Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə42/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   38   39   40   41   42   43   44   45   ...   205

85 

 

qoşun  və  ərzaqla  yardım  göstərdi.  1796-cı  ildə  general  Zubovun  başçılığı  ilə  rus 



qoşunlarının  Azərbaycana  yürüşü  zamanı  Cavad  xan  öz  nümayəndəsini  Zubovun 

yanına göndərdi. Buna baxmayaraq 1796-cı il oktyabrın 21-də rus 

qoşunları Gəncə xanlığını işğal etdilər. Rus qoşunlarının 1797-ci 

ildə  Azərbaycandan  çıxarılmasından  sonra  Cavad  xan  Nadir  şah 

tərəfindən Kartli çarına verilmiş Şəmşəddil və Borçalı əyalətlərini 

öz hakimiyyəti altına qaytarmağa cəhd göstərdi. 1797-ci ildə Ağa 

Məhəmməd şah Qacar Şuşanı tutandan sonra könüllü olaraq onun 

yanına gələn Cavad xan həbs edilib Şuşa qalasına salınmışdı. Ağa 

Məhəmməd  şah  Qacarın  qətlindən  sonra  Cavad  xan  yenidən  Gəncəyə  qayıdır. 

Şəmşəddilin 1801-ci ildə rus qoşunları tərəfindən işğalından sonra Cavad xan rus 

qoşunlarının oradan çıxarılmasını tələb edib bildirirdi ki, Şəmşəddil artıq 700 ildir 

onun  nəslinə  mənsubdur.  Car-Balakən  camaatının  tutulmasından  sonra  rus 

qoşunları  general  Sisianovun  başçılığı  ilə  1803-cü  il  noyabrın  29-da  Gəncə 

xanlığına  soxuldular.  Cavad  xana  göndərdiyi  birinci  məktubunda  Sisianov  təslim 

olmağı  təklif  edirdi,  lakin  rus  qoşunlarının  sayca  üstün  olmasına  baxmayaraq, 

şücaətli  Cavad  xan  ona  belə  cavab  verir:  "Əgər  mənimlə  müharibə  etmək 

fikrindəsənsə,  mən  hazıram...  uğur  isə  Allahdandır!".  Gəncəni  bir  ay  mühasirədə 

saxlayan Sisianov Cavad xana 5 dəfə məktub yazır və qalanı təhvil verməyi tələb 

edir.  Cavad  xan  bu  təhdidlərə  belə  cavab  verir:  "Gəncəyə  sən  yalnız  mənim 

meyidimin  üstündən  keçib  daxil  ola  bilərsən".  1804-cü  il  yanvarın  2-dən  3-nə 

keçən  gecə  rus qoşunları Gəncə qalasına  hücuma  başladılar. Azərbaycan tarixçisi 

Mirzə Adıgözəl bəy bu hadisələri belə təsvir edir: "Bir ay orada qaldılar. Orucluq 

bayramının gecəsi nərdivanla bir neçə tərəfdən [ruslar] barıya çıxmağa başladılar. 

Cavad  xan  banya  çıxanları  igidlik  və  cəsurluqla  dof  edirdi.  Axırda  mayor 

Lisaneviçin  bir  gülləsi  ilə  həyat  barısından  yıxılıb  ölüm  diyarına  düşdü".  Cavad 

xan Azərbaycanın milli qəhrəmanıdır. 



Cavanşir

 - Qafqaz Albaniyasının Mehranilər sülaləsindən olan knyazı. 637-

ci ildə alban knyazı Varaz Qriqorun oğlu Cavanşir Ktesifon yaxınlığında ərəblərlə 

vuruşan Sasani qoşunlarının tərkibində cəsurluğu ilə fərqlənmişdi. Sonra Cavanşir 

Qafqaz  Albaniyasını  Sasanilərdən  azad  etməyə  soy  göstərdi,  lakin  bu,  Sasanilər 

tərəfindən  Qafqaz  Albaniyasının  paytaxtı  Partavın  tutulması  ilə  nəticələndi. 

Cavanşir  gürcü  knyazı  ilə  birlikdə  Sasani  qoşunlarını  Albaniyadan  qovdu. 

Sasanilər dövlətini tutandan sonra ərəblər Qafqaz Albaniyasının ərazisinə yürüşlər 

etməyə  başladılar,  Dərbəndi  və  bir  sıra  digər  vilayətləri  tutdular.  Lakin  ərəblər 

gedəndən  sonra  bu  vilayətlərdə  üsyanlar  başlandı,  amma  ərəblər  üsyanları 

yatırdılar  və  Cavanşir özünü  ərəb xəlifəsinin  vassalı  kimi  tanımağa  məcbur oldu. 

654-cü  ildə  Cavanşir  Bizans  imperatorundan  albanları  öz  təbəəliyinə  qəbul 

etməsini  xahiş  elədi.  662-ci  ildə  xəzərlər  Qafqaz  Albaniyasına  yürüşə  başladılar, 

lakin  Cavanşir  Dərbənd  yaxınlığında  xəzərlərin  hücumunu  dəf  edə  bildi.  2  ildən 

sonra xəzərlər yeni yürüşə başladılar və bu dəfə ölkəni Kür çayınadək talan etdilər. 



86 

 

Cavanşir Kür çayı yaxınlığında xəzərlərlə sülh bağlamaq və özünü onların vassalı 



hesab etmək məcburiyyətində qaldı. Bu müqavilə Cavanşirin xəzər xaqanının qızı 

ilə olan sülalə nikahı ilə də möhkəmləndirildi. 667 və 670-ci illərdə Cavanşir xəlifə 

Müaviyə ilə danışıqlar aparmış və Qafqaz Albaniyasının idarə olunmasında özünün 

daxili  müstəqilliyini  qoruyub  saxlaya  bilmişdir.  Cavanşir  680-ci  ildə  Bizansla 

yaxınlaşma  tərəfdarı  olan  alban  knyazlarının  sui-qəsdi  nəticəsində  öldürüldü. 

Cavanşirin qardaşı oğlu Varaz Tiridat Qafqaz Albaniyasının knyazı oldu. 



Cavanşir  Mirzə  Camal

  (1773  -  1853)  -  Azərbaycan  həkimi  və  tarixçisi; 

ərəb,  fars,  avar  və  ləzgi  dillərini  bilmişdir.  Əsas  əsəri  "Qarabağnamə"dir  (1847). 

Əsərdə  siyasi  hadisələrlə  yanaşı,  Qarabağın  ictimai-iqtisadi  həyatı  da 

işıqlandırılmışdır.  Cavanşirin  "Qarabağnamə"si  Qarabağ  xanlığı  tarixi  üzrə 

qiymətli mənbədir. 



Cefferson  Tomas

  (1743  -  1826)  -  Virciniya  plantatoru  və 

vəkil,  Amerika  maarifçisi,  Şimali  Amerikada  istiqlaliyyət  uğrunda 

müharibənin  ideoloqu,  ABŞ-ın  İstiqlaliyyət  bəyannaməsinin 

müəlliflərindən biri, ABŞ-ın üçüncü prezidenti (1801 - 1809). 

 Cəhənnəm

  (qəd.  yəh.  "gehinnom",  yun.  "geyenna")  - 

islamda cəhənnəmin adı, insanlardan və cinlərdən olan dinsizlərin və 

günah  sahiblərinin  cəzalandırılacaqları  yer.  Cəhənnəm  qurbanları  zəncirlənmiş 

halda odda yandırılacaqlar. Yeyəcəkləri şeytan başına bənzər meyvələr, içəcəkləri 

isə  irinli  qaynar  su  olacaq.  Cəhənnəmdə  daha  bir  əzab,  işgəncə  növü  -  dağlayıcı 

soyuq olacaq. 

Cəlairilər  dövləti

  -  Hülakülər  dövlətinin  dağılmasından  sonra  paytaxtı 

Təbriz olmaqla Şeyx Üveys Cəlairi tərəfindən əsası qoyulan dövlət (1359 - 1410). 

Şeyx  Üveysin  hakimiyyəti  illərində  (1359  -  1374)  Azərbaycanın  təsərrüfatı  və 

mədəniyyəti  inkişaf  etməyə  başladı.  Onun  oğlu  Sultan 

Hüseynin  dövründə  (1374  -  1382)  mərkəzi  hakimiyyət 

zəiflədi.  Onun  qardaşı  Əhməd  Muğanda  və  Arranda 

çoxsaylı  qoşun  toplayaraq  1382-ci  ildə  Təbrizi  hücumla 

aldı. Sultan Əhmədin dövründə (1382  - 1410, fasilələrlə) 

feodal  çəkişmələri  gücləndi.  1385-ci  ildə  Azərbaycan 

Qızıl  Orda  xanı  Toxtamışın  yürüşü  ilə  talan  edildi,  1386-cı  ildə  isə  Teymurun 

qoşunları  Təbrizi  tutdular,  cəlairi  əmirləri  qaçdılar:  bir  qismi  möhkəm  Əlincə 

qalasına  (Naxçıvan  yaxınlığında),  digərləri  isə  Bağdada.  Teymur  Əlincəni  tuta 

bilmədi  və  az  sonra  Səmərqəndə  qayıtdı.  Cəlairi  feodalları  arasında  hakimiyyət 

uğrunda mübarizə qızışdı. 1385 - 92-ci illər ərzində Təbriz 17 dəfə daxili və xarici 

feodalların hücumlarına məruz qalıb, 14 dəfə əldən-ələ keçdi. 392-ci ildə Teymur 

yenidən  Azərbaycanı  tutdu.  Cəlairi  əmirləri  Əlincə  qalasında  müqavimət 

göstərirdilər.  Bu  yürüş  zamanı  cəlairi  əmirləri  arasında  baş  verən  çəkişmələr 

nəticəsində  Əlincə  süqut  etdi.  Bu  dövrdə  Azərbaycanda  hürufilik  hərəkatı 

canlanırdı.  Teymurun  ölümündən  sonra  1406-cı  ildə  şirvanşah  I  İbrahim  Təbrizə 




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə