Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə36/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   32   33   34   35   36   37   38   39   ...   205

73 

 

sentyabrında  rus  qoşunları  Avstriya-Macarıstan  ordularını  darmadağın  edərək 



Qalisiyanın  əksər  hissəsini  tutdular,  oktyabrda  isə  Avstriya-Macarıstan 

qoşunlarının  Polşada  əks-hücumunu  dəf  etdilər.  1914-cü  il  oktyabrın  29-da 

Osmanlı  imperiyası  alman  blokunun  tərəfində  müharibəyə  qoşuldu.  Cənubi 

Qafqazda,  Mesopotamiyada,  Suriya  və  Fələstinin  şərq  sərhədlərində  cəbhələr 

meydana  gəldi.  1914-cü  ilin  dekabr  -  1915-ci  ilin  yanvarında  Türkiyə  ordusu 

Cənubi  Qafqazda  rus  qoşunları  tərəfindən  məğlub  edildi.  1915-ci  ildə  Almaniya 

əsas zərbəsini Rusiyaya yönəltdi, Qorlitsa rayonunda cəbhəni yarıb Qalisiya, Polşa 

və  Baltik  ətrafının  bir  hissəsini  ələ  keçirdi,  lakin 

Rusiyanı  müharibədən  kənarlaşdırmağa  nail  ola 

bilmədi.  1915-ci  il  mayın  23-də  İtaliya  Antantaya 

qoşuldu. 1915-ci il oktyabrın 1 -də isə Bolqarıstan 

da  alman  bloku  tərəfində  çıxış  etdi  və  beləliklə, 

Dördlər ittifaqı yarandı. 1915-ci ildə Almaniya ilk dəfə olaraq yeni silahdan - sualtı 

qayıqdan  istifadə  etdi.  Dəniz  yollarında  ağalıq  edən  İngiltərə  donanmasını  məhv 

etməkdən ötrü qeyri-məhdud sualtı müharibəyə başlasa da, Almaniya istəyinə çata 

bilmədi.  1915-ci  ilin  baharında  Almaniya  müharibə  tarixində  ilk  dəfə  olaraq  İpr 

(Belçika) şəhəri yaxınlığında zəhərləyici maddələrdən (sonralar "iprit" adlandırılan 

xlor  buxarı)  istifadə  etdi,  amma  yalnız  taktiki  uğur  qazandı.  1916-cı  ildə 

Almaniyanın  Verden  rayonunda  ("Verden  qətliamı")  cəbhəni  yarmaq  cəhdi  boşa 

çıxdı.  1916-cı  ilin  iyununda  general  Brusilovun  başçılığı  ilə  rus  qoşunlarının 

hücumu  nəticəsində  Qalisiyanın  bir  hissəsi,  Bukovina  və  Karpat  ələ  keçirildi. 

1916-cı  ilin  iyulunda  ingilislər  Somma  çayı  üzərindəki  savaşda  Xarixdə  ilk  dəfə 

olaraq  tanklardan  istifadə  etdilər;  indi  onların  texnikası  almanların  texnikasından 

üstün  idi.  1916-cı  il  avqustun  27-də  Rumıniya  Antanta  tərəfində  müharibəyə 

qoşuldu,  lakin  ilin  sonlarına  yaxın  rumın  ordusu  dağıdıldı.  1917-ci  ilin  aprel  - 

mayında  ingilis  -  fransız  orduları  hücum  əməliyyatları  keçirdilər,  amma  onlar 

nəticəsiz qaldı. 1917-ci ilin aprelində ABŞ Almaniyaya müharibə elan etdi. 1917-ci 

ilin  oktyabrında  Almaniya  və  Avstriya-Macarıstan  qoşunları  Kaporetto 

yaxınlığında  italyanların  cəbhəsini  yararaq  İtaliyanın  çox  mühüm  mərkəzləri 

qarşısına  çıxdılar,  amma  buraya  gətirilmiş  ingilis  -  fransız  qoşunları  tərəfindən 

dayandırıldılar. 1917-ci ildə Rusiyada Oktyabr çevrilişi baş verdi və Rusiya 1918-

ci  ildə  özü  üçün  ağır  olan  separat  Brest  müqaviləsini  imzaladı  və  Birinci  Dünya 

müharibəsindən çıxdı. 1918-ci ilin mayından Qərb cəbhəsində amerikan qoşunları 

əməliyyatlara  qoşuldu.  İngilis  -  fransız  və  amerikan  qoşunlarının  fransız  marşalı 

Fosun  ümumi  komandanlığı  ilə  birgə  fəaliyyətləri  Almaniyanın  və  onun 

müttəfiqlərinin  tam  məğlubiyyəti  ilə  başa  çatdı.  1918-ci  il  sentyabrın  29-da 

Bolqarıstan,  oktyabrın  30-da  Osmanlı  imperiyası,  noyabrın  3-də  isə  Avstriya-

Macarıstan  təslim  oldu.  1918-ci  il  noyabrın  11-də  Almaniyada  Noyabr  inqilabı 

başlandı  və  Almaniya  təslim  oldu.  Almaniya  və  onun  müttəfiqləri  ilə  sülh 

müqavilələrinin qəti şərtləri 1919-cu ildə Versal sülh müqaviləsində həll edildi və 




74 

 

1921  -  22-ci  illər  Vaşinqton  konfransı  sazişləri  ilə  tamamlandı.  Birinci  Dünya 



müharibəsinə dünyanın müxtəlif hissəsindən olan 38 dövlət qoşulmuşdu. Vuruşan 

ölkələrin  canlı  qüvvə  itkisi  10  milyonadək  ölən  və  20  milyondan  artıq  yaralanan 

olmuşdur. Birinci Dünya  müharibəsinin məsrəfləri 80 milyard dollar idi (1913-cü 

ilin qızıl dolları hesabı ilə). 



birinci  ictimai  əmək  bölgüsü

  -  maldarlığın  əkinçilikdən  ayrılması. 

Azərbaycanda  bu  proses  erkən  tunc  dövründə  -  e.ə.  IV  minilliyin  sonları  -  III 

minillikdə  baş  vermişdir.  Birinci  imperiya  -  Fransada  imperator  I  Napoleonun 

hakimiyyətdə  olduğu  1804-cü  ildən  1814/15-ci  illərə  qədərki  dövr.  Birinci 

imperiya  Konsulluq  dövrünü  əvəz  etmişdir.  Birinci  respublika  -  1792-ci  il 

sentyabrın 22-də Böyük Fransa burjua inqilabının gedişində yaradılmış respublika. 

Formal  olaraq  1804-cü  ildə  I  Napoleonun  imperator  elan  edilməsinədək  mövcud 

olmuşdur. 

birja

  -  müəyyən  standart  və  ya  nümunələrlə  satılan  kütləvi  mal  (əmtəə), 

eləcə  də  qiymətli  kağızların  (səhm  və  ya  istiqrazların)  və  xarici  valyutanın  satış 

bazarının  müasir,  daha  inkişaf  etmiş  forması.  Müvafiq  olaraq  əmtəə  birjası,  fond 

birjası, valyuta birjası mövcuddur. 

"Birlik"

  -  1917-ci  ilin  avqustunda  RSDF(b)P  Bakı  Komitəsinin  nəzdində 

yaradılmış  təşkilat.  Təşkilatın  əsas  məqsədi  neft  sənayesi  fəhlələri  -  Volqaboyu 

tatarları arasında  inqilabi  işi  genişləndirmək idi.  "Birlik" təşkilatının sədri Hənifə 

Terequlov olmuşdur. 

Biruni,  əl-Biruni

  (973  -  1048)  –  Mərkəzi  Asiya  ensiklopediyaçı  alimi. 

Biruninin  riyaziyyat,  coğrafiya  və  astronomiya  üzrə  əsərlərinin  ayrı-ayrı 

müddəaları indəyədək öz əhəmiyyətini itirməmişdir. Bundan başqa, Biruni fizika, 

mineralogiya,  etnoqrafiya  və  tarix  elmlərini  də  tədqiq  edirdi.  Biruninin  müstəsna 

biliyə  malik  olması  o  dövrün  qabaqcıl  dünyagörüşü  ilə  uyğun  gəlirdi.  O,  dini 

xurafata  və  astrologiyaya  mənfi  münasibət  bəsləyir,  xalqlar  arasında  baş  verən 

düşmənçiliyə qarşı çıxırdı. 



bisti

  -  Səfəvilər  dövlətində  sah  I  Təhmasibin  dövründə  kəsilmiş  gümüş 

sikkə.  20  dinara  bərabər  tutulurdu.  XVII  əsrin  sonlarına  qədər  dövriyyədə 

olmuşdur. 



Bisütun  kitabəsi

  -  İranın  müasir  Kirmanşah  şəhəri  yaxınlığında  yerləşən 

Bisütun qayasının üzərində Əhəməni şahı I Daranın əmri ilə tərtib olunmuş relyefli 

kitabə.  Onların  köməkliyi  ilə  /  Dara  üsyançılar  üzərində  öz  qələbələrini,  özgə 

ölkələrin  istilası  və  tabe  etdirilməsini  əbədiləşdirmək  istəyirdi.  Üç  dildə  həkk 

edilən  kitabə  (qədim  fars,  Babil  və  Elam  dillərində)  min  sətirə  qədər  idi  (orta 

hesabla  hərəsi  2  m)  və  mixi  işarələrlə  qazılmışdı.  Relyefdə  ən  iri  fiqur  şah  I 

Daranın  uzun,  yaraşıqlı  geyimdə  olan  təsviri  idi.  O,  bir  ayağı  ilə  yıxılmış  əsiri 

tapdalayır.  Sahın  arxasında  onun  iki  silahlısı  durub.  Şahın  önündə  müxtəlif 

geyimli, qolları arxadan bağlanmış əsirlər təsvir olunub. Relyefin yuxarısında allah 

Ahura  Mazda  təsvir  edilib.  Relyefin  tikintisi  və  kitabənin  qazılması  nisbətən  az 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə