Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə24/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   20   21   22   23   24   25   26   27   ...   205

49 

 

ərazisinin  10  min  km



2

-ni  itirdi  və  Azərbaycan  SSR-in 

ərazisi  86,6  min  km

2

-ə  bərabər  oldu.  Bu  bəyanata 



əsasən, Dağlıq Qarabağ ermənilərinə öz müqəddəratını 

təyin  etmək  hüququ  verilirdi.  Lakin  sonra  Nərimanov 

qətiyyətlə  Qarabağa  muxtariyyət  verilməsi  əleyhinə 

çıxış  etdi.  Amma  1923-cü  ilin  iyulunda  RK(b)P 

Zaqafqaziya 

Ölkə 


Komitəsi 

adından 


gəlmiş 

Orconikidze  və  Kirov  Azərbaycan  hökumətinə 

məsləhət gördülər ki, Dağlıq Qarabağın muxtariyyətini təsdiq etsinlər və hökumət 

bu  "məsləhət"i  sədaqətlə  yerinə  yetirdi.  Beləliklə,  Azərbaycan  ərazisində  Dağlıq 

Qarabağ  Muxtar  Vilayəti  (DQMV)  yaradıldı.  Ermənistan  Naxçıvana  da  öz 

iddialarını  irəli  sürürdü,  lakin  1921-ci  il  martın  16-da  Moskvada  imzalanmış 

Rusiya  –  Türkiyə  müqaviləsinə  əsasən,  Türkiyə  yalnız  bir  şərtlə  öz  qoşunlarını 

Naxçıvan ərazisindən çıxarırdı ki, Rusiya Naxçıvanın Azərbaycanın tərkib hissəsi 

olduğunu  qəbul  etsin  və  onu  hər  hansı  bir  üçüncü  tərəfə  verməsin.  1924-cü  ilin 

fevralında  Azərbaycan  SSR-in  tərkibində  Naxçıvan  Muxtar  Sovet  Sosialist 

Respublikası  (Nax.MSSR)  yaradıldı.  1922-ci  ildən  1936-cı  ilə  qədər  Azərbaycan 

SSR Ermənistan və Gürcüstan SSR-lə birlikdə ZSFSR tərkibinə daxil oldu. 1936-cı 

ildə ZSFSR ləğv edildi və Azərbaycan SSR ayrıca müttəfiq respublika kimi SSRİ-

nin  tərkibinə  daxil  oldu.  Yeni  iqtisadi  siyasətin  (YİS)  heyata  keçirilməsi  ilə 

Azərbaycanın  neftçıxarma  və  neft  istehsalı  sənayesi  bərpa  edildi.  YİS 

Azərbaycanın  kənd  təsərrüfatında  da  müsbət  dəyişikliklərə  səbəb  oldu. 

Sənayeləşdirmə neftlə yanaşı, Azərbaycanın digər sənaye sahələrinin də inkişafına 

səbəb oldu. 1928-ci ildən etibarən kənd təsərrüfatında zorakılıqla kollektivləşdirmə 

bütün  kəndlilərdə  narazılıq  doğurdu  və  bu,  1930-cu  ildə  Gəncədə  (Bitdili), 

Naxçıvan  MSSR-də  (Keçili  kəndi)  və  Nuxa  -  Zaqatala  bölgəsində  kəndlilərin 

üsyanlarına  səbəb  oldu;  üsyanlar  sovet  qoşunları  tərəfindən  yatırıldı.  Mərkəzin 

siyasətinə  uyğun  olaraq  respublika  rəhbərliyindəki  milli  kadrlar  vəzifələrindən 

uzaqlaşdırıldı və belə bir şəraitdə ermənilərin və rusların mövqeyi xeyli gücləndi. 

Lakin  çəkişmələr  və  hakimiyyət  uğrunda  daim  aparılan  mübarizə  Azərbaycanın 

siyasi və iqtisadi həyatına mənfi təsir göstərdi. Son hesabda isə mərkəz respublika 

rəhbərliyini özünə sədaqətli olan milli kadrlardan birinə həvalə etməyi qərara aldı. 

1932-ci  ildə  Mir  Cəfər  Bağırov  Azərbaycan  SSR  Xalq  Komissarları  Sovetinin 

(XKS)  sədri,  1934-cü  ildə  isə  həm  də  AK(b)P  MK-nın  birinci  katibi  vəzifəsinə 

təyin  edildi.  Bu  dövrdə  SSRİ-də  inzibati  amirlik  idarə  sistemi  və  Stalinin 

şəxsiyyətinə  pərəstiş  formalaşdı,  ayrı  cür  düşünənlərə  qarşı  kütləvi  repressiyalar 

başlandı.  Azərbaycanda  repressiya  prosesində  1937-ci  ildən  başlayaraq  keçmiş 

partiya  və  dövlət  xadimlərindən  R.Axundov,  D.Bünyadzadə,  Q.Vəzirov, 

Ə.H.Qarayev, Q.Musabəyov, H.Sultanov, Ə.Xanbudaqov, S.Əfəndiyev və bir çox 

başqaları tutulmuş və ya edam edilmişdilər. Repressiyaya məruz qalanlar arasında 

Azərbaycan ziyalıları və mədəniyyətinin Məmmədkazım Ələkbərli, Əhməd Cavad, 



50 

 

Hüseyn  Cavid,  M.Mümtaz,  Salman  Mümtaz,  Mikayıl  Müşfiq,  Əli  Razi,  Tağı 



Şahbazi,  Yusif  Çəmənzəminli,  Bəkir  Çobanzadə  və  bir  bir  çox  başqa  görkəmli 

nümayəndələri  də  olmuşdur.  Həbs  düşərgələrində  minlərlə  fəhlə,  “etibarsız” 

kəndlər  və  kəndli  ailələri  Qazaxıstan  və  Sibirə  sürgün  olunurdular.  Repressiya 

zamanı  Azərbaycan SSR-dən cəmi 50  min nəfərə  yaxın adam edam edilmiş, 100 

mindən  çoxu  isə  həbs  düşərgələrinə  salınmış  və  sürgün  olunmuşdur.  "Xalq 

düşmənləri" ilə mübarizədə ümumi psixoz vəziyyətindən istifadə edən Ermənistan 

SSR  rəhbərliyi  əsas  zərbəni  bu  respublikada  yaşayan  azərbaycanlılara  qarşı 

yönəltdi.  Şantaj  hədə  nəticəsində  bir  çox  azərbaycanlı  doğma  yerləri  tərk  edib 

qaçqın kimi Azərbaycana köçdü. 

XX  əsrin  30-cu  illərinin  sonlarına  yaxın  Azərbaycan  SSR-in 

iqtisadiyyatında  müəyyən  uğurlar  qazanılmışdır:  62  iri  müəssisə  inşa  edilib 

istismara  verilmiş,  neft  hasilatı,  eləcə  də  yüngül  sənaye  müəssisələrində  istehsal 

olunan  məhsulun  həcmi  artmışdır.  Bu  dövrədək  Azərbaycanda  artıq  patriarxal  və 

kapitalist təsərrüfat  formaları  bütünlüklə ləğv edilmiş, dövlət iqtisadiyyatının və 

ticarətdə  dövlət  inhisarının  bölünməz  hökmranlığı 

bərqərar  olmuşdur.  Azərbaycan  SSR-də  sovet 

hakimiyyəti 

qurulan 


kimi 

“mədəni 


inqilab” 

başlanmışdır.  Kommunist  ideologiyasına  görə,  hər 

hansı  bir  digər  ideologiya  mənəvi  həyatdan 

çıxarılmalı idi, buna görə də kommunistlər dinə qarşı 

barışmaz  mübarizə  aparırdılar.  Əgər  XX  əsrin  20-ci 

illərinin  əvvəllərində  Şimali  Azərbaycanda  3  minə 

yaxın  məscid  var  idisə,  30-cu  illərin  sonlarında 

onlardan yalnız 20-yə qədəri qalmışdı. Köhnə kitablar və qədim əlyazmalar məhv 

edilmiş,  hətta  Novruz  bayramı  da  "əksinqilabi"  elan  olunmuşdu.  1922-ci  ildən 

Azərbaycan yazısının ərəb qrafikasından latın əlifbasına keçilməsinə başlanıldı və 

bu proses 1928-ci ildə başa çatdırıldı. Türkiyə də Azərbaycanın təcrübəsini davam 

etdirdi.  Lakin  bundan  sonra  türk  xalqlarının  daha  da  yaxınlaşacağından  təşvişə 

düşən  sovet  hökuməti  1940-cı  ildə  Azərbaycan  yazısının,  bu  dilin  fonetik 

xüsusiyyətlərini nəzərə almaqla rus qrafikası əsasında tərtib olunmuş yeni əlifbaya 

- kiril əlifbasına keçilməsi haqqında qanun qəbul etdi. Bununla belə, savadsızlığın 

ləğv  edilməsi  sahəsində  böyük  müvəffəqiyyətlər  əldə  olunmuş,  1931-ci  ildən  isə 

ibtidai  icbari  təhsilə  keçilmişdir.  1921-ci  ildə  Azərbaycan  Politexnik  İnstitutu, 

Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutu,  Şərqdə  ilk  konservatoriya,  Ali  İncəsənət 

Məktəbi açılmışdır. 1930-cu illərin əvvəllərində Tibb İnstitutu təşkil edildi, 1934-

cü  ildə  Sənaye  və  Xalq  Təsərrüfatı  institutları  açıldı.  1920-ci  ildə  Azərbaycan 

Dövlət Muzeyi,  1936-cı  ildə  isə  Azərbaycan İncəsənət Muzeyi  yaradıldı.  1928-ci 

ildə  Respublika  Kitabxanası  qapılarını  oxucuların  üzünə  açdı.  1923-cü  ildə 

"Azərbaycanı  Tədqiq  və  Tətəbbö  Cəmiyyəti"  yaradıldı.  1932-ci  ildə  SSRİ  EA 

Zaqafqaziya  filialının  Azərbaycan  bölməsi  yaradıldı.  1926-cı  ildə  respublikada 




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə