri tərk-silah 

olundu,  iyunda  isə  Goranboy  rayonunda  ermənilərin 

hərbi dayaq məntəqələri dağıdıldı. Bundan istifadə edən 

Mütəllibov  ümumxalq  prezident  seçkisinə  getdi. 

Avqustun  19  -  21-də  Moskvada  "avqust  qiyamı"  baş 

verdi  və  bundan  sonra  Qorbaçov  faktik  olaraq 

hakimiyyətdən 

uzaqlaşdı, 

səlahiyyət 

respublika 

rəhbərlərinə  keçdi.  1991-ci  il  avqustun  30-da 

Azərbaycan  SSR  Ali  Sovetinin  növbədənkənar 

sessiyası 

"Azərbaycan 

Respublikasının 

dövlət 


müstəqilliyinin  bərpası  haqqında  bəyannamə"  qəbul  etdi.  Sentyabrın  əvvəllərində 

DQMV və Şaumyan rayonu Xalq Deputatları Sovetinin birgə sessiyasında "Dağlıq 

Qarabağ  Respublikasr  (DQR)  adlandırılan  qurumun  yaradılması  elan  edildi. 

Sentyabrın  8-də  saxtalaşdırılmış  seçkilər  nəticəsində  A.Mütəllibov  Azərbaycan 

Rcspublikasının ilk prezidenti seçildi. Oktyabrın 9-da Azərbaycan Respublikasının 

Ali Soveti "Azərbaycanın milli özünümüdafiə qüvvələrinin yaradılması haqqında" 

qanun  qəbul  etdi.  1991-ci  il  oktyabrın  18-də  Azərbaycan  Respublikasının  Ali 

Soveti  "Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyi  haqqında"  konstitusiya 

aktı  qəbul  etdi.  Beləliklə,  Azərbaycan  SSR-in  əvəzinə  yeni  müstəqil  Azərbaycan 

Respublikası (AR) dövləti yarandı. Noyabrın 14-də SSRİ prezidenti Qorbaçov və 7 

respublikanın  rəhbərləri  yeni  dövlətlərarası  birlik  -  "Suveren  Dövlətlər  Birliyi" 

yaratmaq  üçün  yenidən  Novo-Oqaryovoda  toplaşdılar,  lakin  hazırlanmış 

müqaviləni  respublikalardakı  geniş  etiraz  çıxışları 

ucbatından yalnız Qorbaçov imzaladı. Noyabrın 20-də 

Dağlıq 

Qarabağın 



səmasında 

Azərbaycan 

Respublikasının dövlət xadimləri və Sovet  Ordusunun 

yüksəkrütbəli  hərbçilərinin  olduğu  vertolyot  vuruldu. 

Noyabrın  26-da  Azərbaycan  Respublikasının  Ali 

Soveti DQMV statusunu ləğv etdi. Dekabrın 8-də Rusiya Federasiyası, Ukrayna və 

Belorusiya  prezidentləri  "Müstəqil  Dövlətlər  Birliyi"nin  (MDB)  yaradılması 

haqqında  müqavilə  imzaladılar.  Dekabrın  21-də  Almatıda  9  respublikanın 

rəhbərləri SSRİ-nin varlığına son qoyulması haqqında bəyannamə qəbul etdilər. Az 

sonra  Azərbaycan  da  MDB-nin  yaradılması  prosesinə  qoşuldu.  Dekabrın  25-də 

Azərbaycan  Respublikasının  Ali  Soveti  latın  qrafikalı  Azərbaycan  əlifbasının 

bərpası  haqqında  qanun  qəbul  etdi.  Azərbaycan  Respublikası  "İslam  Konfransı" 

təşkilatına  daxil  oldu.  1991-ci  il  dekabrın  29-da  Azərbaycan  Respublikasında 

referendum  keçirildi  və  səsvermədə  iştirak  edənlərin  95%-dən  çoxu  AR-in 

müstəqilliyinə səs verdi. 1992-ci il yanvarın 19-da erməni silahlı birləşmələri Sovet 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə