71
("Metafizika elminin mövzusuna dair traktat") və "əl-Bəhcət və əs-səadət"
("Gözəllik və səadət kitabı"). Bəhmənyarın əsərləri bir çox Şərq və Avropa
dillərinə tərcümə edilmişdir; XIX əsrdən nəşr olunur.
bələdiyyə
- şəhər özünüidarəsinin seçkili orqanı.
Bəndər
– sənətkar, 1231-ci ildə Gəncədə sənətkarların və şəhər
yoxsullarının xarəzmşah Cəlaləddinə qarşı yönəlmiş üsyanının rəhbəri. Üsyana
yerli əhalidən alınan verginin həddən çox yığılması səbəb olmuşdu. Mənbənin
verdiyi məlumata görə, üsyançılar "şəhərin rəisinin sarayını darmadağın etdilər,
məmurları və nökərləri öldürdülər, xarəzmşahların hərbi qarnizonlarını məhv
etdilər". Qoşunla Gəncəyə yaxınlaşan Cəlaləddin üsyançılara silahı yerə qoymağı
əmr etdi və onları bağışlayacağını bildirdi, lakin üsyançılar təslim olmaqdan imtina
etdilər. Şəhərin mühasirəsinə başlandı. Bəndər şəhərdən çıxıb Cəlaləddinin hərbi
düşərgəsinə basqın etməyi qərara aldı, lakin üsyançılar düşmən süvarisinin
həmləsinə tab gətirə bilmədilər. Xarəzmşahın qoşunu şəhərə soxuldu. Üsyançıların
rəhbərlərindən 30 nəfəri şəhərin darvazaları yanında asıldı, Bəndər özü isə
şaqqalandı.
bərpa
- bax: restavrasiya.
bəy
(türk. "hökmdar", "ağa") - 1) Şərq ölkələrində tayfa-nəsil, sonralar isə
feodal əyanlarının titulu. İranda tayfa və ya bir neçə tayfanın başçısı. Mərkəzi
Asiya və Cənubi Qafqaz xalqlarında orta əsrlərdə və yeni dövrdə feodalın - torpaq
sahibinin adı; 2) müasir Türkiyədə - kişilərə müraciət forması; 3) 1705 - 1957-ci
illərdə Tunisdə irsən hakimiyyətə gələn hökmdar.
Bəy və ağaların hüquqları haqqında 1846-cı il fərmanı
- Rusiya
imperatoru I Nikolayın 1846-cı il dekabrın 6-da verdiyi fərman. Fərman
Azərbaycan mülkədarlarının xüsusi mülkiyyət kimi torpaqlara irsi sahibkarlıq
hüquqlarının toxunulmazlığını təmin edirdi. Fərman çarizmin bir sıra güzəştləri
hesabına yerli feodallarla ittifaq yaratmaq məqsədi güdürdü. Sonralar fərmana
1847-ci il "Kəndli əsasnamələri" əlavə edildi.
Bəzz
- Ərdəbil rayonunda yerləşən Bəzz qalası xürrəmilərin rəhbərlərindən
olan xırda feodal Cavidana mənsub idi. Bəzz qalası üsyançı xürrəmilərin mərkəzi
idi. Cavidanın vəfatından sonra xürrəmilər hərəkatına Babək başçılıq etmişdir.
Ərəblər 837-ci ildə sərkərdə Afşinin başçılığı ilə Bəzz qalasını mühasirəyə
almışdılar. 837-ci il avqustun 26-da Bəzz yaxınlığında döyüş oldu və bu, orta əsrlər
tarixinin ən qanlı savaşlarından birinə çevrildi. Bu savaşda ərəblər 100 min,
xürrəmilər isə 80 min nəfər döyüşçü itirdilər. Çətinliklə də olsa, ərəblər qalanı tuta
bildilər və 8 min nəfərə qədər mühafizəçini əsir götürdülər. Babəkin ailə üzvləri və
yaxın qohumları da əsirlər arasında olmuşdur.
Bibliya
(yun. "Kitab") - əslində, Bibliyaya 39 Əhdi-ətiq və 27 Əhdi-cədid
kitabı daxildir. Bibliyanı təşkil edən kitablar müxtəlif dövrlərdə (e.ə. XII əsr -
eramızın II əsri) və müxtəlif yerlərdə tərtib olunmuşdur. Bu kitabların vahid
Bibliyada birləşdirilməsi eramızın IV əsrinin axırlarında - xristianlığın Roma
72
imperiyasının rəsmi dini elan edilməsindən sonra baş vermişdir. Bibliyanın daha
qədim hissəsi olan Əhdi-ətiq qədim yəhudilərin əsatir və rəvayətlərindən ibarətdir.
Əhdi-ətiqdə dünyanın yaranmasından və yəhudi xalqının tarixindən bəhs edilir.
İisus Xristosa (İsa Məsih) qədər olan peyğəmbərlərin kitabları da buraya daxildir.
Əhdi-ətiq yəhudilərin, eləcə də xristianlığın yayıldığı xalqların müqəddəs kitabına
çevrildi. İudaizmin davamçıları yalnız Əhdi-ətiqi, xüsusilə də Musa peyğəmbərin
Tövrat adlanan beş kitabını müqəddəs sayırlar. Bir hissəsi İncil adlanan Əhdi-
cədiddə İsa Məsihin həyatı və deyimlərindən və həvarilərindən (şagirdlərindən)
bəhs edilir. Əhdi-cədidin Apokalipsis adlanan hissəsində dünyanın sonu haqqında
xristian dünyagörüşü təsvir olunur. Pravoslav və protestant kilsələri Bibliyanı
bütövlükdə deyil, onun yalnız müəyyən hissəsini qəbul edirlər.
Bidlisi Şərəfxan
- XVI əsr Azərbaycan tarixçisi. İkicildlik əsərində XVI əsr
Səfəvilər dövlətinin və Azərbaycanın ayrı-ayrı əyalətlərinin tarixindən bəhs edir.
Bilqamıs
(şumer. Bilqames) - Mesopotamiya əsatirlərində ölməzlik otu
axtaran və bu zaman bir çox şücaətlər göstərən məşhur qəhrəman. Bəzi tarixçilər
onun e.ə. XXVII əsrin sonları - XXVI əsrin əvvəllərində yaşadığını və Uruk
şəhərinin real hökmdarı olduğunu güman edirlər. Ölümündən sonra
ilahiləşdirilmişdi. Bilqamıs o dünyada hakim, eləcə də insanların iblisdən
müdafiəçisi və şəhər inşaatının yaradıcısı hesab edilirdi. Bilqamıs haqqında əfsanə
hettlər, hürrilər arasında, Fələstində və b. yerlərdə də yayılmışdı.
bill
(ing. "qanun") - Böyük Britaniya, ABŞ və bir sıra digər ölkələrin
qanunverici orqanlarına hökumət və ya parlament üzvünün baxılmaq üçün təqdim
etdiyi qanun layihəsi. Billin və ona edilən düzəlişlərin taleyi parlamentdə çoxluğa
malik olan partiyaların mövqeyindən asılı olur. Parlament tərəfindən qəbul edilmiş
və dövlət başçısı tərəfindən təsdiqlənmiş bill qanun qüvvəsinə malik olur.
Birinci Dünya müharibəsi
- kapitalist dövlətlərinin iki bloku - Dördlər
ittifaqı və Antanta arasında 1914 - 18-ci illərdə nüfuz dairəsi, xammal mənbələri və
dünya ağalığı uğrunda mübarizədə münasibətlərin son dərəcə
kəskinləşməsinə görə baş vermiş müharibə. Ershersoq Frans
Ferdinandın 1914-cü il iyunun 28-də Sarayevoda Prinsip
tərəfindən öldürülməsini bəhanə edən Avstriya-Macarıstan
Almaniyanın təzyiqi altında iyulun 28-də Serbiyaya müharibə
elan etdi. Avqustun 1-də Almaniya Rusiyaya, avqustun 3-də
Fransaya müharibə elan etdi, avqustun 4-də isə Böyük
Britaniya Almaniyaya müharibə elan etdi. 1914-cü il avqustun
23-də Yaponiya Antantanın tərəfində müharibəyə qoşularaq Sakit okeandakı
Almaniya mülklərini tutmağa və Çini tabe etməyə başladı. Sosialistlər açıq şəkildə
öz hökumətlərinin tərəfinə keçdilər və nəticədə // İnternasional dağıldı.
Müharibənin ilk aylarında Marnadakı döyüşlər nəticəsində alman komandanlığının
Fransanı darmadağın edib müharibədən çıxarması ümidi boşa çıxdı; buna rusların
Şərqi Prussiyadakı hücumları və məğlubiyyəti də kömək etdi. 1914-cü ilin avqust -