Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə31/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   27   28   29   30   31   32   33   34   ...   205

63 

 

Babil dünyanın ən böyük şəhəri idi. E.ə. 538-ci ildə Əhəməni şahı Kir tərəfindən 



tutulmuşdur.  Babil  bir  müddət  Makedoniyalı  İsgəndərin  dövlətinin  də  paytaxtı 

olmuşdur.  E.ə.  312-ci  ildə  Makedoniyalı  İsgəndərin  diadoxu  Selevk  tərəfindən 

tutulmuşdur.  O,  şəhərin  əhalisinin  böyük  hissəsini  öz  paytaxtına  -  Selevkiyaya 

köçürmüşdü. Həmin dövrdən Babil öz əhəmiyyətini itirmişdir. 



"Babil  həngaməsi"

  -  Bibliyada  yazılmış  əfsanəyə  görə,  qürrələnmiş 

insanlar  qərara  alırlar  ki,  səmaya  çatmaq  üçün  Babildə  möhtəşəm  bir  qüllə  inşa 

etsinlər.  Yəhudi  allahı  Yahve  (Yəhva)  bunun  qarşısını  almaq  məqsədi  ilə  onların 

dillərini qarışdırır; insanlar bir-birlərini başa düşə bilmirlər və Yahve onları bütün 

dünyaya səpələyir. 



babilər hərəkatı

 - 1844 - 52-ci illərdə İranda (Mazandaran və Neyrizdə) və 

Cənubi  Azərbaycanda  Babın  dini-siyasi  təliminə  -  babizmə  əsaslanan  hərəkat. 

Kişilərin  və  qadınların  bərabərliyi  ideyası  qadınları  da  babizmə  cəlb  etmişdir. 

Qəzvin  şəhəri  (Cənubi  Azərbaycan)  müctəhidinin  qızı  Zərrintac  babilər  arasında 

böyük  hörmətə  malik  idi.  Özünün  alovlu  çıxışları  və  lirik  şerləri  ilə  o,  Qəzvində 

babilərin  sayının  artmasına  səbəb  olmuşdur.  Qəzvini  məcburiyyət  qarşısında  tərk 

edən  Zərrintac  İranın  müxtəlif  şəhər  və  kəndlərində  babizmin  təbliğini  davam 

etdirirdi.  Zərrintac  1852-ci  ildə  Tehranda  öldürülmüşdür.  Babilər  hərəkatı 

Zəncanda  (Cənubi  Azərbaycan)  daha  fəal  idi.  1850-ci  ildə  təkcə  Zəncanda 

babilərin sayı 15 min nəfərə çatırdı. Babilər 1850-ci ilin mayında  Zəncanın şəhər 

qalasını  tutdular.  Qadınlar  barrikadalar  qurur,  kişilərlə  bərabər  vuruşurdular. 

Babilər arasında çoxlu kəndli, sənətkar, tacir və ruhanilər var idi. Zəncanda üsyana 

Molla  Məhəmməd  Əli  rəhbərlik  edirdi.  Babilər  hökumət  qoşunlarının  birinci 

həmləsini dəf edə bilmişdilər. 1850-ci ilin dekabrında 30 minlik şah qoşunları və 

feodal  dəstələri  Zəncanı  mühasirəyə  aldılar.  Mühasirədən  çıxmağa  cəhd  ərən 

babilərin  xeyli  hissəsi  həlak  oldu.  Məhəmməd  Əli  yaralandı  və  üç  gündən  sonra 

öldü.  Sağ  qalan  babilər  5  günlük  salan  sonra  onlara  şəhəri  tərk  etməyə  imkan 

verilməsi şərti ilə müqaviməti dayandırdılar. Şah qoşunlarının sərkərdələri Qurana  

and  içdilər  ki,  həmin  şərti  yerinə  yetirəcəklər,  lakin  az  sonra  silahı  yerə  qoymuş 

üsyançılar məhv edildi. 

Babur

  (1483  -  1530)  -  sərkərdə.  Fərqanədə  (Mərkəzi  Asiya)  Teymurilər 

nəslindən  türk-monqol  ailəsində  anadan  olmuşdur.  1504-cü  ildə 

Fərqanə  uğrunda  mübarizədə  məğlub  olan  Babur  Əfqanıstan  və 

Hindistan  üzərinə  yürüş  etdi.  1526-cı  ildə  Panipat  şəhəri 

yaxınlığında  Dehli  sultanlığının  əfqan  hökmdarını  darmadağın 

edib,  Hindistan  və    Əfqanıstanın  böyük  hissəsini  tutaraq  Böyük 

Moğollar imperiyasımn əsasını qoydu.  



bac 

-  Şərq  ölkələrində  yolçulardan  və  daşınan  yüklərə  görə  tacirlərdən 

alınan yol rüsumu ilk dəfə monqollar tərəfindən tətbiq edilmişdir. 

"bacarıqlı  insan"

  -  əmək  alətləri  hazırlaya  bilən  ən  qədim  insan.  İki 

milyon il əvvəl Şərqi Afrikada  meydana gəlmişdir. "Bacarıqlı insan", demək olar 



64 

 

ki,  əmələ  gəldiyi  insanabənzər  meymundan  fərqlənmirdi.  Lakin  o,  qabağa  çox 



əyilsə də, artıq iki ayağı üzərində gəzirdi. O, sadə işlər görür, ən sadə əmək alətləri 

düzəldə    bilirdi.  "Bacarıqlı  insan"ın  qalıqları  ingilis  arxeoloqları  ər-arvad  Likilər 

tərəfindən Şərqi Afrikanın    Oldvey vadisində aşkar edilmişdir. 

Bakı Fəhlə  Deputatları  Soveti

 

(Baksovet)  -  1)

  1905-ci  il  noyabrın  25-də 

mədən-zavod  komissiyaları  nümayəndələrinin  yığıncağında  yaradılmışdır.  226 

üzvdən  ibarət  olmuşdur.  Menşeviklər  Baksovetdə  yerlərin  çoxunu  qazanmışdılar, 

L.Şendrikov Baksovetin sədri seçilmişdir. 1906-cı 

il  fevralın  23-də  Bakı  qubernatorunun  əmri  ilə 

Baksovetin  bütün  üzvləri  həbs  olunmuşdur;  2) 

1917-ci  il  martın  6-da,  Rusiyada  Fevral  burjua-

demokratik inqilabından  sonra  yaradılmışdır. Eser 

-  menşevik  -  daşnak  Baksovetinin  rəhbərliyi 

bütövlükdə erməni və ruslardan ibarət idi. 1917-ci 

il oktyabrın 22-də Baksovetə yeni seçkilər keçirildi 

və  səslərin  əksəriyyətini  (40%)  "Müsavat" 

partiyası  aldı.  Müsavatçıların  qələbəsi  bolşeviklərlə  yanaşı,  menşevik,  eser  və 

daşnakları  da  narahat  edirdi.  "Müsavat"ın  Baksovetdə  iştirakdan  imtina  eləməsi 

bolşeviklər  üçün  göydəndüşmə  oldu,  onlar  eserlərlə  birlikdə  Baksovetdə  çoxluq 

təşkil  etdilər.  Bolşeviklər  bir  neçə  gündən  sonra  Baksovetin  silahlı  qüvvələrini  - 

qırmızı  qvardiyanı  yaratdılar.  1917-ci  il  noyabrın  2-də  Bakı  Soveti  Bakıda  sovet 

hakimiyyətini elan etdi, Baksovetin icraiyyə komitəsinin sədri vəzifəsinə bolşevik 

Stepan  Şaumyan  seçildi.  1917-ci  ilin  dekabrında  bolşeviklər  yeni  seçki  qanunu 

qəbul  etdilər  və  Baksovetə  yeni  seçkilər  keçirdilər,  nəticədə  səslərin  çoxunu 

bolşeviklərlə  daşnaklar  əldə  etdilər.  Bu  zaman  çar  qoşunlarının  Qafqaz 

cəbhəsindən  Bakı  vasitəsilə  geri  qayıdan  bir  çox  əsgərləri  Baksovetin  qırmızı 

qvardiyası  sıralarına  daxil  oldular.  1917-ci  ilin  dekabrında  bolşeviklər  Qafqaz 

Ordusunun  mənzil-qərargahını  başda  Korqanov  olmaqla  Tiflisdən  Bakıya  köçürə 

bildilər.  1918-ci  il  yanvarın  sonlarında  qırmızı  qvardiya  və  Xəzər  Donanması 

Baksovetə tabe etdirildi. Nəticədə 1918-ci ilin martında Baksovetin əlində 20 min 

əsgər  cəmləşdirilmişdi.  Şaumyan  başda  olmaqla  Baksovet  əksinqilabla  mübarizə 

bəhanəsi  ilə  Bakının  azərbaycanlı  əhalisini  məhv  etmək  və  qorxutmaq  yolu  ilə 

"Müsavat" partiyasını dayağından məhrum etmək istəyirdi. 1918-ci il martın 30-da 

Bakıda  ilk  atəşlər  açıldı.  Baksovetin  tərəfində  çıxış  edən  "Daşnaksütyun  "  və 

"Erməni  milli  şurası"  bolşeviklərin  müsavatçılarla  mübarizəsini  azərbaycanlı 

əhalinin  qanlı  qırğınına  çevirdilər.  Azərbaycanlı  əhaliyə  qarşı  qırğınlar  aprelin  2-

dək  davam  etdi;  müxtəlif  tədqiqatçıların  fikrincə,  üç  gün  ərzində  12  mindən  30 

minədək azərbaycanlı həlak oldu. Bundan sonra bolşeviklər və daşnaklar Şamaxı, 

Quba,  Xaçmaz,  Lənkəran,  Hacıqabul  və  Salyanda  azərbaycanlı  əhalinin  qırğınını 

davam  etdirdilər.  Hərçənd  "mart  qırğını"ndan  sonra  Bakıda  hakimiyyət  formal 

olaraq bolşeviklərə keçdi, lakin faktik olaraq o, əslində, şəhərin idarə sistemindəki 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə