Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə22/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   18   19   20   21   22   23   24   25   ...   205

45 

 

Ordusu  hissələrinin  köməyi  ilə  Kərkicahan  qəsəbəsini  tutub  yandırdılar.  Bununla 



belə,  Azərbaycan  Respublikasının  rəhbərliyi  baş  verənlərə  etinasız  yanaşır, 

müxalifətin  Milli  Ordunun  yaradılması  haqqındakı  teləblərini  hər  dəfə  müxtəlif 

bəhanələrlə  rədd  edirdi.  Fevralın  25  -  26-da  erməni  birlikləri  Sovet  Ordusunun 

köməyi ilə AR-in rəhbərliyi tərəfindən taleyin hökmünə buraxılmış Xocalı şəhərini 

tutub,  613  nəfər  dinc  azərbaycanlı  sakini  -  qocaları,  qadınları  və  uşaqları 

vəhşicəsinə  qətlə  yetirdilər.  Martın  2-də  AR  BMT-yə  qəbul  edildi.  Xocalı 

qətliamından  sonra  Azərbaycan  Respublikasının 

prezidenti  A.Mütəllibov  martın  6-da  istefaya 

getməyə  məcbur  oldu.  Hökumət  boşluğu  yarandı. 

Prezidentin vəzifəsini AR Ali Sovetinin sədri Yaqub 

Məmmədov icra etdi. Hakimiyyət  uğrunda  mübarizə 

nəticəsində  mayın  8-də  Şuşa  ermənilərə  verildi, 

mayın  ortalarında  isə  Azərbaycan  qoşunları  Laçın 

rayonu  ərazisindən  çıxarılmağa  başlandı.  Mayın  14-

də  Mütəllibovun  tərəfdarları  AR  Ali  Sovetinin  sessiyasında  onu  yenidən 

hakimiyyətə  qaytardılar.  Bütün  bunları  qeyri-konstitusion  adlandıran  AXC  öz 

tərəfdarlarının  köməyi  ilə  mayın  15-də  Ali  Sovetin  binasını  tutdu.  AXC 

liderlərindən  olan  İsa  Qəmbər  AR  Ali  Sovetinin  sədri  seçildi  və  o,  Ali  Sovetin 

özünü  buraxmasına  və  qanunverici  səlahiyyətlərin  Milli  Məclisə  verilməsinə  nail 

oldu. Hakimiyyət faktik olaraq AXC-nin elinə keçdi. Mayın 17-də ermənilər Laçın 

rayonunu işğal etdilər. Mayın 27-də Milli Məclis AR-

in  yeni  dövlət  himnini  qəbul  etdi.  İyunun  7-də 

keçirilmiş  seçkilər  nəticəsində  Əbülfəz  Əliyev 

(Elçibəy)  Azərbaycan  Respublikasının  prezidenti 

seçildi. İyunun 10-da AR Avropada Təhlükəsizlik və 

Əməkdaşlıq  Təşkilatına  (ATƏT),  az  sonra  isə 

YUNESKO  təşkilatına  qəbul  edildi.  1992-ci  ilin 

yayında  Ağdərə  əməliyyatı  nəticəsində  Azərbaycan 

qoşunları  xeyli  uğurlar  əldə  etdilər.  Avqustun  15-də 

milli  pul  vahidi  -  manat  dövriyyəyə  buraxıldı. 

Sentyabrın  22-də  AR  Avropa  Yenidənqurma  və 

İnkişaf  Bankına  (AYİB)  üzv  oldu.  1993-cü  ildən 

Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə 

qəbul imtahanları test üsulu ilə keçirilməyə başlandı və bu, daha bilikli və istedadlı 

gənclərin həmin məktəblərə daxil olmasına imkan verdi. Novruz bayramı, Qurban 

bayramı  və  s.  geniş  qeyd  olundu.  Köhnə  məscidlərin  bərpasına  və  yenilərinin 

inşasına  başlanıldı.  Türkiyə  Respublikası  ilə  elmi  və  mədəni  əlaqələr 

möhkəmləndi,  lakin  Rusiya  Federasiyası  ilə  onilliklər  ərzində  yaranmış  belə 

əlaqələr zəiflədi, İran İslam Respublikası ilə siyasi münasibətlər xeyli gərginləşdi. 

Azərbaycan  Respublikası  daxilində  iqtisadi  tənəzzül  daha  da  dərinləşdi;  istehsal 




46 

 

gücünün  yalnız  25  -  30%-dən  istifadə  olunurdu.  Ermənistanla  davam  edən 



müharibə də iqtisadiyyata ağır zərbə endirirdi. Respublikada yarım milyondan artıq 

qaçqın və köçkün var idi. İqtisadiyyatı köhnə inzibati amirlik sistemi ilə idarəetmə 

ləğv olunmuş,  yenisi isə  hələlik  yaradılmamışdı.  İqtisadiyyat  pozunuq vəziyyətdə 

idi,  respublikanın  təbii  sərvətləri,  Azərbaycan  məhsullarının  satılmasından  əldə 

edilən  valyutası  əsasən  xarici  banklardakı  şəxsi  hesablara  köçürülməklə  talan 

edilirdi.  Cəmiyyətdə  kəskin  şəkildə  əmlak  baxımından  təbəqələşmə  prosesi 

gedirdi:  bir  ovuc  adam  zənginləşir,  əhalinin  60  -  70%-i  isə  dilənçilik  həddində 

yaşayırdı.  İşsizlik  durmadan  artırdı.  Daxili  və  xarici  siyasətdəki  uğursuzluqlar  və 

çatışmazlıqlar ilk növbədə Azərbaycan Respublikası rəhbərliyinin kadr siyasəti ilə 

bağlı idi və onun nəticəsində səriştəsiz adamlar, xüsusilə də AXC üzvləri idarəetmə 

aparatına cəlb edilmişdi. 1993-cü il aprelin 6-da ermənilər Kəlbəcər rayonunu işğal 

etdilər.  Azərbaycan  qoşunlarının  Ağdərə  əməliyyatı  da  son  hesabda  uğursuzluqla 

nəticələndi.  Müharibənin  davam  etdirilməsi,  böyük  itkilər,  hərbi  uğursuzluqlar, 

iqtisadi  tənəzzül,  Azərbaycan  Respublikasının  rəhbərliyindəki  siyasi  çəkişmələr 

xalqın  səbir  kasasını  daşdırdı.  Azərbaycan  Respublikasının  hökuməti  xalq 

arasındakı  dayaqlarını  itirir,  AXC  nüfuzdan  düşürdü.  İyunun  4-də  Surət 

Hüseynovun  rəhbərliyi  altında  ordu  hissələrinin  Gəncədə  qiyamı  nəticəsində 

Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı. Özünün siyasi zəifliyini hiss 

eləyən  Azərbaycan  Respublikasının  rəhbərliyi  iyunun  9-da  təcrübəli  və  müdrik 

siyasətçi olan Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu. H.Əliyev iyunun 

15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bir neçə gündən sonra 

Azərbaycan  Respublikasının  prezidenti  Elçibəy  qəflətən  Bakını  tərk  edib  doğma 

kəndi  Kələkiyə  (Naxçıvan)  getdi  və  dəfələrlə  göstərilən  cəhdlərə  və  edilən 

müraciətlərə  baxmayaraq,  o,  Bakıya  gəlməkdən  imtina  etdi.  İyunun  24-də 

Azərbaycan  Respublikasının  Ali  Soveti  Azərbaycan  Respublikası  prezidentinin 

səlahiyyətlərinin icrasını H.Əliyevə verdi. H.Əliyevin televiziya ilə Talış - Muğan 

zonasının  əhalisinə  müraciətindən  sonra  avqustun  21  -  23-də  keçən  kortəbii 

mitinqlər  nəticəsində  Əlikram  Hümbətovun  hələ  iyunda  Azərbaycanın  7  cənub 

rayonunda  yaratdığı  "Talış  -  Muğan  Respublikasında  üzərinə  götürdüyü 

hakimiyyət  ləğv  olundu.  Avqustun  29-da  referendum  iştirakçılarının  əksəriyyəti 

Elçibəyə etimadsızlıq göstərdi. Sentyabrın 24-də  Azərbaycan Respublikası MDB-

yə  daxil  oldu.  1993-cü  il  oktyabrın  3-də  H.Əliyev  Azərbaycan  Respublikasının 

prezidenti  seçildi.  Azərbaycan  ordusunun  təşkilində  əvvəllər  buraxılmış  ciddi 

səhvlər  nəticəsində,  xüsusilə  də  Azərbaycan  qoşunlarının  həddən  ziyadə 

siyasiləşməsi  ucbatından  Ağdam  (23  iyul),  Cəbrayıl  (18  avqust),  Füzuli  (23 

avqust),  Qubadlı  (31  avqust)  və  Zəngilan  (25  oktyabr)  rayonlarından  ordumuz 

geriyə çəkilməyə məcbur oldu. Bütün bu rayonlar isə erməni qoşunları tərəfindən 

işğal  edildi.  BMT-nin  Təhlükəsizlik    Şurası  tərəfindən  Ermənistanın  işğal  etdiyi 

əraziləri azad etməsini nəzərdə tutan 822, 853, 874 və 884-cü qətnamələrin qəbul 

edilməsinə  baxmayaraq,    Ermənistan  rəhbərliyi    Azərbaycana  qarşı  təcavüzünü 




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə