Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə35/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   31   32   33   34   35   36   37   38   ...   205

71 

 

("Metafizika  elminin  mövzusuna  dair  traktat")  və  "əl-Bəhcət  və  əs-səadət" 



("Gözəllik  və  səadət  kitabı").  Bəhmənyarın  əsərləri  bir  çox  Şərq  və  Avropa 

dillərinə tərcümə edilmişdir; XIX əsrdən nəşr olunur. 



bələdiyyə

 - şəhər özünüidarəsinin seçkili orqanı. 



Bəndər

  –  sənətkar,  1231-ci  ildə  Gəncədə  sənətkarların  və  şəhər 

yoxsullarının  xarəzmşah  Cəlaləddinə  qarşı  yönəlmiş  üsyanının  rəhbəri.  Üsyana 

yerli  əhalidən  alınan  verginin  həddən  çox  yığılması  səbəb  olmuşdu.  Mənbənin 

verdiyi  məlumata  görə,  üsyançılar  "şəhərin  rəisinin  sarayını  darmadağın  etdilər, 

məmurları  və  nökərləri  öldürdülər,    xarəzmşahların  hərbi    qarnizonlarını  məhv 

etdilər".  Qoşunla  Gəncəyə  yaxınlaşan  Cəlaləddin  üsyançılara  silahı  yerə  qoymağı 

əmr etdi və onları bağışlayacağını bildirdi, lakin üsyançılar təslim olmaqdan imtina 

etdilər.  Şəhərin  mühasirəsinə  başlandı.  Bəndər  şəhərdən  çıxıb  Cəlaləddinin  hərbi 

düşərgəsinə  basqın  etməyi  qərara  aldı,  lakin  üsyançılar  düşmən    süvarisinin  

həmləsinə tab gətirə bilmədilər. Xarəzmşahın qoşunu şəhərə soxuldu. Üsyançıların 

rəhbərlərindən  30  nəfəri  şəhərin  darvazaları  yanında  asıldı,  Bəndər  özü  isə 

şaqqalandı.  

bərpa

 - bax: restavrasiya.  



bəy 

(türk. "hökmdar", "ağa") - 1) Şərq ölkələrində tayfa-nəsil, sonralar isə 

feodal  əyanlarının  titulu.  İranda  tayfa  və  ya  bir  neçə  tayfanın  başçısı.  Mərkəzi 

Asiya və Cənubi Qafqaz xalqlarında orta əsrlərdə və yeni dövrdə feodalın - torpaq 

sahibinin  adı;  2)  müasir  Türkiyədə  -  kişilərə  müraciət  forması;  3)  1705  -  1957-ci 

illərdə Tunisdə irsən hakimiyyətə gələn hökmdar. 



Bəy  və  ağaların  hüquqları  haqqında  1846-cı  il  fərmanı

  -  Rusiya 

imperatoru  I  Nikolayın  1846-cı  il  dekabrın  6-da  verdiyi  fərman.  Fərman 

Azərbaycan  mülkədarlarının  xüsusi  mülkiyyət  kimi  torpaqlara  irsi  sahibkarlıq 

hüquqlarının  toxunulmazlığını  təmin  edirdi.  Fərman  çarizmin  bir  sıra  güzəştləri 

hesabına  yerli  feodallarla  ittifaq  yaratmaq  məqsədi  güdürdü.  Sonralar  fərmana 

1847-ci il "Kəndli əsasnamələri" əlavə edildi. 

Bəzz 

- Ərdəbil rayonunda yerləşən Bəzz qalası xürrəmilərin rəhbərlərindən 

olan xırda feodal Cavidana mənsub idi. Bəzz qalası üsyançı xürrəmilərin mərkəzi 

idi.  Cavidanın  vəfatından  sonra  xürrəmilər  hərəkatına  Babək  başçılıq  etmişdir. 

Ərəblər  837-ci  ildə  sərkərdə  Afşinin  başçılığı  ilə  Bəzz  qalasını  mühasirəyə 

almışdılar. 837-ci il avqustun 26-da Bəzz yaxınlığında döyüş oldu və bu, orta əsrlər 

tarixinin  ən  qanlı  savaşlarından  birinə  çevrildi.  Bu  savaşda  ərəblər  100  min, 

xürrəmilər isə 80 min nəfər döyüşçü itirdilər. Çətinliklə də olsa, ərəblər qalanı tuta 

bildilər və 8 min nəfərə qədər mühafizəçini əsir götürdülər. Babəkin ailə üzvləri və 

yaxın qohumları da əsirlər arasında olmuşdur. 



Bibliya 

(yun.  "Kitab")  -  əslində,  Bibliyaya  39  Əhdi-ətiq  və  27  Əhdi-cədid 

kitabı  daxildir.  Bibliyanı  təşkil  edən  kitablar  müxtəlif  dövrlərdə  (e.ə.  XII  əsr  - 

eramızın  II  əsri)  və  müxtəlif  yerlərdə  tərtib  olunmuşdur.  Bu  kitabların  vahid 

Bibliyada  birləşdirilməsi  eramızın  IV  əsrinin  axırlarında  -  xristianlığın  Roma 



72 

 

imperiyasının  rəsmi  dini  elan  edilməsindən  sonra  baş  vermişdir.  Bibliyanın  daha 



qədim hissəsi olan Əhdi-ətiq qədim yəhudilərin əsatir və rəvayətlərindən ibarətdir. 

Əhdi-ətiqdə  dünyanın  yaranmasından  və  yəhudi  xalqının  tarixindən  bəhs  edilir. 

İisus Xristosa (İsa Məsih) qədər olan peyğəmbərlərin kitabları da buraya daxildir. 

Əhdi-ətiq yəhudilərin, eləcə də xristianlığın yayıldığı xalqların müqəddəs kitabına 

çevrildi.  İudaizmin davamçıları  yalnız  Əhdi-ətiqi,  xüsusilə  də  Musa  peyğəmbərin 

Tövrat  adlanan  beş  kitabını  müqəddəs  sayırlar.  Bir  hissəsi  İncil  adlanan  Əhdi-

cədiddə  İsa  Məsihin  həyatı  və  deyimlərindən  və  həvarilərindən  (şagirdlərindən) 

bəhs edilir. Əhdi-cədidin Apokalipsis adlanan hissəsində dünyanın sonu haqqında 

xristian  dünyagörüşü  təsvir  olunur.  Pravoslav  və  protestant  kilsələri  Bibliyanı 

bütövlükdə deyil, onun yalnız müəyyən hissəsini qəbul edirlər. 



Bidlisi Şərəfxan

 - XVI əsr Azərbaycan tarixçisi. İkicildlik əsərində XVI əsr 

Səfəvilər dövlətinin və Azərbaycanın ayrı-ayrı əyalətlərinin tarixindən bəhs edir. 

Bilqamıs

  (şumer.  Bilqames)  -  Mesopotamiya  əsatirlərində  ölməzlik  otu 

axtaran və bu zaman bir çox şücaətlər göstərən məşhur qəhrəman. Bəzi tarixçilər 

onun  e.ə.  XXVII  əsrin  sonları  -  XXVI  əsrin  əvvəllərində  yaşadığını  və  Uruk 

şəhərinin  real  hökmdarı  olduğunu  güman  edirlər.  Ölümündən  sonra 

ilahiləşdirilmişdi.  Bilqamıs  o  dünyada  hakim,  eləcə  də  insanların  iblisdən 

müdafiəçisi və şəhər inşaatının yaradıcısı hesab edilirdi. Bilqamıs haqqında əfsanə 

hettlər, hürrilər arasında, Fələstində və b. yerlərdə də yayılmışdı. 



bill

  (ing.  "qanun")  -  Böyük  Britaniya,  ABŞ  və  bir  sıra  digər  ölkələrin 

qanunverici orqanlarına hökumət və ya parlament üzvünün baxılmaq üçün təqdim 

etdiyi qanun layihəsi. Billin və ona edilən düzəlişlərin taleyi parlamentdə çoxluğa 

malik olan partiyaların mövqeyindən asılı olur. Parlament tərəfindən qəbul edilmiş 

və dövlət başçısı tərəfindən təsdiqlənmiş bill qanun qüvvəsinə malik olur. 



Birinci  Dünya  müharibəsi

  -  kapitalist  dövlətlərinin  iki  bloku  -  Dördlər 

ittifaqı və Antanta arasında 1914 - 18-ci illərdə nüfuz dairəsi, xammal mənbələri və 

dünya  ağalığı  uğrunda  mübarizədə  münasibətlərin  son  dərəcə 

kəskinləşməsinə  görə  baş  vermiş  müharibə.  Ershersoq  Frans 

Ferdinandın  1914-cü  il  iyunun  28-də  Sarayevoda  Prinsip 

tərəfindən  öldürülməsini  bəhanə  edən  Avstriya-Macarıstan 

Almaniyanın təzyiqi altında iyulun 28-də Serbiyaya  müharibə 

elan  etdi.  Avqustun  1-də  Almaniya  Rusiyaya,  avqustun  3-də 

Fransaya  müharibə  elan  etdi,  avqustun  4-də  isə  Böyük 

Britaniya Almaniyaya müharibə elan etdi. 1914-cü il avqustun 

23-də  Yaponiya  Antantanın  tərəfində  müharibəyə  qoşularaq  Sakit  okeandakı 

Almaniya mülklərini tutmağa və Çini tabe etməyə başladı. Sosialistlər açıq şəkildə 

öz  hökumətlərinin  tərəfinə  keçdilər  və  nəticədə  //  İnternasional  dağıldı. 

Müharibənin ilk aylarında Marnadakı döyüşlər nəticəsində alman komandanlığının 

Fransanı darmadağın edib müharibədən çıxarması ümidi boşa çıxdı; buna rusların 

Şərqi Prussiyadakı hücumları və məğlubiyyəti də kömək etdi. 1914-cü ilin avqust - 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə