Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə30/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   26   27   28   29   30   31   32   33   ...   205

61 

 

adı  çəkilən  Sakasena  vilayəti  adını  Şimali  Azərbaycanda  qalmış  skiflərin  bir 



hissəsindən  götürmüşdür.  Sakasenlər  kadusilər,  albanlar  və  midiyalılarla  birlikdə 

Atropatın başçılığı altında Qavqamela yaxınlığındakı döyüş zamanı Makedoniyalı 

İsgəndərə  qarşı  vuruşmuşdular.  Müstəqil  Atropatena  dövləti  yaradıldıqdan  sonra 

Sakasena,  güman  ki,  onun  tərkibinə  daxil  oldu.  Orta  əsrlərdə  Sakasena  vilayəti 

Qafqaz Albaniyasına daxil idi. 

azərbaycanlılar

  -  tarixi  Azərbaycan  ərazisində  yaşayan  əsas  millət. 

Azərbaycan  milləti  müxtəlif  dilli qədim  yerli əhalinin, eləcə də  hələ  qədimlərdən 

tarixi  Azərbaycan  ərazisində  yaşayan  və  sonradan  buraya  köçən  türk  tayfalarının 

qaynayıb-qarışması  nəticəsində  meydana  gəlmişdir.  Hazırda  tarixi  Azərbaycan 

ərazisində  yaşayan azərbaycanlıların sayı 30 milyon nəfərdən çoxdur ki,  bunların 

da  8,5  milyona  yaxını  Şimali  Azərbaycanda,  20  milyondan  çoxu  isə  Cənubi 

Azərbaycanda yaşayır. Müasir azərbaycanlılar Azərbaycan dilində danışırlar. 



Azıx  mağarası

  -  Azərbaycan  Respublikasında  -  Qarabağda,  Füzuli 

şəhərinin  yaxınlığında  yerləşir.  Azıx  mağarası  uzaq  qədimdən  insanlar  tərəfindən 

məskunlaşması  ilə  məlumdur.  1960-cı  ildə  Məmmədəli 

Hü-seynovun  başçılığı  ilə  Azıx  mağarasında  arxeoloji 

ekspedisiya  tərəfindən  aparılmış  qazıntılar  nəticəsində 

müəyyən  edilmişdir  ki,  ən  qədim  insanlar  bu  mağarada 

hələ 1,5 mln. il bundan əvvəl məskunlaşmışlar. Bu, bütün 

Avrasiyada  ibtidai  insanların  məskunlaşdığı  ən  qədim 

yaşayış məskənlərindən biridir. Mağarada bu dövrə aid əmək alətlərinin tapılması 

sübut  edir  ki,  Azərbaycan  ən  qədim  insanın  formalaşdığı  məskənlərdən  biri 

olmuşdur. Azıx mağarasında yaşı 700 min il olan ocaq yeri aşkar edilmişdir. Azıx 

mağarasında  qədim  insanın  -  azıxantropun  çənə  sümüyünün  bir  parçası  aşkar 

edilmişdir. 



azıxantrop 

-  Azərbaycan  arxeoloqu  Məmmədəli    Hüseynov      1968-ci  ildə 

Azıx mağarasında qədim insanın alt çənəsinin bir parçasını aşkar etmişdir. Alimlər 

bu  insanı  “azıxantrop”  (tapıldığı  yerə  görə  -  Azıx  və  qədim  yunanca  “antropos” 

sözünə  görə  “insan”),  yəni  “Azıx  adamı”  adlandırmışlar.  Alimlərin  araşdırmaları 

nəticəsində  müəyyən  edilmişdir  ki,  azıxantrop  350  -  400  min  il  bundan  əvvəl 

yaşamışdır.  Bu,  qədim  insanın  qalıqlarının  yaşına  görə  dünyada  dördüncü 

tapıntıdır.  Azıxantropun  çənəsi  xeyli  böyük  idi.  Azərbaycan  alimi  D.Hacıyev 

tapılmış çənənin tədqiqi zamanı  müəyyən etmişdir  ki,  o, 18-22  yaşlarında  qadına 

mənsub olub. Azıxantrop artıq oddan istifadə edir və onu uzun müddət saxlamağı 

bacarırdı.  Azıx  mağarasında  içərisində  dörd  mağara  ayısının  kəllə  sümüyü  olan 

azıxantrop  gizləncləri  tapılmışdır.  Bu  kəllələrdən  birinin  üzərində  yeddi  paralel 

çərtik  var  idi.  Azərbaycan  alimi  İqrar  Əliyev  hesab  edir  ki,  bu  çərtmələr 

azıxantroplarda say olmasına işarədir. 



 

 


62 

 

-B- 



 

"Bab  əl-Əbvab"

  (ər.  "qapılar  qapısı")  -  Dərbəndin  ərəb  mənbələrindəki 

adı. 

Babək

  (798  -  838)  -  əsl  adı  Həsəndir.  Həsən  Ərdəbil  yaxınlığındakı 

Bilalabad  kəndində  kasıb  ailəsində  anadan  olmuşdur.  Həsən  hələ  uşaq  ikən 

quldurlar onun atasını öldürmüşdülər. Anası onu çox böyük əzab-

əziyyətlə  böyütmüşdür.  Yeniyetmə  Həsən  ilk  vaxtlar  çoban, 

sonralar  isə  dəvəçi  olmuşdur.  Həsən  Təbrizdə  usta  şagirdi  kimi 

çalışır, öz cüzi qazancı ilə anasına  kömək edirdi. Həsən hər yerdə 

Azərbaycan  xalqının  ərəb  zülmü  altında  qüssəli  həyatını  görürdü. 

Özünün  gələcək  şagirdi  və  həmkarı  Həsən  ilə  ilk  görüşündə 

Cavidan  onun  dərrakəliliyini,  qoçaqlığını,  vətənpərvərliyini 

duymuş və onu özü ilə Bəzz qalasına gətirmişdir. Az sonra Həsən "Babək" ləqəbi 

ilə xürrəmilərin təlimini qəbul etmiş  və  Cavidanın sədaqətli köməkçisi olmuşdur. 

816-cı ildə Cavidan ərəblərlə  döyüşlərdən birində öldürüləndən sonra xürrəmilərə 

başçılıq  etmək  18  yaşlı  Babəkə  qismət  olmuşdur.  Babək  xalqın  əksər  hissəsini 

azadlıq  uğrunda  mübarizəyə  qaldıra  bilmiş  və  xürramilərin  qoşunlarında  ciddi 

nizam-intizam  yaratmışdır.  Babəkin  başçılığı  ilə  xürrəmilər  21  il  ərzində  ərəblərə 

qarşı  mübarizə  aparmış,  ərəb  ordularını  bir  neçə  dəfə  ağır  məğlubiyyətə 

uğratmışlar.  Bəzz  qalasının  ərəblər  tərəfindən  mühasirəsi  zamanı  onlar  Babəkin 

oğlunu  əsir  götürmüş  və  məcbur  etmişdilər  ki,  atasına  mübarizəni  dayandırarsa, 

xəlifənin  onu  bağışlayacağı  haqqında  məktub  yazsın.  Babək  oğluna  belə  cavab 

vermişdir:  "Əgər  sən  mənim  oğlum  olsaydın,  mənim  kimi  olardın,  amma  sən 

mənim  oğlum  deyilsən.  Sənin  bir  gün  azad  yaşamağın  qırx  il  miskin  qul  kimi 

yaşamağından  yaxşı  olardı".  Bəzz  qalası  ərəblər  tərəfindən  tutulduqdan  sonra 

Babək  Arrana  getdi  ki,  yeni  qüvvələr  toplayıb  müharibəni  davam  etdirsin,  lakin 

keçmiş  müttəfiqi  Səhl  ibn  Sunbat  tərəfindən  xəyanətlə  tutulub  ərəblərə  verildi. 

Babək 838-ci il martın 14-də Samirədə edam edildi. 



Babil

  (şumer.  Kandiqirru,  akkad.  Babilu;  hərfi  mənası  -  "allahın  qapısı")  - 

Fərat  çayının  orta  axarında  qədim  şəhər,  müasir  Bağdadın  90  km-liyindədir.  Ön 

Asiyanın  su  və  karvan  yollarının  qovşağında  yerləşən  Babil  Hammurapinin 

hökmdarlığı dövründə iri ticarət şəhəri və müstəqil çarlığın paytaxtı idi. Təxminən 

e.ə.  1595-ci  ildə  hettlər  tərəfindən  tutulmuş  və  təqribən  e.ə.  1518-ci  ildə  isə 

kassitlərin  hakimiyyəti  altına  düşmüşdür.  E.ə.  732-ci  ildən  Assuriya  dövlətinin 

tərkibində olmuşdur. E.ə. 689-cu ildə qiyam edən Babil Assuriya çarı Sinaxeribin 

əmri  ilə  dağıdıldı.  E.ə.  VI  əsrdə  Babilistan  hökmdarı  Navuxodonosorun 

hakimiyyəti  illərində  Babil  şəhəri  çiçəklənmə  dövrünü  yaşayırdı,  burada  böyük 

tikinti  işlərinə  başlanıldı  -  şəhərin  ətrafına  məşhur  İştar  darvazası  olan  möhkəm 

divarlar  çəkildi;  Marduk  allahının  şərəfinə  zikkurat  tikildi.  Babilistanda  hökmdar 

Navuxodonosorun sarayında "Semiramidanın asma bağları" salınmışdı. Bu dövrdə 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə