Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə28/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   24   25   26   27   28   29   30   31   ...   205

57 

 

SSR-in  tabeliyindən  çıxarıldı.  Erməni  bandit  təşkilatları  silah  və  ərzaq  anbarları 



yaradır. XİK isə azərbaycanlılardan hətta ov tüfənglərini də müsadirə edirdi. XİK-

in fəaliyyətsizliyi  ilə  iyunda erməni  silahlı dəstələri DQMV-də azərbaycanlıların 

yayayış məntəqələrini mühasirəyə  aldılar, iyulda isə Sovet Ordusunun köməkliyi 

ilə bütün azərbaycanlılar (16 min nəfər) Stepanakertdən qovuldu. 

İyunun 16-da Bakıda "Azərhaycan Xalq Cəbhəsi" (AXC) yaradılır, Əbülfəz 

Əliyev  (Elçibəy)  isə  onun  sədri  seçilir.  AXC 

respublika  ərazisinin  suverenliyi  və  bütövlüyü 

uğrunda  çıxış  edən  bütün  qüvvələri  birləşdirirdi. 

İyunun  29-da  AXC  İdarə  Heyətinin  üzvləri  Etibar 

Məmmədov  və  Nemət  Pənahov  Bakıda  ümumşəhər 

mitinqi  təşkil  etdilər.  Mitinq  iştirakçıları  aşağıdakı 

tələbləri  irəli  sürdülər:  Azərbaycanın  suverenliyi  və 

iqtisadi  müstəqilliyi  haqqında  qanun  qəbul  edilsin; 

DQMV  üzrə  XİK  ləğv  edilsin;  respublika  şəhərlərindəki  fövqəladə  vəziyyət  ləğv 

edilsin;  AXC  qeydə  alınsın  və  s.  İyulun  sonlarında  Şaumyan  rayon  Xalq 

Deputatları  Soveti  Azərbaycan  SSR  Ali  Sovetinə  onun  DQMV  tərkibinə 

keçirilməsi  haqqında  xahişlə  müraciət  etdi. 

Sentyabrın  4-də  Azərbaycanda  ümumilli  tətil 

başlandı;  respublika  rəhbərliyinin  istefası  tələbi  də 

əvvəlki  tələblərə  əlavə  olundu.  Sentyabrın  15-də 

Azərbaycan  SSR  Ali  Sovetinin    fövqəladə  sessiyası 

çağırıldı  və  vətənpərvər  qüvvələrin  təzyiqi    altında 

sessiyada  AXC-nin  və  mitinqçilərin  əsas  tələbləri 

qəbul olundu, sentyabrın 23-də sessiya "Azərbaycan SSR-in suverenliyi haqqında" 

konstitusiya  qanunu  qəbul  etdi.  Oktyabrın  5-də  AXC  rəsmən  qeydə  alındı. 

Azərbaycanın  mütərəqqi  qüvvələrinin  davamlı  tələbindən  sonra  SSRİ  Ali  Soveti 

noyabrın 28-də XİK-i ləğv etdi. Dağlıq Qarabağın idarəsi SSRİ Ali Soveti Xüsusi 

Komitəsinin  nəzarəti  altında  olan  Azərbaycan    SSR  Təşkilat  Komitəsinə  həvalə 

olundu.    Təşkilat  komitəsi    hərbi    komendantlığın  və  Xüsusi  Təyinatlı  Milis 

Dəstəsinin    (XTMD)  köməkliyi    ilə  Azərbaycan  kəndlərini  mühasirədən 

çıxarmağa,  qeyri-qanuni  silahlı  dəstələri  ləğv  etməyə,  Ermənistandan  silah 

gətirilməsinin  qarşısını  almağa  başladı.  Dekabrın    1-də  Ermənistan  "Ermənistan 

SSR-lə  DQMV-nin  birləşməsi  haqqında"  konstitusiyaya  zidd  qərar  qəbul  etdi. 

Naxçıvan MSSR Ermənistan tərəfindən blokadaya alındı. Respublika rəhbərliyinin 

passivliyi  və  nüfuzdan  düşməsi,  Qarabağ  probleminin    kəskinləşməsi    tədricən 

Azərbaycanda  idarəolunmaz  şərait  yetişdirdi,  dövlət  orqanları  ilə  xalq  kütlələri 

arasında  fasiləsiz  baş  verən  münaqişələr  respublikanı  bürüdü.  Noyabr  -  dekabr 

aylarında  Ağcabədi  və  Sabirabad  rayonlarında,  eləcə  də  Naxçıvan  MSSR-də 

raykomların  birinci  katibləri  əhalinin  təzyiqi  ilə  istefaya  getdilər.  1989-cu  il 

dekabrın 31-də  Naxçıvan MSSR-də  Sovet  -  İran sərhədi boyunca 137 km sahədə 




58 

 

sərhəd-mühəndis qurğuları söküldü. 1990-cı ilin yanvarında AXC Lənkəran şöbəsi 



rayon  hakimiyyət  orqanlarının  fəaliyyətini  müvəqqəti    dayandırdı.    Lənkərana 

göndərilən  mexaniki  hərbi  hissə  Salyan  və  Sabirabad  rayonları  sakinlərinin  canlı 

sipəri  ilə  dayandırılmışdı.  Eyni  zamanda,  DQMV-də  Azərbaycan  kəndlərinə  və 

Ermənistanla  sərhəddə  ermənilərin  hücumları  çoxaldı.  Bakıda  bir  erməninin  iki 

azərbaycanlını  öldürməsi  ilə  əlaqədar  olaraq  yanvarın 

13-də ermənilər əleyhinə aksiyalara əl atıldı və nə yerli 

hüquq-mühafizə  orqanları,  nə  də  SSRİ  DİN-in  burada 

yerləşən  12  min  nəfərlik  silahlı  qüvvələri  buna  mane 

olmadılar. 

Bakının 


erməni 

əhalisinin 

çoxu 

azərbaycanlılar tərəfindən təxliyə edildi, artıq yanvarın 



15-də ermənilər əleyhinə aksiyalar qurtardı. Elə həmin 

gün  SSRİ  Ali  Soveti  Rəyasət  Heyəti  DQMV-də  və 

ətraf  rayonlarda  fövqəladə  vəziyyət  elan  etdi.  Mərkəz 

yaranmış  şəraiti  Azərbaycan  demokratik  milli-azadlıq 

hərəkatını boğmaq  üçün əlverişli  hesab etdi.  Yanvarın 

17-də  Bakıda  Azərbaycan  KP  MK-nm  binası  önündə 

Ermənistanın  Azərbaycana  qarşı  ərazi  iddialarına  son  qoyulması  və  Bakıda 

cəmləşdirilmiş sovet qoşunlarının isə Dağlıq Qarabağa və Ermənistanla sərhədlərə 

göndərilməsi  tələbi  ilə  mitinq  başlandı.  Yerli  əhalinin  təzyiqi  ilə  yanvarın  19-da 

Naxçıvan  MSSR  Ali  Soveti  muxtar  respublikanın  SSRİ-nin  tərkibindən  çıxması 

haqqında  qərar  qəbul  etdi.  1990-cı  il  yanvarın  19-da  SSRİ  Ali  Soveti  Rəyasət 

Heyəti Azərbaycan SSR Ali Sovetinin razılığı olmadan Bakıda fövqəladə vəziyyət 

elan  edilməsi  haqqında  fərman  verdi.  Şəhər  əhalisini  qəflətən  yaxalamaq  və  ona 

divan  tutmaq  üçün  yanvarın  19-u  saat  19

22

  dəqiqədə  telestudiyanın  enerji  bloku 



partladıldı.  Bunun  da  nəticəsində  Azərbaycan 

televiziyasının  fəaliyyəti  dayandı  və  Bakı  əhalisi 

mərkəzi televiziya ilə elan olunmuş fövqəladə vəziyyət 

haqqında  fərmandan  xəbərsiz  qaldı.  Yanvarın  20-də 

hələ  saat  24-ə  xeyli  qalmış  Qorbaçovun  birbaşa 

göstərişi ilə sovet qoşunları SSRİ müdafiə naziri marşal 

Yazovun  rəhbərliyi  ilə  dinc  şəhəri  tutmaq  üçün 

"Tayfun"  əməliyyatını  həyata  keçirməyə  başladı.  Təkcə  rəsmi  məlumatlara  görə, 

Bakıda  və  respublikanın  digər  şəhərlərində  "qanlı  yanvar"  hadisələri  zamanı  131 

nəfər  həlak    olmuş,  744  nəfər  yaralanmış,  4  nəfər  itkin  düşmüş,  400  nəfər  həbs 

edilmişdi.  Sovet  qoşunları  AXC-nin  qərargahını  dağıtdılar.  Bu  hadisələrə  etiraz 

əlaməti  olaraq  40  günlük  ümummilli  tətil  başlandı.  Fövqəladə  vəziyyətə 

baxmayaraq,  Bakı  əhalisi  yanvarın  22-də  faciə  qurbanlarını  dəfn  etmək  üçün 

mərkəzi  küçə  və  meydanlara  çıxdı,  respublikada  3  gün  matəm  elan  olundu. 

Küçələrdə  və  Azərbaycan  KP  MK  binasının  divarlarında  "Qorbaçov  -  cəllad!", 

"Rədd  olsun  Sov.İKP!",  "İşğalçılar,  rədd  olun!"  və  s.  şüarlar  yazıldı.  Adamlar 




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə