Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə45/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   41   42   43   44   45   46   47   48   ...   205

91 

 

Coser piramidası 



və  s.)  uğrunda  mübarizədə  təcavüzə  qarşı  dura  biləcək  iqtisadi  və  hərbi  qüdrətə 

sahib olmaq üçün səy göstərilməsi kimi qiymətləndirilir. 



cinlər 

-  mifik  varlıqlar,  Allah  tərəfindən  yaradılmış  üç  ağıllı  məxluq 

kateqoriyasından  biri  (digər  ikisi  –  mələklər  və  insanlar).  Ourana  görə,  cinlər 

tüstüsüz  oddan  yaradılmışlar,  canları  hava  və  ya  oddandır,  istənilən  qiyafəyə 

düşmək,  mürəkkəb  işlər  görmək  qabiliyyətləri  var.  Kişi  və  qadın  cinsindən  olan 

cinlər  hələ  Adəm  yaradılmazdan  əvvəl  Yerdə  yaşayırmışlar,  adətən  insanlara 

müxalif  münasibətdədirlər. Cinlərin bir  neçə  kateqoriyaları  vardır: qul,  ifrit,  silat. 

Cinlər - islamaqədərki Ərəbistan xalq inanclarının, demək olar ki, islama tam daxil 

olmuş hissəsidir. 

Cizvə 

-  müsəlman  ölkələrində  qeyri-müsəlmanlardan  alınan  can  vergisi. 

Qocalardan,  əlillərdən,  dilənçilərdən  və  qullardan  başqa,  həddi-büluğa  çatmış 

bütün  kişilərdən  cizyə  alınırdı.  VIII  əsrin  başlanmasından  əvvəl  rahiblər  də 

cizyədən  azad  edilmişdilər.  Cizyənin  qanunla  müəyyənləşdirilmiş  miqdarı  vergi 

ödəyənin  əmlak  səviyyəsindən  asılı  olaraq  ildə  -  12,  24,  48  dirhəm,  dövriyyədə 

qızıl  pul  olan  Ölkələrdə  isə  -  1,  2,4  dinar  idi.  Müsəlman  ordusunda  döyüşən 

xristianlar cizyədən azad edilirdilər. 



Coser

 - Yuxarı və Aşağı Misirin birləşməsini başa 

çatdıran  Misir  fironu  (e.ə.  2780  -  2760).  Onun 

hakimiyyəti  illərində  Memfis Misirin paytaxtı olmuşdur. 

Coser  Sinay  yarımadasındakı  köçərilər  üzərində  qələbə 

çalaraq  buradakı  mis  mədənlərini  ələ  keçirdi.  Onun 

dövründə  Nubiyanın  bir  hissəsi  də  tutuldu.  Cənubda  möhkəmləndirici  sədd 

yaradıldı. Coserin dövründən Misirdə piramidaların inşasına başlanılmışdır. 



 

- Ç - 

 

Çaldıran 

-  Maku  şəhəri  yaxınlığında  düzənlik.  1514-cü  il  avqustun  23-də 

Çaldıran düzündə  sultan I Səlimin Osmanlı qoşunları ilə I  Şah İsmayılın başçılıq 

etdiyi  qızılbaş  qoşunları  arasında  döyüş  olmuşdur. 

Qızılbaş  qoşunları  sayca  osmanlılardan  az  idilər. 

Qızılbaşlardan fərqli olaraq osmanlıların topları və 

tüfəngləri var idi. Döyüş ərəfəsində I Şah İsmayılın 

yaxın  adamları  məsləhət  gördülər  ki,  osmanlıların 

artilleriya sahəsindəki üstünlüklərini heçə endirmək 

məqsədi  ilə  gecə  ikən  düşmən  üzərinə  hücum 

etsinlər, lakin İsmayıl bundan imtina etdi. Çaldıran 

vuruşması  amansız  və  böyük  itkili  oldu. 

Fədakarlıqla  vuruşan qızılbaşların süvarisi osmanlıların piyadalarını sıxışdırsa  da, 

özləri  düşmənin  güclü  top  atəşinə  məruz  qalıb  məğlub  edildilər.  Qızılbaşlardan 

5000  nəfər  öldürüldü,  osmanlıların  da  itkisi  ağır  idi.  Savaşda  yaralanan  I  Şah 



92 

 

İsmayıl mühasirəyə düşsə də, onu yarıb Təbrizə qaça bilmişdir. Sultan Səlim onu 



təqib etmək əmri verdi, lakin onun hərbi hiylədən qorxuya düşən qoşunları geriyə 

qayıtdılar.  Sultan  Səlim  əmr  etdi  ki,  Çaldıran  düzündə  öldürülmüş  qızılbaşların 

başından  piramida  ucaldılsın.  Səfəvilərin  Çaldıran  savaşında  məğlubiyyəti 

nəticəsində  Kürdüstanın  xeyli  hissəsi  itirildi  və 

osmanlılar Təbrizə daxil oldular. 

Çan  Kayşi

  -  1927-ci  ildən  Çində  qomindan 

rejiminin  başçısı.    1949-cu  il  inqilabı  nəticəsində 

devrilmişdir.  Tayvan  adasına  qaçmış,  ABŞ-ın  dəstəyinə 

arxalanan  yerli  hökumətə  1973-cü  ilə  qədər  başçılıq 

etmişdir. 



Çandraqupta

  -  e.ə.  IV  -  III  əsrlərdə  Hindistanda  Mauryalar  sülaləsi  və 

dövlətinin banisi. 



çar

 (lat. "sezar")  - 1547 - 1721-ci illərdə Rusiyada dövlət  başçısının rəsmi 

titulu.  İlk  çar  IV  İvan  Qroznı  olmuşdur.  I  Pyotrun  dövründə  imperator  titulu  ilə 

əvəz  edilmişdir,  amma  bununla  yanaşı,  1917-ci  ilin  fevralında  mütləqiyyətin 

devrilməsinədək qeyri-rəsmi şəkildə işlədilmişdir. 



çartizm

  (ing.  "charter"  -  "xartiya")  -  İngiltərədə  XIX  əsrin  30  -  40-cı 

illərində baş vermiş ilk kütləvi, siyasi cəhətdən formalaşmış fəhlə hərəkatı. 1838-ci 

ildə  London  fəhlələri  "Xalq  xartiyası  -  proqram  sənədi  hazırladılar.  Sənəddə 

aşağıdakılar  nəzərdə  tutulurdu:  ümumi  seçki  hüququ;  parlamentə  illik  seçkilər 

tətbiq  edilməsi;  parlamentin  deputatları  üçün  əmlak  senzinin  ləğv  edilməsi;  gizli 

səsvermə; bərabər seçki dairələri və s. tətbiq edilməsi. 



çay 

-  kol  şəklində  subtropik  bitki.  "Çay"  sözü  Çin  mənşəlidir  (Çinin 

ingiliscə adı ilə müqayisə et  - China). Qədim Çində çay yarpağından hazırlanmış 

cövhərdən dərman kimi istifadə olunurmuş. Sonralar çaydan adi, susuzluğu yatıran 

içki kimi istifadə etməyə başlamışlar. 

"çəpərləmə" - kəndlilərin feodallar tərəfindən zorla torpaqdan qovulması. Kəndlilər 

qovulduqdan  sonra  feodallar  öz  sahələri  ətrafında  çəpərlər  çəkmək,  arxlar  açmaq 

və s. ilə onu qoruyurdular, ona görə də belə qovulma "çəpərləmələr" adını almışdır. 

“Çəpərləmə”  özünün  klassik  ifadəsini  XV  əsrin  sonları  –  XX  əsrin  əvvəllərində 

İngiltərədə  tapmışdır.  “Çəpərləmə”  ilkin  ilkin  kapital  yığımının  əsasını  təşkil 

etmişdir.  "Çəpərləmə"  nəticəsində  torpağını  itirən  kəndlilər  dilənçi  və  səfillərə 

çevrilirdilər.  Tezliklə  İngiltərədə,  demək  olar  ki,  kəndlilər  yox  oldular. 

"Çəpərləmə" həm də yaranmaqda olan sənaye müəssisələri üçün ucuz işçi qüvvəsi 

mənbəyi idi. 



Çiçen-İtsa

  -  Yukatan  yarımadasında  (müasir  Meksika)  VIII  -  XII  əsrlərdə 

mövcud olmuş mayya hindilərinin şəhəri. XI -XII əsrlərdə Çiçen-İtsada rəsədxana 

olmuşdur. Mayya kahinləri buradan soma cisimlərini müşahidə etmişlər. XII - XIII 

əsrlərdə  pilləli  piramida  formalı  mayya  məbədi  inşa  edilmişdir.  Məbədə  gedən 

dörd pilləkəndə pillələrin sayı yuxarıdakı pillə ilə birlikdə ildəki günlərin sayına  - 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə